|
Şifahi müqavilələr
Mülki Məcəllənin 385.1. maddəsinə görə, “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməlidi və s.” Şifahi (razılaşma) icraçı (təchizatçı) üçün qanuni nöqteyi-nəzərdən birmənalı şəkildə öhdəliklər və deməli vəzifələr yaratmadığından aşağıdakı hallarda yolveriləndir:
- şifahi müqavilə əsasında görüləcək işin (xidmətin) həcmi və dəyəri az miqdarda olduqda;
- istehlakçı icraçını uzun müddət tanıdıqda;
- yaxın dostun və ya qohumun zəmanəti olduqda;
- şifahi müqavilə zamanı üçüncü şəxsin iştirakçı olduqda;
|