|
Xidmət sahəsində müqavilələr
İstehlakçılar nəzərə almalıdır ki, onlara göstərilən xidmətlər və yerinə yetirilən işlər barədə müqavilələr müəyyən qaydalara uyğun olmalı və aşağıdakı hallar müqavilə şərtlərində öz əksini tapmalıdır:
- müqavilənin icrasına başlanma və qurtarma vaxtı;
- icraçıdan asılı səbəbdən iş yubandıqda istehlakçıya dəyən zərərin ödənilməsi (pul və ya natural şəkildə);
- icraçı işi (xidməti) pisləşdirdikdə, və ya müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxdıqda itgilərin ödənilməsi;
- eyni vəziyyət istehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) aşkarlandıqda itgilərin ödənilməsi;
- işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidikdə gecikdirilmiş hər gün üçün istehlakçıya müqavilə dəyərinin müəyyən faizi məbləğində dəbbə pulunun ödənilməsi;
- işin (xidmətin) yerinə yetirilməsindən sonra zəmanət müddəti (belə müddət olmadıqda 1 (bir) il) ərzində qüsurlar aşkar edildikdə istehlakçı tərəfindən tələblərin irəli sürülməsi;
- icraçı tərəfindən görülmüş işin (xidmətin, əşyanın, materialın) korlanmasına, zədələnməsinə gətirib çıxara bilən hallar barədə istehlakçının məlumatlandırılması;
- iş (xidmət) yerinə yetirildikdən sonra istehlakçının həyatına, sağlamlığına və əmlakına vurulmuş zərərə görə icraçının məsuliyyəti;
- müqavilənin ümumi dəyərinin qiymətləndirilməsi və hesablaşma qaydası;
|