|
Müqavilənin standart şərtləri
Əgər qanunvericiliklə təsdiq olunmuş forma yoxdursa, müqavilə şərtləri tərəflərin razılığı ilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir:
1. Tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi;
2. Öhdəliklərin ardıcıl olaraq fasiləsiz, təhlükəsiz və keyfiyyətlə yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi;
3. Öhdəliyini yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası;
Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Müqavilələrin quruluşu aşağıdakı kimi ola bilər:
1. Müqavilənin rekvizitləri (müqavilənin adı, bağlandığı vaxt və yer);
2. Preambula (tərəflərin adları, müqavilə barədə ümumi anlayış);
3. Müqavilənin predmeti;
4. Müqavilənin qüvvədə olduğu vaxt;
5. Tərəflərin hüquqları;
6. Tərəflərin vəzifələri;
7. Müqavilənin ümumi dəyəri və tərəflərin hesablaşma qaydası;
8. Tərəflərin məsuliyyəti;
9. Mübahisələrin həll edilmə yolları (mediasiya. arbitraj, məhkəmə və s.);
10. Tərəflərin hüquqi ünvanı və bank rekvizitləri (əgər varsa);
11. Tərəflərin imzası;
|