İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Sentyabr-2020
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (203)
Dunen ziyarətçilər: (192)
Bu gün səhifə baxışı: (603)
Dünən səhifə baxışı: (605)
Sual-cavab
Sual yaz
16.05.2016
Leyli a
Sual: Salam! Keçən həftə bütün marketlərdə pişiklər üçün olan "Kitekat" məhsullarının qyiməti 30 %-dən çox qaldırıldı. Dolların qiyməti qalxmırsa, idxalçı şirkət niyə qiymətləri süni şəkildə artırır?
Cavab: 

Tərəfdarıyam ki, əhali ucuz və keyfiyyətli mal alsın. Lakin azad bazar qitisadiyyatı şəraitində malı istənilən qiymətə təklif etmək təbiidir. 

15.05.2016
konul tagiyeva
Sual: salam men qardawimqilde cay demleyerken cayin dadina baxdim cayi demlememiw bir az ceynedim cay agzimi dilimi keylewdirdi ele bil lidokain agzima surtmuwdum bu cayin terkibini harada yoxlatdira bilerem?
Cavab: 

1. Çayın nümunəsini, kassa çekini gətirin, ərizə yazın, biz araşdırma aparaq.

2. 195-2 nömrəsinə zəng vurun.

3. Səhiyyə Nazirliyinin SES qurumuna müraciət edin. 

11.05.2016
Əlövset Baxşiyev
Sual: salam men bilmek isterdimki südde bişirilmiş pesoku qablaşdirib supermarketlere satişa çixarmaqa hansi senedler lazimdi ve onlari dovletin hansi qurumlarindan almaliyam. xahiş edirem bu haqda meni melumatlandirarsiz
Cavab: 

1. VÖEN açın

2. Gigiyenik sertifikat alın. 

3. Qosstandartdan uyğunluq serifikatı alın işə başlayın. 

10.05.2016
Asif Əhmədov
Sual: Salam.Mən 4 gündür evə internet cəkdirmək ücün dükandan Modem almışam,4 gündən sonra xarab cıxdı indi onu qaytara bilərəmmi?Nəzərə alın ki karopkasın tullamışam.?Öncədən Təşəkkür
Cavab: 

14 gün müddətində dəyişə ə ya qaytara bilərsiniz. Kassa çekinin olması zəruridir. 

10.05.2016
Ulka Huseynova
Sual: Salam xahiw edirem sualima tez bir zamanda cavab yazasiz men alimentimi ala bilmirem borclarim yigilib 700 azn borcu var mene her alimentden 8azn gecikdirir ne edim hara wikayet edimki icraci iwini gormur menim zengimi goturmur Yeni dovletde bele weylere gore ne tebir gore bilerem uwaqgim acdi hecne ala bilmirem ona
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. Bu sual bizə aid deyildir. 

10.05.2016
Feyruz Baxisov
Sual: salam menim sikayetim Sunny electronicsdendi men 2014cu ilin avqust ayinda hemin magazadan samsung markali televizalmisam iki il zemanet muddeti ile bu iki il erzinde televizbir defe xara olub deyisdirilib iki defe temire gedib lakin yene de televizislemir deffektlidir. zemanet muddeti bitmediyinden temir ucun yeniden muraciet etdim lakin neticesiz qaldi. Bize bildirdiler ki zemanet muddeti bir ildi 2015ci ilde bitib, halbuki kecen ay erzinde iki defe sexsen ozleri gelib televizoru aparib guya ki temir edib getiribler.Qanunda da gosterilir ki, mal iki defeden artiq temire gedirse deyisdirilmelidir.Lakin bu sirket deleduzluqla mesguldur. Bele olan halda men ne etmeliyem? onceden tesekkur
Cavab: 

Bizə \"2 dəfədən artıq təmirə gedirsə, dəyişdirilməlidir\" barədə qanunvericilikdəki fakt məlum deyil. (mənbə göstərsəniz yaxşı olar). Məsləhət görürəm 195-2 nömrəsi ilə İqtisadiyyat Nazirliyinə bildirin. 

08.05.2016
Nail Quliyev
Sual: salam mənim sualım mobil operatolar barəsindədi. Baccell operatorunda şəbəkə daxili zəngin qiyməti 2qəpik, ölkə daxili zəngin qiyməti 4qəpikdir, əvvəllər vaxt intervalı ən kiçik pul vahidinə görə hesablanırda, yəni səbəkə daxili 30 saniyə, olkə daxili 15 saniyə, ancaq indi hər iki zəng 1dəqiqə intervalında hesablanır. Buda az vəya çox danışan müştəri arasında heç bir fərq qoymur,yəni 15 saniyədə danışsan 1dəqiqədə danışsan eyni məbləği ödəməli olursan. Xaiş edirəm bu məsələyə aydınlıq gətirin
Cavab: 

Bu texniki məsələdir. Şikayətinizi 195-2 nömrəsi ilə İqtisadiyyat Nazirliyinə bildirin. 

04.05.2016
Leyli Abbasova
Sual: Hörmətli Eyyub müəllim! Ətin qiymətinin 6-7 manat olduğu halda kolbasa məhsullarının, xüsusilə SAB firmasının məhsullarının, məsələn içində bəlkə də 400 qram ət olmayan doktorskaya kolbasasının 1 kq-nın 8 manat 30 qəpiyə satılması nə qədər düzgündür?
Cavab: 

Hörmətli Leyli xanım, bizim təşkilat həmin firmada monitorinqlər aparmış, Hindistan, Pakistandan gətirilən və özlərinə məxsus fermadan əldə olunan ətlər istehsalçıya təxminən 4 AZN-ə başa gəlir. 

30.04.2016
Nigar Veliyeva
Sual: Salam.memim yoldasima icbari is kesilib.bilmek.isteyirem.ki olmaz ki .kesilmis dovlete o risumu bir defelik odeyek qurtarsin?daha hiss hise ayliga bolunmus formada odemiyek
Cavab: 

Biz istehlakçı hüququnu qoruyuruq, sual bizə aid deyildir. Hüqquşünas Qaçay müəllimlə məsləhətləşin 050 341 59 17

24.04.2016
anonim anonim
Sual: Salam mənim 2 övladim var yoldaşımdan ayrilmaq istəyirem usagin ikisinde mən almaq istəyirəm ama yoldasimda almaq istəyir mən nə edim bilmirəm
Cavab: 

Biz alıcı hüquqlarını qoruyuruq. Təəssüf, Sizə kömək edə bilmirik. Hüquqi yardım almaq üçün Qaçay müəllimlə əlaqə saxlayın - 050 341 59 17

19.04.2016
NIZAMI H
Sual: Salam.men bir hefte qabag telefon aldim.3 gun iwlefi sora iwlemir.dukan dedi servise get.indi servis deyirki 1 gun qalmalidi sora akt vereriy deyiwersen.eger telefonu acsa icine baxmaqcun dukan deyiwmeye bilermi?zehmet olmasa cavablandirin.
Cavab: 

Əgər malda hər nansı qüsur olarsa, 14 gün müddətində Sizin dəyişmək və ya qaytarmaq hüququnuz vardır - servisə getmədən .

19.04.2016
emil agayev
Sual: salam menim bele bir problemim var hal hazirda islemediyim kohne sirketin mudiri menim adima 5000 manat kredit goturub muqavileye men imza atmiwam 2015-ci ilde indi meni tehdid edirki ele ederem bankin pulunu sen odeyersen mende krediti goturen zaman video cekmiwem gizlice pulu verende men bankdan alanda hamisi videoda var indi men mehkeme yolu ve sizin komekliyinizle ne ede bilerem? indiye qeder hamisin ozu odeyib muqavile çekler hamisi ondadi. birweyide deqiq bilmirem mene zamin kimi durub ya yox hecneyide zalok qoymamiwam getmiwik qol cekmiwem muqavileye goturmuwem krediti 21 yawim tamam olmamiwdi 1995ci il tevelludem
Cavab: 

Biz alıcı hüquqlarını qoruyuruq. Təəssüf, Sizə kömək edə bilmirik. Hüquqi yardım almaq üçün Qaçay müəllimlə əlaqə saxlayın - 050 341 59 17

12.04.2016
sədaqet hacıyev
Sual: Salam qaz cekmek ücün menden 1000manat pul isteyir qaz idaresi.Ana qaz xetti var.Bu ne qeder düzgündü
Cavab: 

Bu barədə ASAN xidmətə müraciət edib, texniki şərt almalısınız, layihə - smeta sənədləri sifariş verib, onun əsasında səlahiyyətli tikinti təşkilatlarının biri ilə müqavilə bağlayıb, qanuni şəkildə ödəniş edib qaz çəkdirə bilərsiniz. Əgər fiziki şəxsinizsə qaz sayğacı Sizə pulsuz veriləcək. Qeyri-rəsmi adamlarla əlaqəyə girməyin!

05.04.2016
Elmar feteliyev
Sual: Salam men telefonum ucun bir hisse almisam amma mene hemin hisseni isdediyim kimi vermiyibler saticiya bu barede dedim oda dediki bele olmalidi eslindemal bele olmamalidi malda deyisiklik olub geriye qaytarmaq isdeyirem qaytarmillar ne edim??
Cavab: 

14 gün müddətində qaytarmaq hüququnuz var. Ərizə yazın, kömək edək. 

03.04.2016
goyercin abbasova
Sual: Vesiyet nameyle evi adima kecirmek isteyirem hansi senedler lazimdi
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. Bu məsələ bizə aid deyildir. 

28.03.2016
Rasim Əliyev
Sual: SalamZəhmət olmasa bir məsələ barəsində maraqlanmaq istərdim.Kənd təsərrüfatı məhsullarının zərərli maddələr olub-olmamasını yoxlamaq üçün İndikatqələm deyilən bir cihaz var idi keçmişdə.İndi həmin aparatdan hardan tapmaq olar?
Cavab: 

Həmin apparatın bir numunəsi bizdə var. Rusiya istehsalıdır. Gətirin yoxlayaq. 

28.03.2016
Shenay Quliyeva
Sual: Salam. Daxili isler nazirliyinin 15.09.1993cu ilde verdiyi 575sayli emrini bilmek isteyirem men.aydinlasdira bilersinizmi menim ucun?. Tesekkur edirem .
Cavab: 

Biz alıcı hüquqları qoruyuruq. Sual bizə aid deyildir. 

27.03.2016
alxaz alxazov
Sual: salam men qusarseherinde restoran isdedirem mende mine yaxin stalicnaya araxinin bos butulkalari var hara ve hansi firna qebul edir mumkunse elsqe nomresi
Cavab: 

Təəsüf ki, bu cür əlaqə bizdə yoxdur. 

25.03.2016
Razim Hemzeyev
Sual: Salam her vaxtiniz xeyir men bir sey maraxlanmaq istiyirem mene hansisa arax firmasinin nomresini vere bilersiz?
Cavab: 

Araq firmalarının nömrələri dükanda satılan malların üzərindədir. 

24.03.2016
cavid HEYDEROV
Sual: YASAMAK FAKTININ TESTIQINE DAIR MEHKEMEYE MURACIYET ETMEK ISTEYIREM MENE ERIZE FORMASI QONDERIN
Cavab: 

Biz alıcı hüququ qoruyuruq. Bu bizə aid məsələ deyildir. Hüquqşünas Qaçay Şahbazovla əlaqə saxlaya bilərsiniz 050 341 59 17

21.03.2016
Ceyhun ibrahimov
Sual: Salam men daxili isler orqanlarina ise qebulla bagli nazirliye erze yazmaq isteyirem zehmet olmasa mene metni izah ederdizde
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. 

19.03.2016
Aliye Murselova
Sual: Salam xaiw edirem cavablandirasiniz.Bizim ev dayimin adinadi bizde ailelikce o evde propiskadayiq.Ama ev babamindi.Bilmek istiyirem babam rehmete gedennen sora bizi evden cixarda bilerlermi?Umumilikde bizim ev uzerinde hansi huququmuz var?Biz 4 nefer propiskadayiq birde dayim ve dayimin qizi.Ama dayimin oz evi evi var burda yasamir.Tez cavablandirsaz sevinerem.Indiden tewekkurler
Cavab: 

Bu məsələ bizə aid deyildir. Təmənnasız məsləhət almaq üçün hüquqşünas Qaçay Şahbazova zəng vurun 050 341 59 17

17.03.2016
Gunay Bayramova
Sual: Maccoffee nin unvani ni deye bilersiz
Cavab: 

Sualınız aydın deyildir. 

16.03.2016
arif rəhimov
Sual: salam,ərzaq məhsulları harada yoxlamaq olar?misal üçün toyuq əti, yəni yeməlidir, yoxsa yox.hörmətlə Arif m.
Cavab: 

Səhiyyə Nazirliyinin gigiyena orqanlarına müraciət edə bilərsiniz. 

15.03.2016
cicek eliyeva
Sual: Salam.men kend yerinde yawayiram.qonwum duz hasardan ev tikir(ikimertebe) hemin vetendaw hasarla ev arasinda mesafe saxlamalidirmi?yoxsa OZ HEYETIMDI OZUM BILEREM deyib mesafesiz tikilini tike biler?sabah horgu iwlerinin davamini mesafe olmadiqda menim heyetime kecib etmeye huququ catirmi?Menim bunu teleb etmeye huququm catirmi?yoxsa ozu biler?Tewekkur!
Cavab: 

Bağışlayın, biz istehlakçı hüququ qoruyuruq. Bu bizə aid olan məsələ deyildir. 

14.03.2016
Cavid Murtuzov
Sual: Salam, hər vaxtınız xeyir olsun.Sualım bir dərman preparatı ilə bağlıdır, konkret desək "AMXFLUX" antibiotiki ilə. Bu antibiotiki şəhərin istənilən aptekindən soruşduqda "bu yalnız Zəfəran apteklərində satılır" cavabını eşitdim. Aydın məsələdir ki, hər hansı bir əmtəəni yalnız bir yerdən əldə etmək mümkün olduqda bu monopoliyadır və monopolist istədiyi qiyməti təyin edə bilər. Rəqabət olmayan yerdə inkişaf yoxdur. 1 ampula antibiotiki 12 azn-ə almağa məcbur oldum. 1 müalicə kursunda həkimlərin adətən 10 ampula antibiotik təyin etmələrini nəzərə alaraq, mənim 120azn mənləğdə xərcə düşdüyümü hesablamaq çətin deyil.Sual: Hər hansı bir dərman vasitəsinin yalnız 1 aptekdə satılması nə qədər düzgündür? Təşəkkür edirəm.
Cavab: 

Hörmətli Cavid müəllim, Sizin iradınızla tam razıyam. Bizim təşkilata ətraflı ərziə yazıb imza qoyub tələbinizi bildirsəniz, həmin dərmanın bütün apteklərdə satışına və qiymətin aşağı düşməsinə nail olmaq olar. Buyurun, ərizə yazın.  Bizə zəng edin, əlaqə saxlayaq - 012 441 28 33

07.03.2016
Elsad Alnagiyev
Sual: Bagislayin yadimdan cixdi elaqe telefonlari yazmaq 0702430680 0553439360 0505242083 bu nomrelerin hansina zenk vursaz cavab verilecek??????????
Cavab: 
07.03.2016
Elsad Alnagiyev
Sual: Salam menim atamin Beynelxalq Bankda krediti var.Atam ustunze sagliq rehmete gedib mende zamin durmusam mene mecburi deyirki odemelisen.Menim ozumunde Beynelxalq Bankda kreditim var onu zorla odeyirem 2-ci qrup elilem bu Banga bir encam eleyen ya bu bangin yesi yoxdur qanunla bu ise baxilsin bir qerar verersiz cox cox xais edirem komek komek iteyirem butun orqanlardan???????
Cavab: 

Hörmətli Elşad müəllim, belə halda vətəndaş təbii ki, dövlət orqanına müraciət etməlidir. Zəng vurun İqtisadiyyat Nazirliyinə şikayətinizi bildirin 195 (2).

06.03.2016
Sahib Xəlilov
Sual: Forum niyə işləmir? Sual-cavabla problemləri həll etmək olmur. Forum olsa, camaat müəyyən malları müzakirə edər. Məsələn, südün, kərə yağlarının keyfiyyəti, onların reytinqi və s. Mən bilmək istəyirəm, bizdə satılan məhsullara palma yağı qatılırmı? Qatılırsa, bu insan üçün təhlükəli plan texniki palma yağı deyil ki?
Cavab: 

Çalışacagıq Forum aktiv olsun, keçən ilin noyabr ayına qədər palma yağları barədə fikrim tam tənqidi idi. Lakin istehlakçı hüquqları ilə bağlı Braziliyada keçirilən dünya konqresində oldum. Və məlum oldu ki, Braziliyada və dünyanın bir çox ölkələrində qida üçün palma yağı qidada geniş istifadə olunur. Azərbaycanda da bu yağdan istifadə olunur. Lakin malların üzərinə bunu yazmırlar. Biz çalışacağıq ki, buna nail olaq. 

02.03.2016
Vüsal Həsənov
Sual: Salam. Unibankın Albalı Plus kartını almışam bir il əvvəl. Kartın taksit xətti keçən ilin dekabrında bitirdi, lakin kartı alanda mənə demişdilər ki, taksit xətti bağlandıqdan sonra da, 2019-cu ilə qədər (kartın üstündə bu tarix yazılıb) kartdan debet kartı kimi istifadə edə, hesaba qoyduğum pulla onlayn ödəniş etməyə və həmin pulu Unibankın bankomatlarından çəkməyə davam edə bilərəm. Lakin bu ilin əvvəlindən kartdan istifadə etməyim mümkün olmayıb. Karta qoyduğum pulla xarici saytlarda onlayn ödəniş edə bilmirəm (əvvəl mümkün idi), üstəlik kart hesabına qoyduğum məbləği bankın bankomatından da geri ala bilmirəm, kartı aldığım filiala getməli oluram. Bu, istehlakçı hüququnun pöozulması hesab oluna bilərmi? Şikayət etməyimin bir faydası olarmı?
Cavab: 

Yazılı şəkildə banka müraciət edin, yazılı cavab alın. Sonra məsləhətləşərik. 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23   24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38  
daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
"Azad İstehlakçılar"İctimayi Birliyi (AİİB)17.08.2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyələşdirdiyi "İstehlakçılara parça bazar çantalarının paylanması ilə ekologiyanın qorunmasına dəstək tədbirləri" çərçivəsində hazırlanmış ekoloji təmiz materialdan hazırlanmış bazar çantalarını təmənnasız olaraq istehlakçılara paylamağa başlamışdır.Məqsədimiz bazar s...
Davamına bax
Şəkilin açıqlaması yoxdur.
 
 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır