İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Avqust-2019
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (79)
Dunen ziyarətçilər: (163)
Bu gün səhifə baxışı: (150)
Dünən səhifə baxışı: (354)
Sual-cavab
Sual yaz
01.12.2015
Çingiz Musayev
Sual: salam. İrşad telekom mağazası satdığı mallara 12 aylıq kreditlə faizsiz deyə reklamlar yayınlayır. lakin mağazada və irtelecom.az saytında xidmət haqqı kimi əlavə olaraq satılan malın dəyərinin 10% həddində nağd vəsait ödənilməsi tələb olunur. Bilmək istəyirəm ki, bu vətəndaşları aldatmaq və fırıldaqçılıq sayılırmı?
Cavab: 

Hüquqi qiymət vermək məhkəmənin səlahiyyətindədir. 

01.12.2015
Elmurad Ekberov
Sual: Salam her vaxtivz xeyr qardasm men 2ildi surculuk vesiqeso almaq istyrem amma ala bilmrem cunki lenkeranda ora sahveren adli kisi menden 500m bir alb ustelik meni imtahana qoymuar vee sen kesilersen deyerek pul getir deyirler mudur senden 1000pul istyr deyirler eyer getirmesen senetlervi levg ederik men kasib oglan hardan getrm pulu niye imtahana qoymurlae kim pul verir 1000m 1500m imtahansz o deyqe prava verirler xais mene komeklik edin allah rizasi ucun xais sogolun
Cavab: 

Xahiş edirəm rəsmi ərizə yazın, imza qoyun. Çəkinmədən hər şeyi yazın. Adamların adını, bilirsənsə telefon nömrələrini də yaz, kömək edək.

30.11.2015
Vüqar Məmmədov
Sual: Salam. Hansı markalı yodlu duz almağı məsləhət görürsünüz?
Cavab: 

\"Azerduz\" markalı mallara üstünlük verə bilərsiniz. 

29.11.2015
Leyla Eliyarova
Sual: Sheherimizde yeni achilan Ucuzluq dukanina girdim lakin menden neinki elimdeki poketi hetta el cantami(sumkami) bele ayrilmish yeshiylere qoymagimi teleb etdiler. Bu ise menim huquqlarimin tamamile tapdalanmasidir. Xahish edirem bu haqda bir olchu goturesiniz.Magaza Yasamal bazarindan ashagda yerlesir.
Cavab: 
27.11.2015
Məsmə Nailova
Sual: Salam!Eyyub müəllim.Şəhərimizdə süd məhsulları haqqinda danışmağa adam utanır.Məhsulların keyfiyyətsiz olmasına baxmayaraq məhşur adlardan və quru süddən istifadə olunur.İvanuşka və İvanovka süd məhsulları tam şəkildə istehlakçıları aldadır.Həmin istehsal sahəsinə baxa bilsəniz həmin an bütün hər qaranlıq məqam sizə aydın olar.İstehsal sahəsi birinci növbədə ekoloji cəhətdən çirikli olan Baksol və Biləcəri zonasında yerləşir.Həmin sahələrdə yalnız təssərufat malları satılır.Mən həmin sexlərdə işləmişəm.iyrənib çıxdım işdən.Xahiş edirəm bu haqda ölçü götürəsiniz.
Cavab: 
23.11.2015
Gunel Masimova
Sual: Salam.BAsqa bir shexs adima telefon goturub.2ayliq odenis edib indi hal hazirda odeme gabiliyeti sifirdi.Telefonu geri gaytara bilerem?
Cavab: 

Xahish edirik saytimizda gosterilen erize formasina uygun etrafli erize yazin, muqavilenin suretini elave edin. Chalishaq komek edek. 

17.11.2015
vasif memmedo v
Sual: Men oz adima basqasina canon foto aparat goturdum odeye bilmedi ozum 2 ay odedim sonra qaytardim cunki odeye bilmedim dukanda aparati qiymetlendirib yenexe pul isteyir239 man men odeye bilmirem hemde mali qaytarmisamda komek edin hara muraciet edim onlar meni mehkemeye verecekler yoldasim xestedi emeliyyat lazimdi. Men mali qaytarmisamda
Cavab: 

Xahish edirik saytimizda gosterilen erize formasina uygun etrafli erize ile muraciet edin. Muqavilenin suretini de elave edin, chalishaq komek edek. 

13.11.2015
Vidadi Həsənov
Sual: Salam.Məm Ford satış mərkəzinin Gəncə filialından aldığım avtomobil qarantiya dövründə baş vermiş nasazlığı aradan qaldıtdıra bilmirəm.Eyni detal-feroda gecikmiş intervallarla artıq iki dəfə təzələnib.Mən nə etməliyəm?
Cavab: 

Xahish edirik saytimizda gosterilen erize formasina uygun etrafli erize yazin. Chalishaq komek edek. 

09.11.2015
Elmin Mirzeyev
Sual: Mən əldən aldığım və ya hər hansı bir ölkədən gətirdiyim telefonu qarantiya saldıra bilərəm????
Cavab: 

Mümkün deyil.

03.11.2015
Fereh Eliyeva
Sual: Salam! Xahish edirem komeklik gosteresiz. Sualima cavab hech yerde tapa bilmedim. Gazsiz binalarda(tikilennen gaz olmayan binalarda), ancag enejiden istifade olunan menziller her hansisa bir guzeshtleri varmi? Onceden cavabiniza gore teshekkur edirem
Cavab: 

Xeyr, heç bir güzəşt yoxdur.

30.10.2015
Lale Mirzeliyeva
Sual: Salam. Bizim evimiz qaynanamin adindadi.indi evi 2yasli usaqa nece baqisliya biler? Meslehet vererdiniz.
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. Çox təəssüf Sizin sualınıza cavab verə bilmirik. Hüquqşünas Habil İsgəndərovla əlaqə saxlayın: 050 314 81 88

30.10.2015
etibar hemzeyev
Sual: salam menim abyektime iwix idaresi qoyduqu sayaqac dayanib iwlemir hemin sayaqaca menim hec bir mudaxilem yoxdu oz bawina dayanib indi iwix idaresi deyiir yeni sayaqac ucun men pul kecirmeliyem iwixx idaresi qoyduqu sayaqac oz bawina xarab olubsa men niye almaliyam iwix idaresi duzeltmeli deyilmi mene bu barede komeklik gorsedin men sayaqaca mudaxile elememisemse oz bawina xarab olubsa blomuda yerindedi kim cavabdehdi xahiw edirem komeklik edin
Cavab: 

Hörmətli Etibar müellim, düşünürəm ki, siz haqlısınız. Bizim təşkilatın eksperti Camal müəllimlə əlaqə saxlayın. tel: 050 316 63 91 - Camal Tahirov

28.10.2015
Bayraməli Məmmədov
Sual: Salam. 1 həftə qabaq mağazadan 40 AZN dəyərində paltar almışam. Lakin verilən çeki itirmişəm. Həmin paltarı mağazada dəyişə bilərəmmi?Təşəkkür edirəm.
Cavab: 

Qanunvericiliyə görə, 14 gün müddətində çek təqdim edilməklə dəyişmək hüququnuz vardır. Şahidləriniz varsa məhkəmə yolu ilə həll edilə bilər. 

20.10.2015
zaur tagiyev
Sual: Axshaminiz xeyr,,,menim kombim bununla 2 Ci defedi 11 yazilir kombi hec 1 ay yoxdurki almisham ...bu problemle men cox uzleshecem???
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. Çox təəssüf ki, sizin sualınıza cavab verə bilmirik. Servisə müraciət edin. 

13.10.2015
Anar Agayev
Sual: salam.xaiw edirem cavablandirasiz.bir taniwim var evlenmiwdi resmi nigahi vardi.2 il yawadilar 1 oglanlari oldu.bowandilar ve oglan aliment odeyirdi.1 il sonra bariwdilar lakin yeniden nigah kesmeden 3 il birlikde yawadilar ve olarin butun ehtiyacin taniwim odeyirdi.uwaga ve arvadina laziminca baxirdi wahidler bele var.sora ayrildilar ve yene aliment odemeye davam etdi.indi 3 il birlikde yawadiqlari muddetde aliment odemediyi ucun mehkemeye muraciet eden qadinin lehine olaraq mehkeme qerar verib.hemcinin hemen oglana 5 sutka hebs ve alimentin hemin meblegi odemeyi teleb edib.bu ne derecede dogrdu??aliment odenilmelidimi???
Cavab: 

Chox teesuf ki, meslehet vere bilmirik. Chunki biz istehlakchi (alici) huququ qoruyuruq. Huquqshunas Habille elaqe saxlaya bilersiniz - 050 314 81 88

12.10.2015
Ramid Agayev
Sual: Salam,Zəhmət olmasa bildirərdiniz. Azərbaycan Respublikasının İstehlakçıların Hüquqları haqqında qanunun 15.1 maddəsi alınan mallardan savayı, xidmətlərə (bankların və s göstərdiyi xidmətlərə) şamil edilirmi?Öncədən təşəkkürlər.
Cavab: 

Edilir.

10.10.2015
Mehman Davudov
Sual: Salam şıkayet erizesini geri gaytarandan sora yeniden hemən ərizəni yeniden vermək olarmi zehmet olmasın yazın
Cavab: 

Olar.

06.10.2015
Rauf mamedov
Sual: salammen telefon magazasinda iwliyirem bir vetendaw ogurluq telefon satib bize her wey senetle almiwiq bir nece ay sonra bize zen edirler hansisa polis bolmesinden ki bu imei telefon ogurluqdu.sualim budur ki, polis bizden telefonu musadire eliye biler bes bize deyen maddi xiyan nece olacaq?
Cavab: 

Efsuslar olsun ki, Size meslehet vere bilmirik. Chunki biz alicilarin huquqlarini qoruyuruq. Polis teelfonu goturen zaman senedlesdirsin, bu sened esasinda mehkeme iddiasi qaldirilsin. 

30.09.2015
elman mahmudov
Sual: Eyyub muallim salam!Bazar gunu sizin su haqqinda cixişınıza qulaq asdim.Su haqqında danışdız.Ancaq mən xahiş edərdim ki.Siz özünüz böyük istehsal sahələrinə bir istehlakçı kimi baxsanız acınacaqlı vəziyyəti görərsiniz.Mən əvvəl GƏDƏBƏYİN Zəhmət kəndində yerləşən Slavyanka adlı su sexində işləmişəm.Slavyanka adı nə üçün Zəhmət kəndində yerləşən su sexinə verilib.Həmin sex Slavyanka kəndində deyil.Bir də ki.suyun mənbəyi.Su haradan çıxır.Bütün bunlar vacib məsələdir.Xahiş edirəm bu ciddi məsələlə ilə bağlı cəmiyyətə düzgün məlumat verəsiniz.Slavyanka suyu agır sudur.Onu içən bilir.Adi şəkildə istehlakçılar arasında sorğu keçirməklə düzgün nəticə əldə etmək olar.
Cavab: 

Hormetli Elman muellim, xahish edirem elaqe saxlayaq ve birlikde su menbeyine sefer edek, gozumuzle gorek. Menim mobil nomrem 050 341 62 25. 

25.09.2015
Sabina Alizada
Sual: Salam . Men dunen R.Rza 35. Unvaninda yerleshen mi mi sol ushaq magazasindan paltar almisham. Lakin mene cek vermediler. Aldanildigimi basha dushub rehberlikleri Ceyhun muellime zeng vurdum yene de aldigim mal ucun cek teleb etdim. Yenede mene cox kobud formada bizim magaza cek vermir dedi . Menim bildiyime gore her bir aldigim mala gore Azerbaycan Respublikasinda cek verilmelidir. Men bunu teleb etsem de vermirler. Ne etmeliyem...?
Cavab: 

Size mutleq chek vermelidiler. 195 (1) telefonuna zeng edin, melumat verin. 

21.09.2015
Turan Tanırverdiyeva
Sual: Salam. 06.02.2015 ci il tarixində WORLDTELEKOMun Fəvvarələr T.Əliyarbəyov küç.9 da yerləşən şöbəsindən qızıl qarantiya ilə İphone 6 almışdım. Telefonda ara- ara donmalar olurdu amma əhəmiyyət vermirdim. 07.09.2015 ci ildə telefonun touch id hissəsi xarab oldu. İtunes vasitəsi ilə telefonun İOS unu yeniləmək istərkən də telefon açılmadı və err53 problemi çıxardı. Servis xidmətinə apardım telefonumu. 2 həftədir ki, telefonum servisdədir. Bu müddət ərzində mən özüm də araşdırdım və məlum oldu ki, err53 təkcə məndə yaranan problem deyil. Bir çox İphone 6 və İphone 6 plus istifadə edənlərdə dünyanın hər yerində belə bir problem çıxır və bu İphone 6 və 6 plusların deffectidir. Mənə isə zəng edib servisdən deyirlər ki, telefon düzəlmir, yerə düşüb, əyilib və s.Bu problem əldən düşməklə yaranan problem deyil. Məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar. Nə edəcəyimi bilmirəm.((
Cavab: 

Saytımızdakı ərizə  formasına uyun erize yazın və ya 195 (2) telefonu ilə əlaqə saxlayın. 

21.09.2015
Ilahe Quliyeva
Sual: Salam.Zehmet olmasa bizim cox vacib bir sualimizi cavablandirasiz.Bizim menzilden awagidaki menzile hamamdan su damirdi.biz ise usta cagirdiq ve temir etdi.indi ise yeniden awagidaki menzile su damcilayir lambrin oldugu ucun su axmagi bilinmeyib.texminen bir ay olar.indi ise usta oz sehfini ne duzeltmek istiyir ne pulu qaytarmaq haqqinda duwunmur.indi biz ne etmeliyik hara muraciet etmeliyikki usta cavabdehliyini oz uzerine gotursun??
Cavab: 

Usta rəsmi firmanı təmsil edirsə, bizə rəsmi ərizə yazın, həll edək. Əks halda ustanın telefon nömrəsini göstərməklə polisə müraciət edin və ya 195 (2) telefonuna zəng edin. 

18.09.2015
Namiq Hesenov
Sual: Salam.Suallarimiza cavab tapa bildiyimiz ucun size tewekkur edirik.Meni Bineqedi sakini ve bir vetandaw kimi coxdandir ki,yaxinliqda yerlewen "Holluvud"- wadliq evinde ,demek olar ki ,her gun gece 23.00-24.00-radelerinde atilan atewfewanlqdir.Men toy edenlerin sevincine hormetle yanawiram.Ancaq etrafda yawayan sakinleri,uwaq ve xesteleri gece vaxti narahat etmeleri haqda wadliq evinin mudruyyeti ve elecede toy edenler fikirlewmirlermi.Menim sualim beledirki:Gece vaxti atewfewanliq edib sakinleri narahat etmeye onlara qanunla icaze verilirmi.Eger verilmirse bununla eleqadar hara muraciet etmeliyik ki,bunun qarwisi alinsin.Qabaqcadan tewekkur edirem ve bildirmek isteyirem ki ,mohterem prezidentimizde oz cixiwinda defelerle bele tem-teraqli merasimleri tenqid etmiwdir.
Cavab: 

Məsləhət görürəm, Bakı şəhəri İcra Hakimiyyətinə, FHN-ə rəsmi ərizə ilə müraciət edin. 

16.09.2015
pərvanə kazımova
Sual: Salam.Mən bir problemlə üzləşmişəm. İlk olaraq bir sualın cavabını dəqiqləşdirməyi sizdən xahiş edirəm, sonra problemi ərizə formasında təqdim edəcəyəm - SUAL: “Bir işçi 14 saatlıq (10.00-00.00) iş gününü saat 00.15-də başa vurur, növbəti gün isə 08.00-da işə gedərək (yəni, yatmağa cəmi 4 saat vaxt qalır) yenə də 14 saat işləyərsə, o işçinin əmək qabiliyyəti və səhhəti hansı vəziyyətdə olar? Və qanun buna yol verirmi? Təşəkkür edirəm.
Cavab: 

Biz istehlakçı (alıcı) hüquqlarını qoruduğumuz üçün Sizin sualınıza birmənalı cavab verə bilmirik. 195 saylı telefon zəng vurun, məlumat alın.

14.09.2015
Xatire Hesenli
Sual: salam,xais edirem mene komeklik edesinizirsad telecomdan kredite ve qizil qarantiya ile telefon almisdim.hec 2 ay kecmediki su dusduyune gore temire gondermeli oldum.ve oradanda bize bildirdilerki hec narahat olmayin sizin qizil qarantiyaniz varsa biz bu telefonu havayi duzeldecik eger duzelmese eynisinin tezesini verecik.birinci gonderdiler sony-nin sahildeki servisine oradan bize dedilerki 40 azne duzeldirik ama irsadda qarantiyamiz var idi deye ora apardiq ordanda bize bildirdilerki 15 is gunu erzinde duzeldib verecik eger 15 is gununu kecse size kompensasya odeyeceyik.artiq 4ci hefteye kecirki telefonum temirde idi ve nehayet bugun hemin telefonun on kamerasi islemiyen veziyyetde ana platasinin yarsi curumus veziyyetde ozumuze qaytariblarki bu zavadskoy defekt deyil deye size teze telefon verenmerik.mende deyriemki hec olmasa bu telefonu temir edib verin onuda deyirlerki maksimum bu qeder temir ede bildik.indi sizden cox xais edirem men bu veziyyetde ne ede bilerem kreditinde demek olarki 600nu odemisem cemi 250si qalib.ya telefonu geri goturub pulumu qaytarsinlar yada yeni telefon versinler bunlar hec birini elemir soz coxluguna salib veziyyetden cixirlar
Cavab: 

Xahish edirem, saytimizda gosterilen erize formasina uygun erize yazin, imzalayaraq skaner edin, bize gonderin. 

12.09.2015
Xanvər İslamzadə
Sual: Eyyub müəllim salam!Xahiş edirəm mənə kpməklik edəsiniz.7-mkr-n fovarit marketin yaxınlığında yerləşən süd istesalı sexi var.Sex demək olarsa,sex demək olar ki,bərbad vəziyyətdədir.Mən onun istehsalının pis gündə olmasını ona başa saldım ki,bu gündə sexmi olar allahın olsun.Eyyub müəllim xahiş edirəm bir istehlakçı kimi sexə özünüz baxasınız.Malik və Telman adlı rəbərlər mənə hədə qorxu gəldilər və dedilər bizim şefimiz İqtisadiyyat və Sənaye Nazirliyində 3 cü şəxsdir.Xahiş edirik o 3cü şəxsə məlumat verin ki belə biabırçı sexdə istehsal olunan məhsul xalqı zəhərləyir.Çox xahis edirəm tədbir görun.Məhsulların dadından iyi gəlir.İstesal və son tarixlər görünmür.TƏRKİBİ HAQQINDA MƏLUMAT YOXDUR.Ünvan düz göstərilmir.İstesal sahəsi gigenik normalara cavab vermir.
Cavab: 

Hörmətli Xanvər, məlumatınıza görə çox sağ olun. Əgər qorxaq adam deyilsinizsə sexin ünvanını, malın adını və imzanızı qoymaqla  rəsmi ərizə yazın, sizin iştirakınızla araşdıraq və qarşısını alaq. Çəkiniesinizsə malın adını, sexin ünvanını yazmaqla məlumat verin, mümkün olanları edək. 

12.09.2015
Vüqar Şahbazov
Sual: Salam. Bu gün (11.09.2015) mən Yasamal rayonu Haqverdiyev küçəsində yerləşən Favorit Marketdən SAB firmasının istehsalı olan "Camış qatığı"nı almışam. Lakin bu qatığın istehsal tarixi 08.09.2015 və son istifadə tarixi 28.09.2015 olmağına baxmayaraq qatıqdan üfunət iyi gəlir. Mən bu qatığı 5 yaşlı oğluma belə vermişəm. Öz insanlarının sağlamlığını fikirləşməyən bu dırnaqarası firmanın həmin qatığı məndədir... Kimə və hara müraciət edim ki, bu qatıqları bazardan yığışdırsınlar??
Cavab: 

Xahish edirem yazili erize ile muraciet edin. Aldiginiz mali da zehmet olmasa getirin. 

09.09.2015
Amur Həkimov
Sual: Salam. Bilmək istəyirəm,satıcı dükanda kontur oldugu halda,başqa alıcıya satırsa ,mənə ise "var kontur,amma satmiriq" deməsi ne dərəcədə düzgundu?
Cavab: 

Qanuna ziddir. 195(2) telefonu ilə dövlət orqanına məlumat verə bilərsiniz. 

07.09.2015
Sevda Aqayeva
Sual: Eyyub müəllim salam!Sizinlə telefonla danışmışam.Bu gün səhərdən axşama 8 dəfə gəlmişəm qapı bağlı olub əl telefonunuza da zəng etdim.Telefonunuza zəng çatmır.Xahiş edirəm mənim ərizəmi qəbul edib köməklik edəsiniz.
Cavab: 

Salam Sevda xanim, Eyyub müəllim məzuniyyətdədi. 17.08.2015 tarixdə ofisdə olacaq. Ofis isə saat 11I00-dan 15I00-a qədər işləyəcək həmin müddətdə. Xahiş edirik həmin saatlarda gələsiniz və ya əlaqə saxlayasınız. 

29.08.2015
Aybəniz Tağıyeva
Sual: Salam, mən öyrənmək istərdim ki, Binə, Sədərək kimo bazarlarda malların geri qaytarılması mümkündür? Orada malları geri qaytarmırlar, bununla bağlı şikayət etmək qanunidir? Qabaqcadan təşəkkür edirəm.
Cavab: 

Qüsurlu və ya tələbatınızı ödəməyən malı 14 gün müddətində dəyişmək, uyğun mal olmazsa qaytarmaq hüququnuz  vardır. Qeyd etdiyiniz yerlərdə də bu mümkündür. 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21   22    23    24    25    26    27    28    29    30    31    32    33    34  

 “Azad Istehlakçılar” İctimai Birliyi (AİİB)      Bakı AZ. 1010, Azərbaycan, D. Əliyeva  küç.,

İndependent Consumers Union (İCU)              239, m. 51”A”

                                                                           239 Dilara Aliyeva str., № 51, AZ 1010 Baku,

                                                                                           Azerbaijan

AİİB                                                                                            T: +994124498995                                       

                                                                                         T/F: +994124412833

                                                                                                                       M: +994503416225

22 may 2019-cu il.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azad İstehlakçılar" İctimai Birliyi tərəfindən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında  Azərbaycan Respublikası Qanununun tələblərinin fermer təsərrüfatlarında istehsal olunan malların  dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirləri”

layihəsi çərçivəsində  Hacıqabul rayonunun Abdulabad  kəndində 22.05.2019-cu il tarixdə fermerlərə təlim keçirildi. Təlimdə Hacıqabul RİH-nin Abdulabad kəndi üzrə nümayəndəsi  də daxil olmaqla 19 nəfər  iştirak edirdi.

“HACCP (Hazard Analysis and Critical Control Points) prinsipləri ilə ekoloji kənd təsərrüfatı məhsulları istehsalı və “CS 1- Azərbaycan” təcrübəsinin tətbiqi ilə bazara çıxışı”mövzusunda təlimin məqsədi ekoloji təmiz k/t məhsulları istehsalı  üzrə zəruri aqrotexniki tədbirlər barədə kiçik fermer təsərrüfatları sahibkarlarının bilik və bacarıqlarının artırılması ilə onların bazar rəqabətli məhsul istehsal etməklərinə dəstək vermək olmuşdur.

Təlimçi Nizami Musayev qarşılıqlı müzakirə şəraitində fərdi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalı üzrə problemlərini müzakirə etmiş və  onlara ekoloji təmiz kənd təsərrüfatı  məhsulları istehsalı və “Dəyər zənciri” iştirakçıları ilə işgüzar əlaqələr qurmaqla bazar rəqabətliliyinin təmin olunması yollarını izah etmişdir.

Fərdi fermer Əlislam Dostəliyevin  Abdulabad  kənd əhalisinin suvarma suyuna çıxışının olmasına (Kür çayından çəkilmiş kanal) baxmayaraq suyun azlığından sahələrin aqrotexniki qaydalara müvafiq olaraq vaxtında suvarılmasını apara bilmədiklərini söylədi və bildirdi ki, nəticə etibarilə məhsulun həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri çox aşağı olur. Bu da fərdi fermer təsərrüfatlarının inkişafına əngəl yaradır. Təlimçi  Nizami Musayev suvarma suyu təchizatı ilə bağlı əlaqədar təşkilatlara Bələdiyyə və İcra Nümayəndəsi səviyyəsində müraciət etməyi məsləhət bildiyini söylədi, Eyni zamanda yaxın gələcəkdə xidmət təchizatçıları ilə kooperasiya əsasında müqavilə bağlamaqla aqrotexniki tədbirlərə dair problemləri kompleks şəkildə həll etməyin mümkün olacağını vurğuladı.

Çay fasiləsindən sonra layihə eksperti Fərrux Əsgərov təlim iştirakçılarını “CS 1- Azərbaycan” təcrübəsi üzrə məlumatlandırmış, Abdulabad kənd İcra Nümayəndəsi cənab Rövşən Həsənov və digər təlim iştirakçıları Abdulabad və qonşu Kolanı kəndində birlikdə 1200 fərdi fermer təsərrüfatlarında 5000 başadək İri buynuzlu mal-qara mövcud olduğunu və istehsal edilən südün realizasiya olunması çətinliyini bildirdilər. Həmçinin natiqlər tərəvəz istehsalı üzrə ixtisaslaşmış bu kəndlərdə il ərzində istehsal olunan tərəvəz məhsullarını (xüsusilə badımcanı) satmaq üzrə çətinlikləri olduğunu bildirdilər. Ekspert Fərrux Əsgərov fermerlərə Bakı şəhərində tərəvəz topdansatışı bazarları ilə əlaqə saxlamağı tövsiyyə etdi və qeyd edilən  problemləri barədə layihə fəaliyyəti üzrə yekun hesabatda məlumat və çıxış yolları üzrə tövsiyyələr veriləcəyini bildirdi.

Nizami Musayev fermerlərə istehsal edəcəkləri məhsulun ən azından 50%-nin potensial alıcısını müəyyən edərək müqavilə bağladıqdan sonra işə başlamağı və eyni zamanda davamlı bazar araşdırmaları aparmaqla tələbə üyğun olaraq təsərrüfat fəaliyyətlərini tənzimləməyi məsləhət bildi. Layihə heyəti fermerlərə cari təsərrüfat ilini uğurla başa vurmağı arzuladı.

İştirakçılar tərəfindən təlim qiymətləndirildi. Fermerlər yerlərdə analoji təlimlərin mütəmadi keçirilməsinə ehtiyacın olduğunu bildirdilər.

 

daha ətraflı...

"Azad İstehlakçılar"İctimayi Birliyi(AİİB)01.05.2019 tarixdən,Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Ekaloji Təmiz Kənd Təsərrüfatı Haqqqında"AR qanununun tələblərinin fermer təsərrüfatında istehsal olunan  malların dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirlərinin keçirilməsi"layihəsinin icrasına başlayır,Qrantın məbləği 7000 AZN-dir.Layihə çərçıvəsində Hacıqabul,Sabirabad və Saatlı fermerləri ilə yığıncaqlqr keçiriləcək,layihədə nəzərdə tutulan yekun nəticələrin əldə olunması üçün nəzərdə tutulan işlər plan üzrə icra olunacaqdır.Layihənin gedişi və uğurları AİİB-in digər rayon nümayəndəlikləri vasitəsilə interpolyasiya olunacaqdir.İstənilən şəxs layihənin istənilən elementi ilə(O Cümlədən,maliyyənin xərclənməsi ilə)tam şəffaf şəkildə tanış ola bilər.

 
daha ətraflı...

Insanları kor edə bilərlər!Eyni məzmunlu məktubla Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyevə və İqtisad Naziri Şahin Mustafayevə

müraciət etmişik. 

 

                    

                                    Azərbaycan Respublikasının

Səhiyyə Naziri Cənab Oktay Şirəliyevə

 

 

 

 Hörmətli Oktay müəllim,

 

          “Azad İstehlakçılar”İctimayi Birliyinə(AİİB) “Brenner”göz linzalarının şübhəli markalanması ilə bağlı istehlakçı məlumatları daxil olmuş və AİİB tərəfindən malın markalanmasına və mənşəyinə dair araşdırma aparılmışdır. Aşağıdakılar məlum olmuşdur:

 

1.Malın üzərində 2 ştrix-kod vardır:

 1.1 “EAN-13 benəlxalq perefiksinə müvafiq GS1 ştrix-kodu,digəri

 1.2“GS1-128 tələblərinə uyğun.

Hər iki ştrix-kod saxtadır!

Beləki1.1.1-“EAN-13” ştrix-kodu səlahiyyətli təşkilatın xüsusi avadanlıği ilə oxunmuş aşağıdakı nəticələr əldə olunmuşdur(nəticələr bu nəktuba əlavə olunur).

-Ştrix-kodun insan oxuyan hissəsində 400701014056847 yazılsa da skaner oxuyan rəqəm 4607014056847 (Rusiya)-dir.

-GS1 standartına uyğun olan məhsulun üzərində yazılmış ştrix-kodun sonuncu rəqəmi “7” yox “5” olmalıdır!

2. GS1-128 ştrix-kodu skanerlə oxunmamışdır. (01)rəqəmindən sonra məhsulunGTİN adlanan nömrəsi göstərilməlidi,yəni 4007014056845 ədədi olmalıdir. lakin belə deyil!

3. Skaner oxuyan zaman aşkarlanan ştrix-kod(4607014056847) və məhsul üzərində qeyd olunan ştrix-kod(4007014056847) haqqında məlumatlar beynəlxalq GEPİR axtariş sistemində aşkar olunmamişdir.

4. Markalanmada istehsal müəssiəsinin adı və ölkəsi qeyd olunmayıb, içlik vərəqə AZ dilində deyil və malın Almaniyada istehsal olunduğu göstərilir.

5. AR-nın Səhiyyə Nazirliyinin (SN) müvafiq qurumundan  şifahi olaraq çətinliklə aldığımız məlumata görə (hörmətli Mahmud müəllim) “Brenner” linzalarının idxalına SN icazə verilməyib.

 

          Sadalanan faktlar göstərir ki,  İşbazlar saxta linzaları “Brenner” markası altında, Almaniya istehysalı olan linza kimi təqdim edərək,  satışını təşkil etmişlər. 

Bu saxtakarlıq nəticəsində gözün katarakta və digər əməliyyatlarında Almaniya istehalı  və “Brenner” markası altında saxta, mənşəyi bilinməyən  linzalardan istifadə olunmuşdur. Pasinetlər avropa keyfiyyətli linzalar qoyulduğunu düşünsələrdə, nəticədə həkimlər və pasientlər aldanılmış vəziyytdə qalmışlar. Yüzlərlə pasientlərin hüquqları pozulmuş və sağlamlıqları risk altına düşmüşdür.

         Məsələnin insan sağlamlığına təhlükə olduğunu və istehlakçıların hüquqları kobud şəkildə pozulduğunu nəzərə alarar, araşdırma aparılması zərurudir. İctimai təşkilat olaraq biz istehlakçıların hüquqlarının qorunması naminə, saxta  “Brenner” linzalarından istifadə edən klinika və həkimlərin adlarının müəyyən olunmasına və bu sahədə şəffaflıq yaradılmasına çalışacayıq.

        Xahiş edirik qeyd olunan şübhəli mənşəli,  “Brenner” markalı linzaların (göz protezi) istifadəsinin qarşısının alınması üçün lazımi tədbirlər görülməsi haqqında göstəriş verəsiniz.

 

Qoşma: 2 (iki) səhifə.

 

    Hörmətlə,

 

     “Azad İstehlakçılar”

ictimai birliyinin sədri :                       E. M. Hüseynov

daha ətraflı...

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır