İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Noyabr-2018
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (0)
Dunen ziyarətçilər: (0)
Bu gün səhifə baxışı: ()
Dünən səhifə baxışı: ()
Sual-cavab
Sual yaz
29.01.2016
aygun eleyeva
Sual: salam men eliyeva aygun 24 yawim var 4il yarimdi ki ayleliyem 1qizim var 2ci uwaga hamileyem 4ayliq qan analizi verenden sora hebatit c dawiyicisi oldugumu bildim.birinci uwagda bu hexsteliyim olmayib soradan genekoloji hekimden tutmuwam.indi yoldawim bu xesdeliye gore meni bowamaq istiyir.bilmey isiyiremki bu xesteliye gore meni bowasa uwagi elimden ala bilmey haqqi var.bu xesdeliye gore uwagi dovlet elimden alib yoldawima vere bilerler ya yox????yoldawimda hebatit c yoxdu..
Cavab: 

Sizinlə halınıza təəssüflənirəm. Biz istehlakçı (alıcı) hüquqlarını qoruyuruq. Cavab almaq üçün hüquqşünas Habil müellime zeng vurun - 050 314 81 88. 

28.01.2016
Reshad Balayev
Sual: Salam,men 2013 ci ilde KmazMMC den(kia modelinin resmi satis dustryubutori) avtomobil almiwam,amma kreditleshmeni saytlarinda reklam etdikleri kimi manatla deyil dollar ile kreditleshdiribler,men hemen MMC-ni mehkemeye verib deyen ziyami teleb ede bilerem?Cunki dollar ile satis qadagandi bildiyime gore.
Cavab: 

Müqaviləniz dollarla bağlanıbsa müsbət nəticənizə az ehtimal var. 

25.01.2016
memmedova aynur
Sual: Salam.Bosanmisam,1 usagim var.kecmis yoldasim mehkemeye 150 manat maas almasi barede sened getirib.mene ne qeder aliment dusur ?emek haqqinin 4 de 1i, yoxsa usaqlar ucun yasayis minimumu olan 117 manat qeder ?
Cavab: 

Biz alıcı hüquqlarını qoruyuruq. Məsləhət almaq üçün hüquqşünas Habilə (050 314 81 88) və ya Qaçaya (050 341 59 17) zəng edin. 

25.01.2016
emil celilov
Sual: Salam şexsiyyet vesiqem itib.buna gore asan xidmete 30 azn cerime odemisem.indise mene deyirleki adında stop var sexsiyyet vesiqesi vere bilmerik.banka borcumu odeye bilmediyim ucun.bele qanun var? Varsa harda oxuya bilerem
Cavab: 

Mənə belə qanun məlum deyildir. Bunu ASAN xidmətdən istəyin. 

25.01.2016
Elvin Mirzeyev
Sual: Salam men lizingden kend teserufati texnikasi almaq isdiyirem ancaq vermirler men hara muraciet edim?
Cavab: 

Şikayətinizi Kənd təsərrüfatı nazirinə və İqtisadiyyat nazirinə bildirin. 

25.01.2016
Əsgər Şirəliyev
Sual: Mən İnternet provaderlerin biri ile muqavile əsasında 5mb inernet suretinden istifade edirdim ve xidmet haqqı kimi 15 AZN ödeyirdim.Sonradan guzeşt olaraq bu sureti 8 mb etdiler.İndi gelib deyirler ki guzeşt leğv olunur ve siz 8 mb-ın qiymetini yeni 18 AZN ödemelisiniz. Bu ne derece duzgundur?Cox sağ olun.
Cavab: 

Əgər Sizinlə bağlanan müqavilədə bu məsələlər öz əksini tapıbsa, razılaşmalı və ya provayderdən imtina etməlisiniz. Əks halda 195-2 telefonu ilə dövlət qurumuna zəng  vurun, şikayətinizi bildirin və ya bizə yazılı ərizə ilə müraciət edin. 

25.01.2016
mirvari germi
Sual: salam ,bilmek isteyirdim azerbaycan sabun,maye sabunu,qab yuyan sabun ve sampun istehsal eden Iran islam respublikasindan bir zavoudn burda zavod filiali acmasi ucun hara muraciet etmek lazimdir.
Cavab: 

Bu çətin məsələ deyildir. Yer tapmaq, vergi uçotuna durmaq, gigiyenik sertifikat almaq, standart şəhadərnaməsi almaq, bank hesabı və s. Buyurun işə başlayın. Nə lazım olsa təmənnasız kömək etməyə hazırıq. 

15.01.2016
Daşqın Göyüşov
Sual: Salam;ankyağın qiyməti 6.60 m-dən 11 manata yüksəlib.Bunun sirrini açiqlayın
Cavab: 

Xaricdən alınan yağdır. Artım təbiidir. 

15.01.2016
Mələk Qasımova
Sual: çörəyin qiyməti bu gün də duşmədi.Sebebini siz bilərsiniz.xahiş edirəm bu haqda məlumat verin
Cavab: 

Şikayətinizi 195 -2 telefonu ilə və ya 161 telefonu ilə dövlət orqanlarına bildirin.

13.01.2016
Mehbara Musaeva
Sual: Salam . problemim qaz sayğacı ilə bağlıdı. Qaz xətti var laki dəfələrlə müraciət etməyimizə baxmayaraq sayğac qoymurlar.xahis edirəm köməklik gostetesiniz
Cavab: 

Zahiş edirik imza qoymaqla saytımızda göstərilən ərizə formasına uyğun ərizə yazın. Hüququnuzu təmənnasız qoruyaq.

11.01.2016
feride seferova
Sual: salam 25122015 tarixinde nolimit magazasindan 5 man 49 qep mebleginde aksessuar(suni daslar) almisam.paltarima yarasmadigi ucun bu gun qaytarmaq istedim.dediler ki neinki qaytarmaq hec deyismek de mumkun deyil.17 gun kecib hec ne elemek olmaz? magazaya elan da yazib vurublar alinan mallar qaytarilmir ve deyisdirilmir.
Cavab: 

Ətraflı ərizə yazın, imza qoyun, həll edək və ya 195 (2) telefonuna zəng vurun məlumat verin. 

10.01.2016
Melahet Qasimova
Sual: Kimse FRISO vom verib korpesine?men sanci ve kope gore vom a kecdim.friso sade ile muqaisede cox dadldir,qatidir ve yaglidir.ancaq terkiblerine baxiram her ikisinde yagliliq eyni gostericidir.terkibinde hansi yaqlar var?umumiyyetle hagigatan kopun azalmasina komek edirmi?Hekimler yalniz friso almaqi meslehet gorur.Melumati deqiq vermeyinizi xahis edirem.chica
Cavab: 

Meslehet almaq uchun ekspertimiz Seltenet xanima zeng edin, 055 555 89 93 ve vib.az saytina baxin. 

10.01.2016
famil eliyev
Sual: bir sualim var idi.dukandan oyun diski aldim komputere qosdum acmadi.ama basqa bir komputere qosdum acildi.men o oyun diskini qaytara bileremmi?satici deye bilerki aparib yukluyub getirmisen.sizce kim haqlidi?
Cavab: 

Movcud qanunvericiliyə görə kassa çeki təqdim olunmaqla 14 gündə malı dəyişmək, əgər uyğun mal olmazsa qaytarmaq hüququnuz vardır. 

08.01.2016
Ruslan Eliyev
Sual: Salam. Men dunen lizingle avtomashin elde etmishem. Aldiqdan sonra avtomashin bir gun idare edilib. Teesufler olsun ki, indi avtomashinda mueyyen qusurlar ashkar etmishem. Hal-hazirda avtomashini geri qaytara bileremmi? Qaytardiqda elave odenish etmeliyem ya yox? Ilkin odenish haqqinda qebz ve diger senedler var.Onceden minnetdaram.
Cavab: 

Avtomaşın təzədirsə, qüsurlar aşkar etmisinizsə 14 gün müddətində dəyişmək və ya qaytarmaq hüququnuz vardır. 

07.01.2016
Tamaşa Əzızova
Sual: 2aydi qizim friso yeyir,friso goldu tek verende ama qebzlik olur,hekime deyirem deyisim deyir yox friso vom al qat ver.tanislarim hamisi nutrilak verir,men sade nutrilak vermek istiyirem bilmirem karopkasi hansi rengdedi?bilenler yazardilar.eger dusmese yene frisolara qayidim.hami deyir hekim faize isliyir ona gore friso ver deyir.Friso haqqında bizə düzgün məlumat verinsağ olun
Cavab: 

Hormetli Tamasha xanim,meslehet almaq uchun ekspertimiz Seltenet xanima zeng edin, 055 555 89 93 ve vib.az saytina baxin. 

05.01.2016
Yasmin Aqabeyli
Sual: Salam.Mehkemeye alimentin artirilmasina dair erizeni teqdim edende,senedlerin (nigah ve doğum haqqinda shehadetnamenin) süretini tesdiq etmek vacibdirmi.ve ya senedleri tesdiq edilmemiş halda esle ile beraber teqdim etmek olar mi? Onceden teshekkurler.
Cavab: 

Biz istehlakçı hüquqlarını qorumaqla məşğuluq. Bu barədə 195 nömrəsi ilə Ədliyyə Nazirliyinə müraciət edin. 

05.01.2016
Vaqif Manafov
Sual: Eyyub m.salam! Indi az adam tapilar ki, "Ciko" tumu almasin. Paketi achanda ichinden bir eded lotareya chixir. Bildiyiniz kimi udushda verilmish her hansi bir mehsul 6 hisseye bolunub ve kim 6 hisseni tapib bir yere toplasa hemin mehsulu udur. Qonshuda imkansiz bir aile yashayir.Imkani olan onlara komek edir. Ata xeste, ana ise iki ushaga baxir (ishlemir). Mektebli olan bu qonshu ushaglar udushda olan "her hansi bir mehsulu udmaq uchun" her gun aldiqlari "ciko"dan chixan udush lotareyalarini yigirlar. Indiyecen 100-den chox yigiblar. Size melumdur ki, 15.03.2015-ci il tarixine olan lotareyalarda bunlar "chiko" nun icherisine 4-cu hisseden bashqa butun hisseleri (1; 2; 3; 5; ve 6-ci hisseler) lotareyalara qoyublar. Irad, shikayet ve etirazlar bildirildikden sonra bunlar yene aldadici varianta el atib, 30.12.2015-ci il tarixe olan "Ciko" tumlarina ise her mehsuldaun 6 hissesinden birini udusha salmayiblar. Meselen, "velosiped 5-7 yash" ve "mobil telefon samsung Duos"da 3-cu hisseler, 5 ve 10 manat"larda 6-ci hisseler, "etcheken texnolux" ve "tozsoran texnolux" de 2-ci hisseler, "shirecheken texnolux", "samakat 2 tekerli" ve "sach feni Nikai" de 4-ci hisseler daxil edilmeyib ve s. "Patron" "Al Tum" tumlari da hemchinin...
Cavab: 

Ətraflı ərziə yazın, imza qoyun, müraciət edin, çalışıb araşdırarıq. Bu məsələni biz çox antireklan etmişik və dövlət orqanlarına dəfələrlə məlumat vermişik. Məsləhət bilirəm, 195- nömrəsinə zəng vurub məlumat verin. 

03.01.2016
firudin mammedzade
Sual: 1 hefde bundan evvel aldigim telefonu kichik bir qusuruna gore qaytarmaq istedim,mene dediler mumkun deyil,biz ancaq sizin uchun deyishe bilerik.men ise pulumu geri almaq isteyirem.
Cavab: 

Kassa  çeki olmaqla 14 gün müddətində dəyişmək, uyğun mal yoxdursa, qaytarmaq hüququnuz vardır. Əgər telefon qüsurludursa, qeyd olunan şərtlərlə qaytarmaq hüququnuz vardır. Məsləhət görürəm 195 - nömrəsi ilə dövlət orqanına müraciət edin. 

29.12.2015
Adil Vəliyev
Sual: Eyyub m.Salam.Vitrindəki qiymətlə kassada olan qiymət tam başqadir.Siz dəfələrlə özünüz bu haqda danışmısınız.ancaq bir nəticəsi olmayıb.xahiş edirik bu haqda bir tədbir görün.
Cavab: 

Məsləhət görürəm ünvanı bildirməklə dövlət orqanına zəng edin, məlumat verin. 

195 (2), 012 495 15 04

29.12.2015
aidə namazova
Sual: salam.xahiş edirəm çayın qiyməti 100% artıb.buna qarşı mübarizə aparın.televiziyada və mətbuatda cıxış edin.Çay yerli istehsal oldüğu istehsalçının deyəsən yaddından çıxıb.9 manat olan çay indi 18 manatdır.
Cavab: 

Fikirlərinizi nəzərə alaram. Məsləhət görürəm bu məsələlərə nəzarət edən dövlət qurumuna zəng edin, məlumat verin. 195 (2), 012 495 15 04

28.12.2015
Leyla Haciyeva
Sual: Salam. dollarla kredit goturduyum bankda 3 ay once dollarla kreditleri milli valyutaya konvertasiya qerari qebul edilmish. Butun mushterilere shamil olmasi gerekdiyi halda vesait goturduyum filial meni melumatlandirmamish ve sonucda 5000 manat itgim olmushdur. Sechme mushterileri, yani problemli, vesaitlerini odemeyen-riskli mushterilerin ardinca qachib onlari melumatlandiriblar. SUal verdikde ise filial mudiri "mezuniyyetde olmsuham, ishchiler butun mushterileri melumatlandirmagi chatdirmayiblar" - cavabi verdi. Bu filial nece cezalandirilmalidir ve vesaitimi kohne kursla konvertasiyasina nail olmaq olarmi, hansi yollarla? Teshekkurler.
Cavab: 

Rica edirəm İqtisadiyyat Nazirliyinin 195 (2) telefon xətti ilə məlumat verin və yazılı cavab alın. 

27.12.2015
Mehriban Agayeva
Sual: Salam.apteklerde suni qiymet artimina baxan var ya yox? Seher ushaq ucun smes aldim 10manat 30 qepik.saat 2de yoldashim menim aldigimi bilmeden apteke girib smes almaga 13manat deyirler.nece olur 4saat erzinde qiymet deyishir?hele dukanlardaki qiymetleri demirem 3 manat 10qepiye olan chayi 5 nanat 30 qepiye satirlar
Cavab: 

Bu meselelere İqtisadiyyat və Sənaye Nazirliyi nəzarət edir. Rica edirəm 195 (2) nömrəsinə zəng edin, məlumat verin. 

26.12.2015
Məmməd Məmmədov
Sual: SalamXidmətlə bağlı (məs. kinoteatr) istehlakçı hüququ pozulursa vətəndaş məhkəmədə mülki qaydada yoxsa inzibati qaydada iddia qaldırmalıdır?
Cavab: 

Mülki qaydada

20.12.2015
Azar Safarov
Sual: Salam, 5 il once Baki saharinda yeni tikilen menzilden ev almisig. evin muqavile uzre deyerinden artig pul odemisik, ev tikilib hazirdi, yasayis var, lakin sirket, muqavile uzre nezerde tutulan butun ohdeliklerini yerine yetirmediyi azmish kimi hala evi tehvil verekden de imtina edir. sebeb olaraq bildirir ki, elave olaraq muxtelif komunal saygaclarin alinmasi ucun 5000 manat, ve hemcinin evin sahesi muqavilede gosterilenden artig oldugu ucun elave sahenin pulu odenilmelidir. menzilin faktiki sahesi muqavile uzre saheden azdir ki, artig deyil. faktiki olaraq 5 il once pulunu odediyimiz menzilden istifade etmeyimiz hele ki qeyri mueyyen muddete geder texire salinir. bu halda size yazili muraciet etsek, bize nece yardim ede bilersiniz?
Cavab: 

Xahish edirik saytimizda gosterilen erize formasina uygun etrafli erize yazin, imzalayaraq skaner edin, bize gonderin. 

18.12.2015
Azade Novruzova
Sual: Salam. Menim sualim isimle baglidir. 10 ile yaxindir ki muhasib isleyirem. Hal hazirda da isleyirem ancaq mene erize yazdirdilar mecburi isden cixmaq haqqinda.(Menden basqa bir nece isci de daxil). Resmiden vergiye gore cixartdilar. Bu nece iller erzinde hc bele sey olmamisdi . Fehlelerle bagli gormusdum , amma idare isileri ile yox. Men xahis edirem bu ne decede dogrudur ?
Cavab: 

Biz istehlakçı (alıcı) hüquqlarını qoruyuruq. 

17.12.2015
Aynure Əyyubova
Sual: Salam, ilk öncə operativ istehlak hüquqlarının müdafiəsi üçün sizə minətdarlığımı bildirmək istəyirem.Mən 16.12.2015 tarixində Neftiçilər metrosu yaxınlığında aptekden elektron təzyiq ölçən apparat aldım. Evde apardığımda apparatın aptekdəki göstərişlərinə əməl ederək xəstənin təzyiqini oıcdum, lakin apparat təzyiqi duz olcmedi. yarim saat sonra elimdəki cekle apteke qayidib, bashqa birisi ilə deyishdirilmesi ve ya qaytarilmasi ilə bağlı muraciet etdim . Lakin bunun mumkun olmadigini soylediler. Aptek ishcininden oz tezyiqini olcmeyi xahish etdim.Appart 150 100 reqemlerini gosterdikde aptek ishcini onun bele yuksek tezyiqle normal shekilde iş başında olduğunu sübut etmeye çalışdı. Tezyiq apparatinin şirket nümayendeliyi ilə telefon elaqesi yraratmağı söyledi. Elaqe yaratdım nümayende qetiyyetle malın geri qaytara bilmeyeceyimi söyledi. Dəyişdirilməsini isə menim ona apparatin düzgün işləmədiyini təsdiq etdiyimdə mümkün ola biləcəyini söylədi.Təbii ki evə gəldim və internet vasitəsilə 0124981501 nomresini aradım.Düzü inanmirdim ki 20:00 da telefon zengine cavab versinler. Cavab verən AİB işiçisi mənim şikayətimi yerindece resmiləşdirib, 1 hefte ərzində bu şikayətə baxıb cavab alacağımı söyledi.Sualim menim telifon vasitəsilə şikayət müraciətim yetərlidimi, bu meseleye heqiqeten baxılacaqmı?
Cavab: 

Hormetli Synure xani, Siz 0124981501 nomresi vasytesi ile Iqtisadiyyat ve Senaye Nazirlyine zeng vurmusunuz. Rica edirem gelin bizim ofise apparati ve senedleri getirin. Guman edirem ki, 10 deqiqe erzinde mesele hell olunar. Chunki Siz haqlisiniz. 

16.12.2015
Adil Mammadov
Sual: 10042013 cu ilde TOYOTA BAKİ Merkezi MMC den Toyota RAV 4 markalı avtomobil aldım.Avtomobili tehvil alanda,mene bir eded acar(pult) verdiler.Bu yazında tesadüfen bilmişsem ki,mene ikinci acar da verilmeliyiz.Ona gora şirkete müraciat etdim.Sirketin salahiyyetli numayendesi mene imtina etdi,bildirdi ki,masini mene satanlari isden cixardiblar.Onlarin mene ikinci acarin verilib-verilmemesi haqqinda melumat yoxdur. Melumat ucun bildirim ki,avtomobilin qarantiyasi 1004-2016 ci ilde qurtarir.
Cavab: 

Saytimizda gosterilen erize formasina uygun ehateli erize yazin, imzalayaraq skaner edin, bize gonderin. 

15.12.2015
Nijat Huseynov
Sual: Salam,men Port Baku Mall da yerleshen Emporium magazasinin Northskull kishi aksesuarlarindan 180 manat deyerinde bilerzik almisham ve uzerinden 3 gun otub,meni qane etmediyi ucun,bezi defektleri olduqu ucun qaytarmaq isteyirem ve onlar mene bu mumkun deyil deyirler sebebini sorushanda mene bizim magazada aksesuarlari ve alt geyimleri qaytarmaq olmur deyirler.Bu ne derecede duzgundur?Sheherin sayilib secilmish boutiqi olasan ve bucur hereketTeshekurler!
Cavab: 

Aldığınız bilərzik qiymətli metaldırsa qanunvericiliyə görə o dəyişdirilə və qaytarıla bilməz. Əgər qızıldırsa fikir verin əyyar palatası işarə qoyubmu. İmkanınız olsa zəng edin 012 441 28 33.

14.12.2015
Azade Novruzova
Sual: Salam. Hormetli vekil men nece illerdir ki, ev tikirem hele tam hazir deyil . Torpagi bizim ucun qaynanam alib. Yeni ogluna verib. Ev tikmeyi ise nece illerdir ki ozum calisiram. Yeni ev tikmenin 80 faiz xercleri menden cixib. (Banga girmisem, islediyim yerde lotereya oynamisam ve sair.)Menim sualim ondan ibaretdir ki, bizim butun senedler qaynanamin adinadir. Ne menim adima ne de oglunun adina deyil. Men gelecekde bir problemle qarsilassam ne ile subut ede bilerem ki evi men tikmisem ? Xahis edirem ki mene oz huquqlarimi qorumaq ucun komek edesiniz.
Cavab: 

Biz istehlakçı hüququnu qoruyuruq. Sual bizə  aid deyildir. Qaçay müəllimlə əlaqə saxlayın 050 341 59 17.

14.12.2015
Yemen Musayeva
Sual: Salam . Menim qardashim russ vetendashidi, 1999 ilde qardashim bizim Bakidaki evimize qeydiyyata dushmek istedi, amma Anam xuliqanliqa qore qardashima icaze vermedi, sonra qardashim mehkemeye verdi, eve qeydiyyata dushmek ucun, mehkemenin qerari onu qeydiyyata salmadi. 2002 ilde menim Anam rehmete qetdi, bizim evde qeydiyyatda 2 insan var , menim bacim ve men. Bilmek isteyirem Anam rehmete qedennen sonra, qardashima bizim evden pay dushur? Chunki Anam saq olanda onu qeydiyyata salmadi. Cox xaish edirem etrafli mene cevab yazasiz
Cavab: 

Biz alıcı hüquqları qoruyuruq. Elaqe axlayın hüquqşünas Qaçay müəllimlə 050 341 59 17.

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16   17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30  

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...

Kontakt-Home"-dan şikayətlər ara vermir. Şikayəti araşdırmaq üçün Rəhbərliklə heç cür əlaqə mümkün deyil!
Nəzərinizə çatdırım bu şikayəti də məcbur olub İqtisadiyyat Naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu Nazirliyin də bir iş görəcəyinə ümüd yoxdur,onlar hamını məhkəməyə yönəldir.
Məhkəmələrdə ki, bildiyiniz kimi....

 
daha ətraflı...

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Şirvan şəhəri kitabxanasında həyata keçirmişdir

daha ətraflı...

Azad İstehlakçılar İctimai Birliyi 2105.2018-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  “Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Sumqayıt şəhərində “Xəzər”ASC-nin akt zalında həyata keçirmişdir.

"Qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində istehlakçıların bilik və bacarıqlarının artırılması"na dair təlimdə 29 nəfər iştirak edirdi.

Təlimin məqsədi Sumqayıt şəhərində yaşayan istehlakçıların, sahibkarların və digər qrup şəxslərin qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində  bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə ilk  çıxış edən  Sumqayıt şəhər İH-nin nümayəndəsi cənab Fərman Kazımov iştirakçıları salamlayaraq, mövzunun aktuallığını qeyd etdi və sözü AİİB-nin sədri cənab Eyyub Hüseynova verdi. Eyyub Hüseynov Azərbaycan Respublikası Prezidentinin istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün zəruri olan bütün addımları atdığını qeyd etdi. Cənab İlham Əliyevin “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılması barədə 10 fevral 2017-ci il tarixli Fərmanının böyük əhəmiyyəti oldugunu ətraflı izah etdi. Daha sonra təlimçilər  Nizami Musayev və Fərrux  Əsgərov “Qida Təhlükəsizliyinin İdarə edilməsi” və “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri” mözuları ətrafında təlimi davam etdirdilər.

İştirakçılardan Abdulov Camal çörək məhsullarının keyfiyyətinə təsir edən əsas amillərin nədən ibarət olduğuna dair sualına təlimçi  Nizami Musayev  əhatəli şəkildə cavab verdi.

İştirakçılar təlimdə aktiv iştirak etməklə, belə tədbirləri davamlı olmasını arzulayaraq, ÖlkəBaşçısına, QHT Şurasına və AİİB-nə təşəkkürlərini bildirdilər.

 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır