İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Aprel-2021
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (22)
Dunen ziyarətçilər: (203)
Bu gün səhifə baxışı: (64)
Dünən səhifə baxışı: (535)
Sual-cavab
Sual yaz
20.07.2015
Azer Rzaquluzade
Sual: spirtli ickilerde son istifade muddeti olur.
Cavab: 

Satish sebekesinde araqlarin saxlanma muddeti 1 il, serablar 6 ay, konyak 3 ildir. 

18.07.2015
Kəmalə Məmmədova
Sual: Salam. Men 2 gün alınan malı eyni qiymətlə dəyişdirdirdim və hətta bundan əlavə bir malda aldım. Qeyd edimki alinan mal brak idi. Bununla belə satıcı malların xarab olmasında məni və başqa müştəriləridə gunahlandırdı.Məndə cox esəebləşdim və ona niye bele kobud danışırsız deyəndə mənə burdan cıx dedi. Bu nə qədər düzdü, biz bunlarının artıqlanması ilə qiymət qoyduğu malı alırıq,bizimlə rəftara bax. Mən kimə şikayət etməliyəm.Cünki məəncə bunu satıcıya bağışlamaq olmaz. Cox təşəkkür edirəm.
Cavab: 

Meslehet gorurem 195 (2) qaynar xettine zeng vurun. 

18.07.2015
Vefa Ezizova
Sual: Salam! Men Muzik Qalleriden multivarka almiwam, anam beyenmedi, 6 gunden sonra qaytarmaq istedik, satici qaytarmir ki, rehberliyin tapwiriqidir!
Cavab: 

Sizin 14 gun muddetinde ,ali keyfiyyetli mala deyishmek, eger Sizin teelbatinizi odeyen mal olmazsa qaytarmaq huququnuz vardir. Bizim saytda gosterilen formaya uygun erize yazin, hell edek. 

17.07.2015
Dəyanət Ağayev
Sual: Salam. Sualım avtomobillərin texniki baxışı zamanı baş verən qanunsuzluqla bağlıdır. Belə ki, texniki baxış üçün təyin edilmiş 20 AZN əvəzində 50 AZN rüşvət tələb olunur. Reyd keçirsəniz, əksər sürücülər sözlərimi təsdiq edə bilər. İş o yerə çatıb ki, artıq dinməz-söyləməz 50 AZN-i verib prosesi tez-bazar həll edirlər. Bilmək istəyirəm ki, bu hala rast gəldikdə 102-yə zəng edib polis nümayəndəsini şahid kimi çağırmaq mümkündür, yoxsa siz birbaşa şahidlik edib köməklik göstərə bilərsiniz?
Cavab: 

Biz komeklik gostere bilerik. Sizden artiq pul alinibsa xidmet sahesinde istehlakci huququnuzun pozulmasi barede erize ile muraciet edin, pulunuzu qaytaraq ve meseleni dovlet orqanlarina chatdiraq. Sizin şikayətiniz BDYPİ-ne gonderilmisdir. 

12.07.2015
natiqe ibadova
Sual: salam.men 2 gun evvel bir masin almisam,pulunu kreditler vereceyem,masinin qiymeti21500 manatdir,9230man vermisem,men masini qaytara bileremmi?qaytarsam pulumu qaytaracaqlarmi?
Cavab: 

Mashin surulmeyibse 14 gun muddetinde deyishmek, uygun mashin olmazsa qaytarmaq huququnuz vardir. 

02.07.2015
qismət kişiyev
Sual: salam qardaşım öz adına 28 may dan telefon alıb 1-2 gün işlətdikdən sonra qüsurlar yaranmağa başladı (şəbəkə nin olmaması şəkilin pis şəkilməsi 2mp amma digər 2mp bundan yaxşı çəkir vs)aparıb qaytarmaq istədikdə satıcı telefonu geri almadı və dedi:mən geri götürərəm amma 30% ini çıxmaqla və onuda bildirim ki mən telefonu qaytarıb pulumu geri almaq istəyirəm nə edim
Cavab: 

Xahish edirem saytımızda göstərilən formaya uygun erize yazin, imzalayaraq bizə göndərin. İstehlakçı hüququnuzu təmənnasız qoruyaq. 

23.06.2015
ibadulaev gunel ibadulaev
Sual: salam men 2 ildi ayle gurmisam 1 yasli gizim var ozum bogazimda sisi variydi emeliyat olundum goturuldi indi baldizim gaynanam meneni bosatir. gaynatamda yoldasiminda menide ucota salmiyib ev dusmesin bize yoldasim masininda adindan cixarir hec mene ve ovladima dusmesin,men istemirem bosanim istemesem bosanmani negede uzada bilerem?
Cavab: 

Hormetli Gunel xanim, teshkilatimizin adindan gorunduyu kimi biz istehlakchi (alici) huquqlarini qoruyuruq. Sualiniz bize aid deyildir. Meslehet gorurem analitik.az saytina muraciet edin ve ya huquqshunas Habil Isgenderova zeng vurun (tel: 050 314 81 88)

23.06.2015
Aliyev Elnur
Sual: Salam, istehlakçı hüquqları pozuluwu ile bagli sualim var: Maqzinde melumat lovhesinde yazilib ki, alinan mal 7 gun erzinde qaytarilir. Hemin mali ayin 21.06.2014 almiwam. Bu gun(23.06.2014) muraciyyet etsem hemin muddetin kecib-kecmediyi onemli olacaq ya yox? Men bu mali nece qaytara bilecem? Siz terefden her hansi bir tesdiq eden sened teqdim etmekle ya nece?
Cavab: 

Sizin 14 gun muddetinde mali deyishmek, Size lazim olan mal olmadiqda ise qaytarmaq huququnuz var/ Problem olarsa bize erize ile muraciet edin, temennasiz hell edek. 

22.06.2015
nariman mamedov
Sual: salam. men dukan acmisam kompyuter temiri ve aksesuarlari. bilmek isterdim voen ve kassa aparati ne vaxt alib qoymaliyam. yeni hele is zeifdi 10 gundu baslamisam. mene ne qeder qanunla vaxt verile biler bunlari etmeyim ucun. etmesem hansi ceza gozleyir? tesekkur
Cavab: 

195(1) telefonuna zeng edin. (Vergiler Nazirliyi) her sheyi deqiqleshdirin.

P.S Istehlakchidan pul alan zaman mutleq kassa cheki vermelisiniz! 

19.06.2015
Dəyanət Ağayev
Sual: Salam, bilmək istərdim ki, regionlarda yerləşən İdman Kompleksləri və Diaqnostika Müalicə Mərkəzləri pullu fəaliyyət göstərirsə, qanunidirmi, yoxsa özbaşınalıq?Əvvəlcədən təşəkkür edirəm.
Cavab: 

Əgər bu xidmətlərdən istifadə zamanı üzərində 10 rəqəmli VÖEN olan rəsmi maliyyə sənədi verilirsə deməli qanunidir. Əks halda yox. 

12.06.2015
anonim anonim
Sual: Salam axşaminiz xeyir.bilmek isteyirem ki yoldasim Rusiyadan is yerindən arayışi bakiya nə vasitəsi ilə göndərə bilər?
Cavab: 

Təşkilatımız istehlakçı hüquqlarını qoruyur. Bu məsələ bizim təşkilata aid deyildir. Məsləhət görürəm ki, hüquqşünas Habil İsgəndərova zəng vurunş tel: 050 314 81 88 və ya analitik.az saytına müraciət edin. 

02.06.2015
Dəyanət Ağayev
Sual: Salam,Bərdə rayonunda təzə bazarda olduqca keyfiyyətsiz "Gillette 2" məhsullarına rast gəlinir. Qiyməti 24x256AZN olan bu mallar elə bil ki, 10 dəfə istifadə edildikdən sonra təkrar istehsala verilib.Keyfiyyətsizliyini özüm də müşahidə etdim:1) Çap yazıları əyri formada yapışdırılmışdı2) Hər birinin ayrı-ayrılıqda qapağı olduqca yumşaq idi.(Sanki istidən əriməyə doğru)Mən 4 ədədini istifadə edib keyfiyyətsizliyini müşahidə etdiyimdən aparıb qaytardım. Buna görə də həmin marketdən şikayətim yoxdur. Amma ümumilikdə keyfiyyətsiz məhsulun dövriyyədən çıxarılmasını və yenilərinin yoxlanaraq buraxılmasını istəyirəm və bu işlə maraqlanmağınızı xahiş edirəm. Özləri də qəbul etdilər, məndən əvvəl bir nəfər də şikayət edibmiş. Deyəsən, saxta məhsul imiş, Çin istehsalı olduğu güman edilir.
Cavab: 

Hörmətli Dəyanət müəllim, saytımıza baxın və orada göstərilmiş formaya uyğun rəsmi ərizə yazın. Malin nə olduğu və qiymət başadüşülməzdir. 

01.06.2015
anonim anonim
Sual: Salam hər vaxtiniz xeyir. Köməyinizə ehtiyacım var Xahiş edirəm kömək edin,mənim Rusiyaya stopum var 2illik 10aydi ki burdayam.Bunun bir həlli yolu ololmalidir . Xahiş edirəm məsləhət verin.
Cavab: 

Hormetli İrade xanim, təşkilatımız istehlakçı hüquqlarını qoruyur. Bu məsələ bizim təşkilata aid deyildir. Məsləhət görürəm ki, hüquqşünas Habil İsgəndərova zəng vurunş tel: 050 314 81 88 və ya analitik.az saytına müraciət edin. 

29.05.2015
TRUST FUNDS Brown
Sual: Ödəmək və 5% az faiz dərəcəsi ilə yeni maliyyə layihələr başlamaq üçün sürətli və rahat kredit üçün müraciət edin. Vasitəsilə bu gün bizimlə əlaqə yoxdur: Bizim minimum kredit təklif kimi istədiyiniz kredit məbləği ilə trustfunds404@yahoo.com kredit məbləğinin hər hansı 1,000.00 variantdır. Mən qeydiyyatdan və qanuni kreditor, təsdiq edirəm. Siz mənim şirkət kredit almaq istəyirsinizsə, bu gün mənə müraciət edə bilərsiniz.təşəkkürMr.Stephen Brown.Allah razı olsun
Cavab: 

Biz  bu məsələdə maraqlı deyilik. 

26.05.2015
Igade Ceferzade
Sual: Inandigim sexse etibarname vermisem.Basqa meqsed ucun.O ise ozunden basqa iki neferle birleserek menim evimi banka girov qoyaraq 95000 azn pul goturmusler.Hemin sexs o iki neferin birine menim etibarnamem esasinda etibarname vermis o ipotekaya qoymus pulu ozu qol cekib goturmus menim hec neden xeberim yoxdur hec bir senede qol cekmemisem.Bank mene hec bir xeberdarliq etmeden mehkemeye vermism.sekkiz ay gecikmeden sonra.Hemin adamlarin ozlerinin 3-4yerde mulkleri var.Bele bir veziyyetde men ne ede bilerem?
Cavab: 

Hormetli İrade xanim, təşkilatımız istehlakçı hüquqlarını qoruyur. Bu məsələ bizim təşkilata aid deyildir. Məsləhət görürəm ki, hüquqşünas Habil İsgəndərova zəng vurunş tel: 050 314 81 88 və ya analitik.az saytına müraciət edin. 

22.05.2015
Tamraz Mamedov
Sual: Salam.Men arcelik magazasindan soyuducu almisham, 3il qarantiya verilib soyuducu nasaz veziyyetdedir servise zeng elemishem gelib baxib deyibler Turkiyeden ehtiyat hissesini zakaz eleyerik 20 gun muddetinde hazir olacaq. 5 aydan coxdur servize zeng edirem her defe deyirler ehtiyat hissesi hele gelmeyib 10 gunden sonra gelecek gozleyin artiq 5-ci aydir gozleyirik. İshle elaqedar ozum gede bilmirem xahish edirem mene komek edesiniz.Evvelceden teshekkurler
Cavab: 

Xahish edirik saytimizda gosterilen erize formasina ugun etrafli erize yazin, imzalayaraq skaner edin bize gonderinş İstehlakci huququnuzu temennasiz qoruyaq.

21.05.2015
Ağamir Sultanov
Sual: Salam. Mən Sədarək Ticarət Mərkəzi Şirniyyat Bazarı Sıra 5, Korpus 1, Mağaza 3 ünvanda yerləşən LG elektrik malları mağazasından 07.06.2014-cü ildə "16 47LA 6610" markalı televizalmışam. Zəmanət talonu var: müddəti-1 ildir.40 gündən bundan qabaq televizorun ekranında ləkələr əmələ gəldi. Zəmanət talonunda göstərilən telefon nömrəsinə zəng edib məlumat verdim ki, televizorda belə bir problem yaranıb. Mənə cavab verdilər ki, ustalarımız gəlib baxarlar. Lakin heç kim gəlib baxmadı. Üstundən bir neçə keçmiş birdə zəng etdim. Yenə söz verdilər, amma gəlmədilər. Atdılar servisdəki ustaların üstünə ki, onlara demişik gələcəklər. Bu qaydada dəfələrlə zəng etdim, amma heç kim gəlmədi. İndi televizorun ekranı demək olar ki, göstərmir. Satan şəxs isə telefonu da açmır. Hərbıçı olduğum üçün ora getməyə və bu işlə məşğul olmağa vaxtım olmur. Zəmanət şərtlərində göstərilib ki," müraciət olunan tarixdən etibarən 72 saat ərzində xidmət göstərilir və 14 gün müddətində təmir edilib geri qaytarılır. Əks halda məhsul yenisi ilə əvəz olunur" Sizdən xahiş edirəm mənə köməklik edəsiniz.Satıcı mağazanın zəmanət talonundakı möhürdə göstərilən ünvan: Sədarək Ticarət Mərkəzi Şirniyyat Bazarı Sıra 5, Korpus 1, Mağaza 3 ünvanda yerləşən LG elektrik malları. Satıcının adı və telefonu: Səbuhi tel.0504082728, 0555739959.
Cavab: 

Xahish edirik etrafli erize yazin, istehlakçı hüququnuzu təmənnasız qoruyaq.

21.05.2015
Dəyanət Ağayev
Sual: Salam. Sualım fərqli qiymətlərlə bağlıdır. İpək yolu boyunca olan kiçik marketlər malın üzərində yazılmış qiymətdəb 2 dəfə (x2) baha satırlar. "Təbii ki", heç bir kassa aparatı olmadan. Xahiş edirəm, bu məsələni başa düşməyimə kömək edəsiniz. Bir də ki, konkret şəxs göstərməyə ehtiyac yoxdur. Bir dəfə reyd edin. Rast gəlməsəniz, bir yerdə reyd edərik, şahidi olarsınız.
Cavab: 

Hörmətli Dəyanət müəllim, bütün dünyada olduğu kimi bizim ölkəmizdə də istehlakçı problemi çoxdur. Təşkilatımız ictimaidir, təmənnasız xidmət göstərir, mənə minlərlə sifariş (zakaz) verilir. Bunları icra etməyə qadir deyiləm. Siz istehlakçılar bəs öz vətəndaşlıq borcunuzu nədə görürsünüz?! Uzun İpək yolundan danışırsınız. Ad yazmırsınız, ünvan yazmırsınız. Çəkinməyin, cəsarətli olun,  dövlətimizin qanunları Sizi qoruyur, gəlin təşkilatımıza inteqrasiya olun, kömək edin. Ən nəhayət 195 (2) nömrəsinə zəng vurub şikayətinizi bildirə bilərsiniz. 

18.05.2015
Farid Allahverdiyev
Sual: Salam men citynet internet provayderden muqavile esasinda internet istifade edirem ve citynet in ip tv xidmetindende hemcinin bu yaxinlarda ip tv de olan elave tv paketleri legv etmek istedikde menden 10 manat odenis teleb olundu menim muqavilede bele bir bend yoxdu men bu barede olardan sorusanda bunun yeni bir qayda oldugun dediler ve menimle citynet arasinda olan muqavileye bunu elave etdiklerini bildirdiler amma men imzalayan vaxt bele bir bend yox idi mendeki nusxedede yoxdu bu ne derecede duzdu altinda menim imzam olan muqavileye yeni bend elave edilib?elave olaraq bildirdiller ki ozel sirketik istedyimiz deyisiklik ede bilerik butun bunlar qanunidi?
Cavab: 

Qarşılıqlı razılaşma olmadan əlavə pul tələb edilə bilməz. 

14.05.2015
adil hesenov
Sual: Menim nenemin atasinin adina arxivden coxlu torpaq senedi cixib lakin orda indi evler ve internat tikilib ordan mene tezminat dusur
Cavab: 

Biz istehlakçı (alıcı) hüququnu qoruyuruq. Xahiş edirik analitik.az saytı ilə əlaqə saxlayın.

13.05.2015
Fikrət Dadaşov
Sual: Mən Qara Qarayev 87 ünvanda yerləşən İNDESİT mağazasindan İNDESİT BAA18NF modelli soyuducu almişam.07.09.2014 tarixdə.aldəığəm gündən soyuducunun səsi bizim əsəblərimizi tar-ma edib.Dəfələrlə servis xidmətinə və mağazya müraciət etmişəm heç bir köməklik etmirlər.Qarabağ müharibəsi əliliyəm,bankdan kredit götürüb almışam.Artiq dərəcədə xahiş edirəm mənə bu problemin həllində mümkün olan köməkjliyi edəsiniz.Qabaqcadan təşəkkür edirəm13.05.2015
Cavab: 

Xahiş edirik saytımızda göstərilən ərizə formasına uyğun ərizə yazın, imzalayaraq email-zə göndərin, istehlakçı hüququnuzu təmənnasız qoruyaq. 

08.05.2015
Elnara Musayeva
Sual: salam. Mənə AİB-nin üzvü Nüsrət Qasımovun Əlaqə nömrələri lazımdr. KÖmək etsəydiniz sevinərdim.
Cavab: 

Nüsrət Qasımovun əlaqə telefonu: 070 308 20 21

30.04.2015
gulnare sadiqova
Sual: salam qeyyumluqdan azyasli usaqlar barede rey ne qeder vaxta gelir
Cavab: 

Biz istehlakçı (alıcı) hüququnu qoruyuruq. Xahiş edirik analitik.az saytı ilə əlaqə saxlayın. 

23.04.2015
terlan atakisiyev
Sual: Salam heytyani sahemde olan lahiyede teserufat otaqi kimi qôsterilen 30 kv lay tikilide ticaret faaliyeti qôstermy ucun wôen ve kassa aparati almisam delediyye resmi icaze verid pasilkovu ise deyirki bu otaqdan satis meqsedi ucun istifade ede billmezsen . heyetyani sahemin serencami ve icra hakimiyyetinin tesdiq etdiyi lahiyesi var
Cavab: 

Biz istehlakçı (alıcı) hüququnu qoruyuruq. Xahiş edirik analitik.az saytı ilə əlaqə saxlayın. 

17.04.2015
Lamiye Elekberova
Sual: daha bir sualim ..bir esgeri kimse doyur sonra bir kamandir bu esgere bir iş tapşirir esger halsiz oldugundan elemir ya bunun sozun qaytarir deye kamandir buna bir şille vurur..esgerin doyulmeyini bu kamandirin ustune atirlar.sonra esgerlikde ne kimi xosa gelmez hadiseleri olubsa topluyub buna 10 il iş verib sonra işi 5 ile saldirirlar..artiq 3 il yarimin çekib.bilmek istiyirem indi işi apelasiya mehkemesine verilse bu insanin azadliga ćixmasi ucun eff fermaninami duşmelidi ya icbari işle ćixarila biler..xais edirem cavablandirasiz
Cavab: 

Hormetli Lamiye xanim, biz yalnız istehlakçı hüquqlarının təmənnasız qorumaqla məşğuluq. Məsləhət görürəm bu sualı analitik.az saytına verəsiniz. 

17.04.2015
Lamiye Elekberova
Sual: azerbaycanli biri rus vetendasligi alibsa bakida gelib nigaha girmesi ućun ordan ne senedi almalidi??
Cavab: 

Biz istehlakçı hüququ ilə məşğul oluruq. Müraciət edin analitik.az saytına. 

16.04.2015
Elvin mehtiyev
Sual: Müəllim mən dərsə gəlmədikdə məni döyür. Mən nə etməliyəm?
Cavab: 

Gələcəkdə o müəllim Sizin ən sevdiyiniz müəllim olacaq.

15.04.2015
terlan atakisiyev
Sual: Salam serencami ve lahiyesi olan hyetyani sahemde vöen ve kassa aparati qoyub serbest ticaret faaliyeti qöstere bileremmi
Cavab: 

Göstərə bilərsiniz. Spirtli içkilər və tütün məmulatları üçün Bakı şəhəri İcra Hakimiyyətindən icazə almalısınız. 

15.04.2015
Alemzar Ismayilova
Sual: Salam,hormetli! Men size ciko tumlarini buraxan RAMSE M.M.M -den sikayet etmek isdeyirer.Is ondadiki her defe ciko hediye kompaniyasi kecirende tum aliram mende usaglarimda hec vaxt onlarin hediyelerini goren gormedim,esitmedim hal hazirda kompaniya var tumlarin icine 6 yere bolunmus kupon goyubrar inanirsiz ki kunlar-daki butun hediyelerin sekillerini yigmisam amma hamisin-da yalniz 4cu hissesi catmir cunki imenno 4 cu ni cap elemeyibler,yani bizim milletemizi aptal yerine goyublar, men Rossiyada yasiyanda hemise butun Kompaniyalarda isti-rak etmisem gazanmisam amma bele afera gormedim,yalniz biz, olkede bele biyabir hallar olur uc, bes xirdacil ozlerini is adami sayan adamlar milleti aldadirlar.Mal-lari satilmag ucun hec bir seyden cekinmirler.Xais edirem bu isnen maraglanasiniz,tek biz yox cox adam taniyiram ki aldadiblar,size guvenirem.Hormetle Alemzar.
Cavab: 

Hormetli Alemzar xanim, Bu barede bizim saytimiza mektublar gelir. Lakin hech kes erize yazib imza qoyub resmi muraciet etmir. Saytimizdaki erize formasina baxin, resmi erize yazin, imza qoyun. Tezlikle bu meseleni hell edek. Erizenizi gozleyirem. 

14.04.2015
terlan atakisiyev
Sual: Salam zehmet olmasa deyin spirtli ickiler verilen:-( kafe yemekxana yaxud qelyanalti:-) ferdi yasayis evinden nece metre arali olmalidir
Cavab: 

Bu cur kafe ferdi yasayish evinin alt mertebesinde de oal biler. Lakin obyekt saat 23:00 a qeder ishlemelidir. 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30   31    32    33    34    35    36    37    38    39    40  
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
"Azad İstehlakçılar"İctimayi Birliyi (AİİB)17.08.2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyələşdirdiyi "İstehlakçılara parça bazar çantalarının paylanması ilə ekologiyanın qorunmasına dəstək tədbirləri" çərçivəsində hazırlanmış ekoloji təmiz materialdan hazırlanmış bazar çantalarını təmənnasız olaraq istehlakçılara paylamağa başlamışdır.Məqsədimiz bazar s...
Davamına bax
Şəkilin açıqlaması yoxdur.
 
 
daha ətraflı...
 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır