«Mediasiya» anlayışı latın sözü olan “mediare” sözündən götürülmüş, mənası “vasitəçilik etmə” deməkdir.
Mübahisələrin alternativ həlli (mediasiya)
• İstehlakçı mübahisəsi bütün ölkələrdə bütün zamanlarda olmuşdur • Mübahisələr çox üsullarla həll edilir, bu mediasiyadır. • Biz ən asan və səmərəli yolu təklif edirik İstehlakçı hüquqlarının məhkəməyəqədər qorunması (mediasiya)
İstehlakçı hüquqlarının məhkəməyəqədər qorunması (mediasiya) bu kitabçanın nəşr edildiyi və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin əsas qayəsini təşkil edir. Əslində bu, Müdrik Şərgin və eləcə də İslam dininin məziyyətlərindən yaranan «Ağsaqallıq» institutunun Avropa formasıdır. Bütün zamanlarda, bütün ölkələrdə istehlakçı-istehsalçı (satıcı) konfliktləri (mübahisələri) mövcud olmuşdur. Bu konfliktlərin çoxsaylı çeşidi olsa da həll yolları bir neçədir. Hər bir ölkənin və ya xalqın konfliktləri həll etmə üçün ənənəvi üsulları olsa da, hazırda dünyada qəbul edilən son instansiya məhkəmədir. Həyata keçirilən layihənin məqsədi istehlakçı-istehsalçı (satıcı) konfliktlərini məhkəməyə qədər həll etmə mədəniyyətini insanlara aşılamaqdır. Əlbəttə, söhbət konfliktin əsəbsiz, rahatlıqla, tərəflərin şəxsiyyətinə yüksək hörmət və ehtiram göstərilməsi yolu, qarşılıqlı razılaşma əsasında həllindən gedir. Dünyada və ölkəmizdə çoxsaylı istehlakçı-istehsalçı (satıcı) konfliktlərinin şahidi olmuşuq ki, çox kiçik bir məişət əşyası və ya mal üçün mübahisədən insanların birinin digərinin həyatına qəsd etməsi baş vermişdir. Peşəkar mediator olan yerdə heç zaman bu kimi hadisə baş verməz. Azad İstehlakçılar Birliyi (AİB) və onun Avropa Komissiyasının ekspertləri tərəfindən treyninq keçmiş treynerləri öz bilik və bacarıqlarını insanlara ötürərək cəmiyyətimizin daha da sivill olmasına, insanlar arasında dostluğun, əməkdaşlığın möhkəmlənməsinə, konfliktlərin azaldılmasına səy göstərirlər. Avropa Birliyi ailəsinə qədəm qoymaq niyyətində olan Azərbaycan vətəndaşları üçün bu çox əhəmiyyətlidir.
|