İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Dekabr-2018
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (124)
Dunen ziyarətçilər: (176)
Bu gün səhifə baxışı: (298)
Dünən səhifə baxışı: (433)
İstehlakçı hüquqlar / Beynəlxalq sənədlər

Dünya ölkələrində və Beynəlxalq qurumlarda tanınmış istehlakçı hüquqları

I. Amerika Birləşmiş Ştatlarında (ABŞ) 1962-ci ildə tanınmış istehlakçı hüquqları:

1/ Təhlükəsizlik hüququ
2/ Məlumat almaq hüququ
3/ Seçim hüququ
4/ Dinlənimək hüququ

 

II. Avropa İqtisadi Birliyi tərəfindən 1975-ci ildə tanınmış istehlakçı hüquqları

1/ Təhlükəsizliyin və sağlamlığın müdafiəsi hüququ
2/ İqtisadi maraqların müdafiəsi hüququ
3/ Dəymiş zərərin ödənilməsi hüququ
4/ Məlumat və təhsil hüququ
5/ Təmsil olunmaq hüququ


III. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 1985-ci ildə tanınmış istehlakçı hüquqları (İstehlakçıların hüquqlarının müdafiəsinə dair rəhbər prinsiplər)

1/ İstehlakçıların sağlamlığı və fiziki təhlükəsizliyi
2/ İstehlakçıların iqtisadi maraqlarının və hüquqlarının müdafiəsi
3/ Keyfiyyət və təhlükəsizlik standartlarına uyğun mal və xidmətdən istifadə
4/ İstehlakçıların seçim hüququnu genişləndirən mal və xidmətlərin satış şəbəkəsinin artırılması
5/ İstehlakçıların mülki-hüquqi vasitələrlə qorunması
6/ İstehlakçıların müdafiəsi üçün onların məlumatlandırılması
7/ Müəyyən mal, iş, xidmət sahələri üzrə tədbirlərin keçirilməsinə dəstək (məsələn: tibb, nəqliyyat və s.)
8/ İstehlakçıların hüquqlarının qorunması sahəsində Beynəlxalq əlaqələrin 
genişləndirilməsi


IV. Dünya İstehlakçı Təşkilatı tərəfindən 1991-ci ildə bəyan edilmiş hüquqlar

1/ İlkin tələbatın ödənməsi hüququ
2/ Sağlam ətraf mühitdən istifadə hüququ
3/ Təhlükəsizlik hüququ
4/ Dəymiş zərərin ödənməsini tələb etmə hüququ
5/ Dinlənilmək hüququ
6/ Məlumat alma hüququ
7/ İstehlakçı təhsili alma hüququ
8/ Seçim hüququ


V. Rusiya Federasiyası qanunları ilə tanınmış istehlakçı hüquqları

1/ İstehlak mallarının, xidmət və işlərin keyfiyyət və təhlükəsizlik hüququ
2/ Mal, xidmət və işin istehlakçısı, icraçısı və satıcısı barədə məlumat alma hüququ
3/ istehlakçı hüquqları pozulan zaman tələb etmə hüququ
4/ Pozulmuş hüquqlarının bərpasını tələb etmə hüququ
5/ Malların və mallardan istifadə qaydalarının yerinin seçilməsinə tələb qoyma hüququ
6/ Hüququ pozulan halda izafi xərclərin, zərərin ödənilməsini tələb etmə hüququ
7/ İstehlakçı təhsili və təlimi almaq hüququ
8/ Öz maraqlarını qorumaq üçün birləşmək hüququ
9/ İstehlakçı maraqlarının ictimai müdafiə hüququ
10/ Əlverişli ekoloji ətraf mühitdən istifadə hüququ

 

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...

Kontakt-Home"-dan şikayətlər ara vermir. Şikayəti araşdırmaq üçün Rəhbərliklə heç cür əlaqə mümkün deyil!
Nəzərinizə çatdırım bu şikayəti də məcbur olub İqtisadiyyat Naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu Nazirliyin də bir iş görəcəyinə ümüd yoxdur,onlar hamını məhkəməyə yönəldir.
Məhkəmələrdə ki, bildiyiniz kimi....

 
daha ətraflı...

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Şirvan şəhəri kitabxanasında həyata keçirmişdir

daha ətraflı...

Azad İstehlakçılar İctimai Birliyi 2105.2018-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  “Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Sumqayıt şəhərində “Xəzər”ASC-nin akt zalında həyata keçirmişdir.

"Qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində istehlakçıların bilik və bacarıqlarının artırılması"na dair təlimdə 29 nəfər iştirak edirdi.

Təlimin məqsədi Sumqayıt şəhərində yaşayan istehlakçıların, sahibkarların və digər qrup şəxslərin qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində  bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə ilk  çıxış edən  Sumqayıt şəhər İH-nin nümayəndəsi cənab Fərman Kazımov iştirakçıları salamlayaraq, mövzunun aktuallığını qeyd etdi və sözü AİİB-nin sədri cənab Eyyub Hüseynova verdi. Eyyub Hüseynov Azərbaycan Respublikası Prezidentinin istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün zəruri olan bütün addımları atdığını qeyd etdi. Cənab İlham Əliyevin “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılması barədə 10 fevral 2017-ci il tarixli Fərmanının böyük əhəmiyyəti oldugunu ətraflı izah etdi. Daha sonra təlimçilər  Nizami Musayev və Fərrux  Əsgərov “Qida Təhlükəsizliyinin İdarə edilməsi” və “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri” mözuları ətrafında təlimi davam etdirdilər.

İştirakçılardan Abdulov Camal çörək məhsullarının keyfiyyətinə təsir edən əsas amillərin nədən ibarət olduğuna dair sualına təlimçi  Nizami Musayev  əhatəli şəkildə cavab verdi.

İştirakçılar təlimdə aktiv iştirak etməklə, belə tədbirləri davamlı olmasını arzulayaraq, ÖlkəBaşçısına, QHT Şurasına və AİİB-nə təşəkkürlərini bildirdilər.

 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır