İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Avqust-2020
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (67)
Dunen ziyarətçilər: (153)
Bu gün səhifə baxışı: (171)
Dünən səhifə baxışı: (474)
Sual-cavab
Sual yaz
17.04.2015
Lamiye Elekberova
Sual: azerbaycanli biri rus vetendasligi alibsa bakida gelib nigaha girmesi ućun ordan ne senedi almalidi??
Cavab: 

Biz istehlakçı hüququ ilə məşğul oluruq. Müraciət edin analitik.az saytına. 

16.04.2015
Elvin mehtiyev
Sual: Müəllim mən dərsə gəlmədikdə məni döyür. Mən nə etməliyəm?
Cavab: 

Gələcəkdə o müəllim Sizin ən sevdiyiniz müəllim olacaq.

15.04.2015
terlan atakisiyev
Sual: Salam serencami ve lahiyesi olan hyetyani sahemde vöen ve kassa aparati qoyub serbest ticaret faaliyeti qöstere bileremmi
Cavab: 

Göstərə bilərsiniz. Spirtli içkilər və tütün məmulatları üçün Bakı şəhəri İcra Hakimiyyətindən icazə almalısınız. 

15.04.2015
Alemzar Ismayilova
Sual: Salam,hormetli! Men size ciko tumlarini buraxan RAMSE M.M.M -den sikayet etmek isdeyirer.Is ondadiki her defe ciko hediye kompaniyasi kecirende tum aliram mende usaglarimda hec vaxt onlarin hediyelerini goren gormedim,esitmedim hal hazirda kompaniya var tumlarin icine 6 yere bolunmus kupon goyubrar inanirsiz ki kunlar-daki butun hediyelerin sekillerini yigmisam amma hamisin-da yalniz 4cu hissesi catmir cunki imenno 4 cu ni cap elemeyibler,yani bizim milletemizi aptal yerine goyublar, men Rossiyada yasiyanda hemise butun Kompaniyalarda isti-rak etmisem gazanmisam amma bele afera gormedim,yalniz biz, olkede bele biyabir hallar olur uc, bes xirdacil ozlerini is adami sayan adamlar milleti aldadirlar.Mal-lari satilmag ucun hec bir seyden cekinmirler.Xais edirem bu isnen maraglanasiniz,tek biz yox cox adam taniyiram ki aldadiblar,size guvenirem.Hormetle Alemzar.
Cavab: 

Hormetli Alemzar xanim, Bu barede bizim saytimiza mektublar gelir. Lakin hech kes erize yazib imza qoyub resmi muraciet etmir. Saytimizdaki erize formasina baxin, resmi erize yazin, imza qoyun. Tezlikle bu meseleni hell edek. Erizenizi gozleyirem. 

14.04.2015
terlan atakisiyev
Sual: Salam zehmet olmasa deyin spirtli ickiler verilen:-( kafe yemekxana yaxud qelyanalti:-) ferdi yasayis evinden nece metre arali olmalidir
Cavab: 

Bu cur kafe ferdi yasayish evinin alt mertebesinde de oal biler. Lakin obyekt saat 23:00 a qeder ishlemelidir. 

14.04.2015
ayten bayramova
Sual: Salam men magazadan aldigim geyimi ne qeder muddet erzinde bawqasi ile deyiwe bilerem eger muddet 14 gundurse ve men o muddeti kecmiwemse ceki etiketi her weyi ustundedi yeni dogrudan istifade olunmuyub sadece bakida olmamiwam deyiwmek ehtimallim var yenede
Cavab: 

Deyishmek ehtimaliniz var. Qarsiliqli razilashma yolu ile deyishdirile biler. 

13.04.2015
samira alizade
Sual: salammen marketde alis veris edende pulu teqdim etdim amma pulun bir hissesi ciriq oldugu ucun kassir onu qebul etmedi.men hansi qanuna istinad edib hemin pulu marketde istifade ede bilerem?
Cavab: 

Kassir pulu qebul etmeye biler. Siz Milli Banka yaxinlashib pulu deyishmelisiniz. 

10.04.2015
Nəzakət Hüseyn qızı
Sual: Salam hörmətli Eyyub Müəllim. Sizin ədalətli mövqeyiniz hər kəsə bəllidir. Bu gün Abbas Mirzə Şərifrzadə 602f ünvanında yerləşən Kapris Türkey Mağazasında rastlaşdığım özbaşınalıq məni çox əsəbiləşdirdi. Aprel ayının 6-da bu mağazadan ayaqqabı aldım. Aldım demək olmaz buna, bu ayaqqabı məcburi satıldı mənə. Mənim ayaqqabıları bəyənmədiyimi görən müdir(o özünü belə təqdim etdi) canfəşanlıq edərək, guya hec yerdə olmayan bir ayaqqabını təqdim etdi mənə. Mən də görünüşünə görə rahat deyil deyəndə ,o məcburi"bacı bir gey bax" deyə israr etdi. Mən geymədiyimi görüncə "sən gey, əgər rahat olmazsa sən burda, mən burda" deyib yenə israr etdi. Məcbur geyindim və ayaqqabının narahat olduğunu dedim. O yenə israr edərək, genişlədib zorla mənə geyindirdi. Mən ona dedim ki, bir çox dükanlarda bu fırıldağı edirlər. genişlədib verirsiniz.Dükanda rahat olur sonra yenə yığılaraq narahatçılıq yaradır.Apar gey narahat olsa gətir dedi. 60 manatımı aldı. Çek istədim, dedi aparat xarab olub. Bir ayaqqabıya görə dükanı bağlayıb qaçası deyilik ki.Amma sabahı gün geymək istəyəndə ayaqqabı yenidən yığılaraq ayağıma olmadı. Həm də içəri tərəfində kobud tikişlər də ayağımı əzirdi. Sabah gün mən mağazaya getdim, satıcı mənimlə kobud danışdı. Müdirin olmadığını dedi. Bu gün yenə getdim. Həmin müdir deyilən şəxs qışqıb- bağırdı.götürməyəcəyini dedi. Elə bil malını satmaq üçün yalvaran şəxs deyildi.Mən ona verdiyi sözlərdən əlavə istehlakçı haqqlarımı anladanda daha da kobudlaşdı. Ayaqqabını əlimdənaldı və məni cölə qovdu. Mən bu özbaşınalığının cəzasız qalmayacağını deyəndə daha da azğınlaşdı. Dedi" əlindən gələni arxana qoyma" . Haqq mənim tərəfimdədi, cünki o qanunlar mənə işləyir. Mən haqqımı verib burada otururam. Mən heç səni tanımıram. Ayaqqabını da aldı, pulu da vermədi. Mən sizin 449 89 95 nömrəsinə saat 11.00 və 11.13-də zəng etdim. Bir xanım cavab verərək, gəlib ərizə yazmağımı bildirdi. Bunu görən başqa bir dükan sahibi mənə yaxınlaşıb üzr istədi və mənə 60 manat verdi. dedi ki sən get, mən ondan alaram. Mən şikayət etdiyimi deyəndə , dedi eybi yox, amma sən pulu götür. O pis adamdı sonra ona sübut edə bilməzsən. Amma fikirləşdim ki, bir tərəfdən doğru deyi. Nəzarət yox, dövlət vergisindən yayınmaq üçün çek yox, mən nə ilə sübut edim. İndi siz deyin. Biz istehlakçılar nə edək. Həm pulumuz gedir, həm də təhqir olunuruq. Nə vaxta qədər bu özbaşınalıq nəticəsində əsəblərimiz gəriləcək. Satıcıların səviyyəsiz rəftarı ilə istəmədiyimiz hallara düşəcəyik. Niyə kassa aparatları işləmir ki, biz də haqqımızı qoruya bilək. Niyə bu biabırçılıqlara son qoyulmur. 1 saat gəzdim nəzarətçi polisləri tapa bilmədim. Bilirdim oradan uzaqlaşsaydım heç nəyi sübut edə bilməyəcəkdim. Xahiş edirəm bu suallarıma cavab tapmaqda kömək edəsiniz.
Cavab: 

Xahish edirem erize formasina uygun erize yazin, imzalayaraq bize gonderin. Istehlakchi huququnuzu temennasiz qoruyaq.

09.04.2015
Cəmil İmranov
Sual: Salam. Qardaşım 4 gün öncə ad günüm münasibətilə mənim üçün bijuteriya mağazasından qolbaq almışdı. Amma mən onu bəyənmədiyim üçün iadə etdirmək istədim. Mağazanın meneceri mənə bildirdi ki, bijuteriya mağazalarında "qaytarmaq" yoxdur. Bu düzgündür ya yox? Düzgün deyilsə, mən şikayətlə sizə müraciət edə bilərəm?
Cavab: 

Xahish edirem erize formasina uygun erize yazin, imzalayaraq bize gonderin. Istehlakchi huququnuzu temennasiz qoruyaq.

04.04.2015
Səkinə Yusifova
Sual: Eyyub müəllim, salam. Mən qaz xəttini özüm çəkdirmişəm.Təkcə sayğac və kod almaq üçün məndən 250-dən başlayaraq 400 manatadək pul istəyirlər.Dəqiq məbləği deyən yoxdur. Bu haqda məlumatı hardan əldə etmək olar? Təşəkkür edirəm.
Cavab: 

Qaz  xəttini lisenziyası olan təşkilat çəkməlidir. Sayğac pulsuzdur. Geniş məlumatı İqtisadiyyat və Sənaye Nazirliyinin 195 (2) nömrəsi vasitəsi ilə ala bilərsiniz. 

02.04.2015
sevda sadixzade
Sual: Salam cox hormetli Eyyub muellim!Men size oz derin tesekkurumu bildirmek isterdim.Hamiya melumdur ki, bashqa olkelerden,ve sheherlerden ferqli olaraq bizim Baki sheherinde maqazalardan ve hetta bahali brend dukanlarindan alinan mallar alindiqdan 1 saat sonra bele qeri qaytarilmir.Men bu hallarla uzleshdikde Azad Istehlakcilar Birliyine shikayet edecem,siz menim huququmu pozursuz dedikden sonra dinmez soylemez mali qeri qotururler.Elbette ki aldiqim mala hec bir zerer vurulmayibsa,alish cekim varsa ve14 qun muddeti kecmeyibse.Eyyub muellim,size, bashqisi olduqunuz muesiseye uzunomurlu olmaqini, size biz sade insanlara tek varliqinizla bele destek olduqunuza qore teshekkur edirem.ALLAH YAR VE YDIMCINIZ OLSUN!
Cavab: 

Hormetli Sevda xanim, chox sag olun, teshekkur edirem. Her zaman Azad Istehlakchilar Birliyinin (AIB) adindan haqq-edalet namine istifade ede bilersiniz. 

29.03.2015
Vaqif Manafov
Sual: Indi az adam tapilar ki, Ciko tumu almasin. Paketi achanda ichinden bir eded konfet ve ya bir lotareya chixir.Bildiyiniz kimi udushda verilmish her hansi bir eshya 6 hisseye bolunub ve kim 6 hisseni tapib bir yere toplasa hemin eshyani udur.. Mektebli olan qonshu ushagi nese udmaq uchun butun udush lotareyalarini yigir. Indiyecen azi 100 denesini yigib. Deme bunlar 4-cu hisseden bashqa butun hisseleri (1; 2; 3; 5; ve 6-ci hisseler) lotareyalara qoyublar. Buna emin olmaq uchun muxtelif marketlerin her birinden 3-5 eded Ciko tumlarindan aldim. Men de hemin menzerenin shahidi oldum, 1 eded konfet ve ya 4-cu hisseden bashqa butun nomreler...Hech bir marketde aldiginiz Ciko paketinde 4-cu hisseye rast gele bilmeyeceksiniz.
Cavab: 

Hörmətli Vaqif müəllim, vaxtılə təşkilatımız insanları aldadan 23-ə qədər \"lotoreya oyunları\" keçirən qurumu ifşa edib, bazardan çıxartmağa nail olub. Yazdığınız məsələ ilə bağlı mən bu gün qiymətli kağızlar komitəsində görüş zamanı müzakirə aparacam. Lakin bütün hallarda fikirlərinizi mənə ərizə şəklində yazın, Sizinlə birlikdə bu işin dərin tədqiqatını aparaq. Saytımızda göstərilən ərizə formasına baxın, ona uyğun ərizə yazın. 

25.03.2015
ayxan imanov
Sual: Salam qardas,men deyerdiz zehmet olmasa bax menAzerbaycan vetandawiyam men qaldigim rayonda polisder mene imkan vermir yawamaga meni werliyib tutdumaq istiyirler men oz vetendawligimnnan imtina edib hansisa xarici vetendawligi nece qebul ederem mene bu barede bir cavab deyerdiz
Cavab: 

Hörmətli Ayxan, polislər xarici ölkədə də amansızdırlar. Məsləhət görürəm vətəndaşlıqdan imtina etməyin. Rəsmi ərizə ilə yuxarı dövlət orqanlarına müraciət edin. Siz haqlısınızsa polis mütləq cəzalandırılacaqdır. 

21.03.2015
yusif osmanov
Sual: Salam. Mənim azercell və bakcell şirkətlərindən şikayətim vsr. Beləki nömrəmi çox asanlıqla lazımsız sayıtlara abunə edilir və sonra lazımsız sms lər göndərməklə hesbımdan əlavə xərclər çıxılır. Ən əsası da, 09.03.2015 ci il tarixində azercellə aid danışıq kartı yükləyərkən şifrənin 31.12.2014 ci il tarixdə yükləndiyi məlum oldu. Həmin vaxtdan azercelə müraciət etmişəm, araşdırırıq deyib vaxt uzadırlar. Xahiş edirəm bununla əlaqəli mənə kömək edin.
Cavab: 

Saytımızda göstərilən ərizə formasına uyğun ətraflı ərizə yazın, imzalayın, skner edərək bizə göndərin, təmənnasız köməkliyimizi göstərək. 

19.03.2015
Amin Farzaliyev
Sual: Salam hər vaxtınız xeyir, mən manatın məzənnəsi dollara nəzərən təxminən 0.7850 olanda telefon almışdım 3 aylıq faizsiz kreditlə, devalvasiyadan sonra mənim ödəməli olduğum krediti yeni məzənnə ilə hesablayırlar, halbu ki, mən telefonu alarkən mənə onun qiymətinin 550 azn olduğunu bildirmişdilər, baxmayaraq ki, biz Azərbaycan Respublikasında yaşayırıq və telefon mənə satılarkən qiymət 550 azn deyildiyi halda müqavilədə qiymət dollar ekvivalenti ilə göstərilir, bu nə dərəcədə düzgündür? Düşünürəm müqavilədə qiymət dollar ekvivalenti ilə göstərilirsə bu artıq qanuna ziddir. Mümkünsə mənə bu barədə məsləhət verərdiniz.
Cavab: 

Bu məsələ ölkəmizdə ciddi bir problemdir. Yalnız məhkəməyə müraciət etməklə ədaləti bərpa edə bilərsiniz. 

17.03.2015
Sərvaz Məhərrəmov
Sual: Salam.Mən neçə illər azərsell abunəçisiyəm.8228-dən gələn messajlar necə ildir ki,məni təngə gətirib,amma bu messajları göndərməmək üçün 8228-ə yazanda 1 man pul tuturlar.Siz mənə deyin,bu köhnə peşə sahiblərindən necə qurtulmaq olar?
Cavab: 

Xahish edirik saytımızda göstərilən ərizə formasına uyğun ərizə yazın, imzalayaraq bizə göndərin, hüququnuzu təmənnasız qoruyaq.

13.03.2015
Eli emirov
Sual: Salam.men ev tikdirmiwem ve o evin matrialindan 7 min manat borcum qalib tek taxtayla wifere olan borcum qalib bir nefere indi o adam da mene drenib ki pulu butov ver mende butiv vere bilmirem deyirem ayda az az verim razi deyil menle deyr evi alacam elinden ya sokdurecem vermesen butov.evinde senedi var menim adimdi.ve men ondan matrial goturende hec bir senete imza atmamiwam.sadece demiwem gonderib.o evi ala biler ya sokdure biler mehkemeye verse.xaiw edirem yol gosterin mene.ya mehkemeye verse men onu ayliq az az odeye bilerem.
Cavab: 

Material veren Sizin borclu oldugunuzu subut ederse evi satisha chixardirar ve ya ozu ala biler. 

12.03.2015
Emily Sharif
Sual: SALAM XALQ.Birlikdə sizin yuxu, layihə, təhsil, tikinti və Biznes reallığa edə bilərsiniz ......Biz Beynəlxalq şirkətlər, kiçik biznes və yerli Limited Şirkəti, eləcə də fərdi istehlakçılar üçün kreditlərin bir sıra təklif edirik.Bizim kredit paketi uzun və ya qısa və ya müddətli ola bilər, arzularım istədiyiniz.Belə TƏHSİL, Biznes xidmətlər, borc konsolidasiya, ƏMLAK İNVESTİSİYA, kredit LAYİHƏ HƏYATA, ƏMLAK İNKİŞAF kimi kredit formula yardım olan gün seçin və lazım olan vəsait sürətli və səmərəli almaq.Qeyd; No girov bizim kredit üçün müraciət üçün lazım və biz sizin ideyaları inkişaf etdirmək üçün 2% aşağı faiz dərəcəsi təklif edir.E-poçt vasitəsilə gün əlaqə: emilysharifloanfirm@gmail.com və emilysharif@loan.comYaxşı bir şöhrət, No pis kredit Record və borc çox varsa, bizim peşəkar komanda sizin üçün kredit proqramı strukturu edə bilərsiniz.təşəkkürEmily Sharif Kredit Firm
Cavab: 

Bu məsələyə bizim marağımız yoxdur. 

11.03.2015
seadet rzayeva
Sual: Salam,bu gun marketde alus verise girdiyim zaman elimdeki paketi skafa qoymagimi teleb etdi kassirler,hansiki skafin qapilari yox,siniq-salxaq,acari yox,muhafizesi yox,mense ora etibar etmediyimi bildirdikde etiraz etdiler ve kassirler biz baxacagiq cvbini verdiler,mudurde kassirleri tekrar ederek paketle marketden alus veris ede bilmezsiz deyerek meni geri qaytardilar,mudurun dediyine gore menim paketle alus veris etmeyim 10manat cerime imis onlarcun,bes etibarsizskaf isletmek cerime sayilmirmi?buna gore mene xidmet gostermemekleri menim huquqlarimi pozmus olurmu?evvelceden tesekkur edirem.
Cavab: 

Cərimə qeyri-qanunidir. Ərizə yazın, orada vəziyyəti qaydaya salaq. 

10.03.2015
Semed Axundov
Sual: Eyyub müəllim salam!ARAZ marketlərdə gedən biabırçilığa son qoymaq lazimdır.Kassada aldadirlar.Vitrində malın qiyməti başqadır kassada başqadır.Vaxtı keçmiş mal satirlar.Deyən kimi adama hücuma keçirlər.Sizin verdiyiniz platin nisanin adına böyük ləkədir.Mən onlardan sözün düzü qorxuram.Xahis edirəm bu haqda mətbuata və dövlətə məlumat verəsiniz.ƏVVƏLCƏDƏN ÖZ təçəkkütümü bildirirəm.Çox rica edirəm diqqətlə yanaşasınız.Biganəlik olmasın.
Cavab: 

Verdiyimiz platin nişanın Araz marketlə heç bir əlaqəsi yoxdur. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin 195 (2) nömrəsinə zəng vurun, məlumat verin. 

09.03.2015
ekrem esgerov
Sual: qiymet artimi en cox xalqlarda azer aptekdedir.
Cavab: 

Bizə rəsmi ərizə ilə müraciət edin qarşısını alaq və ya 195(2) nömrəsinə zəng edin. 

09.03.2015
Etibar Memmedov
Sual: Salam .men bilmek isterdim ki uc ay bunnan qabaq dollarla 2700 kredit goturmusem dollarin qalxmagi ile geri qaytarma menim ucun cox cetin hetta mumkunsuz olacaq kohne kursla vaxtinda geri qaytarsam maksimum ne ola biler?tesekkurler
Cavab: 

Məsləhət görürəm bankınıza rəsmi ərizə ilə müraciət edin. Köhnə kursla qaytarsan bank istərsə, səni məhkəməyə verib, fərqi almaq barədə iddia qaldıra bilər. 

06.03.2015
Emirxan zergerov
Sual: Salam men bir ilden coxdur ki rusyadayam menim Azerbaycanda Aliment borcum var menim burda problemlerim olduguna gore alimentimi odeye bilmemisem 750 azn indi mene vetennen deyirler ki,axtariwa veribler men getmek istiyirem Azerbaycana mene deyin zehmet olmasa 750 azne gore ne qeder is dusur mene mumkundurse yuxardaki nomreye sms vasitesi le cavab yazin qisa bendde xais edirem mene bunu orgenmek mene vacibdir
Cavab: 

Biz istehlakçı hüquqları ilə məşğul oluruq. Zəng et soruş Habil İsgəndərovdan (tel: 050 314 81 88)

06.03.2015
Elgun Tagiyev
Sual: Salam.menim banklara borcum cox oldugunnan odeye bilmirem.banklarda her gun zeng edir deyirem pulum yoxdu.eger odemesem bank mene ne ede biler?mennen neyise musadire ede biler?menim adimda ne ev nede masin var .men ata evinde qaliram aileliyem.xais edirem mene komeklik gosteresiniz.tesekkur edirem
Cavab: 

Meslehet gorurem zeng edin Habil muellime (huquqsunas tel:050 314 81 88)

03.03.2015
Eli emirov
Sual: Salam.sizle nece goruwmek olar realda.unvani deyerdiz mumkunse.
Cavab: 

Bizimlə görüşmək sadədir. Ünvan: Nəsimi rayonu, S.Rəhimov küçəsi 201/10, tel: 012 441 28 33, 012 449 89 95, 050 341 62 25

03.03.2015
ali salamov
Sual: 20 yanvar metrosundan üzü samaxinkaya gedən yolun sağ hissəsində 16 mərtəbəli binanın 1-ci mərtəbəsində soyuducu hissələri satılır.həmisə aldığım motvə digər hissələrən azi 20 manat bahalaşıb.satıcı mən heç kiməm müdirə deyin.Qiyməti o qaldirib və heç kimdən də qorxmur.Deyir mal mənimdi neçəyə istəsəm o qimətə də satacam.Mən dəfələrlə iqtisadi inkişaf nazirliyinin 20 yanvarda olan söbəsinə getdim dedilər sabah gəlin .Mənim elə vaxtım yoxdur ki,gündə oralarda gəzim.kassa çeki təıəb etdim vermədilər.Mən şikayət edəcəm deyəndə.get hara istəyirsən şikayət et,biz hec kimdən qorxmurux,çünki biz oğurluq etmirik.Qiymət ərzağa aiddir.xahiş edirəm bu haqda tədbir görün və iqtisadi inkişaf nazirliyinə də məlumat verin.həmin yerdə mağaza birdir.ümidim sizədir,çünki dövlət orqanları sizin müraciətinizə dərhal cavab verir.
Cavab: 

Yalnız bizə bu barədə imza qoymaqla rəsmi ərizə yazsanız dövlət orqanına rəsmi müraciət edərik. Əks halda məsləhət görürəm ki, 195 (1) VN-e, 195 (2) İqtisadiyyat və Sənaye Nazirliyinə məlumat verin. 

02.03.2015
pərvanə kazımova
Sual: Salam! Mən bankdan dollarla kredit götürmüşəm. Bilirsiniz ki, bir gecədə dolların məzənnəsi təxminən 30 faiz artdı. Yəni mən götürdüyüm kreditin hər 100 dolları üçün 28 manat artıq ödəməliyəm. Mənim vəziyyətimdə olan minlərlə adam var. Sizin təşkilat əlaqədar təşkilatlar qarşısında bu problemi qaldıra bilərmi!
Cavab: 

Bəli,  bu problem var.

a) Məsləhət görülür ki, ərizə ilə banka müraciət edin. 

b) Məhkəməyə müraciət edin. 

c) Bizim təşkilata müraciət etsəniz səsini istənilən dövlət qurumuna çatdıra bilərik. 

28.02.2015
Eli emirov
Sual: Yuxarda yazmiwdim size o borcumu mehkeme yoluyla ayliq odeye bilerem.
Cavab: 

Bəli, məhkəmə qərarı olsa, ödəyə bilərsiniz. 

28.02.2015
Eli Amirov
Sual: Salam.menim borcum var bir nece adama mueyyen sebeblerden onu butov odeye bilmirem.xaiw edirem mene komek edin yol gosterin.
Cavab: 

Çalışın danışıq yolu ilə razılaşın. Bu baş tutmasa məhkəmə yolu ilə razılığa gəlin. 

27.02.2015
Yegana Ramazanova
Sual: Salam. Mən fevral ayının əvvəlində Kontakt magazalar şəbəkəsindən soyuducu almışam. Kreditlə aldım, ilkin ödənişsiz. ilkin ödənişi isə mart ayında etməliyəm. Qeyd edim ki, soyuducunun qiyməti manatladır, lakin men krediti dollarla ödəməliyəm. Manatın məzənnəsinin aşağı düşməsi ilə əlaqədar mənim təxminən 1100 manata aldığım soyuducu ayda 150 manat verdiyim kreditlə mənə 1600-1700 manata başa gələcək. mənim isə buna maddi imkanım yoxdur. müqavilədə qeyd olunub ki, men krediti aylıq ödəniş etdiyim vaxt AZNABŞ məzənnəsinə uyğun ödəməliyəm. Qeyd edim ki, dunen anam hemin magazaya yaxinlasaraq, soyuducunun pulunu nağd ödəmək istədiyini qeyd edib. magazada ise bununla razılaşmayıblar ve bunun qeyri-mümkün olduğunu bildiriblər. 1100 manata aldığım soyuducunu indi 1100 manat nagd pul verib almağa icazem yoxdur. bilmek istəyirəm bu məsələdə huququmu qoruya bileremmi?zehmet olmasa cavablandırın
Cavab: 

Məsləhət görürəm ki, banka ərizə ilə müraciət edin. Həll olunmasa məhkəmə  yolu ilə həllinə çalışın. 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28   29    30    31    32    33    34    35    36    37    38  

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

31 iyul  2020-ci il.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi  “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

 İnsan sağlamlığı və ekologiya üçün ciddi təhlükə mənbəyinə çevrilən plastik-polietilen qablaşdırmadan istehlakda rasional istifadə olunması vərdişlərinin aşılanmasına yönəlmiş bu layihə icrası çərçivəsində parça materialdan bazar torbaları tikilməsi üzrə potensial xidmət təchizatçısı ilə zəruri sənədlər imzalanmış və fəaliyyət davam etdirilir. Layihədə nəzərdə tutulan 300 bazar torbaları əvəzinə,müxtəlif icraçılar araşdırılaraq,büdcədə dəyişiklik aparılmadan 444 bazar çantalarının hazırlanmasına nail olunmuşdur.

 

Aİİb-nin sədri:

Eyyub 

daha ətraflı...

 “Azad Istehlakçılar” İctimai Birliyi (AİİB)      Bakı AZ. 1010, Azərbaycan, D. Əliyeva  küç.,

İndependent Consumers Union (İCU)              239, m. 51”A”

                                                                           239 Dilara Aliyeva str., № 51, AZ 1010 Baku,

                                                                                           Azerbaijan

AİİB                                                                                            T: +994124498995                                       

                                                                                         T/F: +994124412833

                                                                                                                     

22 may 2019-cu il.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azad İstehlakçılar" İctimai Birliyi tərəfindən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında  Azərbaycan Respublikası Qanununun tələblərinin fermer təsərrüfatlarında istehsal olunan malların  dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirləri”

layihəsi çərçivəsində  Hacıqabul rayonunun Abdulabad  kəndində 22.05.2019-cu il tarixdə fermerlərə təlim keçirildi. Təlimdə Hacıqabul RİH-nin Abdulabad kəndi üzrə nümayəndəsi  də daxil olmaqla 19 nəfər  iştirak edirdi.

“HACCP (Hazard Analysis and Critical Control Points) prinsipləri ilə ekoloji kənd təsərrüfatı məhsulları istehsalı və “CS 1- Azərbaycan” təcrübəsinin tətbiqi ilə bazara çıxışı”mövzusunda təlimin məqsədi ekoloji təmiz k/t məhsulları istehsalı  üzrə zəruri aqrotexniki tədbirlər barədə kiçik fermer təsərrüfatları sahibkarlarının bilik və bacarıqlarının artırılması ilə onların bazar rəqabətli məhsul istehsal etməklərinə dəstək vermək olmuşdur.

Təlimçi Nizami Musayev qarşılıqlı müzakirə şəraitində fərdi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalı üzrə problemlərini müzakirə etmiş və  onlara ekoloji təmiz kənd təsərrüfatı  məhsulları istehsalı və “Dəyər zənciri” iştirakçıları ilə işgüzar əlaqələr qurmaqla bazar rəqabətliliyinin təmin olunması yollarını izah etmişdir.

Fərdi fermer Əlislam Dostəliyevin  Abdulabad  kənd əhalisinin suvarma suyuna çıxışının olmasına (Kür çayından çəkilmiş kanal) baxmayaraq suyun azlığından sahələrin aqrotexniki qaydalara müvafiq olaraq vaxtında suvarılmasını apara bilmədiklərini söylədi və bildirdi ki, nəticə etibarilə məhsulun həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri çox aşağı olur. Bu da fərdi fermer təsərrüfatlarının inkişafına əngəl yaradır. Təlimçi  Nizami Musayev suvarma suyu təchizatı ilə bağlı əlaqədar təşkilatlara Bələdiyyə və İcra Nümayəndəsi səviyyəsində müraciət etməyi məsləhət bildiyini söylədi, Eyni zamanda yaxın gələcəkdə xidmət təchizatçıları ilə kooperasiya əsasında müqavilə bağlamaqla aqrotexniki tədbirlərə dair problemləri kompleks şəkildə həll etməyin mümkün olacağını vurğuladı.

Çay fasiləsindən sonra layihə eksperti Fərrux Əsgərov təlim iştirakçılarını “CS 1- Azərbaycan” təcrübəsi üzrə məlumatlandırmış, Abdulabad kənd İcra Nümayəndəsi cənab Rövşən Həsənov və digər təlim iştirakçıları Abdulabad və qonşu Kolanı kəndində birlikdə 1200 fərdi fermer təsərrüfatlarında 5000 başadək İri buynuzlu mal-qara mövcud olduğunu və istehsal edilən südün realizasiya olunması çətinliyini bildirdilər. Həmçinin natiqlər tərəvəz istehsalı üzrə ixtisaslaşmış bu kəndlərdə il ərzində istehsal olunan tərəvəz məhsullarını (xüsusilə badımcanı) satmaq üzrə çətinlikləri olduğunu bildirdilər. Ekspert Fərrux Əsgərov fermerlərə Bakı şəhərində tərəvəz topdansatışı bazarları ilə əlaqə saxlamağı tövsiyyə etdi və qeyd edilən  problemləri barədə layihə fəaliyyəti üzrə yekun hesabatda məlumat və çıxış yolları üzrə tövsiyyələr veriləcəyini bildirdi.

Nizami Musayev fermerlərə istehsal edəcəkləri məhsulun ən azından 50%-nin potensial alıcısını müəyyən edərək müqavilə bağladıqdan sonra işə başlamağı və eyni zamanda davamlı bazar araşdırmaları aparmaqla tələbə üyğun olaraq təsərrüfat fəaliyyətlərini tənzimləməyi məsləhət bildi. Layihə heyəti fermerlərə cari təsərrüfat ilini uğurla başa vurmağı arzuladı.

İştirakçılar tərəfindən təlim qiymətləndirildi. Fermerlər yerlərdə analoji təlimlərin mütəmadi keçirilməsinə ehtiyacın olduğunu bildirdilər.

 

daha ətraflı...

"Azad İstehlakçılar"İctimayi Birliyi(AİİB)01.05.2019 tarixdən,Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Ekaloji Təmiz Kənd Təsərrüfatı Haqqqında"AR qanununun tələblərinin fermer təsərrüfatında istehsal olunan  malların dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirlərinin keçirilməsi"layihəsinin icrasına başlayır,Qrantın məbləği 7000 AZN-dir.Layihə çərçıvəsində Hacıqabul,Sabirabad və Saatlı fermerləri ilə yığıncaqlqr keçiriləcək,layihədə nəzərdə tutulan yekun nəticələrin əldə olunması üçün nəzərdə tutulan işlər plan üzrə icra olunacaqdır.Layihənin gedişi və uğurları AİİB-in digər rayon nümayəndəlikləri vasitəsilə interpolyasiya olunacaqdir.İstənilən şəxs layihənin istənilən elementi ilə(O Cümlədən,maliyyənin xərclənməsi ilə)tam şəffaf şəkildə tanış ola bilər.

 
daha ətraflı...

Insanları kor edə bilərlər!Eyni məzmunlu məktubla Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyevə və İqtisad Naziri Şahin Mustafayevə

müraciət etmişik. 

 

                    

                                    Azərbaycan Respublikasının

Səhiyyə Naziri Cənab Oktay Şirəliyevə

 

 

 

 Hörmətli Oktay müəllim,

 

          “Azad İstehlakçılar”İctimayi Birliyinə(AİİB) “Brenner”göz linzalarının şübhəli markalanması ilə bağlı istehlakçı məlumatları daxil olmuş və AİİB tərəfindən malın markalanmasına və mənşəyinə dair araşdırma aparılmışdır. Aşağıdakılar məlum olmuşdur:

 

1.Malın üzərində 2 ştrix-kod vardır:

 1.1 “EAN-13 benəlxalq perefiksinə müvafiq GS1 ştrix-kodu,digəri

 1.2“GS1-128 tələblərinə uyğun.

Hər iki ştrix-kod saxtadır!

Beləki1.1.1-“EAN-13” ştrix-kodu səlahiyyətli təşkilatın xüsusi avadanlıği ilə oxunmuş aşağıdakı nəticələr əldə olunmuşdur(nəticələr bu nəktuba əlavə olunur).

-Ştrix-kodun insan oxuyan hissəsində 400701014056847 yazılsa da skaner oxuyan rəqəm 4607014056847 (Rusiya)-dir.

-GS1 standartına uyğun olan məhsulun üzərində yazılmış ştrix-kodun sonuncu rəqəmi “7” yox “5” olmalıdır!

2. GS1-128 ştrix-kodu skanerlə oxunmamışdır. (01)rəqəmindən sonra məhsulunGTİN adlanan nömrəsi göstərilməlidi,yəni 4007014056845 ədədi olmalıdir. lakin belə deyil!

3. Skaner oxuyan zaman aşkarlanan ştrix-kod(4607014056847) və məhsul üzərində qeyd olunan ştrix-kod(4007014056847) haqqında məlumatlar beynəlxalq GEPİR axtariş sistemində aşkar olunmamişdir.

4. Markalanmada istehsal müəssiəsinin adı və ölkəsi qeyd olunmayıb, içlik vərəqə AZ dilində deyil və malın Almaniyada istehsal olunduğu göstərilir.

5. AR-nın Səhiyyə Nazirliyinin (SN) müvafiq qurumundan  şifahi olaraq çətinliklə aldığımız məlumata görə (hörmətli Mahmud müəllim) “Brenner” linzalarının idxalına SN icazə verilməyib.

 

          Sadalanan faktlar göstərir ki,  İşbazlar saxta linzaları “Brenner” markası altında, Almaniya istehysalı olan linza kimi təqdim edərək,  satışını təşkil etmişlər. 

Bu saxtakarlıq nəticəsində gözün katarakta və digər əməliyyatlarında Almaniya istehalı  və “Brenner” markası altında saxta, mənşəyi bilinməyən  linzalardan istifadə olunmuşdur. Pasinetlər avropa keyfiyyətli linzalar qoyulduğunu düşünsələrdə, nəticədə həkimlər və pasientlər aldanılmış vəziyytdə qalmışlar. Yüzlərlə pasientlərin hüquqları pozulmuş və sağlamlıqları risk altına düşmüşdür.

         Məsələnin insan sağlamlığına təhlükə olduğunu və istehlakçıların hüquqları kobud şəkildə pozulduğunu nəzərə alarar, araşdırma aparılması zərurudir. İctimai təşkilat olaraq biz istehlakçıların hüquqlarının qorunması naminə, saxta  “Brenner” linzalarından istifadə edən klinika və həkimlərin adlarının müəyyən olunmasına və bu sahədə şəffaflıq yaradılmasına çalışacayıq.

        Xahiş edirik qeyd olunan şübhəli mənşəli,  “Brenner” markalı linzaların (göz protezi) istifadəsinin qarşısının alınması üçün lazımi tədbirlər görülməsi haqqında göstəriş verəsiniz.

 

Qoşma: 2 (iki) səhifə.

 

    Hörmətlə,

 

     “Azad İstehlakçılar”

ictimai birliyinin sədri :                       E. M. Hüseynov

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır