İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Dekabr-2018
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (122)
Dunen ziyarətçilər: (176)
Bu gün səhifə baxışı: (261)
Dünən səhifə baxışı: (433)
İstehlakçı hüquqlar / Azərbaycan Respublikasının qanunları

Azərbaycan Respublikasının qanunları

Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsinə dair qanunlar, qüvvədə olan Beynəlxalq sənədlər

«İstehlakçıların hüquqlarının müdafiəsinə dair rəhbər prinsiplər» - Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qəbul olunub, №39/248, 09.04.1985.
«Avropa qonşuluq siyasəti» maddə 66, may 2005.
«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanun 19.09.1995 və yeni redaksiyada 12.10.2001 №193-II QD. 

Qeyd olunan 2 Beynəlxalq və bir əsas qanunla bərabər Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Konstitusiyasının 15,16,31,39,50,57,59,68,71,72-ci maddələri və bu maddələrdən qaynaqlanan aşağıda qeyd olunan digər qanunlarla da qorunur:

Mülki məcəllə (Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli qanunu ilə təsdiq edilmişdir. AR-nın 26 may 2000-ci il tarixli 886-İQ №-li qanununa əsasən 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmişdir).
 

 • Maddə 567 (Alqı-satqı müqaviləsi) 
 • Maddə 568 (Satıcının əşyanı vermək vəzifəsi) 
 • Maddə 569 (Əşyanı vermək vəzifəsinin icrası müddəti) 
 • Maddə 570 (Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı) 
 • Maddə 571 (Əşyanın təsadüfən məhv olması və təsadüfən zədələnməsi riskinin alıcıya keçməsi) 
 • Maddə 572 (Satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsi) 
 • Maddə 573 (Alıcıdan əşyanın geri alındığı halda satıcının məsuliyyəti) 
 • Maddə 574 (Əşyanın geri alınması barədə iddia irəli sürüldükdə alıcının və satıcının vəzifələri) 
 • Maddə 575 (Əşyanı vermək vəzifəsinin icra edilməməsinin nəticələri) 
 • Maddə 576 (Əşyaya aid ləvazimatı və sənədləri vermək vəzifəsinin icra edilməməsinin nəticələri) 
 • Maddə 577 (Satılan əşyaların miqdarı) 
 • Maddə 578 (Əşyaların miqdarı haqqında şərtin pozulmasının nəticələri) 
 • Maddə 579 (Əşyaların çeşidi) 
 • Maddə 580 (Əşyaların çeşidi haqqında şərtin pozulmasının nəticələri) 
 • Maddə 581 (Əşyaların keyfiyyəti) 
 • Maddə 582 (Malın keyfiyyəti üçün qarantiya) 
 • Maddə 583 (Qarantiya müddətinin hesablanması) 
 • Maddə 584 (Əşyanın yararlıq müddəti) 
 • Maddə 585 (Əşyanın yararlıq müddətinin hesablanması) 
 • Maddə 586 (Əşyanın keyfiyyətinin yoxlanması) 
 • Maddə 587 (Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri) 
 • Maddə 588 (Satıcının cavabdeh olduğu qüsurlar) 
 • Maddə 589 (Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri) 
 • Maddə 590 (Əşyanın komplektliyi) 
 • Maddə 591 (Malların komplekti) 
 • Maddə 592 (Komplektsiz əşya verilməsinin nəticələri) 
 • Maddə 593 (Alqı-satqı müqaviləsinin predmeti olan əşyaların tarası və qabı) 
 • Maddə 594 (Əşyanın tarasız və (və ya) qabsız verilməsinin və ya qeyri-münasib tarada və (və ya) qabda verilməsinin nəticələri) 
 • Maddə 595 (Alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi) 
 • Maddə 596 (Alıcının əşyanı qəbul etmək vəzifəsi) 
 • Maddə 597 (Satılan əşyanın qiyməti) 
 • Maddə 598 (Alınmış əşyanın ödənilməsi) 
 • Maddə 599 (Alınan əşyaların qabaqcadan ödənilməsi) 
 • Maddə 600 (Nisyə satılmış əşyanın ödənilməsi) 
 • Maddə 601 (Əşyanın hissə-hissə ödənilməsi) 
 • Maddə 602 (Alqı-satqı müqaviləsinin predmeti olan əşyanın sığortalanması) 
 • Maddə 604 (Oxşar müqavilələr) 
 • Maddə 605 (Alqı-satqı haqqında müddəaların tətbiq edilmədiyi hallar) 
 • Maddə 606 (Mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt) 
 • Maddə 607 (Alğının qadağan edilməsi) 
 • Maddə 608 (Alqı-satqı haqqında müddəaların tətbiqi) 
 • Maddə 609 (Heyvan, quş və balıq satıcısının məsuliyyətinin başlıca qusurlarla məhdudlaşdırılması) 
 • Maddə 610 (Məsuliyyətin genişləndirilməsi və məhdudlaşdırılması) 
 • Maddə 611 (Heyvan, quş və balıq satıcısının təqsirinin prezumpsiyası) 
 • Maddə 612 (Heyvan, quş və balıq alıcısının hüquqi müdafiəsi vasitələri) 
 • Maddə 613 (Heyvan, quş və balıq alıcısının hüquqlarını itirməsi) 
 • Maddə 614 (Pərakəndə alqı-satqı müqaviləsi) 
 • Maddə 615 (Pərakəndə alqı-satqı müqaviləsinin forması) 
 • Maddə 616 (Malın ümumi ofertası) 
 • Maddə 617 (Mal haqqında informasiya verilməsi) 
 • Maddə 618 (Malın alıcı tərəfindən müəyyən müddətdə qəbul edilməsi şərti ilə satılması) 
 • Maddə 619 (Malların nümunələr üzrə satılması) 
 • Maddə 620 (Malların avtomatlardan istifadə etməklə satılması) 
 • Maddə 621 (Malın alıcıya çatdırılmaq şərti ilə satılması) 
 • Maddə 622 (Pərakənda satılan malın qiyməti və ödənilməsi) 
 • Maddə 623 (Malın dəyişdirilməsi) 
 • Maddə 624 (Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda onun hüquqları) 
 • Maddə 625 (Mal dəyişdirilərkən, alış qiyməti azalarkən və lazımi keyfiyyətli olmayan mal qaytarılarkən qiymət fərqinin ödənilməsi) 
 • Maddə 627 (Göndərmə müqaviləsi) 
 • Maddə 629 (Malların göndərilməsi dövrləri) 
 • Maddə 630 (Malların göndərilməsi qaydası) 
 • Maddə 631 (Malların çatdırılması) 
 • Maddə 632 (Malların tam göndərilməməsinin tamamlanması) 
 • Maddə 633 (Tam göndərilməmə tamamlanarkən malların çeşidi) 
 • Maddə 634 (Alıcı tərəfindən malların qəbul edilməsi) 
 • Maddə 635 (Alıcı tərəfindən qəbul edilməmiş malın məsuliyyətlə saxlanması) 
 • Maddə 636 (Malların seçilməsi) 
 • Maddə 637 (Göndərilən mallar üçün hesablaşmalar) 
 • Maddə 638 (Göndərmə zamanı tara və qab) 
 • Maddə 639 (Lazımi keyfiyyətli olmayan malların göndərilməsinin nəticələri) 
 • Maddə 640 (Komplektsiz malların göndərilməsinin nəticələri) 
 • Maddə 641 (Mallar tam göndərilmədikdə, malların qüsurlarının aradan qaldırılmasına və ya komplektinin tamamlanmasına dair tələblər yerinə yetirilmədikdə alıcının hüquqları) 
 • Maddə 642 (Malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün dəbbə pulu) 
 • Maddə 643 (Bir neçə göndərmə müqaviləsi üçün eyni növlü öhdəliklərin icrası) 
 • Maddə 645 (Müqavilə ləğv edilərkən zərərin hesablanması) 
 • Maddə 646 (Daşınmaz əşyaların alqı-satqısı müqaviləsi) 
 • Maddə 647 (Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi xərcləri) 
 • Maddə 648 (Daşınmaz əşyaların alqı-satqısı zamanı tərəflərin vəzifəsi) 
 • Maddə 649 (Satılmış daşınmaz əşyanın uyğun olmaması) 
 • Maddə 650 (Daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaların rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alqı-satqısına tətbiqi) 
 • Maddə 651 (Əşyaların alqı-satqısı haqqında müddəaların, tələblərin və digər hüquqların alqı-satqısına tətbiqi) 
 • Maddə 652 (Hüququn keçirilməsi (tələbin güzəşti)) 
 • Maddə 653 (Əşyaya sahiblik hüquqlarının satılması) 
 • Maddə 654 (Hüquqların və tələblərin alqı-satqısı zamanı satıcının məsuliyyəti) 
 • Maddə 655 (Faktorinq müqaviləsi) 
 • Maddə 656 (Tələblərin alqı-satqısı haqqında müddaların faktorinq müqaviləsinə tətbiqi) 
 • Maddə 657 (Faktorinq müqaviləsinin iştirakçıları arasında münasibətlərin xüsusiyyətləri) 
 • Maddə 658 (Sınama üçün alqı-satqı müqaviləsi)



Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

Azərbaycan Respublikasının 11 iyul 2000-ci il tarixli, 906-IQ nömrəli qanunu ilə təsdiq edilmişdir.

 • Maddə 221 (Reklam haqqında qanunvericiliyin pozulması) 
 • Maddə 224 (Buraxılması və ya satılması qadağan olunmuş malların satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) 
 • Maddə 225 (Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun və ya satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) 
 • Maddə 226 (Qiymət intizamının pozulması) 
 • Maddə 227 (Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılması) 
 • Maddə 228 (İstehlakçıların hüquqlarının pozulması) 
 • Maddə 231 (İstehlakçıları aldatma) 
 • Maddə 237 (Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı) 
 • Maddə 238 (Qiymətli metallardan və ya qiymətli yarımqiymətli daş-qaşlardan və onlardan hazırlanmış məmulatların qəbulu, saxlanılması, pərakəndə satışı və uçotu qaydalarının pozulması) 
 • Maddə 323 (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələbləri yerinə yetirməmə) 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli, 787-IQ nömrəli qanunu ilə təsdiq edilmişdir.

 • Maddə 197 (Əmtəə nişanlarından qanunsuz istifadə etmə) 
 • Maddə 200 (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma)

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu 

Qəbul edilmişdir: 19 sentyabr 1995-ci il № 1113
Əlavə və dəyişikliklər:


 1. 12 oktyabr 2001-ci il, № 193-IIQD
 2. 5 oktyabr 2001-ci il, № 183-IIQD
 3. 5 oktyabr 2001-ci il, № 190-IIQD
 4. 23 aprel 2002-ci il, № 311-IIQD
 5. 30 aprel 2002-ci il, № 317-IIQD
 6. 5 dekabr 2003-cü il, № 538-IIQD
 7. 30 dekabr 2003-cü il, № 568-IIQD
 8. 10 iyun 2005-ci il, № 925-IIQD
 9. 21 oktyabr 2005-ci il

Yeyinti məhsulları haqqında Azərbaycan Respublikası Qanunu

Qəbul edilmişdir: 18 noyabr 1999-cu il, № 759-IQ
Əlavə və dəyişikliklər:

 1. 23 noyabr 2001-ci il, № 219-IIQD
 2. 3 dekabr 2002-ci il, № 389-IIQD
 3. 5 dekabr 2003-cü il, № 538 –IIQD


Bu qanun Azərbaycan Respublikasının yeyinti məhsullarının keyfiyyətinin idarə edilməsinin, istehsalının və bazarının təşkilinin, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edir.


Taxıl haqqında Azərbaycan Respublikası Qanunu

Qəbul edilmişdir: 16 iyun 2000-ci il, № 898-IQ
Əlavə və dəyişikliklər: 30 dekabr 2003-cü il, № 568-IIQD

Reklam haqqında Azərbaycan Respublikası Qanunu

Qəbul edilmişdir: 3 oktyabr 1997-ci il, № 376-IQ
Əlavə və dəyişikliklər:


 1. 30 mart 1999-cu il, №643-IQD
 2. 18 iyul 2000-ci il, № 910-IQD
 3. 20 fevral 2001-cü il, № 87–IIQD
 4. 20 fevral 2001-cü il, № 90–IIQD
 5. 6 mart 2001-ci il, № 97–IIQD
 6. 23 mart 2001-ci il, № 102–IIQD
 7. 5 oktyabr 2001-ci il, № 190–IIQD
 8. 5 dekabr 2003-cü il, № 538–IIQD
 9. 30 dekabr 2003-cü il, № 568–IIQD
 10. 6 yanvar 2004-cü il, № 574–IIQD
 11. 13 yanvar 2004-cü il, № 588–IIQD
 12. 24 dekabr 2004-cü il, № 815–IIQD
 13. 21 oktyabr 2005-ci il


Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikası Qanunu

Qəbul edilmişdir: 12 iyun 1998-ci il, № 504-IQ
Əlavə və dəyişikliklər: 30 aprel 2004-cü il, № 643-IIQD

Bu qanun Azərbaycan Respublikasında əmtəə nişanlarının və coğrafi göstəricilərinin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.



Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikası Qanunu

Qəbul edilmişdir: 10 iyun 1997-ci il, № 314-IQ


Əlavə və dəyişikliklər:
 

 1. 5 oktyabr 1999-cu il, № 706-IQD
 2. 13 mart 2001-ci il, № 100-IIQD
 3. 12 oktyabr 2001-ci il, № 205-IIQD
 4. 23 noyabr 2001-ci il, № 219-IIQD
 5. 2 iyul 2002-ci il, № 356-IIQD
 6. 30 dekabr 2003-cü il, № 569-IIQD

Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir.

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunu

Qəbul edilmişdir: 28 oktyabr 1999-cu il, № 723-IQ

Nəqliyyat haqqında Azərbaycan Respublikası Qanunu

Qəbul edilmişdir: 11 iyun 1999-cu il, № 683-IQ

Əlavə və dəyişikliklər:

 1. 16 may 2000-ci il, № 879-IQD
 2. 15 noyabr 2001-ci il, № 214-IIQD
 3. 23 aprel 2002-ci il, № 311-IIQD


Rabitə haqqında Azərbaycan Respublikası Qanunu

Qəbul edilmişdir: 10 iyun 1997-ci il, № 310-IQ

Əlavə və dəyişikliklər:

 1. 2 aprel 1999-cu il, № 647-IQD
 2. 16 may 2000-ci il, № 883-IQD
 3. 2 fevral 2001-ci il, № 70-IIQD
 4. 19 aprel 2002-ci il, № 306-IIQD
 5. 17 may 2002-ci il, № 324-IIQD
 6. 3 dekabr 2002-ci il, № 398-IIQD
 7. 9 mart 2004-cü il, № 603-IIQD
 8. 4 mart 2005-ci il, № 855-IIQD
 9. 4 mart 2005-ci il;
 10. 30 sentyabr 2005-ci il;


Energetika haqqında Azərbaycan Respublikası Qanunu

Qəbul edilmişdir: 24 noyabr 1998-ci il, № 541-IQ


Elektroenergetika haqqında Azərbaycan Respublikası Qanunu

Qəbul edilmişdir: 03 aprel 1998-ci il, № 459-IQ

Əlavə və dəyişikliklər:

 1. 12 oktyabr 2001-ci il, № 204-IIQD
 2. 3 dekabr 2002-ci il, № 394-IIQD
 3. 3 dekabr 2002-ci il, № 399-IIQD


Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunu

Qəbul edilmişdir: 3 iyun 1998-ci il, № 513-IQ

Əlavə və dəyişikliklər: 30 aprel 2004-cü il, № 643-IIQD


 
Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görüməsi, xidmət göstərilməsi) qaydaları


Qəbul edilmişdir: 15 aprel 1998-ci il, № 80. 
Əlavə və dəyişikliklər:
1. 21 yanvar 1999-cu il, № 7; 
2. 29 yanvar 2001-ci il, № 25; 
3. 16 iyul 2003-cü il, № 90;
4. 10 mart 2004-cü il, № 27.  
 
  «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsini rəhbər tutaraq istehlakçıların hüquqlarının dövlət müdafiəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 
1. «Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları» təsdiq edilsin (əlavə olunur). 
2. Azərbaycan Respublikasının Ticarət Nazirliyi öz səlahiyyətləri daxilində bu Qaydalardan irəli gələn normativ aktları və təlimatları hazırlayıb təsdiq etsin. 
3. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin ticarət və pullu xidmətlər şöbəsinə tapşırılsın. 
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (30 aprel 1998-ci il, № 4, maddə 288). 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmişdir
  
Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları 
I. Ümumi müddəalar
1. Bu Qaydalar Azərbaycan Respublikası ərazisində tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (sonradan «hüquqi və fiziki şəxslər»), onların ticarət (topdan, pərakəndə və ictimai iaşə), məişət və digər növ xidmət obyektlərinin (fəaliyyətin birbaşa həyata keçirildiyi yer) fəaliyyətlərini tənzimləyir. 
2. Hüquqi və fiziki şəxslər, onların ticarət, məişət və digər xidmət obyektləri öz fəaliyyətlərini Azərbaycan Respublikasının qanunvericiliyi və bu Qaydalara uyğun tənzimləyir. 
3. NK-nın 16 iyul 2003-cü il tarixli, 90 saylı qərarı ilə çıxarılmışdır. 
4. Ticarət, məişət və digər xidmət obyektlərinin işçiləri bu Qaydaları bilməli və onlara riayət etməlidirlər. 
Alkoqol və tütün məmulatlarının satışında uşaq əməyindən istifadə edilməməlidir. 
5. İctimai iaşə, məişət və digər xidmət sahələrində ticarət, istehsal, xidmət fəaliyyətlərini həyata keçirən hüquqi və ya fiziki şəxslərlə onların xidmət etdiyi sənaye obyektləri, firmalar, idarə və təşkilatlar arasında qarşılıqlı münasibətlər müvafiq müqavilələrlə müəyyən edilir. 
6. Hər bir hüquqi və fiziki şəxsə məxsus olan ticarət, məişət və digər xidmət obyekti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada onun mülkiyyətçisi və ya rəhbəri tərəfindən müəyyən edilmiş iş rejimi üzrə fəaliyyət göstərir. 
7. Müəssisələrdə, idarələrdə, təşkilatlarda və təhsil ocaqlarında fəaliyyət göstərən ictimai iaşə və digər xidmət obyektlərinin iş rejimi xidmət göstərilən müəssisələrin müdiriyyəti ilə razılaşdırılaraq müəyyən edilir. 
8. Ticarət, məişət və digər xidmət obyektləri əməyin, sağlamlığın və ətraf mühitin qorunması, yanğından mühafizə, habelə mal və məhsulların saxlanması, istehsalı və satışı üzrə normativ aktlarda nəzərdə tutulmuş digər tələblərə ciddi riayət etməklə - müvafiq avadanlıqlarla təchiz olunmalıdır. 
9. Ticarət, məişət və digər xidmət obyektlərinin giriş qapısında (ön tərəfdə) onların adını, mənsubiyyətini və iş rejimini əks etdirən lövhə asılır. 
10. Ticarət və xidmət obyektləri alıcılara müəyyən edilmiş iş saatlarında xidmət göstərir. Nahar fasiləsinin başlanmasının və obyektin iş vaxtının bitməsinin yaxınlaşması ilə əlaqədar alıcıların ticarət və xidmət zalına daxil olmasına icazə verilmir. İş vaxtının sonunda obyekt işçiləri alıcılara iş vaxtının bitməsi haqda məlumat verir. 
Ticarət və xidmət obyektləri nahar fasiləsinə bağlandıqda, yaxud iş günü bitdikdə kassa da öz işini bitirir. Lakin kassa və ya əmtəə çeki olan bütün alıcılara müvafiq qaydada xidmət göstərir. 
11. Özünəxidmət mağazaları, nahar fasiləsi və ya iş gününün başa çatması ilə əlaqədar bağlandıqda, ticarət zalında olan bütün alıcılara xidmət göstərilir. 
12. Ticarət obyektlərinin vitrinlərində müstəqil pərakəndə satış qiymətləri göstərilməklə ancaq satışda olan malların nümunələri qoyulur. 
Vitrinə qoyulmuş mallar müştərinin tələbi ilə onların keyfiyyəti yoxlanıldıqdan sonra satılır. 
Vitrinlərin müvafiq tərtibatı üçün istifadə olunan bəzək elementləri - mallar və yaxud mağazanın avadanlıqları satılmır. 
II. Malların qəbulu, saxlanması və satışa hazırlanması 
13. Hüquqi və fiziki şəxslər malların kəmiyyət və keyfiyyət üzrə qəbulunu müvafiq sənədlərə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirir. 
Hüquqi, fiziki şəxslərin və onların obyektlərinin anbarında və satışda olan mallar üzrə təchizatçının (mal göndərənin) rekvizitləri, daxil olmuş malın miqdarı, qiyməti və ümumi məbləği əks etdirilmiş müvafiq təsdiqedici sənədlər olmalıdır. 
Malların mənşəyini və qiymətini təsdiq edən qaimə və digər müşayiətedici sənədlər olmadığı halda, onların qəbulu, saxlanması və satışı qadağan edilir. 
14. Ticarət obyekti tərəfindən qəbul edilmiş mallar obyektə daxil olduğu gün müvafiq qaydada mədaxil edilir. Malın daxil olduğu tarixdə mədaxil edilməsi mümkün olmadıqda (ekspert çağırılması, qiymətin, keyfiyyətin və kəmiyyətin yoxlanılması, daxil olmuş mallar üzrə mal müşayiət sənədlərinin olmadığı hallarda) məsul saxlanmaya götürülür. 
15. Ərzaq malları yalnız keyfiyyəti təsdiq edən müvafiq sənədlər olduğu hallarda satıla bilər. Tez xarab olan ərzaq malları üzrə müşayiətedici sənədlərdə mal və ya məhsulun istehsal edildiyi saat və tarix, saxlanma temperaturu və satışın son müddəti göstərilməlidir. 
Malların keyfiyyəti, markalanması, saxlanma rejimi və forması (temperaturu, nəmliyi, saxlanma müddətləri), normativ-texniki sənədlər, standartlar və təchizat müqavilələri ilə nəzərdə tutulmuş tələblərə cavab verməlidir. 
Yararlılıq, yaxud satış müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən mallar satıla bilməz. 
Xırda partiyalarla və tək-tək tədarük edilən malların keyfiyyət və təhlükəsizliyinə nəzarət, ekspertiza yolu ilə, müəyyən olunmuş qaydada həyata keçirilir. 
Ticarət obyektinin rəhbəri və ya mülkiyyətçisi malların keyfiyyətinə görə məsuliyyət daşıyır. 
16. Malların anbarlarda saxlanması, onların ticarət zallarında və xırda pərakəndə ticarət şəbəkələrində boşaldılması, yerləşdirilməsi və satışa qoyulması zamanı - obyekt işçiləri malların uyğunlaşma prinsipinə, anbarda saxlanma normalarına, sanitar və yanğından mühafizə qaydalarına ciddi riayət etməlidirlər. 
17. Ticarət obyekti malı satışa müvafiq qaydada hazırlayır, texniki cəhətdən mürəkkəb malların sazlanması və xırda təmiri, qablaşdırma materiallarından çıxarılması, paltarların təmizlənməsi, ütülənməsi, parçaların satışa hazırlanması, velosipedlərin, motosikllərin, mopedlərin və metaldan olan digər məmulatların yığılması və yağdan təmizlənməsi, butulkaların və konserv bankalarının, bəzi ərzaq məhsullarının təmizlənməsi, kəsilməsi və əvvəlcədən qablaşdırılması və s. işlərini aparır. 
III. Malların satışı 
18. Topdansatış ticarət obyektlərindən mallar hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə bağlanmış müqavilələr əsasında satılır. 
19. Topdansatış ticarəti ilə məşğul olan obyektlərdə malların pərakəndə satışı qadağandır. 
20. Pərakəndə satış obyektlərindən malların topdansatışı, topdansatış qaydaları gözlənilməklə müvafiq sənədləşmə əsasında aparıla bilər. 
21. Ticarət obyekti tərəfindən mallar müəyyən olunmuş qaydada nağd və ya qeyri-nağd hesablaşma yolu ilə satıla bilər. 
22. Ticarət obyektinin işə başlamasından əvvəl, müştərilərə lazımi qaydada xidmət göstərilməsini təmin etmək üçün bütün hazırlıq işləri görülür. 
Müştərilərə tez xidmət göstərmək məqsədi ilə obyekt tərəfindən yardımçı sahədə olan mallar vitrinə tam çeşiddə və lazımi miqdarda düzülür (qoyulur). 
Satışa daxil olmuş bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfində isə mütləq maddi-məsul şəxsin imzası və onun doldurulma tarixi olmalıdır. 
Malın adı, çəkisi və növü qablaşdırma materialında (qutusunda) göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri göstərilməlidir. 
23. Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat obyektlərindən, hüquqi və fiziki şəxslər tərəfindən pərakəndə qaydada alınmış ərzaq mallarının, o cümlədən spirtli və spirtsiz içkilərin, tütün məmulatlarının sonradan pərakəndə satışına icazə verilmir. 
24. Ticarət obyekti müştəriyə onu maraqlandıran malın qiyməti, istehlak xüsusiyyəti (ərzaq məhsulları barədə - həmçinin onun tərkibi, kaloriliyi, sağlamlıq üçün zərərli olan maddələrin mövcudluğu haqqında) alınma şərtləri, zəmanət təminatı və iddiaların irəli sürülməsi, maldan istifadə üsulları və qaydaları, onların müddətləri, saxlanma şərtləri və təhlükəsiz istifadə edilməsi haqqında dürüst məlumat verməlidir. 
25. Özünəxidmət obyektlərində müştərilər seçdikləri malları inventar səbətinə (arabasına) yığırlar. 
Qiyməti ödənilməmiş mallar hesablaşma zamanı inventar səbətində və ya arabasında təqdim edilməlidir. 
26. Özünəxidmət obyektləri kifayət qədər inventar səbətləri, maqqaşlar və müştərinin mal seçməsi üçün lazım olan digər inventarlarla təmin edilməlidir. 
27. Alıcı tərəfindən dəyəri ödənilmiş və mağazadan çıxarılmış lazımi keyfiyyətli (o cümlədən yararlılıq müddəti ərzində) ərzaq malları sonradan yenisi ilə dəyişdirilə bilməz. 
28. Azərbaycan Respublikası ərazisində alındıqdan sonra qüsuru olması aşkara çıxan ərzaq və qeyri-ərzaq mallarının dəyişdirilməsi və ya qaytarılması «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası qanununa və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq həyata keçirilir. 
29. Həddi-büluğa çatmamış (18 yaşından kiçik) uşaqlara tünd spirtli içkilər, tütün məmulatı, oyun kartları, 15 yaşına çatmamış uşaqlara isə kibrit, tərkibində kimyəvi zəhərli maddələr olan mallar və tez alışan mayelər satmaq qadağandır. 
30. Satışı xüsusi ticarət qaydaları ilə tənzimlənən, lisenziyalaşdırılan ərzaq və qeyri-ərzaq malları bu Qaydalara ciddi riayət etməklə satılır. 
31. Mal satılan zaman satıcılar və digər xidmətedici heyət Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi orqanları tərəfindən yoxlanılmış və nişanlanmış ölçü cihazlarından istifadə etməlidirlər. 
Ölçmək, çəkmək, dozalara bölmək üçün saz olmayan qüsurlu cihazlar istifadədən götürülməli, saz hala gətirilməli və yoxlamadan keçirilməlidir. 
32. Ticarət obyekti müştəriyə müstəqil və ya obyektin işçisinin köməkliyi ilə aldığı malın çəkisinin və ölçüsünün düzgün olduğunu müəyyən etməyə imkan yaratmalıdır. Bunun üçün iri mağazalarda ticarət zalında görünən yerdə nəzarət tərəziləri və başqa ölçü avadanlıqları qoyulmalıdır. 
33. Satılan malın pulu ödənilərkən, alıcıya malın satıldığını təsdiq edən kassa çeki verilir. 
Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. 
34. Alıcının seçdiyi mal, obyektdə satıcının mala yazdığı çekdə ödəniş vaxtı göstərilməklə 3 (üç) saat ərzində saxlanıla bilər. 
Qeyri-nağd hesablaşma yolu ilə alınmış mallar ödəniş sənədləri təqdim olunduğu ana qədər obyektdə saxlanıla bilər. 
Kreditə alınan mallar sənədləşdirildikdən sonra, alıcının istəyi ilə ticarət şəbəkəsində bir gün saxlanıla bilər. Göstərilən müddət başa çatdıqdan sonra alınmamış mallar satışa verilir. 
Alınmış böyük həcmli malları (mebel, tikinti materialları, piano, soyuducular, paltaryuyan maşınlar və s.) müştəri obyektdə bir gün müddətində saxlaya bilər. Bu müddət, obyekt rəhbərinin razılığı ilə haqqı ödənilməklə artırıla bilər. 
Alınmış və saxlanılmağa qoyulmuş mallara kassa çekinin və saxlanma müddəti göstərilməklə verilmiş qəbzin surəti əlavə edilir, malın üzərində «satılıb» sözü əks olunan lövhə qoyulur. Saxlanmağa verilmiş müddət ərzində satıcı malın saxlanmasına və keyfiyyətinə məsuliyyət daşıyır. 
35. Ticarət obyektinin işçilərinə, bu obyektə məxsus olmayan malları ticarət zalında saxlamaq qadağan edilir. Obyektə məxsus olmayan malların onun anbarlarında və yardımçı binalarında saxlanması müqavilə əsasında həyata keçirilir. 
Obyekt işçilərinin üst geyimləri və şəxsi əşyaları bunun üçün nəzərdə tutulmuş xüsusi yerlərdə saxlanılır. 
36. Müəssisələrə, idarə və təşkilatlara malların qeyri-nağd hesablaşma yolu ilə xırda topdan satışı müəyyən olunmuş qaydalarla həyata keçirilir. 
37. Qeyri-ərzaq mallarının (paltar, ayaqqabı, trikotaj məmulatı və s.) satışı zamanı obyekt onların geyilib baxılması, texniki cəhətdən mürəkkəb olan malların isə yoxlanması üçün müvafiq şərait yaradır. 
IV. Alıcı və sifarişçilərlə hesablaşma 
38. Alıcılar aldıqları mallara görə nağd pul verməklə, yaxud bank idarələrinin verdikləri çek kitabçaları, hesablaşma çekləri və kredit kartları vasitəsi ilə qeyri-nağd hesablaşma yolu ilə hesablaşa bilərlər. 
Məişət və digər xidmət obyektlərində edilmiş xidmətə (görülmüş işə) görə ödəniş forması icraçı və istehlakçı arasındakı qarşılıqlı razılığa əsasən müəyyən edilir. 
39. Ticarət obyektləri nağd pulları və çek kitabçalarından (hesablaşma çeklərindən) çekləri kassa aparatları vasitəsi ilə qəbul etməlidirlər. 
Kassa aparatlarında bu sahədə müvafiq təhsil haqqında sənədi olan işçilər çalışır. 
40. Malın, işin və xidmətin pulunu alan kassir və ya satıcı-kassir müştəri ilə aşağıdakı qaydada hesablaşmalıdır: 
müştəridən aldığı pulun məbləğini aydın deməli və bu pulu ayrıca olaraq müştəriyə yaxşı görünən yerə qoymalıdır; 
kassa aparatında çek vurmalı, müştəriyə qaytarılan qalığı aydın deyib çek və mal ilə birgə ona verməlidir; 
alıcı ilə hesablaşdıqdan sonra alınmış pullar kassa aparatının siyirtməsinə qoyulmalıdır. 
41. Alıcılardan satılmış mala görə pul almaq hüququna malik olan kassir və digər işçilər onlardan növbəti dövriyyəyə buraxılması mümkün olmayan (əzik, qismən zədələnmiş və s.) əskinasları qəbul etməlidirlər. 
42. Kassada (seyfdə) obyektə məxsus olmayan vəsaitləri (nağd pulları), habelə kassirin, yaxud digər işçilərin şəxsi əşyalarını saxlamaq qadağan edilir. 
V. İctimai iaşə sahəsində fəaliyyət göstərən obyektlərdə istehsalın və istehlakçılara xidmətin təşkilinin xüsusiyyətləri 
43. İctimai iaşə obyektləri öz fəaliyyətlərini aid olduqları növ (tip) və dərəcələrə (kateqoriyalara) müvafiq olaraq, mülkiyyətçi və ya rəhbər tərəfindən təsdiq edilmiş menyuya, yaxud malların çeşid siyahısına əsasən həyata keçirirlər. 
İctimai iaşə obyektinə dərəcə «İctimai iaşə sahəsində fəaliyyət göstərən obyektlərə xidmət səviyyəsinə görə dərəcələrin verilməsi haqqında Əsasnamə»yə müvafiq olaraq, mülkiyyətçinin (rəhbərin) təqdimatına əsasən verilir. 
Menyu və ya çeşid siyahısı hər bir növ xörək və məhsul üzrə tərtib edilmiş kalkulyasiya vərəqələrinə əsaslanmalıdır. 
44. İctimai iaşə obyekti qüvvədə olan normativ-texnoloji sənədlərə əsaslanaraq məhsul istehsal edir və onun əsasında yeni firma-xörəklər, məmulatlar işləyib hazırlamaq və istehsal etmək hüququna malikdir. 
45. Hüquqi və fiziki şəxslərin obyektləri tərəfindən istehsal edilən məhsul, bağlanmış müqavilələrə əsasən, satış üçün digər hüquqi və fiziki şəxslərə buraxıla bilər. 
46. Müştərilərə daha tez xidmət göstərmək üçün obyekt abonementlərin əvvəlcədən satışını, komplektləşdirilmiş xörəklərin buraxılmasını, səhər, nahar, şam yeməkləri ilə süfrələrin əvvəlcədən açılmasını təşkil edə bilər. 
47. İstehlakçı ona buraxılmış məhsulların dəyərini nağd və ya qeyri-nağd hesablaşma yolu ilə ödəyə bilər. İstehlak edilmiş məhsul müqabilində istehlakçıya kassa çeki təqdim edilir. 
Ofisiantlarla xidmət göstərən obyektlərdə, müştəri pulu onun (ofisiantın) təqdim etdiyi hesab və kassa çeki əsasında ödəyir. Hesab iki nüsxədə yazılır. 
48. İctimai iaşə obyektində musiqi xidməti göstərən konsert təşkilatları, obyektin orkestri (ansamblı), yaxud müstəqil musiqi kollektivləri tərəfindən müqavilə əsasında həyata keçirilir. 
49. Əgər müxtəlif obyektiv səbəblər üzündən toy, banket və sairə bu kimi əvvəlcədən sifariş üzrə nəzərdə tutulmuş ziyafətlərə xidmət göstərmək mümkün olmadıqda obyektin müdiriyyəti bu haqda sifarişçini 7 gün əvvəldən xəbərdar etməyə borcludur. 
50. İstehlakçıya keyfiyyətsiz, yaxud istehsal texnologiyası pozulmaqla bişirilmiş xörək (məmulat) verildikdə, icraçı xörəyi dəyişməli və ya müştəriyə onun dəyərini ödəməlidir. 
51. İctimai iaşə obyekti istehlakçıların üst geyimlərinin qarderobda saxlanmasını təmin etməlidir. Alıcıların üst geyimlərinin qarderobdan itməsi üçün obyekt qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 
52. İctimai iaşə obyektinin işçiləri, davranış qaydalarını pozan müştərilərə xidmət göstərməyə bilərlər. 
53. İctimai iaşə obyektinin əmlakına ziyan vurmuş müştəri müəyyən olunmuş qaydada onu ödəyir. 
VI. Məişət və digər xidmət obyektlərində istehlakçılara göstərilən xidmətlərin (yerinə yetirilən işlərin) bəzi xüsusiyyətləri 
54. İcraçı öz fəaliyyət növünə uyğun olaraq xidmət göstərmək (iş görmək) üçün sifariş qəbul edir. Sifarişlər bilavasitə xidmət obyektlərində: iş, təhsil, yaşayış və istirahət yerlərində qəbul edilir. 
55. İş və xidmətlər üzrə sifarişlər - nümunələr, moda jurnalları və ya istehlakçının eskizləri əsasında qəbul edilir və ona talon, kassa çeki və ya qəbz verilir. 
56. İcraçının istehlakçıya məcburi əlavə pullu xidmət (iş) sifariş etdirməsinə yol verilmir. 
57. İcraçının istehlakçıya edilən xidmətin (görülən işin) lazımi keyfiyyəti, təhlükəsizliyi, standartların tələblərinə, bağlanmış müqavilənin şərtlərinə uyğunluğu və dəyəri haqqında məlumatlar verilməlidir. 
58. Sifarişin qəbulu zamanı tərtib edilmiş müqavilə və ya sənədin şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu və bu Qaydalarla nəzərdə tutulmuş istehlakçıların hüquqlarını məhdudlaşdırarsa, həmin müqavilə və ya sənəd etibarsız sayılır. 
Əgər müqavilə şərtlərinin yerinə yetirilməsi istehlakçının hüququnun məhdudlaşdırılmasına və ona ziyan vurulmasına gətirib çıxarırsa, həmin ziyan icraçı tərəfindən qanunla nəzərdə tutulmuş qaydada ödənilir. 
59. İcraçı, istehlakçı tərəfindən ona verilən materialların, ehtiyat hissələrin, əşyaların düzgün istifadəsi və saxlanması üçün cavabdehdir. 
O, istehlakçıdan qəbul etdiyi əşyanı (materialı, ehtiyat hissəsini) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və ya xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın, ehtiyat hissəsinin) dəyərini və dəymiş zərəri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. 
60. İcraçı əşyanın (materialın, ehtiyat hissəsinin) korlanmasına, zədələnməsinə gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir. Əşyanın (materialın, ehtiyat hissəsinin) xüsusi xassələrini bilməməsi icraçını məsuliyyətdən azad etmir. 
61. İcraçı xidməti (işi) müqavilədə göstərilmiş müddətdə yerinə yetirməlidir. Sifarişin yerinə yetirilmə müddəti onun qəbul edildiyi gündən hesablanır. Əgər sifarişin yerinə yetirilmə müddətinin başlanğıc və son günü istirahət gününə düşərsə, müddət o gündən sonra gələn iş günündən hesablanır. 
62. İcraçı istehlakçının müəyyənləşdirdiyi yerdə onunla razılaşdığı vaxtda işçinin gəlməsini təmin etməli, istehlakçı isə xidmətin (işin) yerinə yetirilməsi üçün lazımi şərait yaratmalıdır. 
63. Sifarişin rəsmiləşdirildiyi müqavilə (qəbz) və ya digər sənəd itirildikdə, yerinə yetirilmiş iş (göstərilmiş xidmət) istehlakçıya onun təqdim etdiyi ərizə və şəxsiyyəti təsdiq edən sənədə əsasən verilir (buraxılır). 
VII. Təsərrüfat obyektlərinin saxlanmasına və onun işçilərinə dair sanitar tələblər 
64. Ticarət, məişət və digər növ xidmət fəaliyyəti ilə məşğul olan bütün obyektlər qüvvədə olan sanitar qaydalarına riayət etməlidir. 
Bu sahədə çalışan işçilər vaxtaşırı tibbi müayinədən keçməli və xüsusi geyim formaları ilə təmin edilməlidirlər. 
65. Hüquqi, fiziki şəxslər və onların obyektlərinin rəhbərləri (mülkiyyətçiləri) obyektin sanitar vəziyyətinə görə şəxsi məsuliyyət daşıyırlar. 
VIII. Bu Qaydalara riayət edilməsinə nəzarət və onların pozulmasına görə məsuliyyət 
 
66. Bu Qaydalara riayət edilməsinə nəzarət Ticarət Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. 
Yoxlamaların nəticələrinə görə aktlar tərtib edilir. 
Nəzarətedici orqan əməkdaşları müvafiq sərəncam və xidməti vəsiqə təqdim etməklə yoxlama aparırlar. 
67. Ticarət, məişət və digər xidmət obyektləri onların fəaliyyətinin bunun üçün səlahiyyət verilmiş şəxslər tərəfindən yoxlanılmasına imkan yaratmalı və aşkar edilmiş qüsurların aradan qaldırılmasını təmin etməlidirlər. 
68. Qaydaların pozulmasında günahkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 
69. Qaydaların pozulmasına yol vermiş şəxslər yazılı izahat verməli, bu izahat isə yoxlama aktına əlavə edilməlidir. Aktı imzalamaqdan, yaxud yazılı izahat verməkdən imtina edildikdə aktda bu haqda müvafiq qeydlər edilir. 
70. Yoxlama aktları və aşkar edilmiş pozuntular haqqında sənədlər 7 gün müddətində, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq tədbir görülməsi üçün səlahiyyətli orqanlara göndərilir. 
 
 
71. Malın (işin, xidmətin) quruluş, istehsal, texnoloji və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlağına və ya əmlakına dəymiş ziyan, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam həcmdə ödənilməlidir.


Sanitar-Epidemiologiya haqqında Azərbaycan Respublikası Qanunu, 10 noyabr 1997-ci il

Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu, 04 mart 1993-cü il

Standartlahdırma haqqında Azərbaycan Respublikası Qanunu, 16 aprel 1996-cı il

Patent haqqında Azərbaycan Respublikası Qanunu, 10 iyun 1994-cü il

Mal nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikası Qanunu, 12 iyun 1996-cı il

Təbii inhisar haqqında Qanun, 15 dekabr 1992-ci il

Tütün və tütün məhsulları haqqında Qanun, 08 iyun 2001-ci il


İSTEHLAKÇILARIN HÜQUQLARININ MÜDAFİƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



  Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir.

  Qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş «İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər» əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmişdir.

I fəsil. Ümumi müddəalar


Maddə 1. Əsas anlayışlar 
 
Bu Qanunda istifadə edilən anlayışlar:
 • istehlakçı: şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs; 
 • istehsalçı: mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar; 
 • icraçı: iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar; 
 • satıcı: alqı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar; 
 • normativ sənəd: malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məcburi tələbləri müəyyənləşdirən dövlət standartları, farmakoloji, sanitariya və tikinti normaları, qaydaları və digər sənədlər; 
 • qüsur: malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu; 
 • mühüm qüsur: maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur; 
uyğunluq sertifikatı (sertifikat): sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd; 
 • uyğunluq nişanı: məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən olunmuş qaydada qeydiyyata alınan nişandır; 
 • malın (işin, xidmətin) təhlükəsizliyi: maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanmasının, daşınmasının, işlədilməsinin adi şəraitində və ya işin görülməsi (xidmət göstərilməsi) prosesində istehlakçının həyatına, sağlamlığına, əmlakına, habelə ətraf mühitə zərər vurulmasının istisna olunması; 
 • zəmanət müddəti: müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddət. 

Maddə 2. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

  İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və bu qanuna müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlardan ibarətdir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilmiş qaydalar bu Qanunda nəzərdə tutulanlardan fərqli olarsa, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

II fəsil. İstehlakçıların hüquqları

Maddə 3. İstehlakçıların hüquqları 

  Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:
malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; 
istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; 
malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; 
malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; 
qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; 
öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; 
ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. 

Maddə 4. Zəmanətli istehlak səviyyəsi 
 
Zəmanətli istehlak səviyyəsi aşağıdakı formalarda təmin edilir:
hər bir istehlakçının azad şəkildə mal almasına zəmanət olmadığı hallarda, malların normalaşdırılmış formada bölünməsinin tətbiqi ilə; 
vətəndaşlara kompensasiya ödənişləri, müxtəlif müavinət və güzəştlər verməklə. 

Maddə 5. İstehlakçının malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına hüququ 
 
1. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.
2. İstehlakçıların həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir.
Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir.
3. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.
Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır.
4. İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir.
İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə, texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir.


Maddə 6. Zəmanət öhdəlikləri 
 
1. İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir.
Komplektləşdirici məmulatların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) özünün zəmanət müddətindən az olmamalıdır.
2. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala (işə, xidmətə) əlavə olunan digər sənəddə göstərilir.
Tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən ərzaq məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların (işlərin, xidmətlərin) üzərində (qablarında) və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir.
Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir.
Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır.
3. İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.
4. Zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
 
Maddə 7. Qüsuru olan mal satılarkən istehlakçının hüquqları 
 
1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:
lazımi keyfiyyətli mala dəyişdirməyi; 
satış qiymətini uyğun məbləğdə azaltmağı; 
malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; 
malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; 
müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. 
2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.
İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir.
3. İstehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.
İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir.
Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər.
4. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir.
Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır.
Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır.
5. İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır.
Belə hallarda istehlakçı ilə hesablaşma bu maddənin 4-cü bəndində göstərilən qaydada aparılır.
6. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır.
İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir.
Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir.
7. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.
Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.
İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir.
8. İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi xərcləri ödəməlidir.
9. Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində bu maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının hesabına ödənilir.
10. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır.
İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir.
 
Maddə 8. İş görülməsi və xidmət göstərilməsi üçün müqavilə bağlanmasında icraçının vəzifələri 
 
  Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.
 
Maddə 9. İş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların hüquqları 
 
1. İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.
2. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.
3. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.
4. İstehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli kənaraçıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə uyğun olaraq, bu işlərin icraçının eyni cinsli və keyfiyyətli materialından hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.
5. Bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar, müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin (xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa məbləği nəzərdə tutulmuş olmasın.
Öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallar üçün müəyyən edilmiş dəbbə pulunun (cərimənin, peniyanın) icraçı tərəfindən ödənilməsi və itkilərin əvəzinin verilməsi, onu öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir.
6. İcraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların, istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır.
7. İstehlakçının, bu maddənin 2-ci və 5-ci bəndlərində nəzərdə tutulmuş tələbləri işin (xidmətin) yerinə yetirilməsi gedişində istehlakçı tərəfindən qəbul edilməsi zamanı, habelə zəmanət müddəti ərzində, belə müddət olmadıqda isə bir il ərzində, qüsurlar aşkar edilərkən irəli sürülə bilər.
Zəmanət müddəti işin (xidmətin) istehlakçı tərəfindən qəbul olunduğu gündən, istehlakçının təqsiri üzündən vaxtında qəbul olunmadıqda isə işin (xidmətin) icrası üçün müqavilədə müəyyən edilmiş müddətdən hesablanır.
8. İcraçı, istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir.
9. İcraçı əşyanın (materialın) korlanmasına, zədələnməsinə gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir. Elmi və texniki biliklərin səviyyəsi əşyanın (materialın) xüsusi xassələrini üzə çıxarmağa imkan vermədikdə belə icraçı məsuliyyətdən azad edilmir.
İcraçının iş görmək və xidmət göstərmək üçün qəbul etdiyi əşyanın (materialın) dəyərini istehlakçı müqavilə bağlanarkən müəyyənləşdirir.
10. İş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların, cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onların xassələrini bilib-bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır.
 
Maddə 10. İstehlakçıların malların (işlərin, xidmətlərin) təhlükəsiz olmasına hüquqları 
 
1. İstehlakçı malların (işlərin, xidmətlərin) adi şəraitdə istifadə olunmasının, saxlanılmasının və daşınmasının, onun həyatı, sağlamlığı, eləcə də ətraf mühit üçün təhlükəsiz olmasının, həmçinin onun əmlakına ziyan vurulmamasının təmin olunması hüququna malikdir.
Əgər istifadə edilməsi vətəndaşların həyatına, sağlamlığına və əmlakına, habelə, ətraf mühitə zərər vura bilən mala (işə, xidmətə) aid təhlükəsizlik tələblərini müəyyənləşdirən normativ sənəd yoxdursa, onda müvafiq icra hakimiyyəti orqanları belə normativ sənədlərin təxirəsalınmadan hazırlanmasını və qəbul edilməsini təmin etməli, icraçı tərəfindən malın istehsalını və satışını, işin görülməsini və xidmət göstərilməsini dərhal dayandırmalıdır.
2. Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi, istehlakçıların həyatına, sağlamlığına, onların əmlakına və ya ətraf mühitə təhlükə kəsb edən və ya zərər vura bilən mallara (işlərə, xidmətlərə) xidmət müddəti (yararlılıq müddəti) müəyyən edilməlidir.
İstehsalçı (icraçı) bu kimi malların təlimatlarında xidmət (yararlılıq) müddətlərini göstərməyə borcludur.
3. Malın (işin, xidmətin) təhlükəsiz istifadə edilməsi və ya daşınması, saxlanılması üçün xüsusi qaydalara əməl olunması zəruridirsə, onda istehsalçı (icraçı) belə qaydaları müəyyənləşdirməli, satıcı (icraçı) isə bunları istehlakçının nəzərinə çatdırmalıdır.
4. Qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər), qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır.
Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya da tanınmış uyğunluq sertifikatı əsas verir.
Bu bənddə nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) təhlükəsiz olması barədə tələblərin pozulmasına görə məsuliyyət, bu Qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir.
5. İstehlakçı malın (işin, xidmətin nəticələrinin) istifadəsi, daşınması və saxlanılması qaydalarına düzgün əməl etdikdə, lakin həmin mal (iş, xidmət) onun həyatına, sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər vurduqda və ya zərər vura bilərsə, istehsalçı (icraçı, satıcı) onun istehsalını (satışını) zərər vura bilən səbəblər aradan qaldırılanadək dayandırmalı, zəruri hallarda isə onun dövriyyədən çıxarılması və istehlakçıdan geri qaytarılması üçün tədbirlər görməlidir.
Zərərin səbəblərini aradan qaldırmaq mümkün deyildirsə, istehsalçı (icraçı) belə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaqla, dövriyyədən yığmağa və istehlakçıdan geri almağa borcludur. İstehsalçı (icraçı) bu vəzifələrini yerinə yetirmədikdə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaq, dövriyyədən yığmaq və istehlakçılardan geri almaq haqqında qərarı müvafiq dövlət nəzarət orqanları öz səlahiyyətləri çərçivəsində qəbul etməlidirlər. Bu hərəkət nəticəsində ərzaq xammalı və məhsulları qidalanma üçün yararsız sayılarsa, onlar məhv və ya təkrar emal edilməlidirlər.
Malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərəri istehsalçı (icraçı) tam həcmdə ödəməlidir.
6. Bu maddənin 4-cü və 5-ci bəndlərində müəyyən edilmiş tələblər pozulduqda, malların keyfiyyətinə dövlət nəzarətini həyata keçirən orqanların qərarı ilə istehsalçı (icraçı) həmin qaydalar pozulmaqla satılmış mallardan əldə etdiyi gəliri Dövlət büdcəsinə köçürür.
7. Yeni (modernləşdirilmiş) mal (iş, xidmət) hazırlanarkən istehsalçı, vətəndaşların həyatının, sağlamlığının, əmlakının, həmçinin ətraf mühitin təhlükəsizliyi tələblərinə cavab verməsini təsdiq etmək və dövlət ekspertizasından keçirmək üçün, həmin malın normativ sənədlərini müvafiq orqana təqdim etməlidir.
8. İstehsalçı (icraçı) malda (işdə, xidmətdə) ehtimal doğuracaq xətər (risk) və təhlükəsiz istifadəsi barədə beynəlxalq təcrübələrdə qəbul edilmiş işarələr vasitəsi ilə istehlakçıya məlumat verməyə borcludur.
 
Maddə 11. Lazımi keyfiyyəti olmayan malın (işin, xidmətin) vurduğu zərərə görə əmlak məsuliyyəti 
 
  Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir.
Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.
 
Maddə 12. Mənəvi ziyanın ödənilməsi 
 
  İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.
 
Maddə 13. İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ 
 
1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri ( ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. 
Satıcı ( icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir.
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş məlumat, mala əlavə olunan texniki sənədlər, habelə nişanlanma, hazırlanma və satış tarixinin göstərilməsi vasitəsilə və ya ayrı-ayrı xidmət sahələrində qəbul olunmuş başqa üsulla istehlakçının nəzərinə çatdırılır. 
3. İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalıdır. İstehsal markasında istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilir. Hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın (işin, xidmətin) etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir. 
4. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. 
5. Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan məhsulun reklamı qadağandır. 
6. Haqsız reklam olunan malın (işin, xidmətin) alınması nəticəsində istehlakçıya vurulan zərər təqsirkar şəxslər tərəfindən tam həcmdə ödənilməlidir. 
7. Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir. 
8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 
 
Maddə 14. Ticarət və başqa xidmət növləri sahələrində istehlakçıların hüquqları 
 
1. Bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. 
Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər. 
2. İstehlakçı, satıcının (icraçının) iş rejimini nəzərə almaqla, özü üçün əlverişli olan vaxtda sərbəst mal və xidmət seçmək hüququna malikdir.
İstehlakçıya sərbəst mal və xidmət seçməkdə hər cür köməklik göstərmək satıcının (icraçının) borcudur.
İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağan edilir.
3. Satıcı (icraçı), istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən məlumat verməlidir.
4. İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı, istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır.
5. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir.
6. Ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 
 
Maddə 15. İstehlakçının tələblərini ödəməyən malın lazımi keyfiyyətli mala dəyişdirmək hüququ 
 
1. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.
İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.
İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.
Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
2. Malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.
 
Maddə 16. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin etibarsızlığı 
 
  Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir.
İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir.
 

III fəsil. İstehlakçıların hüquqlarının müdafiəsi

Maddə 17. Ticarət və başqa xidmət növləri haqqında qaydalar 
 
  Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
 
Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti
 
18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə aşağıdakı tələbləri ehtiva edir:
18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən yeyinti məhsullarının və dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini;
18.0.2. malların (xidmətlərin, işlərin) bəzi növlərinin istehsalına, idxalına və satışına xüsusi razılıq (lisenziya) verilməsini;
18.0.3. məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin) müəyyənləşdirilməsi və onlara uyğunluq sertifikatının və (və ya) uyğunluq nişanlarının verilməsini;
18.0.4. dərman vasitələrinin satışı, tibbi xidmətlərin göstərilməsi ilə məşğul olan şəxslərin müvafiq tibbi təhsilinin olmasına nəzarəti;
18.0.5. malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını;
18.0.6. həcmi müvafiq qaydada müəyyənləşdirilərək təsdiq olunmuş maddi və mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklamçı) alıcıya (istehlakçıya) ödənilməsini;
18.0.7. insanların sağlamlığı, ətraf mühit üçün təhlükəli olan malların (xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qadağan olunmasını;
18.0.8. istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı, ictimai birliklərin fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasını.
 
Maddə 19. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi
 
19.1. Malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət formasında həyata keçirilir.
19.2. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı:
19.2.1. istehsal, idxal edilən və (və ya) satılan malların (xidmətlərin, işlərin) müvafiq standartların və texniki şərtlərin tələblərinə uyğunluğunu müəyyənləşdirir, onlara uyğunluq sertifikatları və (və ya) uyğunluq nişanları verir;
19.2.2. məcburi sertifikatlaşdırılması tələb olunan malların (xidmətlərin, işlərin) siyahısını müəyyənləşdirir və onların sertifikatı olmadan satışının (icrasının) qarşısını alır və ticarət dövriyyəsindən çıxarır;
19.2.3. müvafiq standartların, texniki şərtlərin tələblərinə cavab verməyən, insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan malların (xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qarşısını alır;
19.2.4. mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş malların ticarət dövriyyəsindən çıxarılmamasına, onların satılmasına yol vermiş şəxslərin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması üzrə tədbirlər görür;
19.2.5. istehsalı, idxalı və satışı qadağan olunmuş mallar (xidmətlər, işlər) barədə əhaliyə vaxtında məlumat vermək məqsədi ilə kütləvi informasiya vasitələrində məlumatlar dərc edir və yayır;
19.2.6. satılan xammalın, materialların, hazır məhsulların müvafiq keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunun götürülmüş nümunələr əsasında ekspertizasını (sınağını) keçirir və onun nəticələrindən asılı olaraq müvafiq tədbirlər görür. Həmin nümunələrin dəyəri və ekspertizanın (sınağın) keçirilməsi xərcləri yoxlanılan təsərrüfat subyekti tərəfindən ödənilir və onun istehsal-təsərrüfat xərclərinə aid edilir;
19.2.7. ərzaq məhsullarının və dərman vasitələrinin, insanların sağlamlığı və ətraf mühit üçün təhlükə yarada bilən malların qablaşdırılarkən sanitar-gigiyena və toksikologiya, möhkəmlik baxımından təhlükəsiz materiallardan istifadə olunmasına nəzarət edir;
19.2.8. patentləşdirilmiş dərman vasitələrinin, insanların sağlamlığı və ətraf mühit üçün təhlükə yarada bilən malların təhlükəsiz istifadə qaydaları barədə xəbərdarlıq olmadan satışının qarşısını alır;
19.2.9. saxtalaşdırılmış malların ticarət dövriyyəsindən çıxarılmasını, bu malların istehsalı və satışı ilə məşğul olan şəxslərin müvafiq qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsini təmin edir;
19.2.10. malların (xidmətlərin, işlərin) müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi, yaxud istehsalçı tərəfindən tövsiyə olunan qiymətlərlə satılmasına nəzarət edir;
19.2.11. qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış zərgərlik məmulatlarının müvafiq qanunvericiliklə müəyyən olunmuş satış qaydalarına riayət olunmasına nəzarət edir;
19.2.12. satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görür;
19.2.13. malların (xidmətlərin, işlərin) istehsalı, ixracı, idxalı və satışı ilə məşğul olan şəxslərdən onların keyfiyyəti, qiyməti, satış şərtləri barədə məlumatlar alır;
19.2.14. satılan malların (xidmətlərin, işlərin) keyfiyyətinin yüksəldilməsi, nomenklaturunun və çeşidinin genişləndirilməsi barədə təkliflər hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir.
 
Maddə 20. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə yerli icra hakimiyyəti orqanlarının vəzifələri 
 
  Yerli icra hakimiyyəti orqanları istehlakçıların hüquqlarının müdafiəsi üzrə müvafiq orqanları yarada bilərlər. İcra hakimiyyəti orqanlarının istehlakçıların hüquqlarının müdafiəsi üzrə müvafiq orqanları:
istehlakçıların şikayətlərinə baxır, onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsi üzrə müvafiq məsləhət verir; 
istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtləri aşkarlamaq məqsədilə satıcılarla (istehsalçılarla, icraçılarla) istehlakçılar arasında bağlanan müqavilələri təhlil edir; 
istehlakçıların həyatına, sağlamlığına, yaxud əmlakına dəyən ziyan haqqında məlumat toplayır və onu aidiyyatı üzrə səlahiyyətli orqanlara göndərir; 
istehlakçıların mallarda (işlərdə, xidmətlərdə) nöqsanlar, yaxud təhlükəli mallar (işlər, xidmətlər) aşkar etdikləri hallarda bunlar barədə də malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq dövlət icra hakimiyyəti orqanlarına xəbər verir; 
istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə öz təşəbbüsü və ya istehlakçının (istehlakçılar ittifaqının) müraciəti əsasında məhkəmə qarşısında iddia qaldıra bilər. 


Maddə 21. İstehlakçıların hüquqlarının pozulmasına görə məsuliyyət
 
  Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
 
Maddə 22. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının qərarlarına, onların vəzifəli şəxslərinin, həmçinin, bu şəxslərin hərəkətlərinə dair şikayətlərə baxılması 
 
  İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının qərarlarına, onların vəzifəli şəxslərinin, həmçinin, bu şəxslərin hərəkətlərinə qarşı şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılır.
İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının, onların vəzifəli şəxslərinin, qərarlarının yerinə yetirilməsi, həmçinin bu şəxslərin hərəkətlərinin icrası şikayətin verilməsi ilə dayandırılmır.
 
Maddə 23. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının hüquq-mühafizə orqanları ilə əlaqəsi 
 
  Hüquq-mühafizə orqanlarının işçiləri, istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə öz vəzifələrinin yerinə yetirilməsində köməklik göstərir və bu işlərin görülməsində onlara maneçilik törədən vətəndaşların qanunsuz hərəkətlərinin qarşısını alırlar.
 
Maddə 24. Azərbaycan Respublikasında istehlakçıların hüquqlarını müdafiə edən dövlət icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin hüquqi müdafiəsi 
 
  İstehlakçıların hüquqlarını müdafiə edən dövlət orqanlarının vəzifəli şəxslərinin və mütəxəssislərinin hüquqları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları əsasında təmin edilir.
Onların vəzifələrinin yerinə yetirilməsinə mane olmaq və ya hər hansı şəkildə təsir göstərmək, habelə işlərinə müdaxilə etmək qadağandır.
Belə hərəkətlərə yol verən orqanlar, vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.
 
Maddə 25. çıxarılıb
 
Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsi 
 
  İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.
İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər.

 
IV fəsil. İstehlakçıların ictimai təşkilatları (istehlakçılar birliyi)

 
Maddə 27. İstehlakçıların ictimai təşkilatları (istehlakçılar birliyi) və onların hüquqları 
 
1. Azərbaycan Respublikasının vətəndaşları, öz qanuni hüquqlarının müdafiəsi üçün könüllülük əsasında birləşib istehlakçıların ictimai təşkilatlarını (istehlakçılar birliyini) yaratmaq hüququna malikdirlər.
İstehlakçılar birliyi ictimai təşkilat olub, öz fəaliyyətini müvafiq qanunvericilik əsasında həyata keçirir.
2. İstehlakçılar birliyi:
malların istehlak xassələrini, ona olan tələbatı, istehsal olunan və satılan malın keyfiyyətinə və qiymətinə dair ictimai fikri öyrənmək; 
malların (işlərin, xidmətlərin) ekspertizasını və sınağını aparmaq üçün müvafiq dövlət nəzarət orqanlarına müraciət etmək; 
müvafiq icra hakimiyyəti orqanlarından və təsərrüfat subyektlərindən öz məqsəd və niyyətlərini həyata keçirmək üçün lazımi məlumat almaq; 
malların (işlərin, xidmətlərin) keyfiyyətinə, ticarət və digər növ xidmət sahələrinə nəzarət etməkdə müvafiq dövlət orqanlarına kömək göstərmək; 
istehlakçılara, qanunvericiliyə uyğun hüquqi məsləhətlər verilməsini təşkil etmək; 
malın (işin, xidmətin) keyfiyyətinə aid tələbləri müəyyənləşdirən normativ sənədlərin hazırlanmasına dair təklif və rəy vermək; 
qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları qarşısında, istehlakçıların maraqları haqqında məsələ qaldırmaq və onu müdafiə etmək; 
malın (işin, xidmətin) keyfiyyətinin yaxşılaşdırılması və qiymətqoyma qaydalarına əməl edilməsi, müəyyənləşdirilmiş keyfiyyət tələblərinə uyğun gəlməyən malın (işin, xidmətin) satışının müvəqqəti dayandırılması, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühit üçün təhlükəli olan malın (işin, xidmətin) istehsalının dayandırılması, satışdan götürülməsi, əsassız artırılmış qiymətlərlə məhsul satışının dayandırılması, habelə mövcud qanunvericiliyi pozmaqla müəyyənləşdirilmiş qiymətlərin ləğv edilməsi tədbirləri barəsində müvafiq icra hakimiyyəti orqanlarına, müəssisələrə və təşkilatlara təkliflər vermək; 
istehlakçıların ictimai təşkilatlarının (istehlakçılar birliyinin) üzvü olmayan vətəndaşların, qanunvericiliyə uyğun olaraq, hüquqlarını məhkəmədə müdafiə etmək; 
keyfiyyətsiz malın (işin, xidmətin) istehsalında və satışında təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək; 
istehlakçıların hüquqları haqqında ictimaiyyətə məlumat vermək; 
istehlakçıların hüquqlarının müdafiəsi haqqında beynəlxalq əməkdaşlığın inkişafına kömək göstərmək hüququna malikdir. 


Azərbaycan Respublikasının prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 19 sentyabr 1995-ci il
№ 1113
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 mart 1996-cı il, № 59) 
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1995-ci il, № 23, 24, maddə 368).
5 oktyabr 2001-ci il tarixli, 183-IIQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli, 190-IIQD nömrəli; 12 oktyabr 2001-ci il tarixli, 193-IIQD nömrəli; 23 aprel 2002-ci il tarixli, 311-IIQD nömrəli; 30 aprel 2002-ci il tarixli, 317-IIQD nömrəli; 5 dekabr 2003-cü il tarixli, 538-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 10 iyun 2005-ci il tarixli, 925-IIQD nömrəli; 21 oktyabr 2005-ci il tarixli, 1030-IIQD nömrəli; 17 aprel 2007-ci il tarixli, 315-IIQD nömrəli qanunlara əsasən əlavələr və dəyişikliklərlə
 

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...

Kontakt-Home"-dan şikayətlər ara vermir. Şikayəti araşdırmaq üçün Rəhbərliklə heç cür əlaqə mümkün deyil!
Nəzərinizə çatdırım bu şikayəti də məcbur olub İqtisadiyyat Naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu Nazirliyin də bir iş görəcəyinə ümüd yoxdur,onlar hamını məhkəməyə yönəldir.
Məhkəmələrdə ki, bildiyiniz kimi....

 
daha ətraflı...

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Şirvan şəhəri kitabxanasında həyata keçirmişdir

daha ətraflı...

Azad İstehlakçılar İctimai Birliyi 2105.2018-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  “Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Sumqayıt şəhərində “Xəzər”ASC-nin akt zalında həyata keçirmişdir.

"Qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində istehlakçıların bilik və bacarıqlarının artırılması"na dair təlimdə 29 nəfər iştirak edirdi.

Təlimin məqsədi Sumqayıt şəhərində yaşayan istehlakçıların, sahibkarların və digər qrup şəxslərin qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində  bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə ilk  çıxış edən  Sumqayıt şəhər İH-nin nümayəndəsi cənab Fərman Kazımov iştirakçıları salamlayaraq, mövzunun aktuallığını qeyd etdi və sözü AİİB-nin sədri cənab Eyyub Hüseynova verdi. Eyyub Hüseynov Azərbaycan Respublikası Prezidentinin istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün zəruri olan bütün addımları atdığını qeyd etdi. Cənab İlham Əliyevin “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılması barədə 10 fevral 2017-ci il tarixli Fərmanının böyük əhəmiyyəti oldugunu ətraflı izah etdi. Daha sonra təlimçilər  Nizami Musayev və Fərrux  Əsgərov “Qida Təhlükəsizliyinin İdarə edilməsi” və “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri” mözuları ətrafında təlimi davam etdirdilər.

İştirakçılardan Abdulov Camal çörək məhsullarının keyfiyyətinə təsir edən əsas amillərin nədən ibarət olduğuna dair sualına təlimçi  Nizami Musayev  əhatəli şəkildə cavab verdi.

İştirakçılar təlimdə aktiv iştirak etməklə, belə tədbirləri davamlı olmasını arzulayaraq, ÖlkəBaşçısına, QHT Şurasına və AİİB-nə təşəkkürlərini bildirdilər.

 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır