İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Sentyabr-2020
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (11)
Dunen ziyarətçilər: (194)
Bu gün səhifə baxışı: (87)
Dünən səhifə baxışı: (755)
Sual-cavab
Sual yaz
13.06.2017
Elvin Süleymanov
Sual: Salam. Gününüz uğurlu olsun. Zəhmət olmasa mənə halal sertifikatı almış firmaların və restoranların adlarını qeyd edərdiniz. Öncədən təşəkkür edirəm.
Cavab: 

Halal sertifikatı almış restoran yoxdur.Bir neçə ət istehsalı firması  halal sertifikat almışdır,\"Sevimli Dad\",\"Payım\", \"Sab\" və s.

 

11.06.2017
Mecid Behmenov
Sual: Salam mene qaz sayagacinin dovlet rusumunun qiymeti lazimdir
Cavab: 

Fiziki şəxslər üçün pulsuzdur,Hüquqi şəxslər üçün isə texniki şərtlər əsasında müəyyən olunur.

08.06.2017
Nurane Abbasova
Sual: Salam menim Adim Nurenedi 26yawim var ayleliyem 2oglum var yoldawimin ayagini uwagligda kesici alet kesdiyi ucun esger getmeyib hecbir yerde iwlemir boyuk oglum ixdioz xesdeliyi var yoldawimin qazanci ona gedir bizim tek prablemimiz evimiz torpagimiz yixdu ele veziyetdeyiyki olkeni terk etmey isdiry bize bir yol gosderin bize bir meslehet verin noolar cox xaiw edirem.sizden
Cavab: 

Bildiyiniz kimi biz alıcı hüquqlarını qoruyuruq ,əfsus ki bu məsələdə mən Sizə heç bir məsləhət verə bilmirəm.

Nəzərə alın ki ,vaxtında yaxşı oxumaq lazım idi,təmbəl adama dünyanın heç yerində rahat iş yoxdur.

06.06.2017
Fikrət Dadaşov
Sual: Salam hər vaxtınız xeyir.Yataqxanada yaşayırıq.3 ailəyə ailəyə 4 kv.metr mətbəximiz var.3 ailəyə məxsus 3 ədəd qaz sayqacını bu mətbəxtdə yerləşdiriblər.Burda 3 sayqac və 3 ədəd 4 gözlü qaz pilitəsi burda yerləşir.Bu da bizim həddən artıq çətin olan şəraitimizi bir az daçətinləşdirib.Dəfələrlə əlaqədar təşkilatlara müraciət etmişik.Yazılı surətdəAzəriqazın Baş direktoruna müraciət etmişik ki,qaz sayqaclarını bayıra çıxarsınlar.Axırıncı dəfə18.10.2016- da müraciət etmişik.Bizə kömək edən tapılmır.Sizdən 3 ailənin 13 üzvi adından xahiş edirik bizə kömək edəsiniz.Həyatımız təhlükədədir.Hörmətlə 2 qrup Qarabaq əlili Dadaşov Fikrət İdris oölu. 06.06.2017.Qabaqcadan təşəkkür edirik və sizə inanırıq
Cavab: 

Məsləhət : 498 15 04/ 01 telefonu ilə İqtisadiyyat Nazilriyinə zəng vurun şikayətinizi bildirin.Sizə kömək etmək istərdim ,lakin bu məsələ bizə aid deyildir.

06.06.2017
Ruslan Cəlilov
Sual: Salam.Mən M.Xiyabani 4 ünvanında yaşayıram.Bu binada günün düz vaxtında belə su verimində problemdir.Halbuki Azersu Baş İdarəsi 300 metrlikdədir.Gün ərzində səhər 3 saat, axşam 3 saat su ilə təchiz edilirik.Amma bu təchizatda belə ciddi problemlər var.Çox özbaşınalıqdı bu Yasamal Su Qovşağında...Bu gün saat 18.00 da su verilməli idi, lakin saat 21.13 dü su yoxdur.3 gündən bir bu cür problemdir.Zəng edən də isə xəttə təzyiq problemi var deyilir.Ümumilikdə götürsək gün ərzində 3 saat su ilə təchiz edilmirik.Ele bir qurum var görəsən buna nəzarət eləsin?Yoxsa gedek başqa ölkələrin səfirliyinə yazaq kömək istəyək?Diqqətə görə minnətdaram.
Cavab: 

Məaləhət :498 15 04/01 ile İqtisadiyyat Nazirliyinə şikayətinizi bildirin.

02.06.2017
Ulya Ulya
Sual: Salam irwad telecomdan kredite telefon planwet ve komp goturmusduk, 4_5 ay vaxtinda odeme etmisdik sonra tegribi 4_5 ay ise odemek etmek alinmadiqindan aparib butun mallari qaytarmisdiq ve mallari qaytaramaqa baxmayaraq gecikmelere gore ustune 900 manatdan cox borc yazilib mehkemeye vereceyler dediklerine qore bu ne derecede duzgundur? 2) bir oqlan anasinin onuncun aldiqi kredit eve qore her ay kredit verdi kredit bitenden sonra anasi evi oqlanin adina kecirtmedi amma butun krediti oqlan ozu odeyib bununcun ne ede biler ve hal hazirda yasadiqi anasigilin evincen cixib evlense qalmaga yeri yoxdursa aileni mehkemeye verib oz haqqini teleb etmesi ne derecede meqsedeuygundur?
Cavab: 

Hər iki halda məhkəməyə müraciət etməyinizi məsləhət görürəm.

30.05.2017
nezrin babayeva
Sual: Salam size bir sualim var men 19.05.2017 tarixinde sahil metrosu yaninda kosmetika magazasindan iki dene kosmetika mehsulu almisam sadece bu gun karopkasina baxanda onun cin istehsali oldugunu gormusem ve saxta oldugu ucun qaytarmaq qerarina geldim magaza ile elaqe saxladim mene dedilerki bizde qaytarmaq ve ya deyisdirmek yoxdur ve dedilerki bizim mehsul saxta deyil mehsulun sertifikatin teleb etdim bizde mehsulun sertfikatin olmadigin dediler.sizden meslehet isdiyiremki men ne ede bilerem?
Cavab: 

1)Nəzərə alın ki parfumeriya malları müvafiq qanunvericiliyə görə dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır.

2)498 15 04 telefonu ilə İqtisadiyyat Nazirliyinə şikayətinizi bildirin

3)ətraflı ərizə yazın ,kassa çekini təqdim edin,istəyinizi qeyd edin,imza qoyun həllinə çalışaq.Bizimlə 441 28 33  telefonu ilə də əlaqə saxlaya bilərsiniz.

27.05.2017
Ali Nurriyev
Sual: Salam. Mən telefon almişam. Qaranti ile. Ama telefon problem varki zaryatka saxlamasi ucun kilitde olmalidir. kilitden cixardan dan sonra zaryatka tez qurtarir.2-3 saata qurtarir. ekran yaniqli qalir. gerek kilite salasanki ekran sonsun. hemin telefonu qaytarmaq isteyirem ama magaza deyirki bu hallara gore telefon qaytarila bilmez. dogru mu soyleyirler?
Cavab: 

Məsləhət: 1.498 15 04 telefonu ilə İqtisadiyyat Nazirliyinə ətraflı məlumat verin

2. Və ya bizə ətraflı ərizə yazın.

26.05.2017
Afiq İbadov
Sual: Salam biz bir ay evvel paltaryuyan almışığ usda gelib qarantiya yazanda dediki paltaryuyanı tokda saxlamıyın bir müddet sora taxdığ görduy ki tokda qalanda ses eliyir buna göre usdaya muraciet elediy gelib dediki bu madellerde hamısında beledi mende bildim ki bu madellerde prablem olub ama bize satanda bu haqda heçne demiyibler dukanda qarantiya kağızında yazıbki mal ne qaytarılır ne de ki deyişdirilir bu haqda ne ede bilerik xahiş edirem mene bir meslehet veresiz.evvelceden teşekkur edirem.
Cavab: 

Sizin 14 gün ərzində malı dəyişmək və qaytarmaq hüququnuz vardır.

Məsləhət : 012 498 15 04 telefon nömrəsi ilə  İqtisadiyyat Nazirliyinə zəng etməklə hüququnuzun qorunmasını xahiş edin.

21.05.2017
Nargiz Qurbanova
Sual: Salam. Dunen Bazar store supermarketden 5 eden dondurma aldiq Magnum. Eve gelib tebii ki de ushaga verdik ve ozumuz acdiq yedik bir az ve gorduk ki dondurmanin ici zay olub artiq. Tarixine baxdiq tarixi de cixib.Atdiq elimizdekileri zibilliye,kagizlarin ise saxladim ve qalan dondurmalar da durur. Chek de var. Hara muraciyet ede bilerik? Bu ne mehsuliyyetsizlikdi,dondurma en cox ushaglra alinir. Eminem ki biz goturduyumuz xolodilnikde hamisi vaxti cixmish dondurmalardi
Cavab: 

Məsləhət :1)Sübutları götürüb gedin bazar store-a pulunuzu geri alın,müdriyyətə iradınızı bildirin, satışdan çıxartsınıar.

2)Sübutları bizə təqdim edin,ərizə yazın,Respublika ərazisində olan bu partiyanı satışdan çıxaraq və anti reklam aparaq.Dövlət orqanları vasitəsilə cərimələnməsinə nail olaq.

 

21.05.2017
aynur ələkbərova
Sual: salam axaminiz xeyir. bir nefer yaxin adam 2003-cu ildə cəzasin cekib qurtarib. 1 il cəzacəkmə müəssisesində olub 221.1 mad ilə.indi məhkumlugu ödənilib. lakin bu məhkumluq ona ayağ baği olub. nece onun məhkumlugun götüre bilerik. zerer cekmişlernen barışıb hetta qizi ilə aile qurub
Cavab: 

Biz istehlakçı (alıcı ) hüquqlarını qoruyuruq ,sual bizə aid deyildir.

15.05.2017
Aygun Hemzeyeva
Sual: Her vaxtiniz xeyir bele bir sualla muraciet etmek isteyirem qardasim 07.05.2017 masin bazarina gederek tanis masin alib 7700 manata.Onu kompyutere saldirmadan.Masin bu 1 hefte erzinde ustada olub ancaq artiq ustune 500 manat qoymusuq gedir sonur qizdirir remont eledik indide kompyutere salib ve bir sira prablemleri cixib ve yene pul ustune qoymaq lazimdir.Artiq 8 gun kecib satan insana dedik remintuna pul verin yada masini geri giturun onlar ise uzunuze adboy verdiler.Biz bu masini geri qaytara bilerikmi??artiq ustune qoydugunuz puluda vermek serti ile??
Cavab: 

İkinci əl malları ilə bağlı bu kimi problem əfsus ki dünyanın hər yerində var.Məsləhət:Dövlət orqanına-İqtisadiyyat Nazirliyinə müraciət edin.Tel:195 (2)/498 15 04

15.05.2017
Samir Orucov
Sual: Salam azad istehlakcilar birliyiMen 30.03.2017 tarixde kontakt home magazasindan ozume htc aspire dual 830 markali telefon aldim ve 1 ay olar olmaz telefonda problem yarandi.Men zemanet talonu ile yaxinlashdim magazaya ordanda gonderdiler meni servise mende qizil zemanet ola ola mene teze telefon vermirler deyirlerki biz temir edib qaytaririq tezesini teleb edirem deyirlerki bir aydan kecib ve 50 faiz guzeshtle tezesini ala bilersiz mend bunula razi olmuram teleb edirem ki ya tezesini yada pulu qaytarin deyirlerki ya telefonu temir edib veririk yada yeniden telefon al.Telefonuda en qisa vaxtda ve gecikme olmadan bir ayliq kredite qizil zemanetle aldim Sizden xahish edirem mene komek edin
Cavab: 

Xahiş edirəm bizə ətraflı ərizə yazın,sənədləri də təqdim edin həllinə çalışaq.

Ya da İqtisadiyyat Nazirliyinə 195 (2) ə zəng edin.

12.05.2017
Qemze Hüseynova
Sual: Salam,03.05.17 tarixinde nerimanov metrosunun yanında yerleşen takım accesories magazasında çanta almışam,1 gün keçdikden sonra istifade etmemiş üreyimce olmadıgı üçün gerl qayrarmaq istedim,lakin dediler bizde icaze yoxdu geri qaytarmaga,başqa xoşuma gelen bir şey olmadıgı üçün deyişdirmek istemedim,mene dedilerki 1 hefte gözleyin,yeni çantalar gelecek,getirersiniz başqa bir çantayla deyişerik,mende 1 hefte sonra 10.05.10 tarixinde getdim dediler çantalar gelmiyib,hele 10 güne geler,mende müdirle danışdım ki,qaytarmaq isteyirem,o da sert şekilde bizde qaytarmaq yoxdu dedi,heç 1 hefte keçib deyişmek de olmaz dedi,men bu meseleyle baglı erize yazmışam,onu size nece göndere bilerem,hemin erizenin şeklin çekib sizin maile göndersem,baxışscaqmı erizeye?
Cavab: 

Ərizənizi və kassa çekinin şəklini eyub@consumer.baku.az ünvanına gönderin

11.05.2017
Namiq Eliyev
Sual: Salam sualim beledir eger qaz saygacinin dovlet rusumu 151 azn dirse binanin yiyesi bu mesleye gore guzest etmir ve saygaca gore 400 azn isteyirse bu barede mene ne yardimizniz deye biler bu barede yardimci olsaniz minetdar olaram.
Cavab: 

Fiziki şəxslər üçün sayğac pulsuzdur.

Məsləhət:195 (2) ə zəng vurun ya da ərizə yazın həllinə çalışaq.

08.05.2017
Ramil Necefli
Sual: Salam.Iki gun once Kontakt Home magazalar webekesinnen ilkin odeniwsiz kreditle telefon almiwam. hal hazirda qaytarmaq isteyirem.meslehet vererdiniz zehmet olmasa.
Cavab: 

Mal zavod qüsurludursa,14 gün müddətində qaytarmaq ,işlədilən zaman qüsur yaranıbsa 14 gün müddətində dəyişmək hüququnuz vardır.

06.05.2017
Rövşən Əhmədov
Sual: Əvvəllər nigahda oldugu insanı evdən çıxartmaga görə ödənilən məbləğ nə qədərdir?
Cavab: 

Biz alıcı hüquqları ilə məşğul oluruq ,bu sual bizə aid deyildir.

04.05.2017
Aysel Abdullayeva
Sual: Salam.men aptekden derman almisam.reseptde istemediyim dermani da satici pakete qoyub.hem diger lazim olan derman 30 yazilmasina baxmayaraq satici butov bir qutu 60 eded verib.mende teleskenlikden paketi alib baxmadan pulunu odeyib cixmisam amma kassa qebzini goturmemisem.ne ede bilerem??
Cavab: 

14 gün müddətində qəbz olmaq olmaq şərtilə qaytarmaq hüququ vardır.Məsləhət:

gedin aptekə vəziyyəti deyin,həll olunmasa ,bizim təşkilata ərizə yazın həll edək.

04.05.2017
Dəyanət Ağayev
Sual: Salam. Sualım nəqliyyat, daha dəqiq avtovağzal komplekslərinin fəaliyyəti ilə bağlıdır. Məlum olduğu kimi BBAK rayonlara bilet satışı həyata keçirir, doğrudur, 4.88 AZN əvəzinə çox vaxt 5.18 AZN tələb edirlər, sonda 5.00 AZN ödəməklə bileti almaq olur. Bu, bir rayon üçün misaldır. Yəqin ki, digər rayonlar üçün də eyni qayda tətbiq olunur. Hələ bu yenə də yaxşıdır. Çünki biletsiz səfər 1-2 AZN artıq ödənişlə nəticələnir. Rayonlardan Bakıya isə ümumiyyətlə bilet satışı həyata keçirilmir. Nümunə kimi qeyd edim ki, saat 12 olmamış kassaya yaxınlaşmışam, kassada oturmalı olan 3 kassir eyni vaxtda vaxtından əvvəl nahar fasiləsinə çıxmış, yerində qalan, mənə bu məlumatı bildirən isə kassir olmadığını bildirmiş və əlavə etmişdir ki, Bakıya biletlə deyil, birbaşa sürücüyə ödəniş etməklə gedişli. Cənab prezidentin rayonlarda inşa etdirdiyi bu kimi avtovağzal kompleksləri bilet satışı həyata keçirməyəcəkdisə, niyə bu qədər dəbdəbəli formada və üzərində "Avtovağzal" olaraq tikilib? Yuxarı mərtəbədə kafe yerləşir və avtovağzallar kafesi ilə yada düşür. Eyyub müəllim, sizi dəfələrlə fəaliyyətinizə görə qiymətləndirmişəm. Avtovağzalların normal fəaliyyəti ilə də bağlı haqlı iradımızı müvafiq strukturlara çatdıraraq hər şeyi yoluna qoymağı sizdən xahiş edirəm.
Cavab: 

Hörmətli Dəyanət bəy,xahiş edirik ,konkret marşrut üzrə vaxtı göstərməklə ərizə yazın imza qoyun,digər iradlarınızı da bildirin ,məşğul olaq.TV-də intervyu verməyə hazır olun.

01.05.2017
Farid Ayvazov
Sual: Salam men dovlet muesesinde gece gozetcisi iwleyirem.men hansisa bawqa bir dovlet muesesindede eyni anda iwleye bileremmi.ikisindede dovlet qeydiyati ile emek kitabcasi sigorta olaqla
Cavab: 

Bağışlayın sual bizə aid deyildir.

30.04.2017
Sofya Babayeva
Sual: Salam! Mən 2015-ci ildə soyuducu almışam və işlətdiyim gündən soyuducunun işindən cox narazı qalmışam.Bu günə kimi bir neçə dəfə qarantiyası olduğuna görə onu təmir ediblər. Lakin soyuducunun dərdini tapa bilməyillər.İndi soyuducu yenə işləmir və bizə yenə təmir təklif olunur.Sizdən Öyrənməy istərdim ki,qarantiyasi bitməmiş bu soyuducunu biz qaytara və yaxud başqasıilə əvəz edə bilərikmi.
Cavab: 

Əlbəttə , dəyişə bilərsiniz,MƏSLƏHƏT:

195 (2)ilə İqtisadiyyat Nazirliyinə məlumat verin və ya bizə ərizə yazın həllinə çalışaq.

27.04.2017
amal huseynov
Sual: salam men 2016 ilin yanvar ayi alemden bosanmisam bir qizim var 1 yasindadi mene mehkeme 136m almet kesib men hec yerde islemediyme gore almenti oduye bilmirem 4 ay erzinde cemi imkan eliyib 150 manat oduye bilmisem mehkeme menim islemediymi nezere ala bilermi almete gore ver ne odeye bilmediyme gore ne ceza tebiq edile biler
Cavab: 

Biz alıcı hüquqlarını qoruyuruq bağışlayın məslə bizə aid deyildir.

24.04.2017
Bahar Azimova
Sual: Salam,bagisdin sizi naragat ediram,ancax sizin maslativize coxx estiyacim var,1ay bunan once ayfon5 almisam,520 mata,1ay tamama olmamis,twlefon zaradka yigasi olmadi ve coxlu probkemi cixidi,apardix aldimiz erde dediler biz gaytarmirx,uzax basi size 200 mat vere bilerik,sizde telefon bize veresuz.1ikde zamanat verdiler alanda,indide deyrki ne duzeltmirem,nedeki puluvi gaytarmiraMene bir eslet verir men neyniyim?
Cavab: 

Sizin təmənnasız təmir etdirmək hüququnuz vardır

Məsləhət:1.165(2) telefonu ilə Dövlət orqanına şikayətinizi bildirin

             2.Və ya gəlin ofisimizə ətraflı ərizə yazın həllinə çalışaq

19.04.2017
Ramil Soltanov
Sual: Salam men bakielektrik sebekenin ay tamam olub qurtaranan sora 15 gun kecir yaddlarina duwur byada qesden limiti kecirdib caamata artiq pul yazirlar niye gore ay tamam olanda galmirler butun camahat sikayetcidir.goresen duzelecek bunlar
Cavab: 

Biz konkret istehlakçı şikayətini təmənnasız həll edirik.Qeybet barədə düşünməyə vaxtımız yoxdur.

18.04.2017
Ələkbər Məmmədov
Sual: Salam. Həyətin hasarından çöldə quraşdırılan elektrik sayğacına dəyən zərərə görə istehlakçı məsuliyyət daşıyırmı?
Cavab: 

Zərəri sayğacın istehlakçısı  vurubsa məsuliyyət daşıyır.

17.04.2017
Edalet Eliyev
Sual: Salam.men qonshuma kishi godekceleri vermishem nisye.yarsinan azin odeyib coxsu qalib odemir.okryabir ayinan meni get gele salib.men nece eliyibki qonshudan ya malimi ya pulumu alim?mehkemeye vermishem mehkemedende qorxmur bu insan.zehmed olmasa mene komeylik ederdiz..
Cavab: 

Biz alıcının hüququnu qoruyuruq.Satıcının yox.Polisə rəsmi ərizə ilə müraciət edin.

17.04.2017
Nergiz Eliyeva
Sual: Salam bagislayin narahat edirem.Menim anamin 2 banka xeyli miqdarda borcu var mehkemeye verilib.Anam borcunu hec cur odeye bilmir melimedir maasi cox azdir 180-190 AZN alir.Men 9 cu sinifde oxuduguma gore melim yanina getmeyim vacibdir.Men oxumag isteyirem amma anamin borcuna gore melim yanina gede bilmirem. Size sualim budur ki,men hara muraciet etsem anama yardim ede bilerler?
Cavab: 

Ananıza yardım edəcək yeri bilmirəm.Lakin Sizə onu da deməyə borcluyam ki,zəhmətə qatlansan müəllim yanına getmədən kitabları oxuyub ən yüksək bal toplaya bilərsən.

Qeyd:Biz istehlakçı (alıcı) hüquqlarını qoruyuruq.

16.04.2017
Seida Huseynova
Sual: Salam! Bu ay azeristilik bize online ödənişlər üçün kod təqdim edib. Biz o kodu açanda gördük ki, borc orda 63 AZN əks olunub halbuki, biz hər ay ödəniş edirik. Yaxınlaşdıq onların baş idarələrinə ordan bizə məlumat verilib ki, bu borc bizdə 2012 ildən qalıb. Həmin illərin qəbzləridə bizdə qalmayıb. Mən sizdən soruşmaq istərdim ki, onların hüquqları çatır ki, məndən 5 il bunnan qabaq yaranan borcları tələb etmək? Bu borclar haqqındada o vaxt bizə heç bir məlumat verilməyib.
Cavab: 

Salam,3 il öncənin borcları tələb edilmir.Məsləhət:Problem həll olunmasa ya 195 (2) telefonu ilə İqtisadiyyat Nazirliyinə müraciət edin ya da Bizə ətraflı ərizə yazın həllinə çalışaq.

10.04.2017
Elçin İbrahimov
Sual: Salam. Mən filter almaq istəyirəm amma Azərsu deyir ki filter zərərlidir.Suyu distillə edir, ölü su olur. Sizdən məsləhət almaq istərdim ki hansı filterdən almaq lazımdı? Bir də bəzi adamlar deyir ki daş yaxşıdı. Sizdə daş suyu tam süzə bilər mi? Yəni daşla süzülən suda xlvə digər zərərli maddələr qalırmı? Təşəkkürlər
Cavab: 

Daşla süzülən suda zərərli maddələr qalır.Lakin biz heç bir malın tövsiyəsi ilə məşğul deyilik.

06.04.2017
Tural Fərəci
Sual: Salam mən dünən axşam 05.04.2017 saat 22:00 da suyu təmizləyən aparat aldım ilkin ödəniş etmədim böldülər aya ayda 53 manat birdə ilin ödəniş ayın 8də 50 manat ödəməliyəm. Mən də internetdən araşdırdım ki, bu aparat bunlar tərifləyən kimi elə də əla aparat deyil suyun dahada hər şeyini özünə çəkir yəni ziyandı.Aparatı satanda evdəki suya bir cihaz yerləşdirilər sən də görürsən ki içdiyimiz su yaman çirkliymiş öz satdıqları aparatdan çıxan su isə əla görsənir. Sən demə bu suyun bütün elemntlərini filtirlər özündə saxlayır. Yəni aparat dahada ziyan vericidi. İndi mən bunu qaytara bilərəmmi? Müqavilədə belə deyilirTərəflərin RekvizitləriQeyd: Avadanlıqda yaranmış aradan qaldırıla bilməyən nasazlıqdan başqa hər hansısa bir digər səbəbdən avadanlıq geri qyatarılarsa 400 azn Müqavilə cəriməsi alıcı tərəfindən ödənilməlidir(Kəpəz)Tərəflərin məsuliyyətiƏgər alıcı bu müqavilə qüvvəyə mindikdən, əmlakıqəbul etdikdən və ilkin və s. ödənişi hər keçdikdən 24 saat sonra hər hansı səbəbə görə əmlakın birtərəfli qaydada imtina edərsə, satıcıya ilkin vəziiyətdə qaytarılır, lakin ödənilmiş məbələğlər verilmir.Xahiş edirəm cavab verərdiniz mən bu aparatı qaytara bilərəmmi və 400 manat cəriməni ödəməliyəm?Bu haqda onlara səhər saat 10:32 da özlərinə məlumat vermişəm ki, gəlin aparatı sökün aparın istəmirəm 12 saat keçmişdi mən onlara xəbər edəndə.
Cavab: 

Siz haqlisiniz,qaytara bilərsiniz.Gəlin bizim ofisə ərizə yazın,müqaviləni də gətirin kömək edək.

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17   18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38  
daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
"Azad İstehlakçılar"İctimayi Birliyi (AİİB)17.08.2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyələşdirdiyi "İstehlakçılara parça bazar çantalarının paylanması ilə ekologiyanın qorunmasına dəstək tədbirləri" çərçivəsində hazırlanmış ekoloji təmiz materialdan hazırlanmış bazar çantalarını təmənnasız olaraq istehlakçılara paylamağa başlamışdır.Məqsədimiz bazar s...
Davamına bax
Şəkilin açıqlaması yoxdur.
 
 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır