İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL     Ana səhifə     Axtar     Xəritə     Əlaqə      
X ə b ə r l ə r   b l o k u

« Mart 2010 »
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
 

Nə zaman müqavilə lazımdır?

 

     Müqavilələr ilk növbədə bazarda aparıcı rol oynayan sahibkarlarla, xüsusən inhisarçı qurumlarla bağlanmalıdır. Çünki mövcud qanunvericilikdəki boşluqlar maddi və hüquqi cəhətdən üstün mövqedə olan qurumla yaranmış mübahisədə istehlakçı üçün daha çox problem yaradır.
     Ola biləcək istehlakçı hüquqpozmalarının qarşısını almaq üçün aşağıdakı hallarda da müqavilə bağlamağı tövsiyyə edirik:
-    sahibkarın işgüzar fəaliyyəti və peşəkarlığı şübhə doğurduqda;
-    yeni yaranmış və ya az müddətli təcrübəyə malik qurumla əlaqəyə girdikdə;
-    şifahi müqavilə dəyəri orta bazar qiymətlərinə nisbətən çox aşağı olduqda;
-    şifahi razılaşma zamanı dəyərinin əvvəlcədən tam və ya hissə-hissə ödənilməsi tələb edildikdə;
-    istehlakçının xidmətlər kompleksindən istifadə niyyəti olduqda (məsələn: turizm, ziyarət və s.);
-    görüləcək işlərdə (xidmətlərdə) istehlakçının materiallarından, avadanlığından istifadə edildikdə;
-    görüləcək işlərdə (xidmətlərdə) yubatma ehtimalı olduqda;
-    şifahi razılaşma zamanı istehlakçının maraqlarını nəzərə almayan şərtlərin səsləndirildiyi digər hallarda;


 
AİB-in layihəsi

 01.01.2008-ci il tarixdən Azad İstehlakçılar Birliyi (AİB) Avropa Komissiyası tərəfindən malıiyyələşən layihənin icrasına başlamışdır.



Həyata keçirilən layihələr çərçivəsində səfər

08-14.12.2008-ci il tarixdə Eyyub Hüseynov iki layihə çərçivəsində Indoneziyada keçirilən tədbirdə iştirak etmişdir. 



AIB-in yeni layihəsi

05.01.2009-cu il tarixdən Azad İstehlakçılar Birliyi (AİB) Avropa Komissiyası tərəfindən maıiyyələşən layihənin icrasına başlamışdır.



      © 2007, Independent Consumer Union of Azerbaijan. All rights reserved. Created by VISION PC