İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Oktyabr-2021
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (52)
Dunen ziyarətçilər: (138)
Bu gün səhifə baxışı: (101)
Dünən səhifə baxışı: (438)
Şikayət və təkliflər kitabı / Gündəlik yazılı şikayətlər /

Azad İstehlakçılar Birliyinin sədri cənab Eyyub Hüseynova, Bakı şəhəri, Nizami rayonu, A. Manafov küçəsi ev 9 mənzil 25, ünvanında yaşayan Qurbanəliyeva Zəminə Həsən qızı tərəfindən Tel:0503504075

Ərizə

  Yazıb sizə bildirirəm ki, 17.04.2021 ci il tarixindən “Kontakt Home” mağazalar şəbəkəsinin Bakixanov ofisindən Samsung Galaxy S20FE model mobil telefon aldım. Telefonun məbləği 1260 ( min iki yüz altımış) AZN nağd şəkildə tərəfimdən ödənildi.! İl zəmanət verildi. Aldığım bu mobil telefonu zərurət olmadığından iyul ayının 26 sına qədər istifadə olunmayıb. İyul ayının 26 sinda telefonu istifadə edib uşağımın şəkillərini çəkmişəm. Sonra telefonu cərəyana qoşduqda telefonda qızma halı baş verdi. Mən dərhal telefonu götürüb Kontakt Home un Bakıxanov ofisinə yaxınlaşdım və telefonda olan problem barədə onlara məlumat verdim. Telefonun yenisi ilə əvəz olunmasını xahiş etdim. Səbəb olaraq onlara bildirdim ki, mən bu telefondan istifadə etməmişəm. Aldığım gündən yalnız bir gün istifadə olunub, nömrə belə taxılmayıb. Bunu istənilən yerdə yoxlamaq olar! Mən ümumiyyətlə həyatım boyu ilk dəfə idi ki özüm gedib telefon alırdım və o səbəbdən şərtlər barədə məlumatlı deyildim. Dükandan məni Neftçilər metrosunda yerləşən servisə göndərdilər. Onlar mənə telefonu dəyişdirə bilməyəcəklərini və yalnız təmir edə biləcəklərini vurğuladılar. Mənim telefondan həqiqətəndən istifadə etməməyim telefondə olan məlumatlarla dəqiqləşdirilə bilər. Mən telefonu qaytarmaq istəmirəm, sadəcə yenisi ilə əvəz etmək istəyirəm. Əgər mən telefonu istifadə etməmişəmsə bu halda telefonda olan nasazlıq mənim deyil Kontakt Home un həll etməli olan məsələdir. Sizdən mənim bu problemimi həll etməkdə mənə köməklik etməyinizi xahiş edirəm. Mən zavad problemi olan telefonun təmir deyil yenisi ilə əvəz olunmasını istəyirəm.Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız,telefon ya qüsursuz təzə telefonla dəyişdirilsin və ya ödədiyim 1260 AZN mənə qaytarılsın “Kontact Home” dükanında baş verın bu qanunsuzluq barədə yuxarı dövlət orqanlarına və nedyaya məlumat verilsun ki,əhali aldadılmasın.

İmza:                                             Z.Qurbanəliyeva 28.07.2021    

 

 

Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
"Azad İstehlakçılar"İctimayi Birliyi (AİİB)17.08.2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyələşdirdiyi "İstehlakçılara parça bazar çantalarının paylanması ilə ekologiyanın qorunmasına dəstək tədbirləri" çərçivəsində hazırlanmış ekoloji təmiz materialdan hazırlanmış bazar çantalarını təmənnasız olaraq istehlakçılara paylamağa başlamışdır.Məqsədimiz bazar s...
Davamına bax
Şəkilin açıqlaması yoxdur.
 
 
daha ətraflı...
 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır