Kütləvi informasiya vasitələri (KİV) ilə əlaqə: Hər gün AİIB 10-12 KİV-lə işləyir.70 müxtəlif qəzet və jurnal AİIB haqqında,
22000-ə qədər məqalə dərc etmiş, 1000-ə qədər TV-süjet, 800 radio veriliş efirə verilmişdir(2019-cu ilin məlumatı). 2003-cü ildən AİİB öz qəzetini təsis etmiş, qəzetin adı «İstehlakçının səsi»dir,
qəzet AİİB üzvləri arasında pulsuz paylanılır. Dövlət orqanları ilə əlaqə: AİİB müntəzəm olaraq dövlət orqanları ilə əlaqə saxlayır. AİİB-in sədri Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin «Qidalanma və mikronutriyent çatışmamazlığı üzrə
Mlli İdarələrarası Komissiyasının» üzvüdür.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində ictimai şuranın üzvüdür. Yerli QHT-lərlə əlaqə:
AİİB respublika QHT Forumunun üzvüdür, AİİB-in sədri QHT Forumunun və
6 QHT təşkilatının idarə heyətinin üzvüdür. Bütün QHT-lərlə sıx əlaqə yaradılmışdır. Beynəlxalq əlaqələr: Consumer İnternational (Cİ) üzvü (1998-ci ildən), istehlakçı hüquqlarını qoruyan
Zaqafqaziya Federasiyasının üzvü (1998-ci ildən), WANGO (2005), IBFAN (2005), AIB dünyanin 125ölkəsi ilə sıx əlaqə saxlayir. |