İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Yanvar-2019
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (24)
Dunen ziyarətçilər: (179)
Bu gün səhifə baxışı: (439)
Dünən səhifə baxışı: (734)
Sual-cavab
Sual yaz
24.08.2015
NATİQ NAMAZOV
Sual: Salam.çixarışı olmayan yeni tikililərdən mənzil alan zaman, tikinti şirkəti mənzilin əvvəlki sahibi ilə olan müqaviləyə xitam verir və mənzilin yeni alıcısı ilə müqavilə bağlayir. bunun müqabilində isə müəyyən məbləğ tələb edilir (məsələn 1500 azn)rəsmiləşdirmə xidmət haqqi adı altında və heç bir qəbz filan təqdim edilmir. həmin məbləğ ödənilməsə müqavilə bağlamaqdan imtina edir şirkət. bu nə dərəcədə düzgündür və bu haqda hara şikayət etmək olar?
Cavab: 

,eslehet gorurem Iqtisadiyyat ve Senaye Nazirliyinne shikayet edin. Telefon 195(2).

20.08.2015
Ezız Orucov
Sual: Salam men dukandan mal almısam vaxtı kecıb men hara muracıet eleyım bele serefsızlere gore
Cavab: 

Azad İstehlakçılar Birliyinə (AİB) saytımızda göstərilən ərizə formasına uyğun ərizə ilə (imza qoymaqla) müraciət etsəniz, təsir edərik, Sizdən üzr istənilər, mal yığışdırılar, məhv edilər. Dövlət orqanları vasitəsi ilə onlara 1500 AZN cərimə tətbiq olunar. Kassa çekinin mövcudluğu zəruridir. 

19.08.2015
Sona Eliyeva
Sual: salam men 2 il evvel men birinden 2000 manat seleme pul aldim. bunun 1000 manatini tez qaytardim.Qalanini ise 300 manat bir, 300manat bir verdim.birde 2 qizil uzuyum var hemin adamda deyiri 300 manatdir.kecen gunlerde basima dasla vurub. sonra meni mehkemiye verib.size sualim bu mehkeme onun xeyrine olarmi?
Cavab: 

Biz istehlakçı (alıcı) hüququnu qoruyuruq. Məsləhət almaq üçün hüquq firmasına zəng vurun - 012 496 35 20.

19.08.2015
aysel axundov
Sual: saqlam praduk dukaninda kasa aparadi olmasa cerme ala bilerem?dukan baglana biler?
Cavab: 

Bu barədə Vergilər Nazirliyinin 195 (1) qaynar xəttinə zəng vurun, məlumat verin. 

19.08.2015
Mustafa Əfəndiyev
Sual: Eyyub bey salam. Yeqin yadiniza dusdum men Pal dondurmasindan zeherlenmisdim. Siz demisdiz bu barede KİV-e melumat otureceksiz hele internetde rast gelmemisem bu melumata. Bilmke isteyirem ne vaxt oturulecek bu melumat
Cavab: 

1. Sizin şikayətiniz əsasında Səhiyyə Nazirliyinə rəsmi məktub göndərmişik. Ərizənizi əlavə etmişik. Cavab gözləyirik.

2. Bütün şikayət ərizələri KİV üçün açıqdır. Hər gün jurnalistlər ərizələrə baxır., maraqlılarını götürüb dərc edirlər. Hələ ki, bu ərizəni götürən olmayıbdır, yəqin ki, olacaqdır.

P.S Əgər tanış jurnalistiniz varsa, yönəldin bizdən ərizəni götürüb dərc etsin. 

17.08.2015
Məmmd Tağılı
Sual: Eyyub müəllim! Salam Siz xahiş edirik fakti araşdirin.Doğrudur tədbir görün.Yoxsa mənim kimliyimi öyrənibŞirkətin rəhbərliyinə deyəsiz onlar da mənə hücum edə.Xahiş edirəm məlumatı araşdırıb bizi düzgün məlumatlandırın.
Cavab: 

Siz haqlısınız. Baxmayaraq ki, şirkət rəhbərliyi bunu təkzib edir, qiymət artımı mövcuddur. Lakin bu da məlumdur ki, bazar iqtisadiyyatında bu cür malların qiyməti dövlət tərəfindən tənzimlənmir, qiymət sərbəstdir. 

17.08.2015
Anar Hüseynov
Sual: Salam Eyyub müəllim!09.08.2015- ci il tarixdə Azadlıq prospekti 99 ünvanda yerləşən "H2O" kimyavi təmizləmə camaşırxanasına 2 -əd gödəkçə təmizlənməq ücün təhvil vermişdim.üstündən 7 gün keçdikdə ( halbu ki 3 gün ərzində mənə telefona mesaj yazıb bildirməliydilər ki gödəkçələr hazırdır gəl apar)15.08.22015-ci il tarixində özüm getdim ki, gödəkçələri götürüm və mənə gödəkcələri verəndə mən diqqətlə baxdım və gördümki müxtəlif (əvvəlcədən olmayan) yağ ləkəliri , mazut və səirə ləkələr hər iki gödəkçədə mövcüddur,Etirazımı bildirəndə mənə dedilər ki bu ləkələr var idi və biz bu ləkələri təmizliyə bilmirik.Hər iki gödəkcələr bahalı BBREN DÜKANDAN ALINIB və mən bu halda nə tələb edə bilərəm ..
Cavab: 

Ətraflı ərizə yazın, çalışaq kömək edək. 

14.08.2015
Ağaəli Manafov
Sual: Masazır duzu ilə əlaqədar;Əgər bu sizin səlahiyyətinizdə deyilsə məsləhət verin, kimə müraciət edək?
Cavab: 

Siz əlbəttə Səhiyyə Nazirliyinə müraciət etməlisiniz. 

14.08.2015
AQAƏLİ MANAFOV
Sual: HAL -HAZIRDA YODLAŞDIRİLMIŞ XÖRƏK DUZU RESPUBLİKAMİZDA,DAHA DOĞRUSU MASAZİR QƏSƏBƏSİNDƏ İSTEHSAL OLUNUR.BU TƏQDİRƏ LAYİQ FAKTDIR. LAKİN İŞ ONDADIR Kİ, BU DUZA YODDAN ƏLAVƏ İNSAN ÇİMƏNDƏN SONRA ONDAN İFRAZ OLUNAN ÇİRK VƏ CÜRBƏCÜR XƏSTƏ VİRUSLAR DA ƏLAVƏ OLUNUR. MASAZIR GÖLÜN DƏHAL-HAZIRDA BÖYÜK SAYDA CAMAAT ÇİMİR, VANNA QƏBUL EDİR, SONRA O SUDAN DUZ ƏLDƏ EDİB BİZƏ YEDİRDİRLƏR. BUNA İSƏ HEÇ KƏS NƏZARƏT ELƏMİR.SİZİN BUNA GÜCÜNÜZ YETƏRSƏ XAHİŞ EDİRƏM BİR TƏSİR GÖSTƏRİN
Cavab: 

Sizin mesajınız duz zavodunun rəhbərliyinə çatdırıldı. Təşkilatımızın eksperti əraziyə baxış keçirdi, məlum oldu ki, hasarlanmış ərazidə polis nəzarəti var və bu ərazidə çimmək qadağandır, heç kim çimmir. Lakin Binəqədi -Novxanı yolunun sol tərəfində duz gölündə çimmək var. Burdan yığılan duzlar verilən məlumata görə zavoda aparılsa da yalnlız texniki məqsədlər üçün (yola səpmək, dəri aşılamaq, neft quyuları və s.) istifadə olunur. 

13.08.2015
Məlahət Kazımova
Sual: Eyyub müəllim Sizin saytınızı diqqətlə izləyitəm.Siz istehlakçıa tam dolğun cavab verirsiniz.Ancaq sözün düzü Dövlət orqanlari heç istehlakçı ilı danışmaq da istəmirlər.Nə üçün vəziyyət bu həddə çatıb.Şikayəti qəbul etmirlər.Sadəçə səbəbini bilmək istəyirəv.
Cavab: 

Çox təəssüf ki, Hörmətli Prezidentimizin etibar edib vəzifə verdiyi insanlar dövləti də, ordunu da, məmuru da, biznesi də saxlayan və mövcud edən İstehlakçıya biganəlik göstərirlər. Düşünürəm ki, Sizin bu mesajınız biganələri yuxudan ayıldar. Lakin təşkilatımızın bütün dövlət orqanlarına göndərdiyi rəsmi məktublar cavabsız qalmır. 

13.08.2015
Məmməd Tağılı
Sual: Salam Eyyub müəllim! Xahiş edirəm mətanət-a sirkətinin özbaşnalığına son qoyulması üçün ciddi tədbirlər görəsiniz.Şirkətin istehsal etdiyi məhsulların qiyməti 40 faiz artıb,özüdə 28.02.2015-ci il taixdən.Heç kim buna əhəmiyyət vermir.Hamı ərzağin üzərinə düşüb.Nə üçün Mətanət-Aşirkətinin adı heç bir yerdə çəkilmir.Qiymət artımına bir misal sirkətin istehsal etdiyi 25 kq emusiya əvvəl 36 azn idisə indi 47 azn-dir.Qalan Şirkətin bütün məhsulların qiymət artımı da bu qaydadadır.Gərək kimsə şikayət edə.Mən İqtisadi İnkisaf Nazirliyinin qaynar telefon xəttinə zəng edib bu məlumatı onlara da dedim.Ancaq onlar sualıma cava verə bilmədilər.Deyirlər ki,ölkədə qiymət artımı yoxdur.Çox gülməlidir ki,dövlətin bu işlə məşğul olan orqanı nə üçün Mətanət-A şirkətindən qorxmalıdır.Xaricdən gələn məhsul deyil ki,daxili istehsaldır.Nə üçün qiymət belə kəskin şəkildə artmalıdir.Xahiş edirəm bazarda olan Mətanət-A şirkətinin mallarinin qiymət artımını təhlil edib məıtubata geniş məlumat verəsiniz.Əvvəlcədən təşəkkür edirik.
Cavab: 

Bu məsələ ilə bağlı şirkətin rəhbərliyi ilə danışdıq. Fikirlərinizi tam təkzib etdi. Lakin təşkilatımız qiymət monitorinqi aparacaq, qısa zamanda məsələyə aydınlıq gətirəcəyik. Sizdən isə ünvan göstərilməklə rəsmi ərizə verməyiniz (ünvan, telefon və imzanız olmaqla) xahiş olunur. 

12.08.2015
Mustafa Əfəndiyev
Sual: Salam Eyyub bey. Menim bir sikayetim var. Men hemise Pal firmasinin mehsullarini alirdim ayranlarini sudunu hamiya da meslehet gorurdum nece illerdi dondurmalarini da hevesle alirdim. Dunen 28 Mall-da yerlesen Bazarstore marketler sebekesinden Pal firmaisnin Pallegria dondurmasini aldim ve eve 1-2 saatdan sonra halim keskin pislesdi. Eve geldim yemek yeye bilmedim sonradan qarin agri qusma baslandi. Bugun birteher ozume gelmisem. İsteyirem bu Palsud firmasi haqqinda bir yoxlama keciresiz ve ya metbuata aciqlama verende deyesiz ki, Palin dondurmasindan zeherlenenler olub.
Cavab: 

Yazılı ərizəniz daxil olmuşdur. Sizin iştirakınızla firmanın hüquqşünası Musa müəllimlə danışıb məsələyə aydınlıq gətirmək istəsək də, onlar insanların zəhərlənməsinə tam biganəlik nümayiş etdirdilər. Ərizəniz mütləq dövlət orqanlarına təqdim olunacaqqdır. 

09.08.2015
elvin memmedov
Sual: Salam men üzümçilik teserfatiile mesqul oluram celilabad rayon icra hakimiyeti ğgelib uzum sahemi 60sotun zemt etdi xeberdarliq etdki 66sotuda bosaldunbiz hara sikaet edecekimizde bilmirik icra hakimi deyirki buralar menimdi elizdeki senetler bos seydi buranin sahibi özumem sikaet etseniz tuturacam sizi bununla baqli xais edrem bize yol görsedin
Cavab: 

Təəssüf ki, şikayətiniz istehlakçı hüququ ilə bağlı olmadığı üçün bizə aid deyildir. Lakin əmlak hüququnuzun qorunması üçün əgər haqlısınızsa, məhkəməyə müraciət edin, dövlət orqanalrına ərizə ilə müraciət edin. Düşünürəm ki, ədalət bərpa olunar. 

08.08.2015
Lala Torop
Sual: Salam. Iki hefte once Fresco Supermarket (Nizami kuc 203B yerləşən) odeniş zamani menim kartimdan eyni məbləğı 2 dəfə yoxlayıb mənə dedilər ki kartda vəsayit yoxduç lakin olmalı idi. İkinci kartımı verdim ki ödəyım,ödənışdən sonra mənə sms gəldi ki o iki dəfə artıg cixilib. Fresconun Administrasiyasi uzr isteyibç dedi ki bu sehfen iki dəfə cixan məbləg mənə gaytarilacag. Lazim olan bütün sənədləri və bankımdan çıxarışı onların mühasibatlıgına vermışəm. 3 günə gaytarmalı idilər, amma indi nə zənglərə cavab verirler nə də ki magazada administratElnur atır muhasibatlıgın ustune. Pulum ise qayıtmayıb. Zehmet olmasa komek ederdiz.Cox sagolun,Lala
Cavab: 

Xahiş edirəm ətraflı ərizə yazın, imza qoyun, həll edək. 

07.08.2015
Cavid Quliyev
Sual: Salam,narahat etdiyimçün bağışlayın.Biz VipBrands adlı online shopping saytindan sifariş ederek Wordcard la ödeniş etmişik,lakin pullar kartdan çixarilsa da mallar çatdirilmir...Araşdirma apardiqda melum oldu ki,bizimle eyni veziyyetde aldadılanlarvar.Ne mallarimiz elimize gelir ne de pulumuz geriqaytarilir...Men bildiyime gore bu qanunla idare edilir ve 2001 ci ilden quvveye minen internetle alqı-satqı zamanı istehlakçinin qanunlari qoruyan madde var.Biz huquqlarimizi nece berqerar ede bilerik,pulumuzun geri qaytarilmasini teleb etmekle...Önceden sonsuz teşekkurler.
Cavab: 

Rica edirəm satışın Bakı nümayəndəliyi varsa ünvanını, telefonunu yazmaqla saytımızda göstərilən ərizə formasına uyğun ərizə yazın, kömək etməyə çalışarıq. 

07.08.2015
Xəyalə Əliyeva
Sual: Xahiş edirik düzgün cavablandırın.ULDUZ sokalad fabrikinin istehsal etdiyi məhsullar həqiqətənmı keyfiyyətlidir.Sübhə ondadır ki keyfiyyətli mal reklam etməyə ehtiyac yoxdur.Ulduz fabriki hər gun öz məhsullarını reklam edir.Reklam etmək üçün böyük məbləğlər istifadə edilir.
Cavab: 

Azad İstehlakçılar Birliyi (AİB) Ulduz fabrikinə \"Qida Təhlükəsizliyi nişanı\"nı şamil etmişdir. Bu fabrikin mallarından şikayətlər yox səviyyəsindədir. Reklamın geniş edilməsi düşünürəm ki, müəssisənin satışı artırmaq istəyi ilə bərabər sosial məsuliyyətindən irəli gəlir. Bildiyiniz kimi milli medianı da mövcud etmək lazımdır. 

07.08.2015
Kamala Qədirova
Sual: Eyyub müəllim salam!Siz həmişə istehlakçılara kömək etmisiniz.İndi problemlər artıb.Bütün mağazalardan pal-paltar alan zaman qeyri ağıla gəlməz mənzərə ilə rastlaşırıq.Hansı malı almaq istəyəndə onun üç variantına rast gəımək olur.Saxta ,bir az keyfiyyətli bə original mallar.Bəs bir mağazada belə mallar niyə satırsınız deyəndə , satıcı kim hansını istəsə onu da alır,ibinə uyğun deyə cavab verir.Biz İqtisadi İnkisaf Nazirliyinə dəfələrlə qaynar xətt vasitəsi ilə müraciət etmişik ancaq heç bir nəticə olmayıb.Xahiş edirik bu haqda tədbir görəsiniz.
Cavab: 

Hormetli Kamala xanim, azad bazar iqtisadiyyati seraitinde \"ticaret haqqinda qanun\" olmadigi, istehlakci huquqlarinin zeif qorundugu, musteqil ekspertizanin movcud seraitinde bu cur ticareti qanunlarimiz qadaga etmir. Alicilar bu cur mallara teleb yaradir, ona gore de teklif meydana cixir. Efsus ki, bazarda saxta dermanlar, avtomobil hisseleri ve s. de vardir. Mumkun olani edirik. Konkret erize ile muraciet etseniz, praktik netice elde etmek olar. Teklif edirem gelin bizim teskilata ve bir yerde tohvenizi verin. 

07.08.2015
Ferqane Ezizova
Sual: Baki meropoliteni sernisinler ucuc gedis kartini deyisir.Heresi 2 azn dir.Gorun ne qeder istehlakcidan pul yiqilr.Xahis edirik ciddi mubarize aparin.
Cavab: 

Hormetli Ferqane xanim, melumat verilib ki, 08.08.2015-15.08.2015 tarixe qeder kartlar sadece olaraq deyisdirilir. Sonra yeqin ki, satilacaq.Elbette, bu ehaliden pul  soyulmasi kompaniyasidir. Ne mumkundurse tesir edeceyik. 

05.08.2015
MAHİR CAMALOV
Sual: BAKI KƏNDLƏRİNDƏKİ MAĞAZALAR DEMƏK OLAR Kİ 90% VAXTI KEÇMİŞ ƏRZAQ MALLARI SATIR.hEÇ KİM MAĞAZADAN ŞİKAYƏT EDƏ BİLMİR ÇÜNKİ KƏND ƏHALİSİ NİSYƏ DƏFTƏRİ İLƏ MAL ALIR.BORCU OLDUĞU ÜÇÜN DANIŞA BİLMİR.BU HAQDA MƏTBUAT VASİTƏSİ İLƏ BÜTÜN NEQATİV HALLARI UZƏ ÇIXARA BİLƏRSİNİZ.XAHİŞ EDİRİK BELƏ MAĞAZALARI İFŞA EDƏSİNİZ.
Cavab: 

Bu cur situasiya barede men defelerle KİV-de cixishlar etmishem. Dovlet orqanlarina melumat vermishem. Konkret unvanlar ve malların adı gosterilmekle AİB-e muraciet etseniz Sizin ishtirakinizla meseleni hell etmek olar. 

05.08.2015
Tehran Əlişov
Sual: Salam Eyyub m.Sualım Sizədir.Nə ücun ölkəmizdə istehsal olunan Dondurmalarin 90 faizi xarici adlarla məhşurdur.Müstəqil dövlətin istehsalçıları nə üçün belə işlərlə məşğuldur.Dövlət orqanlari isə susur.Bəs onlar həmin məhsullara sertifikat verir.Bazarda dondurmadan başqa məhsullar da çoxdur.Məsələn peçenyelər,vaflilər,konfetlər,şokaladar.Biskivitlər,marmalatlar və sairə kimi məhsullar.yuyucu maddələ isə daha acınacaqlı vəziyyətdədir.İnsanlar ciddi xəstəliklərə dqçar olacaq.Xahiş edirəm bu sahədə ciddi problemlərin olmasını nəzərə alıb mübarizə aparasınız,cünki, biz sizə həqiqətən də inanırıq.Dövlət orqanları nəyə sertifikat verdiklərini düşünürlərmi.Əvvəlcədən təsəkkür edirik.
Cavab: 

İnamınıza görə çox sağ olun. Bugünki Yeni Müsavat qəzetində sularla bağlı mənim fikrim dərc olunmuşdur. Mümkün olsa baxın. Nəzərə alın ki, AİB ictimai təşkilatdır. Burda könüllülər çalışır, epizodik çalışır. Daimi mütəxəssislərimiz yoxdur. Nə bacarırıq onu edirik. Buyurun gəlin, qapılarımız üzünüzə açıqdır. Kömək edin, istehlakçıların xeyrinə mümkün olanları edək. Əlbəttə, mən istərəm ki, dünyada brendlər Azərbaycan adı ilə tanınsın. Lakin qanunlarımız malların mövcud qaydada markalanmasını qadağa etmir. 

04.08.2015
Nərgiz Paşa
Sual: SLAM HÖRMƏTLİ EYYUB BƏY. MƏN AZƏRSU ASC-NİN ƏDALƏTSİZ VƏ QEYRİ-QANUNİ QƏRARI HAQDA SİZƏ EMAİL YAZMIŞAM. MƏN YUXARIDA GÖSTƏRİLƏN ÜNVANDA 2007-Cİ İLDƏN BƏRİ TƏK QEYDİYYATDAYAM VƏ AİLƏ TƏRKİBİM DƏ BİR NƏFƏRDƏN İBARƏTDİR. MƏNZİLİMDƏ SAYÖAC QURAŞDIRILA BİLMƏDİYİNDƏN SU-KANALİZASİYA XİDMƏTLƏRİNƏ ÖDƏNİŞİ İLLİK ABUNƏ HAQQI ŞƏKLİNDƏ ÖDƏMİŞƏM. 2015-Cİ İLDƏ İSƏ AZƏRSU MƏNDƏN 2014-CÜ İLİN İYUL AYINDA NAZİRLƏR KABİNETİNİN QƏRARINA GÖRƏ MƏNDƏN 4 NƏFƏRİN PULUNU İSTƏYİR. MƏN ONLARA ARAYIŞ TƏQDİM ETMƏYİM BARƏDƏ MƏNƏ NƏ YAZILI, NƏ DƏ ŞİFAHİ XƏBƏRDARLIQ EDİLMƏDİYİMİ BİLDİRDİKDƏ, MƏNƏ BU QƏRARI BİLMƏLİ OLDUĞÖUMU SÖYLƏDİLƏR. AXI BU QƏRAR BARƏDƏ ABUNƏÇİLƏRİ XƏBƏRDAR ETMƏK AZƏRSU NƏZARƏTÇİLƏRİNİN BİURBAŞA VƏZİFƏSİDİR. MƏN BU ÜNVANDA 2007-Cİ İLDƏN TƏK QEYDİYYATDA OLDUÖĞUM VƏ AİLƏ TƏRKİBİMİN 1 NƏFƏRDƏN İBARƏT OLDUĞUNU TƏSDİQ EDƏN ARAYIŞ TƏQDİM ETSƏM DƏ, AZƏRSU MƏNƏ YENƏ BORC YAZIR. MƏNƏ . ZƏHMƏT OLMAZSA, MƏSLƏHƏT VERİN.
Cavab: 

Hormetli Nargiz xanim, sayt;m;zdaki erize formasina uygun erize yazin. Kodunuzu erizede qeyd edin, tarixleri yazin. Etrafli yazin, imza qoyun. Chalishaq komek edek. 

03.08.2015
Feyzi Aşurov
Sual: Sizin cavabınız məni qane etmədi.cünki bir mənalı şəkildə yerli istesal və məhsulun adları Azərbaycan dilində markalanmalıdır.Söhbət Şirin firmasının istehsal etdiyi məhsullardan gedir.Siz firmanın tərəfini saxlayırsız.Təşəkkür edirəm.
Cavab: 

Fikirlərinizi firmaya çatdırmışıq. Suallarınız və iradlarınız saytımızda saxlanılır, ictimaiyyət fikirlərimizlə tanış olur. 

02.08.2015
Ayaz Mehdiyev
Sual: Salam, Zehmet olmasa sualima cavab vererdiniz, onceden ayirdiginiz vaxt uchun teshekkurler,Azərbaycan Respublikasının Cinayət Məcəlləsi • Maddə 200 (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma)bu haqda etrafli melumat almaq isterdim , yeni bu madde nece tedbiq olunur? kimlere muraciet etmeli ve ya hansi merhelelerden kechmeli.qeyd edimki meni ve dostlarimi bir restoranda xeyli miqdarda pulla aldadiblar, maddeni oxumusham sadece olaraq nece tedbiq olunur onu sorushuram,Teshekkurler!.
Cavab: 

A) Ərizə ilə təşkilatımıza müraciət etsəniz, məktub yazıb, ərizənizi müvafiq dövlət qurumlarına təqdim edərik, tədbir görülə bilər. 

B) 195 (2) telefonun azəng edin, şikayətinizi bildirin. 

01.08.2015
Gularä Novruzova
Sual: Axaminiz xeyr salam bu gun qizim ucun daftar aldim ucuz olsun deya getdim Sadaraya orda oyal adiynan daftar aldim amma goruram farq var mana ela galir bu oyal deyil xahi ediram bu baradä malumat verasiz va ya ora reyd kecirasiz va onu qaytarmaq olar cox saq olun bu badan
Cavab: 

Buyurun ərizə ilə müraciət edin, həll edək. 

31.07.2015
Dəyanət Ağayev
Sual: Eyyub müəllim, siz Azərbaycanı inkişaf etmiş ölkə olmağa aparan yolda buna ürəkdən can atan az sayda insanlardan birisiniz. Bu xüsusiyyətinizə görə sizə təşəkkür edirəm. Təəssüf ki, cənab prezidentin ciddi-cəhdlə gecə-gündüz ölkəmizin inkişafına çalışması, həm dövlətin, həm də ümumilikdə xalqın rifahına çalışması bir çox sahələrdə bir çox işçilər tərəfindən bu inkişafı kölgədə qoymaq məqsədi daşıyır, qanun pozuntularının, xüsusən rüşvətin ölkədə adi və normal hal kimi baxılmasına gətirib çıxarır.Sizin təşkilatın könüllülər üçün vəsiqəsi varmı ki, bunu sizdən əldə etməklə qanun pozuntularına qarşı vasitə kimi yerindəcə tətbiq edək? Mənə sizinlə işləyib sizdən maaş yaxud pul almaq lazım deyil, qanunu tələb etmək etmək üçün sizin təşkilat adından xəbərdarlıq etmək lazımdır.Bu barədə xahiş edirəm məlumat verəsiniz.
Cavab: 

Hörmətli Dəyanət müəllim, səmimi və vətənpərvər fikirləriniz üçün Sizə təşəkkürümü bildirirəm. Təşkilatın çoxminli sayda üzvləri vardır. Anketimizi dolduran şəxs üzv olur. Əfsuslar olsun ki, 15 il bundan qabaq üzlük biletindən sui-istifadə ilə bağlı problemlər yaşamışıq. Hazırda təşkilatımızın üzvü konkret bir komissiyada təmsil olunub, fəal iş aparmağa kömək edərsə, onlara üzvlük vəsiqəsi verilir. Buyurun gəlin. 

30.07.2015
Balaəmi Aydınov
Sual: Eyyub müəllim salam!Ərzaqdan başqa bütün məhsulların qiyməti kəskin şəkildə artıb.Bununla bağlı mətbuata heç bir məluat verilmir.Xahiş edirəm bu haqda araşdırma aparıb Dövlətə məlumat verəsiniz.
Cavab: 

Hörmətli Balaəmi müəllim, mən elə bu gün Şərq qəzetində bu barədə dövlətə məlumat vermişəm. Nə etmək lazımdır onu da demişəm. Gəlin ictimai təşkilatda birıləşin və cəmiyyətə töhvə verin. 

30.07.2015
Feyzi Aşurov
Sual: Siz Şirin firmasını çox tərifləyirsiniz.120 ölkədə təbliğ edirsiniz.Amma konfet və şokaladların üzərində Azərbaycan dilində bir söz də tapmaq çətindir.Məhsulların uzərində xarici dillərdə yazılar mövcuddur.Xahiş edirik bu kimi acınacaqlı vəziyyətə aydılıq gətirəsiniz.Nə üçün milli dildə istehsal olunmur.Siz ölkəmizdə istehsal olunan xarici dildə markalanmış məhssulları xaricdə təbliğ edirsiniz.
Cavab: 

Şirin fabrikinin istehsal etdiyi konfetlərin ayrı-ayrı çeşidlərinin adları brend olaraq dövlət qeydiyyatına alınmışdır. Mövcud standarlara görə hər ədəd konfetin bükmə kağızında tərkibi barədə məlumatın yazılması tələbi yoxdur.. Ümumiyyətlə ölkəmizdə\"istehlakçı üçün məlumat stadartı\" yoxdur. Qeyd etdiyiniz konfetlərin hər ədədinin üstündə Azərbaycan dilində buraxılma ünvanları vardır. Hesab edirik ki, bu konfetlər dünya bazarına çıxa bilər. Sizinlə həmfikirəm ki, yaxşı olar ki, özəl olaraq Azərbaycan adları işlənsin. Məsələn, onların \"7 gözəl\" adı kimi. 

30.07.2015
Malik qasimov
Sual: Eyyub m.Sizin cavabınız məni və ailəmi qane etmədi.Siz içtimai nəzarəti həyata keçirirsiniz.TV-də yaxşı çıxışlar edirsiniz.Lakin indi susursunuz.
Cavab: 

Hörmətli Malik müəllim, qeyd etdiyiniz mövzu ilə bağlı mən 29.07.2015 tarixdə Space TV-nin xəbərlər bölməsində, bu gün 30.07.2015 tarixdə mövqe.az saytında və digər KİV-də çıxışlar edirəm. Bütün bu işləri mən və könüllülərimiz təmənnasız yerinə yetirir. Buyurun gəlin Siz də töhvə verinç xalqımız maariflənsin. Qapımız hər zaman Sizin və yaxınlarınızın üzünə açıqdır.   

29.07.2015
intiqam huseynov
Sual: salam eyyub muellim men 2015ci il12 yanvar qnet sebekeden mal aldim ve qnete qosuldum bu gune kimi mal gelmeyib men sirketin meni ora celb edenlere maldan imtina etdiyimi ve pulumu geri qaytarmalarini teleb edirem bunun mumkun olmadigini deyirler.qeyd edim ki mal guya 3-90 gun erzinde gelmeli idi .xahis edirem mene 1komek edesiniz men ne edim ki pulumu geri ala bilim1740 manat az pul deyil.sag olun
Cavab: 

Hormetli İntiqam muellim, TC kodunuz gosterilmekle mene komputerde çap olunuş ətraflı ərizə yazın. Ş/V-nin surətini və TC kodun surətini əlavə edin. Çalışım həll edim. Ofisimizə gəlsəniz Sizi lazımi adamla görüşdürərərm. 

29.07.2015
Dadaş Qəribov
Sual: Eyyub m.Salam!Mağazada satilan dovğaların əksəriyyəti belə güclü istidə ev səraitində 2 gün qıcqırmır.Dovğanın tərkibinə nə qatildığni necə araşdırmaq olar.Ümid yerimiz sizsiniz.Təşəkkür edirəm.
Cavab: 

Siz haqlısınız. Belə dovğadan imtina etmək lazımdır. Tərkibini araşdırmaq Azərbaycan şəraitində çox müşkül məsələdir. Konkret mal adı göstərməklə ərizəniz daxil olarsa Sizinlə birlikdə müəyyən cəhətlər etmək olar. 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19   20    21    22    23    24    25    26    27    28    29    30    31  

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...

Kontakt-Home"-dan şikayətlər ara vermir. Şikayəti araşdırmaq üçün Rəhbərliklə heç cür əlaqə mümkün deyil!
Nəzərinizə çatdırım bu şikayəti də məcbur olub İqtisadiyyat Naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu Nazirliyin də bir iş görəcəyinə ümüd yoxdur,onlar hamını məhkəməyə yönəldir.
Məhkəmələrdə ki, bildiyiniz kimi....

 
daha ətraflı...

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Şirvan şəhəri kitabxanasında həyata keçirmişdir

daha ətraflı...

Azad İstehlakçılar İctimai Birliyi 2105.2018-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  “Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Sumqayıt şəhərində “Xəzər”ASC-nin akt zalında həyata keçirmişdir.

"Qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində istehlakçıların bilik və bacarıqlarının artırılması"na dair təlimdə 29 nəfər iştirak edirdi.

Təlimin məqsədi Sumqayıt şəhərində yaşayan istehlakçıların, sahibkarların və digər qrup şəxslərin qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində  bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə ilk  çıxış edən  Sumqayıt şəhər İH-nin nümayəndəsi cənab Fərman Kazımov iştirakçıları salamlayaraq, mövzunun aktuallığını qeyd etdi və sözü AİİB-nin sədri cənab Eyyub Hüseynova verdi. Eyyub Hüseynov Azərbaycan Respublikası Prezidentinin istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün zəruri olan bütün addımları atdığını qeyd etdi. Cənab İlham Əliyevin “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılması barədə 10 fevral 2017-ci il tarixli Fərmanının böyük əhəmiyyəti oldugunu ətraflı izah etdi. Daha sonra təlimçilər  Nizami Musayev və Fərrux  Əsgərov “Qida Təhlükəsizliyinin İdarə edilməsi” və “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri” mözuları ətrafında təlimi davam etdirdilər.

İştirakçılardan Abdulov Camal çörək məhsullarının keyfiyyətinə təsir edən əsas amillərin nədən ibarət olduğuna dair sualına təlimçi  Nizami Musayev  əhatəli şəkildə cavab verdi.

İştirakçılar təlimdə aktiv iştirak etməklə, belə tədbirləri davamlı olmasını arzulayaraq, ÖlkəBaşçısına, QHT Şurasına və AİİB-nə təşəkkürlərini bildirdilər.

 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır