İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Aprel-2021
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (17)
Dunen ziyarətçilər: (203)
Bu gün səhifə baxışı: (36)
Dünən səhifə baxışı: (535)
Sual-cavab
Sual yaz
18.10.2011
Hafiz Ellazov
Sual: Mektebli formasi almişiq uşaq 2 defe geyindikden sonra jaketin qabaq hissesi tiftiklendi(yeni didildi) apardim maqazaya geri qaytarmaqa maqazada mene dediler ki paltarlarin keyfiyyetine gore maqaza deyil fabrika mehsuliyyet daşiyir. Men indi ne etmeliyem?
Cavab: Sizin alındıqdan 14 gün müddətində paltarı dəyişmək və qaytarmaq hüququnuz vardır. Saytdakı ərizə formasına baxın, ərizə yazın, həll edək.
11.10.2011
Mirvari Abdullayeva
Sual: Eurolux şirkətinin əməkdaşları zəng edib sizin nömrə uduşa düşüb deyə,bir mal al 3 hədiyyə qazan adı altında mənə 195 manatlıq mal. verdilər.Özləri gətirdilər.lakin mən sonradan verilən malların elə maya dəyərinin iodan az vəya bərabər olduğunu olduğunu biləndən sonra zənğ vurdum ki, gəlin mallarınızı geri götürün.Lakin 3 gündür ki bəhanələr gətirirərək,malı qaytarmırlar.3 gündür mənim vaxtımı alırlar.Buna nə ad vermək olar,mədəni oğurluq yoxsa fırıldaq.mən kimə müraciət etməliyəm.
Cavab: Saytda ərizə formasına baxın, ərizə yazın, təmənnasız kömək edək.
28.09.2011
 
Sual: Ailemde 2 nefer azyasli usagim var.Bilmek isteyirem,Su istehlakina gore mueyyen edilmis ayliq normativde (adambasina 5 ton)azyasli usaqlara guzest nezerde tutulurmu? Meselen,ayliq su istehlakinin miqdarinda ve ya odemenin mebleginde.
Cavab: Güzəşt nəzərdə tutulmayıdır. Məsləhət görülür, tecili sayğac qoydurun. Sayğac təmənnasız qoyulur.
25.09.2011
Mustafayev Zaur
Sual: rusiyada ne qeder ehali var ?
Cavab: Bizə aid sual deyildir.
22.09.2011
Cavid  Ələsgərov
Sual: DNS Compyuters mağazalar şəbəkəsi bizə birillik zəmanət kartı ilə kampyuter verib. Ancaq 15 gün çəkmədi ki, kompyuter xarab çıxdı. Onu zəmanət kartında nəzərdə tutulmuş qaydalara əsasən geri qaytardıq. Orada nəzərdə tutulub ki, kompyuter xarab olarsa, təmir olunur və ya yenisi ilə əvəzlənir. Ancaq şirkət bu müddəanı pozaraq kompyuteri geri götürmədi. Bununla bağlı Eyyub müəllimdən də açıqlama almışıq. Mediada da işıqlandırılıb. Bizə kömək edə bilərsinizmi?
Cavab: AİB-in saytında ərizə formasına baxın. Müraciət edin həll edərik.
22.09.2011
 
Sual: 
Cavab: 
19.09.2011
Zakir 
Sual:  Menzilime verilen su artezian suyudur.Bu suyu temizlemek ucun yerli su teserrufati idaresi hec bir temizleyici qurgu insa etmeyib,yeni,su tamizleyici qurgudan kecmedeem birbasa menzilime verilir.Bu suyun codlu su olmasi bir yana qalsin,daimi icmek ucun tehlukeli olmasi da melumdur.Ona gore de icmeli su kimi istifade etmemek mecburiyyetindeyem.Icmeli suyu ise avtocenlerden puluynan aliram.Gunde adambasina 2 litr hesabi ile ayda 60 litr,deyernen 1 manat20 qapik elave pul xercleyirem.Bu halda su teserrufati idaresi mene adambasina ayda 1manat 50 qapik su pulu yazir. Bilmek isterdim, yuxarida qeyd etdiyim sekilde mene verilen artezian suyu icmeli su,yoxsa,meiset suyu kimi qiymetlendirilmelidir.Bu suyun 1 kubmetrinin deyerini hansi qiymetle odemeliyem (meiset suyunun tarifi ile,yoxsa,icmeli suyun tarifi ile).Cox xahis edirem, qiymeti gosterin.
Cavab: Təəsüflər olsun ki, tarif şurasında təsdiqlənmiş qiymətlərdə suyun keyfiyyəti ilə fərq nəzərə alınmamışdır.
18.09.2011
Elçin Cabbarov
Sual: Hörmətli Eyyub müəllim. Mənim adıma kreditə yeni avtmobil alınıb. Avtmobil girov kimi banka təhvil verilib. Bank aramızda bağlanmış müqavilə şərtlərindən kənara çıxa bilərmi? Müqavilə şərtinə görə girov sığorta olunub və bütün hallarda verilən məbləği ödəyir. Məsələ girovun hərracda satılmasından gedir. Bu isə müqavilədə göstərilməyib.
Cavab: Siz haqlısınız. Məsələni məhkəmə yolu ilə həll edə bilərsiniz. 
12.09.2011
 
Sual:  Hormetli,Eyyub muellim,salam.Azersu SC-n Gence Sukanal TSC terfinden biz istehlakci ehaliye tetbiq etdiyi icmeli suyun deyeri Tarif surasinin icmeli su barede mueyyen etdiyi qiymete uygun olsa da, keyfiyyetce icmeli suyun yox,meisetde istifade olunan su qrupuna uyqundur.Melumunuz olsun ki, Gencede demek olar ki, hami,o cumleden,Gence Sukanal TSC-n iscileri de icmeli su kimi ancaq avtocenlerle getirilen Goygol suyundan istifade edir ve buna gore de kifayet qeder haqq odeyir.Bu deyer de,ay uzre icmeli suyun deyerinden coxdur. Yani,faktiki olaraq her bir kes ay erzinde icmeli suya gore Azersu QSC-n mueyyen etdiyi deyerden bir nece defe artiq pul odeyir.Eger,menzilimize verilen artezian suyu icmeli suyun keyfiyyetlerine uygun olardisa,yeqin her birimiz hemin sudan istifade ederdik ve elave xerc cekmezdik. Artezian suyunun icmeli su kimi istifadesi ucun mutleq sutemizleyici qurgular qurulmali,elave xidmetler gosterilmelidir. Bunlar olmadigi halda inhisarci sirket olan Azersu QSC-n artezian suyunu icmeli su qrupuna aid etmesi ve bizden, ehaliden, bu deyerle,yeni, 1 kubmetrinin qiymeti 30 qepik olmaqla teleb etmesi hansi amil lerle baglidir.Hal-hazirda bize verilen bu artezian suyu meiset suyu qrupuna aiddir ki, onun da deyeri xeyli asagi olmalidir.Yeni,Azersu QSC-n Gence Sukanal toreme muessisesi bu qiymetle bizden su pulu teleb etmekle huquqlarimizi kobud sekilde pozur. Muessise inhisarci muessise oldugundan onun qarsisinda her bir istehlakci durus getire bilmir. Istedikleri kimi(ister adam sayi, isterse de suyun deyeri cehetden) yazdiqlari borcu odemeyen istehlakcilari menzile verilen su borusunu kesmekle hedeleyirler. Xahis edirem, bu meseleye munasibetinizi bildirin ve huquqlarimizi mudafie edin ki,faktiki olaraq meiset suyu qrupuna aid olan artezian suyunun haqqinin da meiset suyunun deyeri ile odenilmesine nail olaq. Sahib
Cavab: Hörmətli istehlakçı, Gəncənin su problemi diqqətimdədir. Biz konkret istehlakçı problemlərini həll edirik. Bu barədə sizin istehlakçı probleminiz varsa ərizə yazın, köməkliyimizi göstərək.
12.09.2011
 
Sual: 
Cavab: 
12.09.2011
 
Sual:  Gence seherinde butun ehali icmeli su kimi Goygol suyundan istifade edir.nu suyun codlugu yoxdur,istifademz ucun yararlidir.
Cavab: Codluğu az olan su pis deyil. Konkret şikayətiniz varsa yazın  həll edək.
12.09.2011
 
Sual: Hormetli Eyyub muellim,salam. Bilmek isterdim,goresen, MDB uzvu olan olkelerde ehaliye verilen suyun deyeri bizim respublikada mueyyenlesdirilmis deyerden ne qeder ferqlidir.Konkret olaraq bir nece Respublikada,ocumleden,Orta Asiyadaki turk respublkalarinda,Rusiyada, Gurcustanda mueyyenlesdirilmis qiymetleri muqayise etmeyinizi xahis edirem. Murad 11/09/2011
Cavab: 

Biz konkret istehlakçı hüququ qoruyuruq. Xahiş edirəm bu axtarışları internetdə özünüz edəsiniz.

Probleminiz varsa ərizə yazın. 

09.09.2011
Arzu Badalov
Sual: Salam,Eyyub muellim.Melumdur ki, Azersu SC-n rayon sobelerinin istehlakcilarla su istehlakina dair hec bir muqavilesi yoxdur.ancaq her ay her bir itehlakciya,o cumledem,mene abonent hesabimdan bildiris getirilir.Bidirisde unvanda yasayanlarin sayi ve ona muvafiq olaraq ay uzre odenilecek mebleg gosterilir. Unvanda yasayanlarin sayi ise esasen,evler ucluyunden alib teqdim etdiyimiz arayis esasinda ve ya menzilin qeydiyyat kitabi esasinda mueyyen edilir.Melumdur ki,qeydiyyat yeri yasayis yeri demek deyil.Ola bilsin ki,qeydiyyatda olan adam tamam basqa unvanda yasayir,ve ya xarici olkeye gedib ve ya herbi xidmetdedir.Ele olur ki,konkret unvanda qeydiyatda olmus insan orada gunler, hefteler, aylar,iller boyu yasamir.Bu halda da istehlakci olaraq bizden curbecur arayislar isteyirler.Ozu de arayisi o vaxt isteyirler ki,artiq adimiza borc yaziblar.Yani,arayis teqdim etmek vacibdirse,onun da da teqdim etmek mexanizmini aciqlamirlar.Kimisinin evler idaresinden verdiyi arayis ise yarayir,kimini de menzildeki qeydiyyat sayina gore borcnan yukleyirler. Bele cixir ki,biz,butun abonentler her an bir yere getmezden evvel su idaresine qacib onlari yazili sekilde melumatlandirmaliyiq,evler idaresinden arayislar alib teqdim etmeliyik?! Diger bir mesele suyun deyeri ile baglidir.Melumdur ki,Gence erazisindeehaliye ancaq artezian suyu verilir ki,bunun da icmeli su kimi istifadesinin zererli oldugunu bilirik.Eslinde bu su meiset suyudur ki, ehali buhdan heyet-bagcasini sulamaq ucun de istifade edir. Melumdur kiartezian suyunun ve ya diger menbeden verilen suyun icmeli su halina getirilmesi ucun sutemizleyici qurgu insa edilmeli ve su hemin gqurgudan kecdikden sonra istehlakciya verilmelidir.Gencede ise bele bir temizleyici qurgu yoxdur.Bele olan halda Azersu Sc-n ehaliye tetbiq etdiyi qiymet icmeli suyun qiymetini eks tdirirmi,yoxsa biz meiset suyunun deyerinde su pulu odemeliyikmi?Yeni,temizleyici qurgusu olmayan artezian suyunun deyerini hansi qiymetle odemeliyik. Movzu cox boyuk ve aktualdir.Xahis edirem her iki sualima cavab veresiniz.
Cavab: 

1) Muqavile mutleq baglanmalidir. Siz bunu teleb edin ve muqavile baglayin.

2) Teleb edin size temennasiz su saygaci qoysunlar? pulunuzu saygac gostericisine uygun verin.

3) Adamlarin menzilinizde yashamadigini MIS-in resmi arayishi ve ya qonshularin tertib etdiyi aktin notariusda tesdiqi ile subut ede bilersiz.

3) Suyun temizlenmesi meselesi size ve diger istehlakchilara qarshi olan edaletsiz munasibetdir. Tarif ashagi olmalidir.Hazirda AIB bu mesele uzerinde chalishir. 

02.09.2011
Nigar 
Sual: Salam Eyyub muellim!Maqazalardan kosmetik vasiteler alerken onlarin keyfiyyetli ve ya keyfiyyetsiz mehsul olduqunu hardan bilmek olar?Yeni keyfiyyetli mehsulu keyfiyyetsiz mehsuldan ferqlendiren her hansi bir qolaqram varmi?Onceden teshekkur
Cavab: 

Hormetli Nigar xanim!

Qalaqram, shtrix-kod keyfiyyete delalet etmir! Parfumeriya mallarinin etiketinde buraxilma tarixi ve son yararliliq muddeti olmalidir. Bu muhum gostericidir, buna fikir verin! Poliqrafiyasi, bukulmesi, salafan chexolun yapishdirma yerlerine diqqet edin.

17.08.2011
Gunash 
Sual: Salam Eyyub muellim, Mən bu il mart ayinda metal keramika adı ilə diş qoydurmuşam . Mart ayının sonundan dişlərimdə problemlər başlandı . Başqa həkimlərə müraciət etdim qoyulmuş dişlərin keyfiyyətsiz materialdan hazırlandığı və səhv ölçüdə qoyulduğunu məlum oldu . Bu səbəbdən indiyə qədər normal dişləmə və çeynəmə qabiliyyətim yoxdur . Həkimə 500 AZN vermişəm danışıga gorə 1000 AZN də verməliyəm . Qısa müddətdə dişlərimdə yaranmış problemlərə görə həkimlə aramızda münaqişə yaranıb. Həkim həmin pulu qaytarmamaq şərti iə ağzımdakı metal keramikaları çıxartmağı təklif edir . Mən isə pulu geri qaytarmaq şərti ilə Metal keramikaları çixartmaq istəyirəm çünki mənim 26 yaşım olmasına baxmayaraq həkim müalicə adı ilə mənim dişlərimin hamısını yonmuş və hal hazırda ağzımda dişlərin yalnız kök hissəsi qalmışdir . MƏn həm pullarımı həm də dişlərimi itirmək itçisinə məruz qalmışam . Hüquqlarımı müdafiə etmək üçün mən nə edəcəyimi bilmirəm . Mənə lazımı məsləhət və köməklik etməyinizi xahiş edirəm .
Cavab:  Sən bötük səhv edib dişlərini yondurmusan. Yaxşı həkim bunu etməzdi! Dişlərinin  belə olması məni çox mütəəssir etdi. Siz haqlısınız. Bizə ərizə yazsanız həll edərik.
15.08.2011
fani dunya
Sual: Hörmətli Eyyub müəllim, Respublikya getirilen canlı bitki şitillərindən yalnız üzüm şitilləri gömrük vergisindən azad edilib. Bunun səbəbi nədir? Ölkədə meyvə bollugu yaratmaq istəyən yerli sahibkarlar nə üçün gətirdikləri digər növ şitillərə görə vergi ödəməlidirlər?
Cavab: 

Şübhəsiz ki, ölkədə şərabçılığı stimullaşdırmaq üçün edilən hərəkətdir.

13.08.2011
Rena Rasulova
Sual: Salam!Biz Baku Electornics magazasindan yenice " Samsung" kondisioneri almishig.Gurashdirma zamani kondisionerin soyug vermediyini gorub,gebul etmek istemedik.Amma gurashdirici soyledi ki,kondisioner tezedir sonra ishleyecek.Gurashdirmadan hech 1 hefte de kechmeyib,amma artig servisden usta chgirilib. Men bu kondisioneri gaytarmag isteyirem.Bunu ede bilerem mi?Men bildiyime gore,14 gun erzinde alici hugugum var ki,hech bir shertsiz her hansi mali gaytarag.Amma Baku Electronics magazasindan soyleyirler ki,servis ona gerar vere biler.Bu ne geder duzgundur?Men nece ishlemeyen kondisioneri gaytara bilerem? Teshekkurler
Cavab: 

Sizin mali deyishmek huququnuz vardir. Problem olarsa erize ile bize muraciet ede bilersiniz. Huququnuz temennasiz qorunacaqqdir. 

28.07.2011
 
Sual: 
Cavab: 
21.07.2011
ƏFLATUN TAPDIQOV
Sual: 3 il qarantiya müddəti verilmiş İNDESİT soyuduçusunun 1 ili ərzində 4 dəfə talonla,2 dəfə talonsuz təmir ediblər. Talonda 1 ədəd yazılmamış talon qalıb. Artıq təmirdən bezmişəm.Bu soyuduçunun dəyişilməsi və yaxud pulun alınması üçün mənə köməklik göstərməyinizi Sizdən xahiş edirəm.
Cavab: 

AIB-e erize ile muraciet etseniz, isteyiniz temennasiz icra olunar.

 

AIB-in sedri: Eyyub Huseynov 

21.07.2011
Elvin Dadawov
Sual: Hormetli Eyyub muellim Azad istehlakcilar birliyinin emekdawlarinin yerlerde taninmasi ucun hansisa bir geyim formasi gelecek planlarinizda varmi?
Cavab: 

Bele planimiz yoxdur, buna ehtiyac da yoxdur, planlardan danishib Allahi guldurmek istemirem. 

 

AIB-in sedri: Eyyub Huseynov 

21.07.2011
Ased Manafov
Sual: Hormetli Eyyub muellim;sizin tewkilata yodsuz duzlari ve istifade muddeti otmuw erzaq mehsullarini birbawa ticaret obyektlerinden cixarmaq ucun selahiyyet verilirmi?
Cavab: 

Hormetli  istehlakmchi!

 

Bu cur mallarin satishi gadagandir. AIB saticiya mallari satishdan chixarmagi teklif edir, eger teklif gebul olunmazsa bu mesele barede dovlet orqanlarina melumat verir ve megsede nail olur.

 

AIB-in sedri: Eyyub Huseynov 

13.07.2011
Raqif 
Sual: Salam! Computex mağazasından komputer sifariş etdim, reklamda yazilmishdir ki üstündə pulsuz çanta da verəcəklər, ancaq vermədlər, mən nə təbir görə bilərəm ki çantanı alıim? Sag olun!
Cavab: 

Hormetli Rauf bey!

 

Reklamin mezmununu ve erizenizi AIB-e tegdim etseniz Sizin huguglarinizi temennasiz goruyarig. Erizede unvaniniz, telefonunuz, isteyiniz,imzaniz olsun.

 

AIB-in sedri:  Eyyub Huseynov 

08.07.2011
Kamran Şərifov
Sual: Salam !Hörmətli Əyyub müəllim,bilmək istərdim işıq satışı idarəsi abunəçidən 2007ildə yaranmış borcu tələb edə bilərmi və bu müddət hansı qanunun ,hansı naddəsi ilə tənzimlənir?
Cavab: 

Hormetli istehlakchi!

Mugavile ohdeliklerinden ireli gelen borclar 3 ilden sonra teleb edile bilmez. Mulki Mecelle madde 373.

AIB-in sedri: Eyyub Huseynov 

05.07.2011
Fani Fena
Sual: Eyyub bey Siz Muzahirin verdiyi suala İslam nöqteyi-nəzərindən cavablandırmısnız. Bu suala tibbi cəhətdən yanamaginizi rica ederdim. Əgər həqiqətəndə içkinin insan saglamlıgna ziyanı varsa, onda niyə spirtli işkilrin etiketlərinin üzərində " İşki saglamlıga zərəlidir" szöləri qeyd olunmur?
Cavab: 

Hormetli istehlakchi!

 Bir chox olkelerde (qeyri islam) spirtli ichkiin gebuluna ciddi gadagalar var. meselen, Avstraliyada. Bu olkelerde ichkilerin etiketinde Sizin yazdiginiz teklif eks olunur. Azad Istehlakchilar Birliyi (AIB) beynelxalg elagelerinden istifade ederek, chalishacag ki, Umumdunya Sehiyye Teshkilatinin komeyi ile etiketlerde, reklam materiallarinda Sziin dediyiniz melumat yazilsin. Dushunuruk ki, yaxin 3 il muddetinde buna nail olcagig. 

AIB-in sedri:  Eyyub Huseynov 

 

04.07.2011
Muzahir Huseyn
Sual: Salam, hörmətli Eyyub müəllim. Məlumdur ki, spirtli içkilər insan saglamlgına çox ziyanlıdır. Belə olan təqdirdə nə üçün spirtli içiki şüşlərinin üzərində " Spirtli içkilər insan saglamlına ziyandır" sözləri yazılmır. Tskler.
Cavab: 

Maragli sualiniza gore teshekkur edirem.

 

Sizinle tam hemreyem. Azerbaycan muselman olkelerinin medeniyyet merkezi oldugu halda, artig 15 gundur ki, Bakixanov kuchesi ile S.Vurgun kucheleriin kesishmelerinde arag reklam olunur. 

 Azad Istehlakchilar Birliyi (AIB) Sizin dediyinizi nezere alacag ve reklamin yigishdirilmasina nail olacag.

AIB-in sedri:   Eyyub Huseynov 

21.06.2011
Heydər  Məmmədov
Sual:  Salam, Hörmətli Eyyub müəllim.Mənim müraciətim "Katel" şirkətinin xidməti ilə bağlıdır.Axı, görəsən, nə vaxt düzgün bir xəbər eşidəciyik?!Bu istiqamətdə Sizin rəhbərlik etdiyiniz birlik hansı işlər görür? Vallah,Azərbaycan dəhşət ölkədir: Üzünə gülə-gülə başına qapaz vururlar, haqqını tapdalayırlar, çörəyini əlindən alırıar...! Vallah, rəhmətlik Cəlilin "Ölüləri" bizdən diridirlər!!! Allah biz ölülərə kömək olsun!!!
Cavab: 

Katelle bagli AIB-e yalniz telefon zengleri ve Sizin sualiniz dacil olmushdur. Yazili erize olarsa en azi telefon aparatiniz geri gaytarmag olar. Etiraf edirem ki, AIB-in komandasi zeifdir. Qanunlara gore Kateli mehkemeye verib, onun istifadechilerine kompensasiya odetmek olar. 

 

AIB-in sedri:   Eyyub Huseynov 

11.06.2011
Məhəmməd  Qasımov
Sual: Hörmətli Eyyub müəllim, Mən arcelikdən paltaryuyan maşın almışam ...qaranti vaxtı bitmədən podşipnikleri dağıldı..təmir etdilər..3-4 aydan bir eyni qoyulan podşipnikler dağildi..dörd dəfə təmirdən sonra məlum oldu ki,onun barabanında zavod defekti var ....maşını dəyişdirmək hüququm olduğu halda bunu etmədilər....1-2 aydan sonra maşın yenə xarab oldu bu zaman onun təmiri ücün 140-azn istediler...men mustafa adlı şəxsə(qaranti ilə görevli) müraciət etdim....3-dəfə təmir orta hesabla 60-azn=180-AZN+barabanın qiymeti+140azn son təmir haqqı....təzə paltaryuyan almaq olar,üstə gəl 2-3 il garanti...mənə təmir ücün söz verdiler və üc gun məni aldatdılar evde usta gözlədim işimnən qaldım..4-cü gün deyilən vaxtda gəlmədilər və yenə aldatdılar....mən arcelikden mal almağima peşiman oldum ..neqeder usta axtarmaq olar ...bu komfort yox zülümdür...xahiş edirəm mənə yardım edəsiniz...mən istefada olan zabitəm artıq pulum yoxdur onlara yedirəm.
Cavab: 

Sizin hugugunuz var mali deyishesiniz ve ya temennasiz temir etdiresiniz. Unvaniniz, imzaniz olan etrafli erize yazsaniz hell olunar.

 

AIB-in sedri: Eyyub Huseynov 

07.06.2011
xaligova sevil
Sual: Bir aydan coxdur ki, yasadiqim unvanda smart tipli qaz sayqaci qurasdirilib.Her defe qaz kesilen zaman ve yeniden qaz verilen zaman sayqacdaki klapan acilmir.Her defe de qaz idaresinin iscini axtarib tapmaq lazimdir ki,gelib oz karti ile saygaci qaydaya salsin.Bunun neticesinde bir nece gun qazsiz qalmali oluruq.Indi hele yaydir, qisda goresen nece olacaq.Xahish edirem komeklik gosteresiniz.
Cavab: 

Sizin hugugunuz pozulur, erize ile AIB-e muraciet etseniz komeklik gostererik.

 

AIB-in sedri: Eyyub Huseynov 

28.05.2011
Raqif 
Sual: Şikayət və təkliflər kitabi necə lmalidir və hardan qeydiyyatdan keçməlidir?
Cavab: 

Hazırda "Şikayət və təkliflər" kitabını biznes qurumlara paylayırıq, istənilən biznes qurum AİB-dən təmənnasız olaraq bu kitabı götürə bilər. Kitab AİB -də qeydiyyata alınır, təmənnasız paylanılır.

 AİB-in sədri: Eyyub Hüseynov 

27.05.2011
Mir Kamran Abdullayev
Sual: salam.man bir restorana getdim mani sport geyiminda icari buraxmadilar.sadaca krosofka olduguna gora.ozuda sumqayitda adi bir donarxana.onlarin buna huququ varmi?manim huquqlarim na daracada pozulub va man na eda bilaram?tashakkur ediram
Cavab: 

Birmənalı şəkildə Sizin hüququnuz pozulmuşdur. Əgər AİB-ə yazılı müraciət etsəniz qeyd olunan obyektdə qanun-qayda yarada bilərik. 

AİB-in sədri: Eyyub Hüseynov 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40 
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
"Azad İstehlakçılar"İctimayi Birliyi (AİİB)17.08.2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyələşdirdiyi "İstehlakçılara parça bazar çantalarının paylanması ilə ekologiyanın qorunmasına dəstək tədbirləri" çərçivəsində hazırlanmış ekoloji təmiz materialdan hazırlanmış bazar çantalarını təmənnasız olaraq istehlakçılara paylamağa başlamışdır.Məqsədimiz bazar s...
Davamına bax
Şəkilin açıqlaması yoxdur.
 
 
daha ətraflı...
 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır