İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Noyabr-2019
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (91)
Dunen ziyarətçilər: (154)
Bu gün səhifə baxışı: (231)
Dünən səhifə baxışı: (577)
Sual-cavab
Sual yaz
06.07.2018
Zaur Əliyev
Sual: Salam, aşağıda üzləşdiyim problem barədə problemi yaradan "Lady Sharm" geyim mağazasına rəsmi müraciəti diqqətinizə çatdırıram. Təəssüf ki, dəfələrlə şifahi və yazılı müraciətimə baxmayaraq, əlimdə qəbz, paltar isə onlarda olmağına baxmayaraq mənim pulumu geri qaytarmırlar.Xahiş edirəm mənə yardım edəsiniz.Zaur Əliyev.Şikayət!!!Fromzaur.aliyev@anasguesthouse.azToinfo@ladysharm.azDateWed 05:07Contact photoMessage BodySalam.27 iyun tarixində qızım (Əliyeva Nuranə Zaur qızı) Lady Sharmdan (28 MAY mağazası) don almağa gedib, birini bəyənib, amma defekti olub, deyiblər düzəldib ünvana çatdırarıq. 280 (iki yüz səksən) manat ödəniş edib, gəlib evə.Sonra mağazadan həmin donu hardasa 17.00-da göndəriblər və metronun çıxışında yoldaşıma ticari qəbz və kartlarıyla birlikdə təqdim ediblər. Evə gətirib qızım donu geyinəndə aşkar edirik ki, donda keyfiyyət problemləri var -sökülən və üzülən yerləri var. Təqdim etdikləri qəbzdə əlaqə telefon nömrəsi olmadığından mən 28 tezdən aparmışam donu qaytarmağa - onlar isə qəti şəkildə imtina edirlər ki, biz ziyafət paltarların nə dəyişirik, nə də qaytarırıq. Mən də dedim ki, qaytarmırsınız, onda yazılı izahatını təqdim edin - nə səbəbdən. Əvvəlcə kassir Zamiq (050-4575973) adında bir nəfər bir vərəq götürüb izahatlı məktub yazırdı, sonra isə bir qadınla telefonla danışaraq, həmin kağızı cırdı və dedi heç bir şey yazılı təqdim etmirik, geri də qaytarmırıq. Mən dedim səlahiyyətli bir şəxlə görüşdürün, hansı ki, problemi həll etməyə kömək etsin, ondan da imtina etdilər. Yekunda mən donu orda saxlayıb, mağazanı tərk etdim. Sonra mənə kassir zəng edib bildirdi ki, saat 12:00-da sizə marketinq müdiri zəng edəcək.Hardasa günorta birə yaxın həmin marketinq müdiri (Ulya xanım -050-278-03-68) zəng etdi və demək olar ki, eləoğlan dediklərini təkrarladı və üstəlik onu da dedi ki, güya biz (alıcı) tərəfdən paltara dərzi müdaxilə edib. Mən isə bildirdim ki, onu əksinə sizinkilər ediblər.Xülasə, mən xahiş etdim ki, bu məsələ ilə məşğul olsunlar və mənə rəsmi cavab versinlər. Çox təəssüf ki, artıq iyul ayının 4-dü, ancaq mənə hələ də cavab verilməyib.Qeyd edim ki, əvvəla Azərbaycan Respublıikasının qanunlarına əsasən 14 gün ərzində alınan mal-məhsullar qaytarıla bilər.İkincisi, paltar bizə satılanda mağaza tərəfindən vergi qəbzi təqdim edilməyib.Üçüncüsü, "Lady Sharm" mağazası tərəfindən dona dərzi müdaxiləsi olduğu halda, müştərinin (mənim) üzərinə bunu yıxırlar.Dördüncüsü, müştəriylə saymazyana rəftar edirlər.Bütün yuxarıdakıları nəzərə alaraq, sizdən bir daha artıq dərəcədə rica edirəm, bu məsələnin tezliklə həllinə köməklik edəsiniz.Mən hər iki əməkdaşınıza tam səmimi və təfərrüatlı məlumat vermişəm, ticari qəbz və kart məndədirdonu saxlamışam orada - kim də istəsə nümayəndələrinizdən baxa bilər, və mənim qeyd etdiklərimlə həqiqət olduğuna özü şahid ola bilərHər dəfə əməkdaşlarınızla ünsiyyətdə demişəm, indi də demək istəyirəm - şəxsən mən "Lady Sharm" samballı və ciddi brend hesab etmişəm və, ümid edirəm ki, bu xırda məsələni bu dərəcədə qəlizləşdirməyəcəkşÇox inanır və ümid edirəm ki, məni bu məsələylə bağlı digər dövlət orqanlarına müraciət etməyimə gərək qalmayacaq.Hörmətlə,Zaur Əliyev (055-701-6075).
Cavab: 

Ətraflı Ərizə yazın, imza qoyun fləş kartda ərizə formasını bizə gətirin biz düzəlişlər edək sizə kömək edək.

06.07.2018
TurkHack Team
Sual: Salam.İnsanlar artıq xaricdən telefon sifariş edə biləcəylər yoxsa edə bilməyəcəylər?.Yoxsa vergi ödəmək lazım olacaq?.Qanuna görə xaricdən gətirilənin qiyməti 1000 keçmirsə gömrükdə pul ödənməməlidi.Xaiş edirəm cavab yazın.
Cavab: 
05.07.2018
Sabina Babayeva
Sual: salam, Bu gun 28ticaret merkezinden ayaqqabi aldim. Hetta alib almamaqda qerarsiz idim satici ele tesir etdi ki, ozumu almaga mecbur hiss etdim. neyse, mesele bunda deyil. o tip magazalarda çek teqdim olunmur amma vizit kart verdiler mene. daha sonra eve gedende ayaqqabinin renginin ferqli oldugunu yeninki, eslinde istediyim reng olmadiqini gorsum. Yazib ozlerinw bildirdim amma dediler ki, deyise bilerik amma qaytarmaq olmaz. magazada ala bileceyim baska mal yoxdur mwcbur nss ala bilmeremki... hetta daha sonra hec cavab da yazmadilar. bu meselede haqli teref kimdi, mali nece qaytara bilerem? oncdeden teshekkur.
Cavab: 

14 gun erzinde mali qaytarmaq huquqnuz var. Əgər sizə çek verilmiybse bu duzgun deyil . Mal satılan zaman mağaza sizə kassa çeki təqdim eləməlidi. Əgər malı qaytarmasalar gəlib bizə ərizə ilə müraciət edin biz bu məsəsləyə baxaq.

02.07.2018
Fərid Yusifli
Sual: Salam. Atam 18.06.2018 tarixinde baku elektroniksden nokia markalı mobil telefon alıb. 1illik zemanet talonu veribler((gülünc şertlerle) bu şertlere baxsaq zemanete benzer hecbirşey nezere çarpmır sanki yola veribler. Telefon nece xarab ola bilerse ağla gele bilecek ve ya bilmeyecek her şeyi daxil edibler o şerteki "Zemanet talonu qüvveden düşür). Telefonda nemden xarab olub, açılmır. İndi bilmek isteyirem ki sabah 14cü gündür ihtehlakçı hüquqlarına göre 1illik talon esasında men bu malı 14cü gününde qaytara ve ya deyişe bileremmi(telefon nemden xarab olub).?
Cavab: 

beli siz telefonu 14 gün ərzində qaytara bilərsiniz. 

30.06.2018
Natavan Garagasova
Sual: Salam. Texmini 1ay olar men "Podium" geim dukanindan 100m giymetinde paltar almisam. 1 hefte kecmeden paltarda problem yarandi. Dukana apardim oz hesablarina duzeldib verdiler. Indi enede paltar sizulub gedir. Zeng etdim dukana dediler cavad vermeye vaxtimiz yoxdu birinci gun zeng edin. Men o paltari gaytara bilerem ya yox? Ne ede bilerem, zexmat olmasa cavab vererdiz.
Cavab: 

İstehlakçı hüquqlarına görə alınmış malı 14 gün  ərzində qaytara bilərsiniz. əgər malı qaytarmasalar bizə ərizə ilə müraciət edin sizə köməklik göstərək.

26.06.2018
Anar Əsgərov
Sual: Salam.Oktyabr ayında kontakthomeden orginal,yeni adı ile mene satilan "iphone 6" telefonun applenin resmi saytında imei kodh ilə yoxladiqda sonradan yığılma,korpusunun deyisildiyini aşkar etdim.Mesele ile bağlı onlara online müraciət etsemde boyunlarindan ataraq yığılma telefonun imei kod ile anlaşılması mümkünsüzdür dediler.Mesele ile bagli ciddi tədbirlər görülməsini istəyirem.Kontakt home mene yeni bir telefon vermek mecburiyyetinde veya pulumu geri qaytarmaq məcburiyyətindədirmi?
Cavab: 

 təklif -498-15-04/01 dövlət orqanına müraciət edin

2) Bizə ətraflı ərizə yazın və imza qoyun

23.06.2018
Hafiz Şirvanov
Sual: Sualım budur ki Biləsuvarda yerləşən Azercell ə məxsus KN Telekom aldı telefon satış mərkəzindən mobil telefon aldıq 1 il zəmanət verildi 1 il ərzində telefon 3 dəfə servis mərkəzindən göndərildi bildirdilər ki 4cü dəfə problem çıxsa məhsul geri qaytarılacaq hal hazırda problem yaranıb amma heç bir yardım göstərmirlər nə telefonu qaytarırlar nədə ki öfəfiyimiz məbləği geri vermirlər biz nə etməliyik? Xahiş edirdik bizdə kömək edin.
Cavab: 

Təklif - 1) 498-15-04/01 dövlət orqanına müraciət edin

2) Bizə ətraflı ərizə yazın və imza qoyun

3) Təşkilatımızın  Biləsuvar rayon nümayəndəliyinə müraciət edin Eldar 050-627-10-57.

22.06.2018
Gülzar Ehmedova
Sual: Salam men boşanma haqqinda şahadetnameni hardan ala bilerem
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

20.06.2018
Aywen Quliyeva
Sual: Salam bilmek isteyirem ki iw apilasiya mehkemeainde gede gede eger amnistya akti olarsa amniste duwmek olar yoxsa yox xaiw edirem cavablandirasiz.
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

20.06.2018
AFSANA Mammadova
Sual: Birkasi atilmis mali qaytarmaq mumkundurmu paket ve cekler qalir ve bir defe bele geyinilmeyib
Cavab: 

Qanunda Bilkanın açılmaması tələbi var. Lakin Biznes qurum istəsə qaytara bilər.

18.06.2018
Dilara Veliyeva
Sual: Menim taniw refiqe evimizde zucok yeni prosluwka qoyub.biz evde ne daniwmiwig hamisini ewidib ve gonderib taniwlara.bu insani nece cezalandirmaq olar.mehkemeye vermek isteyirem bunu
Cavab: 
18.06.2018
Dilara Veliyeva
Sual: Menim taniw refiqe evimizde zucok yeni prosluwka qoyub.biz evde ne daniwmiwig hamisini ewidib ve gonderib taniwlara.bu insani nece cezalandirmaq olar.mehkemeye vermek isteyirem bunu
Cavab: 

Siz bunu polise ve refiqenizi mehkemey vere bilersiniz/ bununla baqlı vətəndasşın öz şəxsi həyatına müdaxilə və narhat etmə və başqa hallar kimi cəzalandırıla və haqqında iş acıla bilər. siz Rusya vətəndaşısınız ?

31.05.2018
Gulya Bayramova
Sual: Salam. Bilmek isterdim ki bir mehsul alınandan 3 ay sonra keyfiyetini itirse, onu qayatrmaq olar? Tozsoran slmişiq 2 il zemanetle . 3 ay deyil işledirik. Artiq ele bil 10 ildi işlemiş kimi keyfiyyeysizdi
Cavab: 

Azərbaycan Respublikasının İstehlakçıların Hüquqi barədə qərarına görə 14 gün ərzində qaytara bilərsiniz, eger 1 il zəmanət verilibsə pulsuz təmir etdirə bilərsiniz.

27.05.2018
Elnur Isgenderov
Sual: Salam. Bosanan xanim bir ovladi olaraq mehkemenin qerari olaraq, aliment ala bilmir. Icracilar icra etmir dogru durust. Artiq iki aydir mehkemenin qerari icrasizdir. Bele veziyetde ne kimi addimlar atilmalidir. Kime neye muraciyyet etmelidir.
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

26.05.2018
sohrrt serdarov
Sual: yazdiqim 45 il yox ayribayri yeni 4. 5 ildi
Cavab: 
26.05.2018
Sohret Serdarov
Sual: an vetandawi olaraq azerbaycanda qaliram ferqi yoxduki doqulduqum yerde qalim ve yaxuda bawqa rayonda qesebede qalim men kende daqulub kocmuwem ailemle birlikde qesebede qaliriq.Hemin qesebenin caskovusu son 45 ildiki burda menim kimi gelib qalanlara deyirki iki ilden bir adam bawina 30 manat pul kocurmelisen soruwuram niye acib mene el yazmanan gosterirki sen qanunsuz bawqa yerde yawadiqiva gore cerime olunursan hemen cerimenide oz iwcisi ile gonderir kapital banka wexsiyet vereqemle ve yaxuda sayli wexsiyet vesiqeleriyle iwcisi odeniw edir qebzide ozlerinde saxlayirlar sorada meni caqirir yanina oz el yazmasiyla mene gosterirki bura qol cek.Xaiw edirem bu ne derecede duzgundu ve yaxuda bele bir qanun varsa deyin bilek.
Cavab: 

bu mesele bize aid deyil. Lakin, sizə üzərində VÖEN olan kassa mədaxil ordeni verilirsə və orderdə pulun alınma səbəbi görünürsə qanuni hesab etmək olar.

11.05.2018
3% kredit təklifi Derek Douglas
Sual: Diqqət,Bir Biznes qurmaq və ya borcunuzu ödəmək üçün ciddi bir kredit axtarırsınız? Banka və ya digər kreditorlar tərəfindən imtina etdinizmi? Heç bir gecikmə və ya problem olmadan baxdığınız şeyi vermək üçün buradayız, bu gün daha çox məlumat üçün aşağıda e-poçt vasitəsilə bizimlə əlaqə saxlayın;E-poçt: easyloanfirm2020@gmail.comHörmətləDerek Douglaseasyloanfirm2020@gmail.com
Cavab: 

melumata gore cox saqolun

10.05.2018
Meryam Qasimova
Sual: Salam.yazib sizden sorusmaq isdeyirenki artiq 1ildirki ehf aministiya yoxdur.bu ay 28mayda ehf ve yaxud aministiya olacaqmi?
Cavab: 

artiq aministiya oldu

10.05.2018
Yana Ahmedova
Sual: Salam, Park Bulvar ticaret merkezinde yerleşen Acoola Kids mağazasında 6.05.2018 tarixinde alış-veriş etdim.9.05.2018 tarixinde, aldıqlarımı geri qaytardıqda satıcı qaytarmadı. Sebebi, şirketin icaze vermediyini söyledi, ancaq 7 gün erzinde deişdirmek olar dedi.Aldığım 3 eşyadan birini deişdirdim, bu defede mene heç çek bele verilmedi.. Men aldığım malı qaytarmaq isteirem. Bunu nece etmek olar? Hal hazırda meni aldadıb çekide vermeibler..
Cavab: 

Məsləhət 1) Dövlət orqanına müraciət edin 498-15-04 və ya 2) Bizə ətraflı ərizə yazın imza qoyun çalışaq kömək edək.

29.04.2018
İmran Dәmirçiyev
Sual: Salam, bişmiş tortun mağaza da satış vitrinindә saxlama müddәti nә qәdәrdir?Mәhsulu (tortu) alarkәn hәmin mәhsulun satışa qәbul kitabında nә vaxt qәbul olunduğunu istehlakçıya satıcı tәqdim etmәyә borcludurmu?Bu gün Nәrimanov ms yanında yerlәşәn "Azcake" şe satıcı tәqdim etmәkdәn imtina etdi vә israrla mәhsulun 120 saat vitrindә saxlama müddәti olduğunu bildirdi.
Cavab: 

Tortun saxlanma müddəti 36 saatdan artıq deyildir. satıcı istənilən sənədlər sizə təqdim etməyə borcludur.

28.04.2018
Lamiye Aliyeva
Sual: Salam.men ozel bagca acmaq isteyirem.lisenziyadan basqa hansi senedler lazimdi.bes acildiqda sonra ?tesekkur edirem
Cavab: 

Bağışlayın bu barədə bililyim azdır. Məncə lisenziyada lazımdır deyildir.

23.04.2018
Nezaket nurahmedova
Sual: Salam. Men 15 ildi bir teskilatda calisiram.Hal-hazirda analiq mezuniyyetindeyem.Artiq usagin 3 yasi olduguna gore ise cixmaliyam.Men calisdigim filiali da baglanib.Teskilat iscileri ele cixarir ki,onlara muavinet vermesin.nece edim ki meni isden cixaranda hec olmasa muavinet ala bilim?Önceden tesekkur edirem.
Cavab: 

Sual  bizə aid deyildir. Huquq şunas Habil müəllimə zəng edin-  050 -314-81-88

22.04.2018
Yunis Eliyev
Sual: Salam. Bu gun 2ci gunduki sheherdeki meishet ve mobil texnikasi satan dukanlardan birinden mobil telefon almiwam(kreditle). Dunenden bugune telefondan naraZiyam. men dukana deyishditmek istediyimi desem( geri qaytarmaq yox) qanunla qayda ile mumkundur ya bu dukana daxili qydalarina gore yox cavablana biler. onceden teshekkurler...
Cavab: 

Dövlətin qanununa görə 14 gün müddətində dəyişmək hüququnuz vardır.

20.04.2018
Shahin Qasimov
Sual: Alimentle baqli hebs qoyulmush 50 illik etibarname ile alinmish avtomabili hebsden nece cixartmaq olar
Cavab: 

Sual  bizə aid deyildir. Huquq şunas Habil müəllimə zəng edin-  050 -314-81-88

16.04.2018
Cabir Orucov
Sual: Salam bu gun Araz supermarketler sebeseninin 8 mk rayon azadliq metrosu yaxinliginda yerlesen araz markeden alis veris etdikde vitrin qiymetini ucuz qoyub musterini aldadib kassa qiymetinde ferqli qiymet qoyub musterini aladmaqla mesguldula bununla bagli hansisa qurum var qaynar xett var sikayet edek olcu gotursunler
Cavab: 

Hörmətli Cabir mellim, sizin telfonunuzu Veyseloqlu sirketinin bu işlərə baxan şəxsinə göndərdim. Onunda telfonunu sizə gondərirəm.

050-513-64-62 - İLHAM. Problem hell olmassa bizə ərizə ilə müraciət edəsiz , lazimi işləri görərik.

13.04.2018
Sevinc Həsənova
Sual: Salam, 8 gün evvel 28maydaki qadın geyim mağazaların birinden paltar almışam. Odeniz edib qebz teleb etdikde, qebz verilmir , yalnız etiketi zedelenmeden deyisileceyi deyildi. Men indi o paltarı qaytara ve ya deyise bilerem? Qebzin verilmemesi qanuna uyğundurmu? Qanuna otel əslinde paltarlar nece gün ərzinde qaytarıla və ya deyisile bilər???
Cavab: 

Sizin dəyişdirməyə və ya qaytarmaq hüququnuz var. Qanunla 14 gun ərzində qaytar bilərsiniz. çek verilməlidir.

06.04.2018
Ulvuyye Hesenova
Sual: Salam menim usagim epilepsi di deyen yoldaşım bosuyur menim size sualim men merkemede neyi teleb ede bilerek neye hakkım çatır yoldaşım gündelik isi var amma hokumet isinde İsdemir merkeme verdiği qerardan boyun qacira bilermi yaxud qacirtsa ne ola biler sualima cabab verdiyinize gore cox sagolun
Cavab: 

sual Bizə adi deyil. Hüquqşunasla əlaqə saxlayın. Habil-  tel-0503148188

04.04.2018
Sevda Muradova
Sual: 29.03.2017 tarixində ərizəylə müraciət etmişəm mən mobil telefonu Kontakt Homa qaytardim amma son dəfə ödədiyim pulu qaytarmadilar.Bu doğrumu əvvəl ödədiklərimi yox son dəfə qaytarilmadan öncə ödədiyimi istəyirəm.Kimə müraciət edəcəyimi bilmirəm onsuzda heç kim baxmayacaq imza deyirsiz düzü burda necə atim imza bilmirəmşəxsyyət vəsiqəmin seriyasini yaziram doğru olsun AZE № 13144690
Cavab: 

Məsəahət edirəm iqtisadiyyat Nazirliyinə muraciət edəsiz. 195(2),,, 4981504

04.04.2018
sedaqet mirzeyeva
Sual: salam menim yoldasim 6 il qarabaq muharibesinde olub veteranligi yox idi bu yaxinlarda muraciet etmisik berpa olunacaq bilmek isteyirem ki bu iller erzinde almadigimiz pensiyani ala bilerik sag olun
Cavab: 
04.04.2018
sedaqet mirzeyeva
Sual: salam menim yoldasim 6 il qarabag muharibesinde olub bu vaxta qeder veteranligi olmuyub bu yaxinlarda berpa olunacaq bilmek isteyirem ki bu iller erzinde almadigimiz ala bilerik sag olun
Cavab: 

sual bizə aid deyildir. huquq şunas Habil müəllimə zəng vurun- 050 3148188

Sual yaz
 1    2    3    4    5    6    7   8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34  

 “Azad Istehlakçılar” İctimai Birliyi (AİİB)      Bakı AZ. 1010, Azərbaycan, D. Əliyeva  küç.,

İndependent Consumers Union (İCU)              239, m. 51”A”

                                                                           239 Dilara Aliyeva str., № 51, AZ 1010 Baku,

                                                                                           Azerbaijan

AİİB                                                                                            T: +994124498995                                       

                                                                                         T/F: +994124412833

                                                                                                                       M: +994503416225

22 may 2019-cu il.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azad İstehlakçılar" İctimai Birliyi tərəfindən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında  Azərbaycan Respublikası Qanununun tələblərinin fermer təsərrüfatlarında istehsal olunan malların  dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirləri”

layihəsi çərçivəsində  Hacıqabul rayonunun Abdulabad  kəndində 22.05.2019-cu il tarixdə fermerlərə təlim keçirildi. Təlimdə Hacıqabul RİH-nin Abdulabad kəndi üzrə nümayəndəsi  də daxil olmaqla 19 nəfər  iştirak edirdi.

“HACCP (Hazard Analysis and Critical Control Points) prinsipləri ilə ekoloji kənd təsərrüfatı məhsulları istehsalı və “CS 1- Azərbaycan” təcrübəsinin tətbiqi ilə bazara çıxışı”mövzusunda təlimin məqsədi ekoloji təmiz k/t məhsulları istehsalı  üzrə zəruri aqrotexniki tədbirlər barədə kiçik fermer təsərrüfatları sahibkarlarının bilik və bacarıqlarının artırılması ilə onların bazar rəqabətli məhsul istehsal etməklərinə dəstək vermək olmuşdur.

Təlimçi Nizami Musayev qarşılıqlı müzakirə şəraitində fərdi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalı üzrə problemlərini müzakirə etmiş və  onlara ekoloji təmiz kənd təsərrüfatı  məhsulları istehsalı və “Dəyər zənciri” iştirakçıları ilə işgüzar əlaqələr qurmaqla bazar rəqabətliliyinin təmin olunması yollarını izah etmişdir.

Fərdi fermer Əlislam Dostəliyevin  Abdulabad  kənd əhalisinin suvarma suyuna çıxışının olmasına (Kür çayından çəkilmiş kanal) baxmayaraq suyun azlığından sahələrin aqrotexniki qaydalara müvafiq olaraq vaxtında suvarılmasını apara bilmədiklərini söylədi və bildirdi ki, nəticə etibarilə məhsulun həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri çox aşağı olur. Bu da fərdi fermer təsərrüfatlarının inkişafına əngəl yaradır. Təlimçi  Nizami Musayev suvarma suyu təchizatı ilə bağlı əlaqədar təşkilatlara Bələdiyyə və İcra Nümayəndəsi səviyyəsində müraciət etməyi məsləhət bildiyini söylədi, Eyni zamanda yaxın gələcəkdə xidmət təchizatçıları ilə kooperasiya əsasında müqavilə bağlamaqla aqrotexniki tədbirlərə dair problemləri kompleks şəkildə həll etməyin mümkün olacağını vurğuladı.

Çay fasiləsindən sonra layihə eksperti Fərrux Əsgərov təlim iştirakçılarını “CS 1- Azərbaycan” təcrübəsi üzrə məlumatlandırmış, Abdulabad kənd İcra Nümayəndəsi cənab Rövşən Həsənov və digər təlim iştirakçıları Abdulabad və qonşu Kolanı kəndində birlikdə 1200 fərdi fermer təsərrüfatlarında 5000 başadək İri buynuzlu mal-qara mövcud olduğunu və istehsal edilən südün realizasiya olunması çətinliyini bildirdilər. Həmçinin natiqlər tərəvəz istehsalı üzrə ixtisaslaşmış bu kəndlərdə il ərzində istehsal olunan tərəvəz məhsullarını (xüsusilə badımcanı) satmaq üzrə çətinlikləri olduğunu bildirdilər. Ekspert Fərrux Əsgərov fermerlərə Bakı şəhərində tərəvəz topdansatışı bazarları ilə əlaqə saxlamağı tövsiyyə etdi və qeyd edilən  problemləri barədə layihə fəaliyyəti üzrə yekun hesabatda məlumat və çıxış yolları üzrə tövsiyyələr veriləcəyini bildirdi.

Nizami Musayev fermerlərə istehsal edəcəkləri məhsulun ən azından 50%-nin potensial alıcısını müəyyən edərək müqavilə bağladıqdan sonra işə başlamağı və eyni zamanda davamlı bazar araşdırmaları aparmaqla tələbə üyğun olaraq təsərrüfat fəaliyyətlərini tənzimləməyi məsləhət bildi. Layihə heyəti fermerlərə cari təsərrüfat ilini uğurla başa vurmağı arzuladı.

İştirakçılar tərəfindən təlim qiymətləndirildi. Fermerlər yerlərdə analoji təlimlərin mütəmadi keçirilməsinə ehtiyacın olduğunu bildirdilər.

 

daha ətraflı...

"Azad İstehlakçılar"İctimayi Birliyi(AİİB)01.05.2019 tarixdən,Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Ekaloji Təmiz Kənd Təsərrüfatı Haqqqında"AR qanununun tələblərinin fermer təsərrüfatında istehsal olunan  malların dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirlərinin keçirilməsi"layihəsinin icrasına başlayır,Qrantın məbləği 7000 AZN-dir.Layihə çərçıvəsində Hacıqabul,Sabirabad və Saatlı fermerləri ilə yığıncaqlqr keçiriləcək,layihədə nəzərdə tutulan yekun nəticələrin əldə olunması üçün nəzərdə tutulan işlər plan üzrə icra olunacaqdır.Layihənin gedişi və uğurları AİİB-in digər rayon nümayəndəlikləri vasitəsilə interpolyasiya olunacaqdir.İstənilən şəxs layihənin istənilən elementi ilə(O Cümlədən,maliyyənin xərclənməsi ilə)tam şəffaf şəkildə tanış ola bilər.

 
daha ətraflı...

Insanları kor edə bilərlər!Eyni məzmunlu məktubla Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyevə və İqtisad Naziri Şahin Mustafayevə

müraciət etmişik. 

 

                    

                                    Azərbaycan Respublikasının

Səhiyyə Naziri Cənab Oktay Şirəliyevə

 

 

 

 Hörmətli Oktay müəllim,

 

          “Azad İstehlakçılar”İctimayi Birliyinə(AİİB) “Brenner”göz linzalarının şübhəli markalanması ilə bağlı istehlakçı məlumatları daxil olmuş və AİİB tərəfindən malın markalanmasına və mənşəyinə dair araşdırma aparılmışdır. Aşağıdakılar məlum olmuşdur:

 

1.Malın üzərində 2 ştrix-kod vardır:

 1.1 “EAN-13 benəlxalq perefiksinə müvafiq GS1 ştrix-kodu,digəri

 1.2“GS1-128 tələblərinə uyğun.

Hər iki ştrix-kod saxtadır!

Beləki1.1.1-“EAN-13” ştrix-kodu səlahiyyətli təşkilatın xüsusi avadanlıği ilə oxunmuş aşağıdakı nəticələr əldə olunmuşdur(nəticələr bu nəktuba əlavə olunur).

-Ştrix-kodun insan oxuyan hissəsində 400701014056847 yazılsa da skaner oxuyan rəqəm 4607014056847 (Rusiya)-dir.

-GS1 standartına uyğun olan məhsulun üzərində yazılmış ştrix-kodun sonuncu rəqəmi “7” yox “5” olmalıdır!

2. GS1-128 ştrix-kodu skanerlə oxunmamışdır. (01)rəqəmindən sonra məhsulunGTİN adlanan nömrəsi göstərilməlidi,yəni 4007014056845 ədədi olmalıdir. lakin belə deyil!

3. Skaner oxuyan zaman aşkarlanan ştrix-kod(4607014056847) və məhsul üzərində qeyd olunan ştrix-kod(4007014056847) haqqında məlumatlar beynəlxalq GEPİR axtariş sistemində aşkar olunmamişdir.

4. Markalanmada istehsal müəssiəsinin adı və ölkəsi qeyd olunmayıb, içlik vərəqə AZ dilində deyil və malın Almaniyada istehsal olunduğu göstərilir.

5. AR-nın Səhiyyə Nazirliyinin (SN) müvafiq qurumundan  şifahi olaraq çətinliklə aldığımız məlumata görə (hörmətli Mahmud müəllim) “Brenner” linzalarının idxalına SN icazə verilməyib.

 

          Sadalanan faktlar göstərir ki,  İşbazlar saxta linzaları “Brenner” markası altında, Almaniya istehysalı olan linza kimi təqdim edərək,  satışını təşkil etmişlər. 

Bu saxtakarlıq nəticəsində gözün katarakta və digər əməliyyatlarında Almaniya istehalı  və “Brenner” markası altında saxta, mənşəyi bilinməyən  linzalardan istifadə olunmuşdur. Pasinetlər avropa keyfiyyətli linzalar qoyulduğunu düşünsələrdə, nəticədə həkimlər və pasientlər aldanılmış vəziyytdə qalmışlar. Yüzlərlə pasientlərin hüquqları pozulmuş və sağlamlıqları risk altına düşmüşdür.

         Məsələnin insan sağlamlığına təhlükə olduğunu və istehlakçıların hüquqları kobud şəkildə pozulduğunu nəzərə alarar, araşdırma aparılması zərurudir. İctimai təşkilat olaraq biz istehlakçıların hüquqlarının qorunması naminə, saxta  “Brenner” linzalarından istifadə edən klinika və həkimlərin adlarının müəyyən olunmasına və bu sahədə şəffaflıq yaradılmasına çalışacayıq.

        Xahiş edirik qeyd olunan şübhəli mənşəli,  “Brenner” markalı linzaların (göz protezi) istifadəsinin qarşısının alınması üçün lazımi tədbirlər görülməsi haqqında göstəriş verəsiniz.

 

Qoşma: 2 (iki) səhifə.

 

    Hörmətlə,

 

     “Azad İstehlakçılar”

ictimai birliyinin sədri :                       E. M. Hüseynov

daha ətraflı...

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır