İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Sentyabr-2020
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (206)
Dunen ziyarətçilər: (192)
Bu gün səhifə baxışı: (640)
Dünən səhifə baxışı: (605)
Haqqımızda / Əldə olunmuş böyük uğurlar

Əldə olunmuş böyük uğurlar:

a) 1999-2002-ci ildə antitütün təbliğatı aparılmış, AİİB-in təsiri ilə Reklam haqqında

Azərbaycan Respublikasının Qanununda dəyişiklik aparılmış, tütün məmulatlarının

reklamı qadağan edilmişdir. Azərbaycanda filtrsiz siqaretlərin istehsalı və satışı

qadağan edilmişdir (Nazirlər Kabinetinin 31.10.2001-ci il tarixli qərarı). Azərbaycanın

əmtəə bazarından 6 növ təhlükəli siqaret yığışdırılmış, ilk dəfə təhlükəli malların

ictimai məhv edilməsi (yandırılması) həyata keçirilmişdir. Əhalinin siqaret

çəkməsi 0,8% azalmışdır.

b)Azərbaycanın əmtəə bazarından 20 növ təhlükəli ərzaq malı baykot edilərək

çıxarılmışdır. («Ağ ayı» arağı, «Qara ölüm» arağı, saxta «Barcomi» və s.)

v)Azərbaycanda əhalini aldadan 23 növ lotoreya şirkəti bağlanmış,

saxta lotoreyalar sıradan çıxarılmışdır.

q)Bazarın 70%-nin saxta, təhlükəli duzlarla zəbt olunduğu müəyyən edilmiş və

dövlət orqanlarına məlumat verərək duzları istehsal edən müəssisələr bağlanmışdır.

d)İlk dəfə olaraq Kooperasiya Universitetində istehlakçı hüququnun əsasları

fənni tədris edilməyə başlanmışdır.



Məhkəmə işləri:

Azərbaycanın tarixində ilk dəfə olaraq, istehlakçı hüquqları üzrə məhkəmə prosesi

presidentini həyata keçirmişdir. Məhkəmələrdə istehlakçı hüququnun qorunmasına

nail olunmuşdur.


İstehlakçı hüququnun qorunması:

Müraciət etmiş vətəndaşların 95%-nin istehlakçı hüququ qorunmuşdur. İstehlakçı

hüququnu qoruyan zaman AİİB, dünyanın bir çox ölkələrinin anoloci təşkilatından

fərqli olaraq istehlakçının hüququnun qorunması üçün istehlakçıdan qonorar almır. İstehlakçı hüquqlarının qorunmasında dünyada ilk təcrübə - telefonla mediasiya üsulundan istifadə edilir. Şikayətlərin 70%-i telefonla mediasiya vasitəsi ilə həll edilir. 

 

Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN)

AİİB, 2013-cü ildən başlayaraq USAİD-in  hazırladığı prosedur sənədlər əsasında  Azərbaycanda istehsal olunan mallara Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanını (AİQTN) verir. Bu dünyada ilk təcrübədir. 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
"Azad İstehlakçılar"İctimayi Birliyi (AİİB)17.08.2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyələşdirdiyi "İstehlakçılara parça bazar çantalarının paylanması ilə ekologiyanın qorunmasına dəstək tədbirləri" çərçivəsində hazırlanmış ekoloji təmiz materialdan hazırlanmış bazar çantalarını təmənnasız olaraq istehlakçılara paylamağa başlamışdır.Məqsədimiz bazar s...
Davamına bax
Şəkilin açıqlaması yoxdur.
 
 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır