İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Noyabr-2019
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (90)
Dunen ziyarətçilər: (154)
Bu gün səhifə baxışı: (225)
Dünən səhifə baxışı: (577)
Sual-cavab
Sual yaz
12.02.2015
Emin Aslanov
Sual: Sual: Salam. 196 nomreli avtobusun resmi ve qeyri resmi qiymet barede zehmet omasa arashdirma aparardiniz.Resmi qiymet: 0.35 qepik (Tarif shurasi)Qeyri resmi : 0.50 qepik !!!Chox Sagolun !Cavab: Hörmətli istehlakçı, konkret faktlara söykənən rəsmi ərizə yazın, imzalayaraq bizə göndərin, problemi həll edək. Sizə inanaırıq, araşdırma aparmağımıza ehtiyac yoxdur. Sabahınız xeyr. Çox sağolun, ki inanırsınız. Amma mən bilmək istəyirəm nəqliyyət nazirləyi, tarif şurası və bu işlər nəzarət edən struktrular xəbər olsa da niyə mübarizə aparmırlar ? Kimlər durur bu marşrut dalınca ? İmzalar mən niyə toplayım ? Axı bu heç kimnən gizlənmir.
Cavab: 

Bizim teshkilat ictimai teshkilatdir, temennasiz ishleyirik, dovletden maash ve diger komek almiriq. Vetendashalrin bir komeyi ola biler ki, bize erize yazsinlar. 

11.02.2015
naidə niftəliyeva
Sual: Salam.Mən bu gun Qaracuxurda yerləşən BAL marketdən bazarliq etdim. Eve qəlib paketləri boşaldanda gördum ki aldığım bir mal catışmır. cekə baxdim mal vurulub.Marketin administratoruna yaxınlaşdım məsələni həl edə bilmədiyini söylədi.Mən necə pulu və ya mali geri ala bilərəm.
Cavab: 

Polise muraciet edin, videogoruntuler acilsin. Yalniz bele subut etmek olar. 

11.02.2015
Adilə Qafarova
Sual: Eyyub m.Salam!Şəhərimizin mağazalarında həddindən çox süd məhsulları satılır.Hamısının uzərində "təmiz inək südü"sözləri yazılır.Bu qədər Azərbaycanda inək saxlayan yoxdur axı.Adi ticarət səbəkələrində olan süd məhsullarıçoxluğuna gorə çübhə doğurur.Bu yalançı reklam nə ilə bağlıdır
Cavab: 

Hormetli Adile xanim, bu menim pis ishlemeyimle baglidir. Beli, quru sudden hazirlanmish mallarla istehlakcilar aldadilir. Olkede qidanin tehlukesizliyi haqqinda qanun yoxdur, chalisiriq ki, qanun qebul olunsun.Sud alan zaman hansinin yararliliq muddeti qisadir, ona ustunluk vermek lazimdir. 

10.02.2015
Mehriban Cavadov
Sual: Eyyub bəy salam!Siz həmişə TV-də tez-tez "saxta" markalananməhsullar haqqında danışırsınız.Ancaq "Uzun ömür İVANOVKA"süd məhsulları BAKI şəhərinin ticarət mərkəzlərində hökmranlıq edir.İsmayıllının İvanovkası ilə heç bir əlaqəsi olmayan bu məhsullarin satışına heç kim reaksiya vermir.Çox maraqlıdır ki,dövlət orqanları niyə susur.Xahiş edirik mübarizə aparasınız.
Cavab: 

Beli, bize de telefon zengleri gelir. Teshkilatimiz bu mesele ile elaqedar Iqtisadiyyat ve Senaye Nazirliyine, elece de Standartlasdirma? Metrologiya ve Patent uzre Dovlet Xidmetine 20 gun once resmi muracietler, faktlar gondermishdir. Hazirda dovlet orqanlari bu ishle meshgul olur. 

08.02.2015
ilahe abasova
Sual: Salam hormetli vekil nenemin mene bagiwladigi 15il bundan qabaq adimda olan kupcali evle bagli 3il budan qabaq olan mehkeme menim xeyrimle bitmiwdir yeniden apilasiya mehkemesine verile biler?xalam terefden Veyaxud yeniden mehkeme ola biler?mehkemede wikayetci men idim xalami ordan cixartdim mehkemeni utdum yeniden apilyasiya mehkeme ola biler?
Cavab: 

Hormetli Ilahe xanim, biz istehlakci huququnu qoruyuruq. Bu mesele istehlakci huququna aid deyildir. 

07.02.2015
Samir Behbudov
Sual: Şəhərimizdə yeni açılan avto-dayanacaqların (parking) bir çoxunda girişdə verilən qəbzi itirməyə görə cərimələr tətəbiq olunur. Bu cərimələr dayanacaqdan asılı olaraq 10-50 AZN arasında dəyişir. Tətbiq olunan bu qaydalar istehlakçıların hüquqlarının qorunması siyasəti ilə nə dərəcədə üst-üstə düşür. Əslində bu avto-dayanacaqların əksəriyyətinin video müşahidə sistemi var və qəbzi itirən sürücünün maşınının nə vaxt daxil olduğunu asanlıqla müəyyən edə bilərlər. Bununla real vaxtı hesablamaq və həmin vaxta görə dayanacaq pulunu almaq, əlavə olaraq 1 AZN itirilmiş qəbzə görə cərimə tətbiq etmək daha düzgün olmazmı? Bu məslədə vətəndaşlara köməyinizi xahiş edirəm.Əvvəlcədən təşəkkürlər.
Cavab: 

Hormetli Samir muellim, sizinle raziyam. Mumkun olani edeceyem. Teesuf ki, teshkilatimizda olan \"neqliyyat komissiyasi\" chox passividir. 

06.02.2015
Sevil Alxanova
Sual: Eyyub m.salam!Çindən ölkəmizə idxal olunan mallarin demək olar ki,50%-i insan orqanizmə mənfi təsir göstərir.Məsəl üçün,ayaqqabılar geyiləndən 1ay sonra içərisindən pis iyi gəlir.Mebellər və paltarların əksəriyyəti bu cür iy verir.Buna qarsi mubarizə aparan yoxdur.Siz mətbuat vasitəsi ilə geniş şəkildə belə məhsulları antireklam etsəniz,istehlakçılar daha da maariflənər.Çünki ictimai rəy daha güclü olar.
Cavab: 

Hormetli Sevil xanim, bu sahede ne bacariramsa edirem. Lakin istehlakcilarin konkret erizeleri mene komek ede biler. Efsuslar olsun ki, hokumetin istehlakci siyaseti lazimi seviyyede deyil. 

05.02.2015
sevda ediz
Sual: Salam, Eyyub muellim. Men 01.02.2015 il tarixde Banu magazasinda180 deyirdiler 150 manata godekce aldim.Daha dogrusu bir gun önce beden olcum olmadığı üçün basqa yrrden getirtdiler. Dunen sederek ticaret merkezinde eynisini 50 manata gördüm. Men godekceni geri vere ve ya pulun üstünü ala bilerimmi. Onceden teşekkür ederim.
Cavab: 

Hormetli Sevda xanim, qiymete gore deyil, mal;n Sizin telebatinizi odemediyi sebebinden deyishmek ucun dukana muraciet etmek, eger telebatiniza uygun mal olmazsa bu halda 14 gun muddetinde mali qaytarib pulunuzu almaq huququnuz vardir.

05.02.2015
Təranə H........
Sual: Mən bir firmadan kosmetik mallar aldım, mənə bir müqavilə imzalatdılar. İmza etdikdən sonra müqaviləni mənə verdilər. Müqaviləni orda oxuma imkanım olmadı. Evə gəldikdə gördüm ki, qiymətlər çox şişirdilib və mənə verilən mallar məni qane etmir. Geri qaytarmaq qərarına gəldim, heç birinin amblajını açmamışdım. Geri getdim, məndən qəbul etməyəcəklərini sonra gəlməmi istədilər. Mən məcburən onların dediyi vaxtda, 16 gün sonra malı apardım. Onlar bir şərtlə geri alacaqlarını bildirdilər. Gərək mən borcum olduğuna dair sənədə qol çəkim. Mənim təcili işim olduğundan və malı bir daha evə geri aparmamaq məqsədi ilə həmin sənədə imza atdım. Sənəddə yazılıb ki mən 445 manat borclanıram, çünki malı geri qaytarmışam. Amma mal açılmayıb və istifadə edilməyib. Buna baxmayaraq, mənə imzalatdırdıqdan sonra verdikləri Müqavilənin maddəsinə əsaslandıqlarını deyiblər. Müqavilənin surətini də malla geri alıblar. Məndə yoxdur. Mən nə edə bilərəm? Bu istehlakçı hüquqlarını pozmaq deyilmi?
Cavab: 

Hörmətli Təranə xanım, nə üçün \"Desheili\" firmasının adını gizlədirsiniz, nədən qorxursunuz? Azərbaycan qanunları Sizi qoruyur. Ətraflı ərizə yazın, imza qoyun, probleminizi təmənnasız həll edək.

03.02.2015
Emin Aslanov
Sual: Salam. 196 nomreli avtobusun resmi ve qeyri resmi qiymet barede zehmet omasa arashdirma aparardiniz.Resmi qiymet: 0.35 qepik (Tarif shurasi)Qeyri resmi : 0.50 qepik !!!Chox Sagolun !
Cavab: 

Hörmətli istehlakçı, konkret faktlara söykənən rəsmi ərizə yazın, imzalayaraq bizə göndərin, problemi həll edək. Sizə inanaırıq, araşdırma aparmağımıza ehtiyac yoxdur. 

03.02.2015
mardan qasimov
Sual: Salam Eyyub müəllim!Gördüyünüz işlərdə sizə uğurlar diləyirikAncaq tcarətdə mobil telefonlarla,komputer satışı çox acınacaqlı vəziyyətdədir.Tam şəkildə demək olar ki.keyfiyyətsiz (elektrotexnikanı buna aid etmək olar)olan bu texnika bazarda hegemonluq edir.Sizə də bu sahədə yəqin ki.çoxlu sayda şikayət daxil olur.Bunun çıxış yolu həm mübarizə həm də dövlət orqanlarını ayağa qaldirmaq lazımdır.Bu işin öhdəsindən yalnız siz gələ bilərsiniz.Xahiş edirik belə haqsızlığa qarşı ciddi mübarizə aparasınız.Öz təşşəkürümü əvvəlcədən Sizə bildirirəm.
Cavab: 

Sizinlə tam şərikəm, qanunlar çərçivəsində mübarizəmiz davam edir. Çalışcağıq ki, hökumətin siyasətinə təsir edək. 

02.02.2015
orxan eliyev
Sual: Eyyub müəllim salam!WORd TELEKOM TELEFON satiş ticarət səbəkələrində biabirçiliq gedir.istehlakilar aldadilir.buna qarşi mübatriz. aparın
Cavab: 

Haqlısınız, mümkün olanı edirik. Hətta 02.02.2015 tarixdə onların rəhbərliyinə də birbaşa iradlarımızı bildirmişik. Şikayət olarsa həll edərik. 

27.01.2015
Hafiz Yusifov
Sual: Salam Eyyub müəllim. Ailə üzvlərimizdən bir məktəbli, bu gün hədiyyə məqsədilə saat alıb. Saata baxdıqda gördüm ki, mənşəyi, keyfiyyəti bəlli olmayan Çin malıdır və 2-3 manat dəyəri olduğu halda 10 manata satıblar (qəbz alınıb). - Uşaqla birlikdə bu gün mağaza sahibi Qsımova Hüsniyyənin yanına gedib mədəni şəkildə dedim ki, mümkündürsə saatı, keyfiyyətsiz və mənşəyi bəlli olmadığı üçün qaytarardınız. Xanım satıcı cavab verdi ki, əgər saat xarab olsaydı qaytarardım. Saat xarab deyilsə niyə qaytarmalıyam?Qanunları mağaza sahibinə izah etməyə çalışsam da faydası olmadı. Hara istəyirsiniz şikayət edin deyir. Qeyd: Necə olur ki, Almaniyada 10 avroya satılan saata 2 il qarantiya veririldiyi halda vətəndaş bəyənməzsə aldığı malı qaytara bilir. Azərbaycanda isə fırıldaq alverlə məşqul olan belə sahibkarlar özlərini haqlı, vətəndaşları isə haqsız sayır.Mal alındığı vaxtdan 2-3 saat vaxt keçib. Günlərlə yox... Belə vicdansızlıq da olmaz.Bəlkədə belələrinə qarşı cəzalar sərtləşdirilsə başqalarına da dərs olar.Mümkündürsə yaranmış problemlə bağlı köməklik göstərərdiniz.
Cavab: 

Hormetli Hafiz muellim, movcud qanunlara gore 14 gun muddetinde Sizin mali keyfiyyetli mala deyishmek, eger teelbatinizi odeyen mal olmasa qaytarib pulunuzu 100% almaq huququnuz vardir. Rica edirem teskilatimizin Gence seher numayendeliyimizin sedri Tahir Pasayevle elaqe saxlayin. (tel^ 050 336 94 31)

24.01.2015
zulfiqr baxışov
Sual: Salam,sualım belədir. 23012015 tarixində gecə saat 03:00 radələrində evə gələn elektrikin normal haldan 2 dəfə güclənməsi nəticəsində evdə elektrik qoşulan cihazlardan(soyuducu, su nasosu, su isidən a Riston veb cihazlar) sıradan çıxmışdır. Sizcə elektrik istehsalçısı sadaladığım hadisədən cavabdehdir mi ve sıradan çıxan cihazlara dəymiş ziyanı ödəməlidir mi? Çox sağ olun cavabınız gözləyəcəyəm
Cavab: 

Hormetli Zulfiqar muellim, siz haqlisiniz. Hemin anda fakt aktlasdirilmali idi. Mehkeme iddiasi qaldirmaq olar. Efsuslar olsun ki, \"elektrik enerjisinin istifade qaydaalri\" deyilen adli senedde gerginliyin artmasi faktini techizatci ozu qeyde almalidir ve huquqi sened o hesab edilir. Yeqin qonsularda da problem yasanmisidr. Meslehet gorurem ki, Azerenerji ve Bakielektriksebekeye resmi muraciet edin, son neticede ise elbette mehkemeye. 

18.01.2015
leyla mustafayeva
Sual: Axsaminiz xeyir! Men 16.01.15 tarixinde sumqayit seheri 17 mkrn da fealiyyet gosteren "Seda store "marketinde alis veris etdikden sonra kassirin kobud ve nelayiq reftari ile uzuze gelmisem, hemin marketde kart sistemi fealiyyet gosterir bununla bagli kassir xanima sualla muraciet etsem de cox kobud cvb aldim, aldigim mehsullari qaytarmaq istedim, Lakin kassir basqa kassaya gedin, ozunuzden oyun cixartmayin dedi. Bununla bagli mudiriyyete muraciet edib sikayet etmek istesemde hec bir isci mene bu imkani yaratmadi. Men bununla bagli hara muraciet edim. Kime sikayetimi bildirim ki hemin magazada esas da hemin kassirle bagli olcu goturulsun. Musteri huquqlarinin pozulmasi haqda.
Cavab: 

Akt tertib etmekle bu insidenti resmilesdirmish olsaydiniz musbet netice elde etmek olardi. Meslehet gorurem ki, sizin istehlakci huququnuzu qorumaga cavabdeh olan dovlet qurumu iqtisadiyyat ve Senaye Nazirliyine muraciet edin tel^ 195(2) ve ya 498 15 04

18.01.2015
Ровшан Гусейнов
Sual: Салам Эйюб мюяллим. Я в 2006 году приобрел по договору на строительство у МТК Симург квартиру по ул. Хиябани 33. В 2007 году нам дали ордер Баксовета. Всё это время мы в квартире не жили, деньги с нас счетчики на газ и воду собрали, ремонт в квартире тоже не делали. Живем далеко от Баку, за границей, раз в год летом приезжаем на 5-7 дней. Вопрос должны ли мы платить за коммунальные услуги комменданту, если никаких договоров с МТК мы не подписывали на обслуживание, на охрану и сервис? Замечу ,что все это время дом не сдан, техпаспорта и купчии не выдавались, и я так понимаю , что когда дело дайдет до процесса регистрации , то МТК при выдаче справок будет требовать с нас эти платежи за эти годы... Спасибо...
Cavab: 

Hormetli Rovsen muellim, MTK ile Sizin aranizda muqavile olmadigi, sizin orada yasamadiginiz ucun hech bir kommunal xerc odememelisiniz. Teesuf ki, qanunvericilikde boshluqlar, vetendashlarin aldadilmasi vardir. Ehtiyatli olun qanunsuz olaarq menzili ayri adama da sata bilerler. 

18.01.2015
Anar Yusubov
Sual: Salam Eyyub müəllim, işlərinizdə uğurlar arzu edirem.Mən 2014-cü il avqusta ayında Hyundai Grand Santafe almışam.Maşının ciddi problemləri var. Maşını iki dəfə servisə aparmışam. Həll etmişik deyirlər ancaq yenə həmin problemlər yaranır. Maşının priborunda işıqlar yanır və sürət qutusu kilidlənir. Maşının içindən hərəkətdəykən səslər gəlir. Servis problemi həll edə bilmir.Axı bu maşın təzədir. Mən də təzə maşın almışam ki, 3-5 il problemsiz sürüm. 4 ay olmayıb artıq mən 2 dəfə maşını servisdə 3-5 gün saxlamışam. Düzdür qarantiyası var. Aparıram baxırar.Ancaq eyni yerdən eyni problem yaranır.Sualım belədir: Mən maşını neçə dəfə Servisə aparmalıyam? Və mən nə qədər maşınsız qalmalıyam. Sonsuz qədər mən Servisə getməliyəm mi? Mən bildiyim qədərilə Türkiyə qanunlarına görə bir məhsul 3 dəfə eyni problemi yaradırsa o məhsulu tamamilə dəyişdirirlər. Xahiş edirəm ki, hüquqlarımla əlaqəli mənə yol göstərəsiniz. Təşəkkür edirəm. Hörmətlə,Anar
Cavab: 

Etrafli erize yazin, komekliyimizi temennasiz olaarq gosterek.

17.01.2015
Sabina Nazarova
Sual: Salam,Siz tedris merkezinde telebelerin lazimi telabatlarini gaydaya salmadigina gore mesele ile tedbir gorusuz? Onceden teshekkurler!
Cavab: 

Eger pullu xidmetden istifade edirsinizse, huququnuz pozulubsa yazili erize ile muraciet edin, tedbir gorek.

17.01.2015
Aysel Aliyeva
Sual: Salam, usag magazasinda paltar alarken saticidan giymet sorusarken cox kobud cavab verdi. Men ondan gulumseyerek bir az sirindil olmasini xahis etdim, O ise mene soyus soydu. Bu barede ertesi gun gedib onun mudirine melumat verdim, o, men o gizin yerine uzur isteyirem dedi. Amma giz onun yaninda da yaxsi elediyini dedi ve dedi ki hec kimden uzur istemeycek. Ve yeniden tehgir etdi. Bilmek isteyirem ki, bu barede men mehkemeye muraciet ede bilerem? huququmu nece qoruya bilerem?
Cavab: 

Akt tertib etmekle bu insidenti resmilesdirmish olsaydiniz musbet netice elde etmek olardi. Meslehet gorurem ki, sizin istehlakci huququnuzu qorumaga cavabdeh olan dovlet qurumu iqtisadiyyat ve Senaye Nazirliyine muraciet edin tel^ 195(2) ve ya 498 15 04

12.01.2015
Əfrayim Namazov
Sual: Eyyub müəllim salam!Xahiş edirəm ticarət şəbəkələrində idxal olunub.satılan ərzaq malların milli dildə markalanması üçün tədbirlər görəsiniz.Hətta daxili istehsal da milli dildə markalanmır.Nə üçün müstəqil ölkənin vətəndaşlari istehsal etdiyi məhsulları milli dildə markalamır.Düvlət orqanları isə belə işlərə göz yumur.
Cavab: 

Hörmətli Əfrayim müəllim, dövlət dili haqqında qanunda və digər qanunlarda göstərilir ki, ölkənin əmtəə bazarında olan bütün mallar, o cümlədən sənaye malları və s. milli dildə markalanmalıdır. Təşkilatımız yalnız körpə qidalarının milli dildə markalanmasına nail olub. Bu məsələ ilə bağlı mən müvafiq qurumları daim tənqid edirəm və vəziyyəti dəyişməyə çalışırıq. Yerli mallardan tam xarici dildə markalananı bilirsinizsə bizə məlumat verin. 

10.01.2015
Anar Həsənov
Sual: Salam Eyyub müəllim! Mən bilmək istərdm ki, hal-hazırda respublikamızda satılan uşaq qidalarının və uşaqlara çox məsləhət görülən yoqurtların nə dərəcədə keyfiyyətli olub-olmaması barədə məlumat verəsiniz! Mən uşaq üçün "Friso" uşaq qidasını alıram! Bu qidaların tərkibində GMO varmı?
Cavab: 

Hörmətli Anar müəllim, körpənizi Allah saxlasın. Bu məsələlər ilə bağlı istənilən məsləhəti təşkilatımızın komissiya sədri Səltənət xanımdan ala bilərsiniz. (tel: 012 597 37 33; 012 429 87 81; 055 555 89 93) ve ya vib.az saytına müraciət edəsiniz. 

07.01.2015
Akif Muradov
Sual: Eyyub müəllim salam!Xahiş edirəm ki.Mağazada açiq konfet satışina son qoyulmasına qarşı ciddi mübarizə aparasınız.Bu millət nə vaxta qədər vaxtı keçmış konfetləri yeyəcək.Vaxtı keçmiş konfetlər qablaşmadan çıxarılıb açiq şəkildə satılır.Açiq şəkildə satilan konfetlərdə qurdlu olmasına daha çox rast gəlınır.Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
Cavab: 

Hörmətli Akif müəllim, bu məsələ ilə mən uzun müddətdir məşğulam. Hətta MDBməkanında bu problem yaşanır. Təşkilatımız nail olub ki, Nazirlər Kabinetinin 03.04.2014 tarixli 94 saylı qərarı ilə konfetlərin açıq satışının qarşısının alınması həyata keçirilsin. Əfsuslar olsun ki, bu işə nəzarət edən dövlət orqanlarının passivliyi nümayiş olunur. Bizim əlimizdən o gəlir ki, ictimai çıxışlarımızla istehlakçıları açıq konfetalmaqdan çəkindirək (boykot)ş Bu işi aparırıq.

06.01.2015
Nahide Meherremova
Sual: Salam! Men 4 yanvar 2015-ci ilde " Baku Elektroniks"-in Yasamal filialindan "Tefal" markali etceken mashin almisham ve 1 defe istifade etmishem. Amma etcekenin teleblere cavab vermediyini gordum. Magazaya muraciet etdim, istifade etdiyim ucun mali 143 servis xidmetine tehvil vermeyimi ve akt tertib edildiyi halda pulumu geri qaytaracaqlarini dediler. 6 yanvar 2015-ci il tarixde servis xidmetinie getdim ve mashini tehvil verdim , mene xidmet qebzi teqdim etdiler. Servizde mashini hec vaxt qaytarmaq huququm olmadigini dediler. Sizden bu halda menim hansi huquqlara sahib olmagim haqda bilgi vermeyinizi xahish edirem. Evvelceden minnetdarligimi bildirirem.
Cavab: 

Nazirlər Kabinetinin 03.04.2014 tarixli  94 saylı qərarının 5.51 maddəsinə görə satışda Sizin tələbatınızı ödəyən mal olmadıqda malı qaytarıb pulunuzu geri almaq hüququnuz  vardır. 

29.12.2014
Mehriban Qas;mova
Sual: Eyyub bəy salam!Mən həmişə ekoıoyi cəhətdən təmiz süd məhsulları almaq istəyirəm.Ən çox sevdiyim isə "ivanovka"süd məhsullarıdır.Hal hazırda bazarda ivanovka süd məhsullari doludur.Biz dəfələrlə əsl ivanovka mağazasına müraciət etmişik,cavab isə belə olub ki bizim bir maqazamız var.Qalan mağazaların bizə aidiyyəti yoxdur.Biz də bilirik ki bütün mağazalar satdığı ivanoka süd məhsulları saxtadir.Ancaq mubarizə apara bilmirik.Xahiş edirik bazarda olan bu cür hallarin qarşısıni alasınız.
Cavab: 

Siz haqlısınız. \"İvanovka\"nın həqiqi dükanı 2 yerdədir, Topçubaşov küçəsində və Binə qəsəbəsində. \"İvanovka\" mal nişanı ilə satılan çoxsaylı məhsulların İvanovka kəndi ilə heç bir əlaqəsi olmadığı barədə müvafiq hökumət qurumlarına dəfələrlə məlumat vermişik. Yenidən bu məsələləri araşdıracağıq.

27.12.2014
Məlahət Qasımova
Sual: Eyyub bəy salam!Sizin oturduğnuz yerin sol tərəfində parfumriya malları satılır.Hec bir malın ustündə qiymətyoxdur .Siz istehlakçı huqüqu qoruyursunuz.Nə üçün 2 metr sizdən uzaq olan yerə bir söz demirsiz.Ona da gərək şikayət ola.Xahiş edirəm tədbir görün.Əgər onu etsəniz onda bilərik ki Siz həqiqətən istehlakçı huququ qoruyursunuz.
Cavab: 

Əməkdaşlarımızla birlikdə dükanda baxış keçirdik, malların 85%-nin etiketində qiymət yazılmışdır. Tapşırıq verdik ki, digər mallara da qiymət yazılsın və istehlakçı onu kənardan görə bilsin. Qeyd edək ki, Nazirlər Kabinetinin 94 saylı qərarında qiymət kağızının kənardan görülməsi barədə heç bir tövsiyyə yoxdur. Əməkdaşlığınıza görə təşəkkür edirik.

27.12.2014
Samir Azimov
Sual: Salam her vaxtiniz xeyir men Neriman Nerimanov metro stansiyasinin yaxinliginda Ehmed Recebli kucesinde yerleshen Qizil gul adli aptekden umumi deyeri 61.80 qep deyerinde reseptle derman almisham tam 2 gun kecdikden sonra onlardan dermanlardan birini diger bir derman ile deyishdirmeye cehd etdim mal zedelenmeyib amma satici qiz mali geri goturmedim sebeb numayendeleri icaze vermedi azad istehlakcilar birliyi ve qaytarmag huququmu bildirdikde mene get harashikayet edirsen et diye cavab verdi ve haqqimi teleb etmek ucun sizden melumat isteyirem xahish ederdim komek edesiniz
Cavab: 

Xahish edirik, saytimizda olan erize formasina uygun erize yazin, imzalayin, bizim emailimize gonderin. İstehlakçı huququnuzu təmənnasız qoruyaq. 

26.12.2014
Narmin Asadova
Sual: İstehsalçı istehsal etdiyi məhsulun qablaşdırması üzrəində olan etiketdə məhsulun keyfiyyətsizli ilə baglı dəyən zərəin ödənilməsi halı üçün maksimal həddi müəyyən edə bilərmi ? Yəni məsələn istehsalçı yalnız 5.000 AZN məbləğində məsuliyyət daşıyır? İstehsal etdiyi keyfiyyətsiz məhsulla baglı dəyən ziyana görə hansı məsuliyyət daşıyır ?
Cavab: 

İstehsalçı qanunlar çərçivəsində çox şey müəyyən edə bilər. Sizin dediyiniz məsələ qanunlarda yoxdur (əlbəttə qadağan da edilməyibdir), ona görə də istehsalçı özü istərsə bunu edə bilər. 

24.12.2014
arzu eliyeva
Sual: bes men bu barede hardan oyrene bilerem??
Cavab: 

Ədliyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayın: 

(99412) 404-42-87
(99412) 404-42-88

22.12.2014
arzu eliyeva
Sual: salam.bagislayin bilmirem sualim ne derecede duzgundu.ama yene de yazim mene meslehet verin ehtiyacim var sizlere.menim 2016a qeder stopum var rusiyaya.usagim rusiya vetendasidu pasportu var.yoldasimin da var.menim pasportum yoxdu.zaqsmiz yoxdu.men nece gede bilerem bunun helli yolu nedir??????
Cavab: 

Çox təəsüf ki, bu bizim həll edə biləcəyimiz məsələ deyil. Biz təmənnasız olaraq istehlakçı hüququnu qoruyuruq. Bu məsələ bizə aid deyil. 

17.12.2014
Zemfira Quliyeva
Sual: Salam!Mən 14.12.2014 tarixinde saat 7:00-8:00 olardi "Memar Əcəmi" metrosu yaxınlığında "Lady Sharm"mağazasına daxil oldum və ordan 1 ziyafət paltarı aldım.Paltar 70 man olub endirimle 49 man-ta idi,amma heç o qiymətə uyğun mal deyil.Mal neçə dəfə geyinilib soyunulubsa istifadəyə yararsızdı.Mən də 15.12.2014 tarixində elə həmin vaxtlarda ora getdik anamla mən satıcıya malı dəyişdirməyi təklif etdim .Satıcı dedi yaxşı bax.Baxdım mənə uyğun tapmadım və qaytarmağı tələb etdik.Dedilər yox nə danışırsız olmaz.Dedilər gedib işlədib gətirmisiz.Heç mən aldığım vaxtla aparıb qaytarmaq istediyim vaxtda toy olur ki mənə o cavabı verirlər.İndi sualım budur ki,mən bu malı necə qaytara bilərəm?
Cavab: 

Saytımızdakı ərizə formasına uyğun ətraflı ərizə yazın, imzalayın, skaner ederek bizə göndərin, istehlakçı hüququnuzu təməmmasız qoruyaq.

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26   27    28    29    30    31    32    33    34  

 “Azad Istehlakçılar” İctimai Birliyi (AİİB)      Bakı AZ. 1010, Azərbaycan, D. Əliyeva  küç.,

İndependent Consumers Union (İCU)              239, m. 51”A”

                                                                           239 Dilara Aliyeva str., № 51, AZ 1010 Baku,

                                                                                           Azerbaijan

AİİB                                                                                            T: +994124498995                                       

                                                                                         T/F: +994124412833

                                                                                                                       M: +994503416225

22 may 2019-cu il.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azad İstehlakçılar" İctimai Birliyi tərəfindən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında  Azərbaycan Respublikası Qanununun tələblərinin fermer təsərrüfatlarında istehsal olunan malların  dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirləri”

layihəsi çərçivəsində  Hacıqabul rayonunun Abdulabad  kəndində 22.05.2019-cu il tarixdə fermerlərə təlim keçirildi. Təlimdə Hacıqabul RİH-nin Abdulabad kəndi üzrə nümayəndəsi  də daxil olmaqla 19 nəfər  iştirak edirdi.

“HACCP (Hazard Analysis and Critical Control Points) prinsipləri ilə ekoloji kənd təsərrüfatı məhsulları istehsalı və “CS 1- Azərbaycan” təcrübəsinin tətbiqi ilə bazara çıxışı”mövzusunda təlimin məqsədi ekoloji təmiz k/t məhsulları istehsalı  üzrə zəruri aqrotexniki tədbirlər barədə kiçik fermer təsərrüfatları sahibkarlarının bilik və bacarıqlarının artırılması ilə onların bazar rəqabətli məhsul istehsal etməklərinə dəstək vermək olmuşdur.

Təlimçi Nizami Musayev qarşılıqlı müzakirə şəraitində fərdi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalı üzrə problemlərini müzakirə etmiş və  onlara ekoloji təmiz kənd təsərrüfatı  məhsulları istehsalı və “Dəyər zənciri” iştirakçıları ilə işgüzar əlaqələr qurmaqla bazar rəqabətliliyinin təmin olunması yollarını izah etmişdir.

Fərdi fermer Əlislam Dostəliyevin  Abdulabad  kənd əhalisinin suvarma suyuna çıxışının olmasına (Kür çayından çəkilmiş kanal) baxmayaraq suyun azlığından sahələrin aqrotexniki qaydalara müvafiq olaraq vaxtında suvarılmasını apara bilmədiklərini söylədi və bildirdi ki, nəticə etibarilə məhsulun həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri çox aşağı olur. Bu da fərdi fermer təsərrüfatlarının inkişafına əngəl yaradır. Təlimçi  Nizami Musayev suvarma suyu təchizatı ilə bağlı əlaqədar təşkilatlara Bələdiyyə və İcra Nümayəndəsi səviyyəsində müraciət etməyi məsləhət bildiyini söylədi, Eyni zamanda yaxın gələcəkdə xidmət təchizatçıları ilə kooperasiya əsasında müqavilə bağlamaqla aqrotexniki tədbirlərə dair problemləri kompleks şəkildə həll etməyin mümkün olacağını vurğuladı.

Çay fasiləsindən sonra layihə eksperti Fərrux Əsgərov təlim iştirakçılarını “CS 1- Azərbaycan” təcrübəsi üzrə məlumatlandırmış, Abdulabad kənd İcra Nümayəndəsi cənab Rövşən Həsənov və digər təlim iştirakçıları Abdulabad və qonşu Kolanı kəndində birlikdə 1200 fərdi fermer təsərrüfatlarında 5000 başadək İri buynuzlu mal-qara mövcud olduğunu və istehsal edilən südün realizasiya olunması çətinliyini bildirdilər. Həmçinin natiqlər tərəvəz istehsalı üzrə ixtisaslaşmış bu kəndlərdə il ərzində istehsal olunan tərəvəz məhsullarını (xüsusilə badımcanı) satmaq üzrə çətinlikləri olduğunu bildirdilər. Ekspert Fərrux Əsgərov fermerlərə Bakı şəhərində tərəvəz topdansatışı bazarları ilə əlaqə saxlamağı tövsiyyə etdi və qeyd edilən  problemləri barədə layihə fəaliyyəti üzrə yekun hesabatda məlumat və çıxış yolları üzrə tövsiyyələr veriləcəyini bildirdi.

Nizami Musayev fermerlərə istehsal edəcəkləri məhsulun ən azından 50%-nin potensial alıcısını müəyyən edərək müqavilə bağladıqdan sonra işə başlamağı və eyni zamanda davamlı bazar araşdırmaları aparmaqla tələbə üyğun olaraq təsərrüfat fəaliyyətlərini tənzimləməyi məsləhət bildi. Layihə heyəti fermerlərə cari təsərrüfat ilini uğurla başa vurmağı arzuladı.

İştirakçılar tərəfindən təlim qiymətləndirildi. Fermerlər yerlərdə analoji təlimlərin mütəmadi keçirilməsinə ehtiyacın olduğunu bildirdilər.

 

daha ətraflı...

"Azad İstehlakçılar"İctimayi Birliyi(AİİB)01.05.2019 tarixdən,Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Ekaloji Təmiz Kənd Təsərrüfatı Haqqqında"AR qanununun tələblərinin fermer təsərrüfatında istehsal olunan  malların dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirlərinin keçirilməsi"layihəsinin icrasına başlayır,Qrantın məbləği 7000 AZN-dir.Layihə çərçıvəsində Hacıqabul,Sabirabad və Saatlı fermerləri ilə yığıncaqlqr keçiriləcək,layihədə nəzərdə tutulan yekun nəticələrin əldə olunması üçün nəzərdə tutulan işlər plan üzrə icra olunacaqdır.Layihənin gedişi və uğurları AİİB-in digər rayon nümayəndəlikləri vasitəsilə interpolyasiya olunacaqdir.İstənilən şəxs layihənin istənilən elementi ilə(O Cümlədən,maliyyənin xərclənməsi ilə)tam şəffaf şəkildə tanış ola bilər.

 
daha ətraflı...

Insanları kor edə bilərlər!Eyni məzmunlu məktubla Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyevə və İqtisad Naziri Şahin Mustafayevə

müraciət etmişik. 

 

                    

                                    Azərbaycan Respublikasının

Səhiyyə Naziri Cənab Oktay Şirəliyevə

 

 

 

 Hörmətli Oktay müəllim,

 

          “Azad İstehlakçılar”İctimayi Birliyinə(AİİB) “Brenner”göz linzalarının şübhəli markalanması ilə bağlı istehlakçı məlumatları daxil olmuş və AİİB tərəfindən malın markalanmasına və mənşəyinə dair araşdırma aparılmışdır. Aşağıdakılar məlum olmuşdur:

 

1.Malın üzərində 2 ştrix-kod vardır:

 1.1 “EAN-13 benəlxalq perefiksinə müvafiq GS1 ştrix-kodu,digəri

 1.2“GS1-128 tələblərinə uyğun.

Hər iki ştrix-kod saxtadır!

Beləki1.1.1-“EAN-13” ştrix-kodu səlahiyyətli təşkilatın xüsusi avadanlıği ilə oxunmuş aşağıdakı nəticələr əldə olunmuşdur(nəticələr bu nəktuba əlavə olunur).

-Ştrix-kodun insan oxuyan hissəsində 400701014056847 yazılsa da skaner oxuyan rəqəm 4607014056847 (Rusiya)-dir.

-GS1 standartına uyğun olan məhsulun üzərində yazılmış ştrix-kodun sonuncu rəqəmi “7” yox “5” olmalıdır!

2. GS1-128 ştrix-kodu skanerlə oxunmamışdır. (01)rəqəmindən sonra məhsulunGTİN adlanan nömrəsi göstərilməlidi,yəni 4007014056845 ədədi olmalıdir. lakin belə deyil!

3. Skaner oxuyan zaman aşkarlanan ştrix-kod(4607014056847) və məhsul üzərində qeyd olunan ştrix-kod(4007014056847) haqqında məlumatlar beynəlxalq GEPİR axtariş sistemində aşkar olunmamişdir.

4. Markalanmada istehsal müəssiəsinin adı və ölkəsi qeyd olunmayıb, içlik vərəqə AZ dilində deyil və malın Almaniyada istehsal olunduğu göstərilir.

5. AR-nın Səhiyyə Nazirliyinin (SN) müvafiq qurumundan  şifahi olaraq çətinliklə aldığımız məlumata görə (hörmətli Mahmud müəllim) “Brenner” linzalarının idxalına SN icazə verilməyib.

 

          Sadalanan faktlar göstərir ki,  İşbazlar saxta linzaları “Brenner” markası altında, Almaniya istehysalı olan linza kimi təqdim edərək,  satışını təşkil etmişlər. 

Bu saxtakarlıq nəticəsində gözün katarakta və digər əməliyyatlarında Almaniya istehalı  və “Brenner” markası altında saxta, mənşəyi bilinməyən  linzalardan istifadə olunmuşdur. Pasinetlər avropa keyfiyyətli linzalar qoyulduğunu düşünsələrdə, nəticədə həkimlər və pasientlər aldanılmış vəziyytdə qalmışlar. Yüzlərlə pasientlərin hüquqları pozulmuş və sağlamlıqları risk altına düşmüşdür.

         Məsələnin insan sağlamlığına təhlükə olduğunu və istehlakçıların hüquqları kobud şəkildə pozulduğunu nəzərə alarar, araşdırma aparılması zərurudir. İctimai təşkilat olaraq biz istehlakçıların hüquqlarının qorunması naminə, saxta  “Brenner” linzalarından istifadə edən klinika və həkimlərin adlarının müəyyən olunmasına və bu sahədə şəffaflıq yaradılmasına çalışacayıq.

        Xahiş edirik qeyd olunan şübhəli mənşəli,  “Brenner” markalı linzaların (göz protezi) istifadəsinin qarşısının alınması üçün lazımi tədbirlər görülməsi haqqında göstəriş verəsiniz.

 

Qoşma: 2 (iki) səhifə.

 

    Hörmətlə,

 

     “Azad İstehlakçılar”

ictimai birliyinin sədri :                       E. M. Hüseynov

daha ətraflı...

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır