İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Sentyabr-2020
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (205)
Dunen ziyarətçilər: (192)
Bu gün səhifə baxışı: (627)
Dünən səhifə baxışı: (605)
Haqqımızda / İdarə heyyətinin üzvləri

 Eyyub Hüseynov

1947-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedoqoji (riyaziyyat) İnstitutunu bitirib, Avropa İstehlakçı Mərkəzində təhsil alıb. Hal-hazırda Azad İstehlakçılar Birliyinin (AİB) sədridir. “Qızıl qələm” medya mükafatı laureatıdır.




 

Ələkbərov Miryaqub Kamal oğlu

 

18 iyun 1960-cı ildə Quba şəhərində anadan olmuşdur.

Moskva-Poltava Kooperasiya İnstitutunun əmtəəşünaslıq fakultəsini bitirmişdir.

Hazırda Quba rayon İctimai İaşə Müssisələri birliyində direktor müavini vəzifəsində çalışır. Azad İstehlakçılar Birliyinin (AİB) Quba rayon nümayəndəliyinin sədridir. Həmçinin “Quba dağ kəndlərinin davamlı inkişafı” ictimai birliyinin təsisçisi, sədridir.

 

 

Nüsrət Qasımov

Qasımov Nüsrət İdris oğlu 22 Avqust 1942-ci ildə Bərdə rayonunun Şirvanlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə Şirvanlı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 1959-cu ildə məktəbi bitirib. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub. 2006-cı ilə qədər müxtəlif işlərdə işləyib. Baş Qaz İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlmişdir. 2006-2009-cu illərdə Azəriqazda şöbə rəisi işləmişdir. 2010-cu ildən Azad İstehlakçılar Birliyinin (AİB) üzvüdür.




 

Əlisəfa Mehtiyev

1962-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Qarabağ müharibəsi veteranıdır. Hazırda «Ulus» fəxri ödüllər fondunun prezidentidir. 


 

 

Habil İsgəndərov 

Habil İsgəndərov 1973-cü ildə anadan olmuşdur. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini (fəlsəfə ixtisası üzrə), Odlar Yurdu Universitetinin hüquq fakültəsini (hüquqşünaslıq ixtisası üzrə) bitirmişdir. Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin arbitridir.,AR Vəkillər Kollegiyasının üzvüdür.     

 

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
"Azad İstehlakçılar"İctimayi Birliyi (AİİB)17.08.2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyələşdirdiyi "İstehlakçılara parça bazar çantalarının paylanması ilə ekologiyanın qorunmasına dəstək tədbirləri" çərçivəsində hazırlanmış ekoloji təmiz materialdan hazırlanmış bazar çantalarını təmənnasız olaraq istehlakçılara paylamağa başlamışdır.Məqsədimiz bazar s...
Davamına bax
Şəkilin açıqlaması yoxdur.
 
 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır