İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Noyabr-2018
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (0)
Dunen ziyarətçilər: (0)
Bu gün səhifə baxışı: ()
Dünən səhifə baxışı: ()
Sual-cavab
Sual yaz
28.03.2016
Rasim Əliyev
Sual: SalamZəhmət olmasa bir məsələ barəsində maraqlanmaq istərdim.Kənd təsərrüfatı məhsullarının zərərli maddələr olub-olmamasını yoxlamaq üçün İndikatqələm deyilən bir cihaz var idi keçmişdə.İndi həmin aparatdan hardan tapmaq olar?
Cavab: 

Həmin apparatın bir numunəsi bizdə var. Rusiya istehsalıdır. Gətirin yoxlayaq. 

28.03.2016
Shenay Quliyeva
Sual: Salam. Daxili isler nazirliyinin 15.09.1993cu ilde verdiyi 575sayli emrini bilmek isteyirem men.aydinlasdira bilersinizmi menim ucun?. Tesekkur edirem .
Cavab: 

Biz alıcı hüquqları qoruyuruq. Sual bizə aid deyildir. 

27.03.2016
alxaz alxazov
Sual: salam men qusarseherinde restoran isdedirem mende mine yaxin stalicnaya araxinin bos butulkalari var hara ve hansi firna qebul edir mumkunse elsqe nomresi
Cavab: 

Təəsüf ki, bu cür əlaqə bizdə yoxdur. 

25.03.2016
Razim Hemzeyev
Sual: Salam her vaxtiniz xeyir men bir sey maraxlanmaq istiyirem mene hansisa arax firmasinin nomresini vere bilersiz?
Cavab: 

Araq firmalarının nömrələri dükanda satılan malların üzərindədir. 

24.03.2016
cavid HEYDEROV
Sual: YASAMAK FAKTININ TESTIQINE DAIR MEHKEMEYE MURACIYET ETMEK ISTEYIREM MENE ERIZE FORMASI QONDERIN
Cavab: 

Biz alıcı hüququ qoruyuruq. Bu bizə aid məsələ deyildir. Hüquqşünas Qaçay Şahbazovla əlaqə saxlaya bilərsiniz 050 341 59 17

21.03.2016
Ceyhun ibrahimov
Sual: Salam men daxili isler orqanlarina ise qebulla bagli nazirliye erze yazmaq isteyirem zehmet olmasa mene metni izah ederdizde
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. 

19.03.2016
Aliye Murselova
Sual: Salam xaiw edirem cavablandirasiniz.Bizim ev dayimin adinadi bizde ailelikce o evde propiskadayiq.Ama ev babamindi.Bilmek istiyirem babam rehmete gedennen sora bizi evden cixarda bilerlermi?Umumilikde bizim ev uzerinde hansi huququmuz var?Biz 4 nefer propiskadayiq birde dayim ve dayimin qizi.Ama dayimin oz evi evi var burda yasamir.Tez cavablandirsaz sevinerem.Indiden tewekkurler
Cavab: 

Bu məsələ bizə aid deyildir. Təmənnasız məsləhət almaq üçün hüquqşünas Qaçay Şahbazova zəng vurun 050 341 59 17

17.03.2016
Gunay Bayramova
Sual: Maccoffee nin unvani ni deye bilersiz
Cavab: 

Sualınız aydın deyildir. 

16.03.2016
arif rəhimov
Sual: salam,ərzaq məhsulları harada yoxlamaq olar?misal üçün toyuq əti, yəni yeməlidir, yoxsa yox.hörmətlə Arif m.
Cavab: 

Səhiyyə Nazirliyinin gigiyena orqanlarına müraciət edə bilərsiniz. 

15.03.2016
cicek eliyeva
Sual: Salam.men kend yerinde yawayiram.qonwum duz hasardan ev tikir(ikimertebe) hemin vetendaw hasarla ev arasinda mesafe saxlamalidirmi?yoxsa OZ HEYETIMDI OZUM BILEREM deyib mesafesiz tikilini tike biler?sabah horgu iwlerinin davamini mesafe olmadiqda menim heyetime kecib etmeye huququ catirmi?Menim bunu teleb etmeye huququm catirmi?yoxsa ozu biler?Tewekkur!
Cavab: 

Bağışlayın, biz istehlakçı hüququ qoruyuruq. Bu bizə aid olan məsələ deyildir. 

14.03.2016
Cavid Murtuzov
Sual: Salam, hər vaxtınız xeyir olsun.Sualım bir dərman preparatı ilə bağlıdır, konkret desək "AMXFLUX" antibiotiki ilə. Bu antibiotiki şəhərin istənilən aptekindən soruşduqda "bu yalnız Zəfəran apteklərində satılır" cavabını eşitdim. Aydın məsələdir ki, hər hansı bir əmtəəni yalnız bir yerdən əldə etmək mümkün olduqda bu monopoliyadır və monopolist istədiyi qiyməti təyin edə bilər. Rəqabət olmayan yerdə inkişaf yoxdur. 1 ampula antibiotiki 12 azn-ə almağa məcbur oldum. 1 müalicə kursunda həkimlərin adətən 10 ampula antibiotik təyin etmələrini nəzərə alaraq, mənim 120azn mənləğdə xərcə düşdüyümü hesablamaq çətin deyil.Sual: Hər hansı bir dərman vasitəsinin yalnız 1 aptekdə satılması nə qədər düzgündür? Təşəkkür edirəm.
Cavab: 

Hörmətli Cavid müəllim, Sizin iradınızla tam razıyam. Bizim təşkilata ətraflı ərziə yazıb imza qoyub tələbinizi bildirsəniz, həmin dərmanın bütün apteklərdə satışına və qiymətin aşağı düşməsinə nail olmaq olar. Buyurun, ərizə yazın.  Bizə zəng edin, əlaqə saxlayaq - 012 441 28 33

07.03.2016
Elsad Alnagiyev
Sual: Bagislayin yadimdan cixdi elaqe telefonlari yazmaq 0702430680 0553439360 0505242083 bu nomrelerin hansina zenk vursaz cavab verilecek??????????
Cavab: 
07.03.2016
Elsad Alnagiyev
Sual: Salam menim atamin Beynelxalq Bankda krediti var.Atam ustunze sagliq rehmete gedib mende zamin durmusam mene mecburi deyirki odemelisen.Menim ozumunde Beynelxalq Bankda kreditim var onu zorla odeyirem 2-ci qrup elilem bu Banga bir encam eleyen ya bu bangin yesi yoxdur qanunla bu ise baxilsin bir qerar verersiz cox cox xais edirem komek komek iteyirem butun orqanlardan???????
Cavab: 

Hörmətli Elşad müəllim, belə halda vətəndaş təbii ki, dövlət orqanına müraciət etməlidir. Zəng vurun İqtisadiyyat Nazirliyinə şikayətinizi bildirin 195 (2).

06.03.2016
Sahib Xəlilov
Sual: Forum niyə işləmir? Sual-cavabla problemləri həll etmək olmur. Forum olsa, camaat müəyyən malları müzakirə edər. Məsələn, südün, kərə yağlarının keyfiyyəti, onların reytinqi və s. Mən bilmək istəyirəm, bizdə satılan məhsullara palma yağı qatılırmı? Qatılırsa, bu insan üçün təhlükəli plan texniki palma yağı deyil ki?
Cavab: 

Çalışacagıq Forum aktiv olsun, keçən ilin noyabr ayına qədər palma yağları barədə fikrim tam tənqidi idi. Lakin istehlakçı hüquqları ilə bağlı Braziliyada keçirilən dünya konqresində oldum. Və məlum oldu ki, Braziliyada və dünyanın bir çox ölkələrində qida üçün palma yağı qidada geniş istifadə olunur. Azərbaycanda da bu yağdan istifadə olunur. Lakin malların üzərinə bunu yazmırlar. Biz çalışacağıq ki, buna nail olaq. 

02.03.2016
Vüsal Həsənov
Sual: Salam. Unibankın Albalı Plus kartını almışam bir il əvvəl. Kartın taksit xətti keçən ilin dekabrında bitirdi, lakin kartı alanda mənə demişdilər ki, taksit xətti bağlandıqdan sonra da, 2019-cu ilə qədər (kartın üstündə bu tarix yazılıb) kartdan debet kartı kimi istifadə edə, hesaba qoyduğum pulla onlayn ödəniş etməyə və həmin pulu Unibankın bankomatlarından çəkməyə davam edə bilərəm. Lakin bu ilin əvvəlindən kartdan istifadə etməyim mümkün olmayıb. Karta qoyduğum pulla xarici saytlarda onlayn ödəniş edə bilmirəm (əvvəl mümkün idi), üstəlik kart hesabına qoyduğum məbləği bankın bankomatından da geri ala bilmirəm, kartı aldığım filiala getməli oluram. Bu, istehlakçı hüququnun pöozulması hesab oluna bilərmi? Şikayət etməyimin bir faydası olarmı?
Cavab: 

Yazılı şəkildə banka müraciət edin, yazılı cavab alın. Sonra məsləhətləşərik. 

29.02.2016
Elvin Memmedli
Sual: Salam, mən hansısa şirkətə ərizə ilə şikayət yazmaq istəyirəm, ərizəmin qeydiyyata alınmasını necə bilə bilərə? Ümumiyyətlə ərizə necə qeydiyyata alınır?
Cavab: 

Bu sual bizə aid deyildir. Biz istehlakçı (alıcı) hüququnu qoruyuruq. 

29.02.2016
Renat Akçurin
Sual: Salam.Sizi narahat edən Bakı şəhəri,Sahil Qəsəbəsi sakini.Bu qün bizə 2 nəfər Azəriqazdan qəliblər,yoxlama ilə.Hər şeyi yoxlayıblar,amma bir noqsan tapdılar.Bizim qaz soba şlanq boru ilə birləşib.Dərhal cərimə yazdilar- 150AZN.İndi bu hüquqi yoxsa yox?
Cavab: 

Cərimənin hüquqi əsası yoxdur, lakin qaz verilişini dayandıra bilərlər. Rezin boru ilə qaz çəkmək təhlükəlidir və qəti surətdə qadağandır. 

26.02.2016
Azad Rehimov
Sual: SALAM MEN ASTARA RAYONUNDA YAWAYIRAM BIZ 3 QARDAWIQ ATAM ANAM REHMETE GEDIBLER OLARDAN QALAN TORPAQI BOLE BILMIRIK MEN MEHKEMEYEDE MURACIET ETMIWEM MEHKEME USE BAXIB AMMA EVE VE HEYETE DAIR SENED YOXDUR QABAQ NE SENETLERDI REISTIRDEB BE HEYET CIXIB NE DE EV MEHKEMEDE DIYIR EVIN VE HEYETIN SENEDLERIN DUZELDIN MEN ISE BAXIM QARDASLARIMDA ISTEMIR EVIN SENEDLERIN DUZELTMEYE QALMIWAM BELE MEHKEMEDE MENIM PAYIMI VERE BILMIR MEN NE EDIM KI OZ PAYIMI ALIM
Cavab: 

Biz istehlakçı hüquqları qoruyuruq. Bu şikayət bizə aid deyildir. Hüquqşünas Qaçay müəllimlə əlaqə saxlayın. tel: 050 341 59 17

25.02.2016
Pasha Semedov
Sual: Salam. Online magazalardan alinan mallar gosterilen muddetden gec catdirilirsa ne ede bilerem? Fevral ayinin 11-i sifaris vermisem, 5-7 gun erzinde catdirilmali idi, hele de catdirilmiyib (odenisi olunub)
Cavab: 

195-2 elefonuna zəng vurun, şikayətinizi bildirin. 

23.02.2016
Asif Axmedov
Sual: Salam.460 qram сörəyi 30 qəpiyə verirlər bu nəqədər düzdür? səhvdirsə hara müraciət edim?
Cavab: 

195- telefonuna zəng edin. 

21.02.2016
Paşa Babayev
Sual: Salam. Malın üzərindəki qiymətlə kassada vurulan qiymət fərqləndiyi zaman nə etməli?
Cavab: 

195-2 telefonu ilə İqtisadiyyat Nazirliyinə və ya 161 telefonu ilə prokurorluğa məlumat verin. 

18.02.2016
Dəyanət Ağayev
Sual: Salam. Azərbaycanda olan günəbaxan tumlarının əksəriyyətinin içərisinə lotereya xarakterli kağız biletlər yerləşdirilir. Bildiyimə görə, ABŞ-da bu qadağandır. Yeyinti məhsullarının içərisinə yeyilməyəcək əşya qoyulması ABŞ qanunvericiliyi ilə qadağan edilir. Səbəb də aydındır. Reaksiya nəticəsində zəhərlənmə ehtimalı yüksəkdir. Sizcə, bizdə bu qayda niyə tətbiq edilmir? Yaxud artıq təkliflər edilib və bu istiqamətdə işlər aparılır?Təşəkkür edirəm.
Cavab: 

Ölkədə \"qida təhlükəsizliyi haqqında qanun\" yoxdur. Qanun olmayan yerdə cinayət istisna olunmur.

17.02.2016
Mikayıl Həsənov
Sual: Salam.alınmış ətriyyat və kosmetika vasitelerini Geri qaytarmaq və ya dəyişdirmək mümkündürmü. Zəhmət olmasa biraz ətraflı cavablandırardınız.
Cavab: 

Nazirlər Kabinetinin 114 saylı qərarına görə qeyd olunan mallar dəyişdirilməli olmayan mallar siyahısına daxildir. 

16.02.2016
Nuranə Hacıyeva
Sual: Salam, Mən 11.02.2013-cü ildən bir şirkətdə çalışıram. Əmək müqaviləsi hər il 1 il müddətinə bağlanır mənimlə. 01.06.2014-cü il tarixdən analıq məzuniyyətindəyəm. Analıq məzuniyyətini isə 01.03.2016-cı il tarixə qədər götürmüşəm. Müddətli əmək müqaviləm 11.02.2016-cı ildə bitir. Şirkət mənə 15.02.2016-cı il tarixdə məktub göndərərək bildirib ki, 01.03.2016-cı il tarixdə analıq məzuniyyətiniz biydiyi gün 11.02.2016-cı ildə əmək müqaviləniz bitdiyi üçün əmək müqavilənizə xitam veriləcək? Bu nə dərəcədə qanunidir? Uşağın isə 3 yaşı 27.05.2017-ci ildə tamam olduğu üçün mən analıq məzuniyyətini 27.05.2017-ci il tarixə kimi uzatmaq istəyirəm. Bunu edə bilərəmmi? Yəni 11.02.2016-cı ildə əmək müqaviləsinin vaxtı bitməsinə baxmayaraq analıq məzuniyyətini 27.05.2017-ci il tarixə kimi uzada bilərəmmi?
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. Bu sual bizə aid deyildir.

16.02.2016
Ruslan Quliyev
Sual: Salam.Biz dunen sumqayitda yerleshen HIPER marketden terevez doghramaq ucun yariavtomat mashin aldiq.evde yoxlayanda melum oldu ki dogramir.indi hemin mali qaytarmaq ve pulumuzu geri goturmek isteyirik. Market rehberliyi imtina edir her hansi bir odenish etmekden. Biz neylemeliyik? Minnetdaram.
Cavab: 

AİİB-in Sumqayıt şəhər nümayəndəliyinə yazılı ərizə ilə müraciət edin. tel: 050 549 17 99

10.02.2016
Serefet Susurov
Sual: 4 usaqli analar ne vaxt penisye alacaq
Cavab: 

Sual bizə aid deyildir. 

05.02.2016
isa isgenderov
Sual: salam.kredit götürdüm yarì dollar yarì manat dollar 105 idi oldu 160 güzet etmirler 105 le verirem160 la isteyirler zaminim yalì penisyanerdir onun penisye kartìndan tutmaq hüquqlarì varmì?
Cavab: 

Xeyr təqaüd kartından tutmaq hüquqları yoxdur. 

04.02.2016
sevinc memmedova
Sual: salam 3ay evvel ev almisam sonra oyrenmisemki ev mene deyerinden cox baha satilib hemde ev cox narahatdi qaytara bileremmi?
Cavab: 

Yalnız məhkəməyə müraciət etməklə nail ola bilərsiniz. 

03.02.2016
elsen quluzade
Sual: zibil pulu 1 aya ne qeder verilmelidi.kofeye
Cavab: 

Bu asilidir Sizinle bağlanan müqavile şərtlərindən. 

02.02.2016
Aqil Ilyasov
Sual: Salam Gencede bicox boyuk marketler webekesinde pecenye konfet ve s bi cox bele mallari qablasdirillar ve usde yalniz qiymeti ve cekisi olur bu ne derecede duzgundu ?
Cavab: 

Bu cür qablaşdırma Nazirlər Kabinetinin 94 saylı qərarına ziddir. 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15   16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30  

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...

Kontakt-Home"-dan şikayətlər ara vermir. Şikayəti araşdırmaq üçün Rəhbərliklə heç cür əlaqə mümkün deyil!
Nəzərinizə çatdırım bu şikayəti də məcbur olub İqtisadiyyat Naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu Nazirliyin də bir iş görəcəyinə ümüd yoxdur,onlar hamını məhkəməyə yönəldir.
Məhkəmələrdə ki, bildiyiniz kimi....

 
daha ətraflı...

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Şirvan şəhəri kitabxanasında həyata keçirmişdir

daha ətraflı...

Azad İstehlakçılar İctimai Birliyi 2105.2018-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  “Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Sumqayıt şəhərində “Xəzər”ASC-nin akt zalında həyata keçirmişdir.

"Qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində istehlakçıların bilik və bacarıqlarının artırılması"na dair təlimdə 29 nəfər iştirak edirdi.

Təlimin məqsədi Sumqayıt şəhərində yaşayan istehlakçıların, sahibkarların və digər qrup şəxslərin qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində  bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə ilk  çıxış edən  Sumqayıt şəhər İH-nin nümayəndəsi cənab Fərman Kazımov iştirakçıları salamlayaraq, mövzunun aktuallığını qeyd etdi və sözü AİİB-nin sədri cənab Eyyub Hüseynova verdi. Eyyub Hüseynov Azərbaycan Respublikası Prezidentinin istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün zəruri olan bütün addımları atdığını qeyd etdi. Cənab İlham Əliyevin “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılması barədə 10 fevral 2017-ci il tarixli Fərmanının böyük əhəmiyyəti oldugunu ətraflı izah etdi. Daha sonra təlimçilər  Nizami Musayev və Fərrux  Əsgərov “Qida Təhlükəsizliyinin İdarə edilməsi” və “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri” mözuları ətrafında təlimi davam etdirdilər.

İştirakçılardan Abdulov Camal çörək məhsullarının keyfiyyətinə təsir edən əsas amillərin nədən ibarət olduğuna dair sualına təlimçi  Nizami Musayev  əhatəli şəkildə cavab verdi.

İştirakçılar təlimdə aktiv iştirak etməklə, belə tədbirləri davamlı olmasını arzulayaraq, ÖlkəBaşçısına, QHT Şurasına və AİİB-nə təşəkkürlərini bildirdilər.

 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır