İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Noyabr-2018
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (0)
Dunen ziyarətçilər: (0)
Bu gün səhifə baxışı: ()
Dünən səhifə baxışı: ()
Sual-cavab
Sual yaz
08.09.2018
Leyla Ismayilova
Sual: Maxi.az dukanindan mene fen hediyye olunub.Hediyyeni goren kimi sacima uygun olmadigini anladim. 2 gun sonra yaxinlashdim hemin magazaya ki bawga modele deyishmek isteyirem. Pul qaytarmagini istemirem. Nece alinmishdisa cek ile, setkasi ile bele birlikde yaxinlashmishdim. Mene dediler deyishmirik, icaze yoxdu. Gorduler ki cox tekid edirem, dediler gedin filan unvana bizim servise verin, onlar 14 gun erzinde yararli ya yararsiz oldugu barede rey versinler sonra gelersiz. Men de basha dushurem ki onu orda ozleri de yararsiz ede bilerler ya da rey verene geder artig lazimi vaxt da bitecek ve neticesiz qalacagam. Feni sadece qutudan cixarib, duymeni basib, ishlek olduguna baxmag lazim idi. Istehlakciya bele kunasibet ne qeder duzgundur? Men huquqlarimi nece mudafiye edim? Ne edim ki meni eshitsinler?
Cavab: 

Siz və sizin şüpəniz haqlıdır. Ətraflı ərizə yazın imza qoyun kömək edək və ya. 498-15-04 zəng edin  

05.09.2018
Şahin Feyziyev
Sual: Salam.men evime qaz çekdirmek isdeyirem.ancaq icaze yoxdu.men hara müraciyet edim
Cavab: 

Xahiş edirəm Nüsrət Qasımovla əlaqə saxlayın. 050-384-20-21

03.09.2018
Rugiyya Abbasova
Sual: Salam, mən azeriqazla bağlı problemim var.evde olmadığ müddətdə qaz sayğacini söküb aparıblar. Yeni sayğac qoyublar . Ancaq yeni saygacin kartini vermirler. Bizden yeni saygaca gore 200 azn ödəniş teleb edirler. Ve küçədə olan saygaca gore akt tertib edibler kenar müdaxilə aşkar etdikleri barede. 1400 azn cerime deyirler şifahi sekilde. men ne tedbir gore bilerem? Hara müraciət etmek olar bele halda?
Cavab: 

Xahiş edirəm Nüsrət Qasımovla əlaqə saxlayın. 050-384-20-21

01.09.2018
Qedir Suleymanov
Sual: Bir huquqsunasa muqavile ile pul verdim isimizi gormedi. Biznen cox kobud davranirdi ve senedlerimizi geri vermirdi mende bunlari biznen danisarken viedoya cekdim indi onlar mene tezminat mehkemesi acmaq isteyir. Sizce bu elediyim cekilisde cinayet isi var?
Cavab: 

Məsləhət almaq üçün Habil İsgəndorva zəng vurun- 050-314-81-88

28.08.2018
Tehmine Qelenderova
Sual: salam. men internet magazadan qadin geyimi sifariş etdim. əvəzində mənə çox keyfiyyətiz bir geyim göndərdilər. mən pulumu necə geri ala bilərəm. siafriş etdiyim və əldə etdiyim paltar çoox fərqlidi və çox keyfiyyıtsizdir.
Cavab: 

Məsləhət- 498-15-04 telefonu ilə İqtisadiyyat Nazirliyinə şikayət edin.

 

26.08.2018
Hesen Zeynali
Sual: Salam.14 gunu tamam olmayib.kreditle telefon alinib.indi mumkun olar? onu basqa mehsula deyismek ve ya istedyim mehsul yoxdursa geri leğv etmek krediti. hec bir prablemide yoxdu.demek olar istifade olunmayib.bilmek isterdim eger mumkunse MEnden pul tutulacağ mehsulu deyisdikde ve ya krediti leğv etdikde kredite gore elave odenis teleb edilecek 14 gunu tamam olmadiğina gore
Cavab: 

Telefonda hec bir problem yoxdursa siz terefden hec bir xeta yetirilmiybse beli deyisdirile bilersiz ve ya pulunuzu geri ala bilersiniz/

18.08.2018
Aysel Ehmedova
Sual: Salam men kantak homeden 4 ay bundan qabag tel ipone x aldım ılk odenıs 200 ömanat etdı tel 18 aya mene 200 manat faiz geldi ve tel 2 aydan islemir 12 qarantısı var indi hal hazırda ödenşa elemşrem cunki tel islemir kantak homede ne qaytarır nedeki deyısır hetta mene zeng vurub özlerını polis kimi teqdı edırler ki gelıb senın evınen teli aparacıg bu ne derecesı duzgundu??
Cavab: 

Bu böyük məsələdi. Xahiş olunur  Tutarlı ərizə yazasınız və gəib bizə təqdim edəsiniz. 050-341-62-25 nömrəsiylə əlaqə saxlıyarsınılz.

06.08.2018
Gile Qurbanova
Sual: Salam men Mingecevir seheri Su kanal idarəsi içməli sular üzre nasos maşinisti vəzifəsində 9 ildi çalışıram.Şəhərin köhnə su sistemi dəyişib yenisi ilə əvəz olunub.Müdriyyət məni isdən məcburi azad edir məni isdən cixarir.bu vaxt müdriyyət məni işdən çıxartmaga haqqı varmı yoxsa yeni islə təmin etməlidir.Nəzərinizə çatdırımki mnnən qabag dayanan nasosların işçilərini yeni işlə təmin edib.yaşım 55 dir.cox xajiş edirəmki mənə bu məsələdə aydınlıq gətirərdiniz.Ailə başçımı itirməm tək işləyən özüməm.
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyurq. 

04.08.2018
orxan qaniyev
Sual: salam bağşliyin narhat edirem. men ve anam nenemin evinde yaşayiriq atam yoxdur ve ne anamin nede menim adima torpaq sahesi yoxdur amma ki muraciyyet edirem mene torpaq sahesi vermirler hara muraciyyet edim ve ya başqa ne edim mene meslehet verin
Cavab: 

Biz alıcı hüuqularını qoruyurq təəsüfki bu sual bizə aid deyil. 

01.08.2018
Fatime Ibrahimova
Sual: Salam.Men bir sirniyyat evinden sikayet elemek isteyirem.Getdiyim gun mene 3 gun praktika olacaq dediler,sonra beyensek ise gotureceyin deyildi.3 gun sonra senle isleyeceyin dediler ama bir gun daha gel.Getdim.Artiq ise basliyim dedim.Orda Orxan m.var dedi bilmemisem indi isleyen xanimin iyulun 31ne kimi emek muqavilesi var.Sen ayin birinden ise baslayacan.Bugun seher avqystun biri Orxan m.dedi ki sen bugunde axsam gel.Sabahdan basliyarsan.Men wuphelendim getdim magazaya.Orada cixasi olan satici xanimin hecneden xeberi yox imis ve isden hele cixmirmis.Meni aldadiblar orda Orxan m.Nigar x.Sikayet ede bileremmi? men bu insanlar.Duz 1 hefte gedib gelmisem.Maddi menevi ziyan deyib mene
Cavab: 

Siz bu barədə Əmək və sosial müdafia nazirliyinə şikayət edə bilərsiniz. 142 qaynatr xətt

29.07.2018
Nailə Hüseynova
Sual: Salam! Sualım yeni tikililərdə olan mənzillərin alışı. Aprel 2016cı ildə kredit xətti ilə Panorama Park yaşayış kompleksində mənzil əldə etmişəm (təmirsiz). Ümumi sahə 54 kv.m olaraq balkon sahəsidə buna daxildir və müqavilədə buda qeyd olunub. KİVdə məlumat verilib ki,balkon sahəsi ödənişə daxil olmamalıdır. belə halda mən şirkətdən tələb edə bilərəm müqaviləyə dəyişiklik etsinlə əgər bu həqiqətən qanunla tələb edilir? Daha bir sual müqaviləyə daxil edilib ki, bina təhvil verildikdən sonrada Satıçı kommunal xidmət, təhlükəsizlik, təmizlik və s. xidmətlərin qayda və ödənişini özü müəyyən etmək hüququndadır. Bu nə qədər qanuna uyğundur və bu müqaviləni imzalayaraq Alıcının (istehlakçının) hüquqları pozulur?Öncədən təşəkkür edirəm
Cavab: 

Balkon və bəzi digər yerlər sahəyə daxil deyildir. Ətraflı məlumat almaq istəyirsinizsə Qaçay müəllimə zəng vurun. telefon--  050-341-59-17. Müqavilədəki siz qeyd etdiyiniz məsələr normaldır.

26.07.2018
pərvanə kazımova
Sual: Salam. Bu mövzu, bəlkə də sizə aid deyil. Ancaq, heç olmazsa, bir məsləhət vermənizi xahiş edirəm. Hövsan qəsəbəsində bağ evində yaşayırıq. Qonşunun çirkab suları daşıb öz hasarının dibində yığılıb və sahəsi 3-4 kv m. olan gölməçə əmələ gəlib. Külək əsəndə bu çirkab yığınının iyi ətrafa yayılır, ən əsas da bizim həyətə, evə dolur. Dəfələrlə ev sahibiundən xahiş etsəm də, həmişə qulaqardına vurub. Sonra, Suraxanı rayonu üzrə, demək olar ki, bütün aidiyyəti qurumlara müraciət etsəm də, heç bir nəticəsi olmayıb. Bu yaxınlarda Suraxanı İH-nə müraciət etdim. Müraciətim San.Epid. Stan.-ya göndərilib. Oradan gələn qadın isə "Mən Sizin ərizəyə görə gəlmişəm, ancaq mənim heç bir səlahiyyətim yoxdur" kimi çox gülməli bir ifadə işlətdi. Mən isə "Səlahiyyətiniz yoxdursa, nə üçün gəlmisiniz?" deyə soruşdum.Qəribə haldır, deyilmi? Dövlət qulluqçusu vətəndaşın şikayəti əsasında gəlir və deyir ki, mənim heç bir səlahiyyətim yoxdur. Sizcə bu halda, mən, problemi həll etməli olan SƏLAHİYYƏTLİ ŞƏXSİ necə tapa bilərəm? Dövlət idarələrində oturanların səlahiyyəti nəyə çatır? Səlahiyyəti olmayan şəxs hansı xidmətinə görə Dövlət büdcəsindən əməkhaqqı alır?
Cavab: 

Təəsüüfki belə problem geniş yayılıb. Məsləhət görürəm yazılı ərizə ilə Bakı şəhər İcra Hakimiyyətinə və ekologiya Nazirliyinə müraciət edin.

25.07.2018
ismayil esgerzade
Sual: salam eyyyub mellim men qnete uzv oldum sonra oyrendimki burda coxdandi isleyenler var hele verdikleri pulun 2 faizini goturmeybler hec. men bu mehsulu qaytarmaq isteyirem 1500 manat pul vermisem, esidmisemki 14 gun erzinde mehsulu geri qaytarmaq olur. mene nece komek ede bilersiz. sizinle telefon elaqesi saxlamaq isteyirem. ve yaxud facebook adresiniz varsa verin
Cavab: 

telefon 441 28-33 ətraflı ərizə yazın çalışaq kömək edək.

19.07.2018
Natiq Mustafayev
Sual: Salam.1992-ci ilde konullu olaraq Agdam rayonuna 859-li herbi-hisseye getmiwem ve doyuwlerde iwtirak etmiwem.Herbi-hissenin resmi senedi de var.1992-ci ilde ordudan texris olunmuwam.1995-ci ilde mehkumlugum olub.Bilmek isteyirem mene veteran vesiqesi verile biler ?
Cavab: 

Təssüüfki bu sual bizə aid deyil.

18.07.2018
Gulane Məmmədova
Sual: Salam men sizden orgenmek isteyerdim eger mehsulun uzerinde satisa qoyularken azn yazilirsa ve mehsul kredit şerti ile satilanda odenısı bugunkı mezenneye uygun olaraq usd seklınde odemelıdır? Yenı bele bır qanun varmı yoxsa magaza sahıblerının qanunsuz sekılde saxtakarlıgıdımı. Aydınlıq getırım ( 500 azn aldıgım malı kredıt sertı ıle alıramsa muqavılede 1,72 dollar yazılıb ve mezenneye uygun olaraq odenıs odenışır ) yazılırsa bunu normal qebul etmelıyıkmı ?
Cavab: 

Müqavilə şərtlərində satışın dollarla göstərilməsi qanuna uyğun deyildir.

16.07.2018
Adil Qayibov
Sual: Salam. Size bu gunlerde unvanlanmish suali daha da deqiqleshdirmeyiniz xahish edirem. Bir nece il once sizin qurumun rehberinin intervyusunda slavyanka ve badamli sularinin haqqinda o qadar de urekacan sozler soylenmemishdi. Xahish edirem deqiq yoxlamalariniza esaslanan rey veresiniz ki, evlere 20lt balonlarda getirilen sularin en keyfiyyetlisi hansidir. Hansindan ichmek, yemek bishirmek, istifade etmek ucun alaq. Onceden tewekkurumu bildiririem.
Cavab: 

Hörmətli Adil sizə Eyyub Hüseynov cavab verir. 

Təşkilatımız nadir hallarda yaxşı mal haqqında informasiya verir. Təəssüfki hər bir malın o cümlədəndə suların saxta variyantıda vardır. Siz soruşsanız ki, hansı sudan şikayət gəlib yalnız bu barədə cavab verə bilərik. 

15.07.2018
Ali Verdiyev
Sual: Salam. Bu gun terkibine ve keyfiyyetine gore eve dawinan icmeli sulardan hansini tovsiye ederdiniz?
Cavab: 

Suyla baqlı heç bir problem yoxdur heleki. ama keyfiyyet baxımdan mən özüm slavyanka və badamlıdan istifadə edirəm.

13.07.2018
Sevda Cebiyeva
Sual: Salam bilmek isteyirem 5ildi zaksli aileliyem yoldasim cemi 7ay yanimda qalib 3yasinda oglumuz var arada gedib gelib.ozude menden once bosandigi qafinin yanina qayidir2ci usagi olub mene bildirmeyib menim oglumla yasiddi ay ferqleri var buna ragmen yene yalanlarla meni aldatmaga calisib.indi usagimi elimden almaqla ve pulunu verdiyi kiraye evden cixmamizi teleb etmekle meni hedeliyir.men 3yasli oglumla kiraye qaliram.onun buna ixtiyari varmi?oz huquqlarimi bilmek isteyirem.mumkunse tez cavab vererdiz
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88. O, sizə yaxından və təmannasız kömək edəcək.

09.07.2018
Leyla Efendyeva
Sual: Salam.Men heyet evinde yasayiram.Divar qonsum qapi pencere sexi acib.(60 sm mesafe qoymayib, hasarin ustunden tikib obyekti-biz kocmemisden evvel) .Penceresinj de menim heyetime acib.Butun gunu sesden evde oturmaq olmur.Bu duzgundurmu?
Cavab: 

Məsləhət göruürəm icra hakimiyyətinə ərizə ilə müraciət edəsiniz

08.07.2018
Turk Hack Team
Sual: Niyə cavab yazmırsız????.Qaynar xəttdə şikayət edəcəm ki sualıma cavab yazmırlar.
Cavab: 

195 qaynar xetti ordanda 1 müraciət edin

06.07.2018
Zaur Əliyev
Sual: Salam, aşağıda üzləşdiyim problem barədə problemi yaradan "Lady Sharm" geyim mağazasına rəsmi müraciəti diqqətinizə çatdırıram. Təəssüf ki, dəfələrlə şifahi və yazılı müraciətimə baxmayaraq, əlimdə qəbz, paltar isə onlarda olmağına baxmayaraq mənim pulumu geri qaytarmırlar.Xahiş edirəm mənə yardım edəsiniz.Zaur Əliyev.Şikayət!!!Fromzaur.aliyev@anasguesthouse.azToinfo@ladysharm.azDateWed 05:07Contact photoMessage BodySalam.27 iyun tarixində qızım (Əliyeva Nuranə Zaur qızı) Lady Sharmdan (28 MAY mağazası) don almağa gedib, birini bəyənib, amma defekti olub, deyiblər düzəldib ünvana çatdırarıq. 280 (iki yüz səksən) manat ödəniş edib, gəlib evə.Sonra mağazadan həmin donu hardasa 17.00-da göndəriblər və metronun çıxışında yoldaşıma ticari qəbz və kartlarıyla birlikdə təqdim ediblər. Evə gətirib qızım donu geyinəndə aşkar edirik ki, donda keyfiyyət problemləri var -sökülən və üzülən yerləri var. Təqdim etdikləri qəbzdə əlaqə telefon nömrəsi olmadığından mən 28 tezdən aparmışam donu qaytarmağa - onlar isə qəti şəkildə imtina edirlər ki, biz ziyafət paltarların nə dəyişirik, nə də qaytarırıq. Mən də dedim ki, qaytarmırsınız, onda yazılı izahatını təqdim edin - nə səbəbdən. Əvvəlcə kassir Zamiq (050-4575973) adında bir nəfər bir vərəq götürüb izahatlı məktub yazırdı, sonra isə bir qadınla telefonla danışaraq, həmin kağızı cırdı və dedi heç bir şey yazılı təqdim etmirik, geri də qaytarmırıq. Mən dedim səlahiyyətli bir şəxlə görüşdürün, hansı ki, problemi həll etməyə kömək etsin, ondan da imtina etdilər. Yekunda mən donu orda saxlayıb, mağazanı tərk etdim. Sonra mənə kassir zəng edib bildirdi ki, saat 12:00-da sizə marketinq müdiri zəng edəcək.Hardasa günorta birə yaxın həmin marketinq müdiri (Ulya xanım -050-278-03-68) zəng etdi və demək olar ki, eləoğlan dediklərini təkrarladı və üstəlik onu da dedi ki, güya biz (alıcı) tərəfdən paltara dərzi müdaxilə edib. Mən isə bildirdim ki, onu əksinə sizinkilər ediblər.Xülasə, mən xahiş etdim ki, bu məsələ ilə məşğul olsunlar və mənə rəsmi cavab versinlər. Çox təəssüf ki, artıq iyul ayının 4-dü, ancaq mənə hələ də cavab verilməyib.Qeyd edim ki, əvvəla Azərbaycan Respublıikasının qanunlarına əsasən 14 gün ərzində alınan mal-məhsullar qaytarıla bilər.İkincisi, paltar bizə satılanda mağaza tərəfindən vergi qəbzi təqdim edilməyib.Üçüncüsü, "Lady Sharm" mağazası tərəfindən dona dərzi müdaxiləsi olduğu halda, müştərinin (mənim) üzərinə bunu yıxırlar.Dördüncüsü, müştəriylə saymazyana rəftar edirlər.Bütün yuxarıdakıları nəzərə alaraq, sizdən bir daha artıq dərəcədə rica edirəm, bu məsələnin tezliklə həllinə köməklik edəsiniz.Mən hər iki əməkdaşınıza tam səmimi və təfərrüatlı məlumat vermişəm, ticari qəbz və kart məndədirdonu saxlamışam orada - kim də istəsə nümayəndələrinizdən baxa bilər, və mənim qeyd etdiklərimlə həqiqət olduğuna özü şahid ola bilərHər dəfə əməkdaşlarınızla ünsiyyətdə demişəm, indi də demək istəyirəm - şəxsən mən "Lady Sharm" samballı və ciddi brend hesab etmişəm və, ümid edirəm ki, bu xırda məsələni bu dərəcədə qəlizləşdirməyəcəkşÇox inanır və ümid edirəm ki, məni bu məsələylə bağlı digər dövlət orqanlarına müraciət etməyimə gərək qalmayacaq.Hörmətlə,Zaur Əliyev (055-701-6075).
Cavab: 

Ətraflı Ərizə yazın, imza qoyun fləş kartda ərizə formasını bizə gətirin biz düzəlişlər edək sizə kömək edək.

06.07.2018
TurkHack Team
Sual: Salam.İnsanlar artıq xaricdən telefon sifariş edə biləcəylər yoxsa edə bilməyəcəylər?.Yoxsa vergi ödəmək lazım olacaq?.Qanuna görə xaricdən gətirilənin qiyməti 1000 keçmirsə gömrükdə pul ödənməməlidi.Xaiş edirəm cavab yazın.
Cavab: 
05.07.2018
Sabina Babayeva
Sual: salam, Bu gun 28ticaret merkezinden ayaqqabi aldim. Hetta alib almamaqda qerarsiz idim satici ele tesir etdi ki, ozumu almaga mecbur hiss etdim. neyse, mesele bunda deyil. o tip magazalarda çek teqdim olunmur amma vizit kart verdiler mene. daha sonra eve gedende ayaqqabinin renginin ferqli oldugunu yeninki, eslinde istediyim reng olmadiqini gorsum. Yazib ozlerinw bildirdim amma dediler ki, deyise bilerik amma qaytarmaq olmaz. magazada ala bileceyim baska mal yoxdur mwcbur nss ala bilmeremki... hetta daha sonra hec cavab da yazmadilar. bu meselede haqli teref kimdi, mali nece qaytara bilerem? oncdeden teshekkur.
Cavab: 

14 gun erzinde mali qaytarmaq huquqnuz var. Əgər sizə çek verilmiybse bu duzgun deyil . Mal satılan zaman mağaza sizə kassa çeki təqdim eləməlidi. Əgər malı qaytarmasalar gəlib bizə ərizə ilə müraciət edin biz bu məsəsləyə baxaq.

02.07.2018
Fərid Yusifli
Sual: Salam. Atam 18.06.2018 tarixinde baku elektroniksden nokia markalı mobil telefon alıb. 1illik zemanet talonu veribler((gülünc şertlerle) bu şertlere baxsaq zemanete benzer hecbirşey nezere çarpmır sanki yola veribler. Telefon nece xarab ola bilerse ağla gele bilecek ve ya bilmeyecek her şeyi daxil edibler o şerteki "Zemanet talonu qüvveden düşür). Telefonda nemden xarab olub, açılmır. İndi bilmek isteyirem ki sabah 14cü gündür ihtehlakçı hüquqlarına göre 1illik talon esasında men bu malı 14cü gününde qaytara ve ya deyişe bileremmi(telefon nemden xarab olub).?
Cavab: 

beli siz telefonu 14 gün ərzində qaytara bilərsiniz. 

30.06.2018
Natavan Garagasova
Sual: Salam. Texmini 1ay olar men "Podium" geim dukanindan 100m giymetinde paltar almisam. 1 hefte kecmeden paltarda problem yarandi. Dukana apardim oz hesablarina duzeldib verdiler. Indi enede paltar sizulub gedir. Zeng etdim dukana dediler cavad vermeye vaxtimiz yoxdu birinci gun zeng edin. Men o paltari gaytara bilerem ya yox? Ne ede bilerem, zexmat olmasa cavab vererdiz.
Cavab: 

İstehlakçı hüquqlarına görə alınmış malı 14 gün  ərzində qaytara bilərsiniz. əgər malı qaytarmasalar bizə ərizə ilə müraciət edin sizə köməklik göstərək.

26.06.2018
Anar Əsgərov
Sual: Salam.Oktyabr ayında kontakthomeden orginal,yeni adı ile mene satilan "iphone 6" telefonun applenin resmi saytında imei kodh ilə yoxladiqda sonradan yığılma,korpusunun deyisildiyini aşkar etdim.Mesele ile bağlı onlara online müraciət etsemde boyunlarindan ataraq yığılma telefonun imei kod ile anlaşılması mümkünsüzdür dediler.Mesele ile bagli ciddi tədbirlər görülməsini istəyirem.Kontakt home mene yeni bir telefon vermek mecburiyyetinde veya pulumu geri qaytarmaq məcburiyyətindədirmi?
Cavab: 

 təklif -498-15-04/01 dövlət orqanına müraciət edin

2) Bizə ətraflı ərizə yazın və imza qoyun

23.06.2018
Hafiz Şirvanov
Sual: Sualım budur ki Biləsuvarda yerləşən Azercell ə məxsus KN Telekom aldı telefon satış mərkəzindən mobil telefon aldıq 1 il zəmanət verildi 1 il ərzində telefon 3 dəfə servis mərkəzindən göndərildi bildirdilər ki 4cü dəfə problem çıxsa məhsul geri qaytarılacaq hal hazırda problem yaranıb amma heç bir yardım göstərmirlər nə telefonu qaytarırlar nədə ki öfəfiyimiz məbləği geri vermirlər biz nə etməliyik? Xahiş edirdik bizdə kömək edin.
Cavab: 

Təklif - 1) 498-15-04/01 dövlət orqanına müraciət edin

2) Bizə ətraflı ərizə yazın və imza qoyun

3) Təşkilatımızın  Biləsuvar rayon nümayəndəliyinə müraciət edin Eldar 050-627-10-57.

22.06.2018
Gülzar Ehmedova
Sual: Salam men boşanma haqqinda şahadetnameni hardan ala bilerem
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

20.06.2018
Aywen Quliyeva
Sual: Salam bilmek isteyirem ki iw apilasiya mehkemeainde gede gede eger amnistya akti olarsa amniste duwmek olar yoxsa yox xaiw edirem cavablandirasiz.
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

20.06.2018
AFSANA Mammadova
Sual: Birkasi atilmis mali qaytarmaq mumkundurmu paket ve cekler qalir ve bir defe bele geyinilmeyib
Cavab: 

Qanunda Bilkanın açılmaması tələbi var. Lakin Biznes qurum istəsə qaytara bilər.

Sual yaz
 1    2   3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30  

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...

Kontakt-Home"-dan şikayətlər ara vermir. Şikayəti araşdırmaq üçün Rəhbərliklə heç cür əlaqə mümkün deyil!
Nəzərinizə çatdırım bu şikayəti də məcbur olub İqtisadiyyat Naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu Nazirliyin də bir iş görəcəyinə ümüd yoxdur,onlar hamını məhkəməyə yönəldir.
Məhkəmələrdə ki, bildiyiniz kimi....

 
daha ətraflı...

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Şirvan şəhəri kitabxanasında həyata keçirmişdir

daha ətraflı...

Azad İstehlakçılar İctimai Birliyi 2105.2018-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  “Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Sumqayıt şəhərində “Xəzər”ASC-nin akt zalında həyata keçirmişdir.

"Qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində istehlakçıların bilik və bacarıqlarının artırılması"na dair təlimdə 29 nəfər iştirak edirdi.

Təlimin məqsədi Sumqayıt şəhərində yaşayan istehlakçıların, sahibkarların və digər qrup şəxslərin qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində  bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə ilk  çıxış edən  Sumqayıt şəhər İH-nin nümayəndəsi cənab Fərman Kazımov iştirakçıları salamlayaraq, mövzunun aktuallığını qeyd etdi və sözü AİİB-nin sədri cənab Eyyub Hüseynova verdi. Eyyub Hüseynov Azərbaycan Respublikası Prezidentinin istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün zəruri olan bütün addımları atdığını qeyd etdi. Cənab İlham Əliyevin “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılması barədə 10 fevral 2017-ci il tarixli Fərmanının böyük əhəmiyyəti oldugunu ətraflı izah etdi. Daha sonra təlimçilər  Nizami Musayev və Fərrux  Əsgərov “Qida Təhlükəsizliyinin İdarə edilməsi” və “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri” mözuları ətrafında təlimi davam etdirdilər.

İştirakçılardan Abdulov Camal çörək məhsullarının keyfiyyətinə təsir edən əsas amillərin nədən ibarət olduğuna dair sualına təlimçi  Nizami Musayev  əhatəli şəkildə cavab verdi.

İştirakçılar təlimdə aktiv iştirak etməklə, belə tədbirləri davamlı olmasını arzulayaraq, ÖlkəBaşçısına, QHT Şurasına və AİİB-nə təşəkkürlərini bildirdilər.

 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır