İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Noyabr-2019
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (90)
Dunen ziyarətçilər: (154)
Bu gün səhifə baxışı: (216)
Dünən səhifə baxışı: (577)
Sual-cavab
Sual yaz
25.06.2012
Farhad Hasanov
Sual: Ehali zibil tullantilarinin atilmasi üçün pul ödemelidirmi.
Cavab: Pul mutleq odenilmelidir.
10.06.2012
Adil Memmedov
Sual: Salam Razin sokulur kime sikayet edek.Soken adam fikirlesmirki bu camaatin senin kimi imkani yoxdu.
Cavab: Bu ciddi problemdir. Dusunurem ki, Baki seher Icra Hakimiyyetine muraciet edilmelidir.
15.05.2012
Xaliq Rzayev
Sual: Salam Eyub müəllim. Məhsulların netto çəkilərində yol verilə bilən xəta neçə faiz olmalıdır.( Məsələn, 100qrama qədər olanda neçə faiz? 500 qrama qədər olanda,1kq-a kimi və 1-10kq arası,10-100kq arası) . Əvvəlcədən təşəkkür edirəm.
Cavab: 

Hrmətli Xaliq muellim,

Sizin sualınıza cavab olaraq, nezerinizə çatdırırıq ki, Azərbaycan Respublikasının RST AZ-171-81 standartının tələbinə müvafiq olaraq, qablaşdırılmış 18%-9%-yağlılıqlı kəsmikin "netto çəkisi"

100qr çəkidə - ± 3%

250 qr çəkidə - ± 2,5%

500 qr çəkidə -± 2,0%

kənarlaşmaya yol verilə bilər.

O biri məhsullar haqda məlumat almaq üçün uyğun standartları axtarıb tapa bilərsiniz.

 

 

06.05.2012
Resul Suleymanov
Sual: Hörmətli Eyyub müəllim!mənim şikayətim Avropa Qapilarindaki süründürməçilikdəndir.Belə ki 31.03.2012 tarixdə Avropa Qapilari şirkətindən 4 ədəd otaq qapısı sifariş etmişəm.30.04.2012-yə gətirib quraşdırmalı idiler,amma hələ də yoxdur.Baxmayaraq mayın 6-sıdır gah deyirlər lakı qurumayıb gah deyirlər fabrikdə çərçivələri tapa bilmirik.məncə bu məsuliyyətsizlik və mənim hüqüqlarımın kobud pozulmasıdır.onların ucbatından evimin təmiri yarımcıq qalıb.Xahiş edirəm mənə kömək edəsiniz.Əqər ərizə yazmalıyamsa hansı ünvana təqdim etməliyəm?Sizin ofisiniz harada yerləşir?Əvvəlcədən edəcəyiniz köməyə görə minnətdaram
Cavab: Hormetli R.Suleymanov, rica edirem, saytimizda erize formasina baxin, muraciet edin. Huququnuz temennasiz qorumaga haziriq.
28.04.2012
Seyyub Aliyev
Sual: Salam.Hormetli Eyyub muellim Nazirlər Kabinetinin 2012-ci il 17 fevral tarixli qərarı ilə ölkədə dövlət və ictimai mənzil fondlarına daxil olan evlərdə məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə ödəniş ləğv edilib.Lakin bizim eraziye baxan 85-sayly MKIS-in de deyirler bize ele qerar gelmeyib.Tarif shurasinin qerari ile zibil pulu adambashi kecen ilin deklabr ayindan 30-qepikdir. Zehmet olmasa bu barede bir balaca aydinliq getirerdiniz. Evvelceden minnetdaram.
Cavab: Istehlakci ile xidmet gosteren arasinda ikiterefli muqavile olmalidir, muqavilede butun shertler qeyd olunmalidir ve alinan pul muqabilinde qebz verilmelidir.Nusret Qasimov -AIB-in kommunal eksperti
24.04.2012
Rafael Gulmemmedov
Sual: Mənim sualım sayğacla (ELEKTRİK) bağlıdı bilmək istəyərdim ki sayğaclar dövlət rüsumu ödənilir yoxsa yox Avtovağzalda ofisə quraşdırılan sayğaca rüsum haqq ödənilməlidir yoxsa yox. burda heç bir sayğac quraşdırılmıyıb. birinci dəfədi sayğac quraşdırılır. bildiyimə görə birinci dəfə sayğac quraşdırlılarsa bu PULSUZ olmalıdı yoxsa bu ancaq fiziki şəxslərə aiddir. bu sayğaclaşdırma işini bakıelektrik şəbəkə yox başqa bir firma keçirir deyəsən. belə bir hüqüq verilir mi ki başqa bir firma sayğac quraşdırsın və haqq alsın. bunun cvblandırlmasını istərdim təşəkkür
Cavab: Yalniz fiziki shexsler uchun saygac pulsuzdur. Diger firma terefinden saygac qurashdirila biler.
23.04.2012
 
Sual: 
Cavab: 
09.04.2012
Elçin Vəliyev
Sual: Mən cəbhə bölgəsində erməni işğalçılarının 2 km məsafədə yaşayəram 04/01/2012-ci il tarixdə Azersell-in hər gün televiziya vasitəsi ilə reklam etdiyi 3GMAX modemini rəsmi dillerdən güzəştli qiymətlə aldım.Orada mənə bildirdilər ki bu modem bütün Azərbaycanda işləyir məndə hımin modemi gətirdim Ağdama yoxlayanda məlum oldu ki modem nəyin ki şəkilləri hətta inernetə belə qoşulmağa çətinlik şəkir.Mən 05/01/2012-ci il tarixdən bu günə kimi Azersell MX-nə zəng vursamda mənə eyni sözləri deyirlər tezliklə sizinlə əlaqə saxlanılacaq ancaq 4aydır ki mənimlə bərabər Azersell milləti aldadır ki 3GMAX modemi bütün Azərbaycanı əhatə edir.Xahiş edirəm köməklik edəsiniz
Cavab: Saytimizda erize formasina baxin. Formaya uygun erize yazin. 
27.03.2012
E. ƏLİYEVA
Sual: XETAİ KLİNİKASİ TELEVİZORDA REKLAM EDİR Kİ, MART AYİNDA 35-40% ENDİRİM EDİRİK, AMMA BELƏ OLMADI.ƏVVƏL SİRUS HEKİMİN QEBULU 30 MANAT İDİ, MARTDA 24 MANAT OLDU. BU DA 20% EDİR. YALANCI ENDİRİMLERLE XALQİ ALDADANLAR QANUN QARŞISINDA HEÇ BİR MESULİYYƏT DAŞIMIRMI ? BUNA NƏZARƏT EDƏN BİR ORQAN YOXDURMU ?
Cavab: Sizinle hemfikirem. Rica edirem, saytdaki erize formasina uygun erize yazin, veziyyeti vetendashlarin xeyrine deyishek.
23.03.2012
SHABAN XANMAMEDOV
Sual: Salam men noutbuk almisham 1aydan sesi cixmadi indide aldigim yerden deyirlerki,arxasi acilmalidi men ise ya pulumu yada geri qaytarmaq istiyirem.mene meslehet verin.evvelceden sizi teshekkur edirem.
Cavab: Saytdaki erize formasina uygun erize yazin, mumkun olsa ozunuz de gelin ofise, chalishariq yerinde hell ederik.
19.03.2012
Rufat Salahov
Sual: Salam. Biz Mart ayinin 11-de Samsungdan soyuducu almisiq. 3 illik zemaneti de var. Ancaq soyuducunu evde 2 gun isledenden sonra xarab oldu. Samsungun servisinden usta gelib dedi ki, muherriki yanib ve onu deyiseceyik. Ancaq bizim fikrimizce soyuducu ozu tam deyisdirilmelidir, cunki cemi 2 gun istifadeden sonra xarab olub. Sizin meslehetinizi bilmek isterdim. Tesekkur edirem.
Cavab: Tələbiniz haqlıdır. İstəsəniz bizə ərizə yazın. Təmənnasız həll edək.
13.03.2012
Samir İbrahimov
Sual: Salam! Mən bir neçə ildir ki artıq Bakcell abunəçisiyəm.Məlumat mərkəzi ilə bağlı Bakcell-ə iradım olub amma tam dolğun cavab ala bilmədim.Şikayətim belədir: 555 məlumat mərkəzinə zəng etdikdə soruşur-Əgər müraciətiniz zəng etdiyiniz nömrəyə aiddirsə 1-ə basın.Mən də 1-ə basıb təsdiqləyirəm daha sonra isə heç bir seçim gəlmir və mən məcburən orda Bakcell-in hansısa reklam xarakterli audi yazısına qulaq asıram.Bu bütün abonentlər üçün belədir.Öyrənmək istədiyim odur ki Bakcell və yaxud başqa operator bunu edə bilər?Abonentlərə seçim şansı vermir ki onlar seçsinlər qulaq assınlar ya yox?
Cavab: Bakcell müştəriyə diqqətsizlik edir. Bizə ərizə ilə müraciət etsəniz, vəziyyəti dəyişməyə çalışarıq.
24.02.2012
Izzət Kərimov
Sual: Bizde elektrik enerjisinin gədginliyi 180v-dan(Soyuq vaxtlarda hətta 160v-a qədər) yuxarı olmur!Bu isə mən hesab edirem istehlakçı huquqlarinin pozulması kimi deyerlendirilməlidir.Belə ki men işıq pulunu 220v gərəinlik hesabi ilə verirəm ahcaq bəzi elektrik cihazlarınən normal fəaliyyəti ucun "stabilizator"adlanan cihazdan istifadə edirəm bu da elektrik serfiyyatinda artiq odömələrə şerait yaradır!İstenilen halda Bakielektrikşəbəkə hər bir abenentə keyfiyyətli elektrik enerjisi ilə temin etməyə borcludur! Qeyd edim ki mən intizamli abonentəm və bunu yaxlamaq cox asandır! Bu problemi necə hell etmək olar?
Cavab: Hormetli Izzet muellim. Siz intizamli istehlakchi olmaqla beraber hem de, prinsipal olsaniz "Bakielektrikshebeke" MMC-den odediyiniz pulun 25%-ni geri ala bilersiniz. Bu mesele Naziler Kabinetinin tesdiqlediyi "Elektrik enerjisinden" istifade qaydalarinda oz eksini tapib.
22.02.2012
Vidad Qurbanov
Sual:  Ərizə Sumqayıt şəhəri "Əşya bazarı" deyilən ərazidə olan yanacaq doldurma məntəqəsi benzini az vurur,aparaturaları həddən çox surətlə işlədərək köpüklü benzin vurur,iradlara məhəl qoymurlar
Cavab: Erize formasina baxin, erize yazin, orada qayda-qanun yaranmasina nail olaq.
18.02.2012
Gunel  Zeynalzadə
Sual: Salam ...Mənim sual saxta brend geyimlər haqqındadı .Siz bu mövzu barədə nə deyə bilərsiz? metrostansiyalarda, yeraldı kecidlərdə və yaxud da bir çox mağazalarda bu cür keyfiyyətsiz, sintetik parcadan hazirlanan geyimlər haqqında fikirlərinizi öyrənmək istırdim .
Cavab: Bu cur geyimler arzuedilmezdi. Bu sahede huququnuz pozulmushsa, muraciet edin, temennasiz hell edek.
17.02.2012
 
Sual: salam biz jekdən arayış almaq istədikdə ev pulu tələbilə vermirlər nə edək?
Cavab: JEK-in bu hereketi qanunsuzdur. Erize ile muraciet etseniz temennasiz hell ederik
16.02.2012
Nurlan Dadaşov
Sual: Mən hal-hazırda Siyəzəndə fəaliyyət göstərirəm-Home office şəraitində-Qnetdə.İstəyirəmki buradakı İcra orqanları mənim bu işimdən rəsmi olaraq xəbərdar olsun.Mən Siyəzən Şəhər İcra Başçısına rəsmi yazılı ərizə ilə Elektron Ticarət və Birbaşa Satışın burada da inkişafı naminə müraciət etmişəm və yaxın həftələrdə Cənab Başçımız Arif Qasımov Bizi qəbul edəcək.Mən özümə və Şirkətimə əminəm və işləyirəm burada.Və yaxın vaxtlarda Bakı şəhərinə ofisə çıxmaq fikrindəyik.Müvəqqəti burada işləyirik.Mənim burada 30-a yaxın şəbəkəm və artmaqda olan qrupum var.Sadəcə İcra orqanlarının qarşısına qoya biləcək sənədlərim yoxdur-öz VOEN-imdən başqa.ÇOX XAHİŞ EDİRƏM MƏNƏ BU BARƏDƏ YARDIM EDİN.Lazımdırsa mobilni ilə də əlaqə saxlayıb danışa bilərik.Mən nömrəmi qeyd etmişəm.Minnətdaram.Gözləyirəm.
Cavab: Nurlan bey, AIB-in huquqshunasi Habil Isgenderli ile elaqe saxlayin - 050 314 81 88.
15.02.2012
Nurlan Dadaşov
Sual: Mən hal-hazırda Siyəzəndə fəaliyyət göstərirəm-Home office şəraitində-Qnetdə.İstəyirəmki buradakı İcra orqanları mənim bu işimdən rəsmi olaraq xəbərdar olsun.Mən Siyəzən Şəhər İcra Başçısına rəsmi yazılı ərizə ilə Elektron Ticarət və Birbaşa Satışın burada da inkişafı naminə müraciət etmişəm və yaxın həftələrdə Cənab Başçımız Arif Qasımov Bizi qəbul edəcək.Mən özümə və Şirkətimə əminəm və işləyirəm burada.Və yaxın vaxtlarda Bakı şəhərinə ofisə çıxmaq fikrindəyik.Müvəqqəti burada işləyirik.Mənim burada 30-a yaxın şəbəkəm və artmaqda olan qrupum var.Sadəcə İcra orqanlarının qarşısına qoya biləcək sənədlərim yoxdur-öz VOEN-imdən başqa.ÇOX XAHİŞ EDİRƏM MƏNƏ BU BARƏDƏ YARDIM EDİN.Lazımdırsa mobilni ilə də əlaqə saxlayıb danışa bilərik.Mən nömrəmi qeyd etmişəm.Minnətdaram.Gözləyirəm.
Cavab: 
13.02.2012
Nurlan Dadaşov
Sual: Mən hal-hazırda Siyəzəndə fəaliyyət göstərirəm-Home office şəraitində-Qnetdə.İstəyirəmki buradakı İcra orqanları mənim bu işimdən rəsmi olaraq xəbərdar olsun.Mən Siyəzən Şəhər İcra Başçısına rəsmi yazılı ərizə ilə Elektron Ticarət və Birbaşa Satışın burada da inkişafı naminə müraciət etmişəm və yaxın həftələrdə Cənab Başçımız Arif Qasımov Bizi qəbul edəcək.Mən özümə və Şirkətimə əminəm və işləyirəm burada.Və yaxın vaxtlarda Bakı şəhərinə ofisə çıxmaq fikrindəyik.Müvəqqəti burada işləyirik.Mənim burada 30-a yaxın şəbəkəm və artmaqda olan qrupum var.Sadəcə İcra orqanlarının qarşısına qoya biləcək sənədlərim yoxdur-öz VOEN-imdən başqa.ÇOX XAHİŞ EDİRƏM MƏNƏ BU BARƏDƏ YARDIM EDİN.Lazımdırsa mobilni ilə də əlaqə saxlayıb danışa bilərik.Mən nömrəmi qeyd etmişəm.Minnətdaram.Gözləyirəm.
Cavab: 
11.02.2012
 
Sual: 
Cavab: 
10.02.2012
Nurlan Dadaşov
Sual: Mən hal-hazırda Siyəzəndə fəaliyyət göstərirəm-Home office şəraitində-Qnetdə.İstəyirəmki buradakı İcra orqanları mənim bu işimdən rəsmi olaraq xəbərdar olsun.Mən Siyəzən Şəhər İcra Başçısına rəsmi yazılı ərizə ilə Elektron Ticarət və Birbaşa Satışın burada da inkişafı naminə müraciət etmişəm və yaxın həftələrdə Cənab Başçımız Arif Qasımov Bizi qəbul edəcək.Mən özümə və Şirkətimə əminəm və işləyirəm burada.Və yaxın vaxtlarda Bakı şəhərinə ofisə çıxmaq fikrindəyik.Müvəqqəti burada işləyirik.Mənim burada 30-a yaxın şəbəkəm və artmaqda olan qrupum var.Sadəcə İcra orqanlarının qarşısına qoya biləcək sənədlərim yoxdur-öz VOEN-imdən başqa.ÇOX XAHİŞ EDİRƏM MƏNƏ BU BARƏDƏ YARDIM EDİN.Lazımdırsa mobilni ilə də əlaqə saxlayıb danışa bilərik.Mən nömrəmi qeyd etmişəm.Minnətdaram.Gözləyirəm.
Cavab: 
10.02.2012
 
Sual: 
Cavab: 
09.02.2012
Nurlan Dadaşov
Sual: Salam,Eyyub müəllim.Eşitdiyimə görə AİB elektron ticarət iştirakçılarının hüquqlarını qoruyacaq.Bu hadise meni çox sevindirdi.Amma mene diger bir mesele ile bağlı aydınlıq gerekdir.Men elektron ticarət şirkəti olan QNet və V İnternational Trading şirkətinin resmi olaraq senedlerini aidiyyeti icra orqanına ne cür sübut ede bilerem???men özüm vekaletli nümayende olmadığıma göre mende resmi sened yoxdur.Bunu necur ve hansı yolla sübut etmek olar???necur yönlendirek bu meseleni?Men özüm Qnet-in üzvüyem ve tecrübeli bir şexs kimi burada çalışıram.ÇOX XAHİŞ EDİREM MENE YARDIM EDİN.MİNNETDARAM!
Cavab: 

Nurlan bey, Siz bize hansi unvanda fealiyyet gosterdiyinizi yazin. Biz ondan sonra Size cavab vere bilerik.

01.02.2012
Nazim Əliyev
Sual: Salam. Mənə 12.06.2011-ci ildə DYP-i tərəfindən protokol yazılıb və məni 1 illik suruculuk hüquqndanmərhum edilmişəm (S.V nömrəsi AB075098 Protokol nömrəsi 204593). İyul da təzə sistemi işə düşdü yəni ödəniş gecikərsə əlavə faiz üstünə gələcək. Mənim 3 sualım var. Mümkünsə bu suallara cavab verəsiniz. 1. Bu cərimə sistemi mənə şamil olunur ya yox(Mənə protokol yazılan günün sabahı DYP-nə getdim mənə dedilər ki, həmin ödənişi sən 1-ildən sürücülük vəsiqəsini götürəndə də ödiyə bilərsən) 2. Mən 1 il tamam olmamış sürücülük hüququmu bərpa edə bilərəmi, əgər edə bilərəmsə hansl yolnan. 3. Və səhf eləmirəmsə qanunda dəyişilikliyə görə 1 il tamam olan kimi mən imtahansız Sürücülük vəsiqəmi götürə bilərəm. Buna görə DYP-i tərəfindən mənə hər hansı bir çətinlik törətməzlər ki?
Cavab: Suallarinizi AIB-in ekspert Fazil muellime zeng ederek cavablandirin. Tel: 055 626 75 10, 050 310 90 72.
31.01.2012
Turxan Aliyev
Sual: Salam, her hansi qida mehsulunun respublikaya idxali uchun hansi prosedurlari kecmek lazimdi(senedlesme baresinde)
Cavab: 

1. Istehsalchi ile muqavile.

2. Mal nishaninin QOS Standartda qeydiyyata alinmasi.

3. Malin menshe senedlerinin QOS Standarta ve Sehiyye Nazirliyine teqim edilmesi.

25.01.2012
Rəşid Məmmədhüseyn
Sual:  Qazın təzyiqi demək olar ki, yoxdur. 104-ə dəfələrlə zəng etdim. Cavab verən olmadı. Binəqədi rayonu Qaz İstismarı İdarəsinin 412-30-38 və 412-30-77 nömrəli telefonları cox vaxt məşğul oldular, boş olanda isə telefonu açmadılar. Dərdimizi kimə deyək?
Cavab: AIB-e kollektiv erize yazin. Neft Shirketine kollektiv erize yazin.
23.01.2012
Orxan Kərimov
Sual: Salam. Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə mənzilimizə gələn suyun daxilində ərpin çox olması bizi narahat edir. Belə ki, bu cür ərpli suyun orqanizmimizə zərərli olub-olmaması barəsində məlumat verməyinizi Sizdən xahiş edirəm. Öncədən təşəkkürümü bildirirəm.
Cavab: Su qaynadıldıqda çaynikin dibinə çökən kalsium duzlarının çox olması əlbəttə arzu olunan deyil. Ətraflı məlumat üçün AİB-in eksperti Lətifə xanıma zəng çala bilərsiniz. tel: 012 490 18 45
21.01.2012
EMIL NEZEROV
Sual: SALAM Eyyub muellim.men AZ.Dovlet.Iqtisad.Universitetini 2006-ci ilde bitirmisem.Qida muhendisiyem.mene aid sizde vakant is yeri varmi?Tesekkur edirem.
Cavab: Gelin AİB-in ofisinə sohbət edək. Lakin hazırda vakant yer yoxdur.
20.01.2012
 
Sual: 
Cavab: 
13.01.2012
 
Sual: 
Cavab: 
Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32   33    34  

 “Azad Istehlakçılar” İctimai Birliyi (AİİB)      Bakı AZ. 1010, Azərbaycan, D. Əliyeva  küç.,

İndependent Consumers Union (İCU)              239, m. 51”A”

                                                                           239 Dilara Aliyeva str., № 51, AZ 1010 Baku,

                                                                                           Azerbaijan

AİİB                                                                                            T: +994124498995                                       

                                                                                         T/F: +994124412833

                                                                                                                       M: +994503416225

22 may 2019-cu il.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azad İstehlakçılar" İctimai Birliyi tərəfindən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında  Azərbaycan Respublikası Qanununun tələblərinin fermer təsərrüfatlarında istehsal olunan malların  dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirləri”

layihəsi çərçivəsində  Hacıqabul rayonunun Abdulabad  kəndində 22.05.2019-cu il tarixdə fermerlərə təlim keçirildi. Təlimdə Hacıqabul RİH-nin Abdulabad kəndi üzrə nümayəndəsi  də daxil olmaqla 19 nəfər  iştirak edirdi.

“HACCP (Hazard Analysis and Critical Control Points) prinsipləri ilə ekoloji kənd təsərrüfatı məhsulları istehsalı və “CS 1- Azərbaycan” təcrübəsinin tətbiqi ilə bazara çıxışı”mövzusunda təlimin məqsədi ekoloji təmiz k/t məhsulları istehsalı  üzrə zəruri aqrotexniki tədbirlər barədə kiçik fermer təsərrüfatları sahibkarlarının bilik və bacarıqlarının artırılması ilə onların bazar rəqabətli məhsul istehsal etməklərinə dəstək vermək olmuşdur.

Təlimçi Nizami Musayev qarşılıqlı müzakirə şəraitində fərdi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalı üzrə problemlərini müzakirə etmiş və  onlara ekoloji təmiz kənd təsərrüfatı  məhsulları istehsalı və “Dəyər zənciri” iştirakçıları ilə işgüzar əlaqələr qurmaqla bazar rəqabətliliyinin təmin olunması yollarını izah etmişdir.

Fərdi fermer Əlislam Dostəliyevin  Abdulabad  kənd əhalisinin suvarma suyuna çıxışının olmasına (Kür çayından çəkilmiş kanal) baxmayaraq suyun azlığından sahələrin aqrotexniki qaydalara müvafiq olaraq vaxtında suvarılmasını apara bilmədiklərini söylədi və bildirdi ki, nəticə etibarilə məhsulun həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri çox aşağı olur. Bu da fərdi fermer təsərrüfatlarının inkişafına əngəl yaradır. Təlimçi  Nizami Musayev suvarma suyu təchizatı ilə bağlı əlaqədar təşkilatlara Bələdiyyə və İcra Nümayəndəsi səviyyəsində müraciət etməyi məsləhət bildiyini söylədi, Eyni zamanda yaxın gələcəkdə xidmət təchizatçıları ilə kooperasiya əsasında müqavilə bağlamaqla aqrotexniki tədbirlərə dair problemləri kompleks şəkildə həll etməyin mümkün olacağını vurğuladı.

Çay fasiləsindən sonra layihə eksperti Fərrux Əsgərov təlim iştirakçılarını “CS 1- Azərbaycan” təcrübəsi üzrə məlumatlandırmış, Abdulabad kənd İcra Nümayəndəsi cənab Rövşən Həsənov və digər təlim iştirakçıları Abdulabad və qonşu Kolanı kəndində birlikdə 1200 fərdi fermer təsərrüfatlarında 5000 başadək İri buynuzlu mal-qara mövcud olduğunu və istehsal edilən südün realizasiya olunması çətinliyini bildirdilər. Həmçinin natiqlər tərəvəz istehsalı üzrə ixtisaslaşmış bu kəndlərdə il ərzində istehsal olunan tərəvəz məhsullarını (xüsusilə badımcanı) satmaq üzrə çətinlikləri olduğunu bildirdilər. Ekspert Fərrux Əsgərov fermerlərə Bakı şəhərində tərəvəz topdansatışı bazarları ilə əlaqə saxlamağı tövsiyyə etdi və qeyd edilən  problemləri barədə layihə fəaliyyəti üzrə yekun hesabatda məlumat və çıxış yolları üzrə tövsiyyələr veriləcəyini bildirdi.

Nizami Musayev fermerlərə istehsal edəcəkləri məhsulun ən azından 50%-nin potensial alıcısını müəyyən edərək müqavilə bağladıqdan sonra işə başlamağı və eyni zamanda davamlı bazar araşdırmaları aparmaqla tələbə üyğun olaraq təsərrüfat fəaliyyətlərini tənzimləməyi məsləhət bildi. Layihə heyəti fermerlərə cari təsərrüfat ilini uğurla başa vurmağı arzuladı.

İştirakçılar tərəfindən təlim qiymətləndirildi. Fermerlər yerlərdə analoji təlimlərin mütəmadi keçirilməsinə ehtiyacın olduğunu bildirdilər.

 

daha ətraflı...

"Azad İstehlakçılar"İctimayi Birliyi(AİİB)01.05.2019 tarixdən,Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Ekaloji Təmiz Kənd Təsərrüfatı Haqqqında"AR qanununun tələblərinin fermer təsərrüfatında istehsal olunan  malların dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirlərinin keçirilməsi"layihəsinin icrasına başlayır,Qrantın məbləği 7000 AZN-dir.Layihə çərçıvəsində Hacıqabul,Sabirabad və Saatlı fermerləri ilə yığıncaqlqr keçiriləcək,layihədə nəzərdə tutulan yekun nəticələrin əldə olunması üçün nəzərdə tutulan işlər plan üzrə icra olunacaqdır.Layihənin gedişi və uğurları AİİB-in digər rayon nümayəndəlikləri vasitəsilə interpolyasiya olunacaqdir.İstənilən şəxs layihənin istənilən elementi ilə(O Cümlədən,maliyyənin xərclənməsi ilə)tam şəffaf şəkildə tanış ola bilər.

 
daha ətraflı...

Insanları kor edə bilərlər!Eyni məzmunlu məktubla Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyevə və İqtisad Naziri Şahin Mustafayevə

müraciət etmişik. 

 

                    

                                    Azərbaycan Respublikasının

Səhiyyə Naziri Cənab Oktay Şirəliyevə

 

 

 

 Hörmətli Oktay müəllim,

 

          “Azad İstehlakçılar”İctimayi Birliyinə(AİİB) “Brenner”göz linzalarının şübhəli markalanması ilə bağlı istehlakçı məlumatları daxil olmuş və AİİB tərəfindən malın markalanmasına və mənşəyinə dair araşdırma aparılmışdır. Aşağıdakılar məlum olmuşdur:

 

1.Malın üzərində 2 ştrix-kod vardır:

 1.1 “EAN-13 benəlxalq perefiksinə müvafiq GS1 ştrix-kodu,digəri

 1.2“GS1-128 tələblərinə uyğun.

Hər iki ştrix-kod saxtadır!

Beləki1.1.1-“EAN-13” ştrix-kodu səlahiyyətli təşkilatın xüsusi avadanlıği ilə oxunmuş aşağıdakı nəticələr əldə olunmuşdur(nəticələr bu nəktuba əlavə olunur).

-Ştrix-kodun insan oxuyan hissəsində 400701014056847 yazılsa da skaner oxuyan rəqəm 4607014056847 (Rusiya)-dir.

-GS1 standartına uyğun olan məhsulun üzərində yazılmış ştrix-kodun sonuncu rəqəmi “7” yox “5” olmalıdır!

2. GS1-128 ştrix-kodu skanerlə oxunmamışdır. (01)rəqəmindən sonra məhsulunGTİN adlanan nömrəsi göstərilməlidi,yəni 4007014056845 ədədi olmalıdir. lakin belə deyil!

3. Skaner oxuyan zaman aşkarlanan ştrix-kod(4607014056847) və məhsul üzərində qeyd olunan ştrix-kod(4007014056847) haqqında məlumatlar beynəlxalq GEPİR axtariş sistemində aşkar olunmamişdir.

4. Markalanmada istehsal müəssiəsinin adı və ölkəsi qeyd olunmayıb, içlik vərəqə AZ dilində deyil və malın Almaniyada istehsal olunduğu göstərilir.

5. AR-nın Səhiyyə Nazirliyinin (SN) müvafiq qurumundan  şifahi olaraq çətinliklə aldığımız məlumata görə (hörmətli Mahmud müəllim) “Brenner” linzalarının idxalına SN icazə verilməyib.

 

          Sadalanan faktlar göstərir ki,  İşbazlar saxta linzaları “Brenner” markası altında, Almaniya istehysalı olan linza kimi təqdim edərək,  satışını təşkil etmişlər. 

Bu saxtakarlıq nəticəsində gözün katarakta və digər əməliyyatlarında Almaniya istehalı  və “Brenner” markası altında saxta, mənşəyi bilinməyən  linzalardan istifadə olunmuşdur. Pasinetlər avropa keyfiyyətli linzalar qoyulduğunu düşünsələrdə, nəticədə həkimlər və pasientlər aldanılmış vəziyytdə qalmışlar. Yüzlərlə pasientlərin hüquqları pozulmuş və sağlamlıqları risk altına düşmüşdür.

         Məsələnin insan sağlamlığına təhlükə olduğunu və istehlakçıların hüquqları kobud şəkildə pozulduğunu nəzərə alarar, araşdırma aparılması zərurudir. İctimai təşkilat olaraq biz istehlakçıların hüquqlarının qorunması naminə, saxta  “Brenner” linzalarından istifadə edən klinika və həkimlərin adlarının müəyyən olunmasına və bu sahədə şəffaflıq yaradılmasına çalışacayıq.

        Xahiş edirik qeyd olunan şübhəli mənşəli,  “Brenner” markalı linzaların (göz protezi) istifadəsinin qarşısının alınması üçün lazımi tədbirlər görülməsi haqqında göstəriş verəsiniz.

 

Qoşma: 2 (iki) səhifə.

 

    Hörmətlə,

 

     “Azad İstehlakçılar”

ictimai birliyinin sədri :                       E. M. Hüseynov

daha ətraflı...

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır