İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL     Ana səhifə     Axtar     Xəritə     Əlaqə      
X ə b ə r l ə r   b l o k u

« Mart 2010 »
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
 

İnhisarçı qurumlarla müqavilələr
 

 

    Xidmətlərin qiymətilə keyfiyyəti, təhlükəsizliyi arasında istehlakçının maraqlarına zidd uyğunsuzluqların olduğu şəraitdə inhisarçı qurumlarla (elektrik, qaz enerjisi, su təchizatı, MKİS-ləri və s.) müqavilələrin bağlanması ciddi əhəmiyyət kəsb edir. Fikrimizcə, bu qurumlar tərəfindən istehlakçılara təqdim olunan qanunvericiliklə təsdiq olunmuş müqavilə formalarında aşağıdakı şərtlər öz əksini tapmalıdır:
-    müqavilənin imzalandığı vaxt və məkan;
-    tərəflərin hüquqi ünvanı və kimliyi;
-    müqavilənin mahiyyəti;
Təchizatçının (icraçının) öhdəlikləri:
-   fasiləsiz, təhlükəsiz və keyfiyyətli xidmətə təminat;
-    ödənişsiz sayğac quraşdırılması (tələb olunursa);
-    istehlakçının təlimatlandırılması;
-    borc bildirişlərinin təqdim edilməsi (hər ay);
-    balans mənsubiyyəti daxilində qurğuların, avadanlıqların, kommunikasiya xətlərinin və s. yararlığının təminatı;
-    yol verilmiş pozuntu barədə sənədləşdirmədə istehlakçının iştirakının təminatı;
İstehlakçının öhdəlikləri:
-    istehlak zamanı müvafiq qaydalara riayət edilməsi;
-    hər ay (10 gün ərzində) xidmətin dəyərinin ödənilməsi;
-    təchizatçıya (icraçıya) sayğaca baxış keçirmək imkanının yaradılması (tələb olunursa);
-    balans mənsubiyyəti daxilində qurğuların, avadanlıqların, kommunikasiya xəttinin və s. düzgün istismarına görə məsuliyyət;
-    hər hansı nasazlıq, anlaşılmazlıq, o cümlədən yaşayış olmaması barədə təchizatçıya (icraçıya) yazılı məlumat verilməsi;
-    baş vermiş qəzalar, yanğınlar, insan xəsarətləri barədə müvafiq dövlət orqanlarına məlumat verilməsi;
 Xüsusi müddəalar:
-    fors major halları;
-    müstəqil ekspertizanın prioritetliyi;
-    qeyri-qanuni hərəkətlərin yolverilməzliyi;
-    öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət;
-    yaranmış mübarizələrin həlli yolları (mediasiya, arbitraj, məhkəmə və s.);
 
Diqqət: Müqavilələrin natariusda təsdiqi tövsiyyə olunur.


 
AİB-in layihəsi

 01.01.2008-ci il tarixdən Azad İstehlakçılar Birliyi (AİB) Avropa Komissiyası tərəfindən malıiyyələşən layihənin icrasına başlamışdır.



Həyata keçirilən layihələr çərçivəsində səfər

08-14.12.2008-ci il tarixdə Eyyub Hüseynov iki layihə çərçivəsində Indoneziyada keçirilən tədbirdə iştirak etmişdir. 



AIB-in yeni layihəsi

05.01.2009-cu il tarixdən Azad İstehlakçılar Birliyi (AİB) Avropa Komissiyası tərəfindən maıiyyələşən layihənin icrasına başlamışdır.



      © 2007, Independent Consumer Union of Azerbaijan. All rights reserved. Created by VISION PC