İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
May-2019
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (132)
Dunen ziyarətçilər: (148)
Bu gün səhifə baxışı: (417)
Dünən səhifə baxışı: (359)
Sual-cavab
Sual yaz
30.04.2017
Sofya Babayeva
Sual: Salam! Mən 2015-ci ildə soyuducu almışam və işlətdiyim gündən soyuducunun işindən cox narazı qalmışam.Bu günə kimi bir neçə dəfə qarantiyası olduğuna görə onu təmir ediblər. Lakin soyuducunun dərdini tapa bilməyillər.İndi soyuducu yenə işləmir və bizə yenə təmir təklif olunur.Sizdən Öyrənməy istərdim ki,qarantiyasi bitməmiş bu soyuducunu biz qaytara və yaxud başqasıilə əvəz edə bilərikmi.
Cavab: 

Əlbəttə , dəyişə bilərsiniz,MƏSLƏHƏT:

195 (2)ilə İqtisadiyyat Nazirliyinə məlumat verin və ya bizə ərizə yazın həllinə çalışaq.

27.04.2017
amal huseynov
Sual: salam men 2016 ilin yanvar ayi alemden bosanmisam bir qizim var 1 yasindadi mene mehkeme 136m almet kesib men hec yerde islemediyme gore almenti oduye bilmirem 4 ay erzinde cemi imkan eliyib 150 manat oduye bilmisem mehkeme menim islemediymi nezere ala bilermi almete gore ver ne odeye bilmediyme gore ne ceza tebiq edile biler
Cavab: 

Biz alıcı hüquqlarını qoruyuruq bağışlayın məslə bizə aid deyildir.

24.04.2017
Bahar Azimova
Sual: Salam,bagisdin sizi naragat ediram,ancax sizin maslativize coxx estiyacim var,1ay bunan once ayfon5 almisam,520 mata,1ay tamama olmamis,twlefon zaradka yigasi olmadi ve coxlu probkemi cixidi,apardix aldimiz erde dediler biz gaytarmirx,uzax basi size 200 mat vere bilerik,sizde telefon bize veresuz.1ikde zamanat verdiler alanda,indide deyrki ne duzeltmirem,nedeki puluvi gaytarmiraMene bir eslet verir men neyniyim?
Cavab: 

Sizin təmənnasız təmir etdirmək hüququnuz vardır

Məsləhət:1.165(2) telefonu ilə Dövlət orqanına şikayətinizi bildirin

             2.Və ya gəlin ofisimizə ətraflı ərizə yazın həllinə çalışaq

19.04.2017
Ramil Soltanov
Sual: Salam men bakielektrik sebekenin ay tamam olub qurtaranan sora 15 gun kecir yaddlarina duwur byada qesden limiti kecirdib caamata artiq pul yazirlar niye gore ay tamam olanda galmirler butun camahat sikayetcidir.goresen duzelecek bunlar
Cavab: 

Biz konkret istehlakçı şikayətini təmənnasız həll edirik.Qeybet barədə düşünməyə vaxtımız yoxdur.

18.04.2017
Ələkbər Məmmədov
Sual: Salam. Həyətin hasarından çöldə quraşdırılan elektrik sayğacına dəyən zərərə görə istehlakçı məsuliyyət daşıyırmı?
Cavab: 

Zərəri sayğacın istehlakçısı  vurubsa məsuliyyət daşıyır.

17.04.2017
Edalet Eliyev
Sual: Salam.men qonshuma kishi godekceleri vermishem nisye.yarsinan azin odeyib coxsu qalib odemir.okryabir ayinan meni get gele salib.men nece eliyibki qonshudan ya malimi ya pulumu alim?mehkemeye vermishem mehkemedende qorxmur bu insan.zehmed olmasa mene komeylik ederdiz..
Cavab: 

Biz alıcının hüququnu qoruyuruq.Satıcının yox.Polisə rəsmi ərizə ilə müraciət edin.

17.04.2017
Nergiz Eliyeva
Sual: Salam bagislayin narahat edirem.Menim anamin 2 banka xeyli miqdarda borcu var mehkemeye verilib.Anam borcunu hec cur odeye bilmir melimedir maasi cox azdir 180-190 AZN alir.Men 9 cu sinifde oxuduguma gore melim yanina getmeyim vacibdir.Men oxumag isteyirem amma anamin borcuna gore melim yanina gede bilmirem. Size sualim budur ki,men hara muraciet etsem anama yardim ede bilerler?
Cavab: 

Ananıza yardım edəcək yeri bilmirəm.Lakin Sizə onu da deməyə borcluyam ki,zəhmətə qatlansan müəllim yanına getmədən kitabları oxuyub ən yüksək bal toplaya bilərsən.

Qeyd:Biz istehlakçı (alıcı) hüquqlarını qoruyuruq.

16.04.2017
Seida Huseynova
Sual: Salam! Bu ay azeristilik bize online ödənişlər üçün kod təqdim edib. Biz o kodu açanda gördük ki, borc orda 63 AZN əks olunub halbuki, biz hər ay ödəniş edirik. Yaxınlaşdıq onların baş idarələrinə ordan bizə məlumat verilib ki, bu borc bizdə 2012 ildən qalıb. Həmin illərin qəbzləridə bizdə qalmayıb. Mən sizdən soruşmaq istərdim ki, onların hüquqları çatır ki, məndən 5 il bunnan qabaq yaranan borcları tələb etmək? Bu borclar haqqındada o vaxt bizə heç bir məlumat verilməyib.
Cavab: 

Salam,3 il öncənin borcları tələb edilmir.Məsləhət:Problem həll olunmasa ya 195 (2) telefonu ilə İqtisadiyyat Nazirliyinə müraciət edin ya da Bizə ətraflı ərizə yazın həllinə çalışaq.

10.04.2017
Elçin İbrahimov
Sual: Salam. Mən filter almaq istəyirəm amma Azərsu deyir ki filter zərərlidir.Suyu distillə edir, ölü su olur. Sizdən məsləhət almaq istərdim ki hansı filterdən almaq lazımdı? Bir də bəzi adamlar deyir ki daş yaxşıdı. Sizdə daş suyu tam süzə bilər mi? Yəni daşla süzülən suda xlvə digər zərərli maddələr qalırmı? Təşəkkürlər
Cavab: 

Daşla süzülən suda zərərli maddələr qalır.Lakin biz heç bir malın tövsiyəsi ilə məşğul deyilik.

06.04.2017
Tural Fərəci
Sual: Salam mən dünən axşam 05.04.2017 saat 22:00 da suyu təmizləyən aparat aldım ilkin ödəniş etmədim böldülər aya ayda 53 manat birdə ilin ödəniş ayın 8də 50 manat ödəməliyəm. Mən də internetdən araşdırdım ki, bu aparat bunlar tərifləyən kimi elə də əla aparat deyil suyun dahada hər şeyini özünə çəkir yəni ziyandı.Aparatı satanda evdəki suya bir cihaz yerləşdirilər sən də görürsən ki içdiyimiz su yaman çirkliymiş öz satdıqları aparatdan çıxan su isə əla görsənir. Sən demə bu suyun bütün elemntlərini filtirlər özündə saxlayır. Yəni aparat dahada ziyan vericidi. İndi mən bunu qaytara bilərəmmi? Müqavilədə belə deyilirTərəflərin RekvizitləriQeyd: Avadanlıqda yaranmış aradan qaldırıla bilməyən nasazlıqdan başqa hər hansısa bir digər səbəbdən avadanlıq geri qyatarılarsa 400 azn Müqavilə cəriməsi alıcı tərəfindən ödənilməlidir(Kəpəz)Tərəflərin məsuliyyətiƏgər alıcı bu müqavilə qüvvəyə mindikdən, əmlakıqəbul etdikdən və ilkin və s. ödənişi hər keçdikdən 24 saat sonra hər hansı səbəbə görə əmlakın birtərəfli qaydada imtina edərsə, satıcıya ilkin vəziiyətdə qaytarılır, lakin ödənilmiş məbələğlər verilmir.Xahiş edirəm cavab verərdiniz mən bu aparatı qaytara bilərəmmi və 400 manat cəriməni ödəməliyəm?Bu haqda onlara səhər saat 10:32 da özlərinə məlumat vermişəm ki, gəlin aparatı sökün aparın istəmirəm 12 saat keçmişdi mən onlara xəbər edəndə.
Cavab: 

Siz haqlisiniz,qaytara bilərsiniz.Gəlin bizim ofisə ərizə yazın,müqaviləni də gətirin kömək edək.

05.04.2017
Rəşad Əlizadə
Sual: Salam, sizin xüsusi “Azad İstehlakçılar Birliyinin Qida Təhlükəsizliyi" nişanınız var? varsa biz onu necə taniyaq? Məsələn hansi Kolbasa istehsal edən firmaların mallaini məsləhət görürsüz?
Cavab: 

Biz yaxşı mal haqqında danışmırıq.Qida təhlükəsizlik nişanını İCELAND dondurmalarının ,\"Zəhmət Ruzi\"( SAB) mallarının üzərində və saytımızda görə bilərsiniz.Ana səhifədə.

29.03.2017
Leyla Mamedova
Sual: salam Aleykuma.Men usaq evindenem ,hal hazirda dovlet meni kimsesiz olduguma gore dovlet yataqxanasina yerlesdirib,hal hazirda islemirem,mene yardim dusur?Her hansisa qruma muracietede bilerem?Cox sag olun
Cavab: 

Əfsus ki bu bizə aid sual deyildir.Biz istehlakçı hüquqlarını qoruyuruq.

25.03.2017
Ağa Məmmədov
Sual: Salam 8km bazarınnan lobzik əl mişarı aldım yoxladılar işlədi evə gətirib 3dəqiqə işlədənnən sonra yandı satıcı qaytarmır deyir get düzəltdir
Cavab: 

Zəmanət talonu veriblərsə,təmənnasız təmir etməlidirlər.Əks halda bizə rəsmi ərizə yazın həllinə çalışaq.

25.03.2017
anar verdizade
Sual: Men sehid ogluyam atam men dogulannan bir nece ay sonra qarabagda agdere ugrunda geden doyuslerde sehid olub. O vaxtdan anamla yasamisam. Indi hal hazirda herbiciyem. Anam atamin olumunnen sonra aile heyati qurub. Bir qizi var. Ama senedli nigahlari yoxdu. Evlendiyi sexs ile munasibetim yacsi olmadigi ucun men kirayede yasayiram oz ailemle. Aileliyem 1 ovladim var. Dovlet atamin sehid oldugu ucun anama ev ve abyekt yeri verib terter rayonunda. Amma men sehid oglu kimi hecneye sahib deyilem. Menim atamin sehid oldugu ucun verilen evde men yasaya bilmirem aidiyyati olmayan birisi mene manecilik toredir. Men nece ede bilerem burda men o haqqimi teleb elesem atamin sehid oldugu ucun verilen ev ve obyektten mene bir pay dusurmu ?
Cavab: 

Biz alıcı hüquqlarını qoruyuruq.Əfsus ki bu məsələ bizə aid deyildir.Hüquqşünas Habil İsgəndərovla məsləhətləşin Tel: 050 314 81 88

22.03.2017
Rasim Salamzadə
Sual: Salam vəkil. Xahiş edirəm cavab yazasız. 7 il bunda qabağ iş yoldaşım mənim adıma kompyuter götürüb kreditə. 5-6 pulunu verib sonra verməyim. İndi onunla əlaqəm yoxdu. İş icraçılardadı. Mənə Öıkədən çıxmağa qadağa qoyublar. Mən nə etməliyəm. Bankla danışsam qadağanı götürərlər. Çünki mən dağıstanda işləyirəm. Ora gedib-gəlməsəm vəziyət pis olacaq. Nə etməkiyəm. Çoxsağolun.
Cavab: 

Bank haqlıdır,çalışın danışıq yolu ilə həll edin.

12.03.2017
Derya Xasiyev
Sual: Salam 2016-ci ilde bize sosial yardim 2 il muddetine ayirmiwdilar. Lakin 2016-ci ilin dekabr ayinda bize verilen sosial yardim qeyri-qanuni dayandirmiwdilar.Hal hazirda ozumde hec yerde iwlemirem. Ailede mennen bawqa iwleyen olmayib.Hal hazirda bizim ailenin veziyyeti gergindir. Adiyyeti orqanlara muraciet etmeyime baxmayaraq hec kim bize komek etmek istemir
Cavab: 

Salam,əfsus ki biz alıcı hüquqlarını qoruyuruq,uyğun Nazirliyə ərizə ilə müraciət edin.

11.03.2017
Derya Xasiyev
Sual: Salam Men Xasiyev Derya ay yarimdi iwsizem.Xahiw edirem mene iw tapmaqda komeklik edesiz. Hara muraciet edirem iw tapa bilmirem
Cavab: 

Salam,biz istehlakçı hüququnu qoruyuruq,məsələ bizə aid deyildir.

11.03.2017
sahmar nuruyev
Sual: salam,bagislayin narahat edirem.mene sizin komeyiniz lazimdir, men 2ile catir ailemden ayriyam,2ci defe evlenmisem,ama bezi sebeblere gore 1ciden nigahdan duse bilmemisem hele,indide 2ci ailemden usaqimda var, indi bosanma erizesi vermek isteyirem, ancaq istemiremki mehkemelerde ozum istirak edim, nece ede bileremki men olmadan lazim olan senedler yigilsin mehkeme bosasin 1cini?1ci yoldasim bosanmir aile qursamda,biznrayonda yasayiriq, ozum bakida qalirqm isimle elaqedar 1gunluk bele rayona gede bilmirem, xahis edirem mene komekmedin
Cavab: 

Salam,bu məsələ bizə aid deyildir.Biz istehlakçı hüuquqlarını qoruyuruq.VVAQ(ЗАГС)-a müraciət edin.

06.03.2017
Ilham Abbasov
Sual: Kassa ceki yoxdu ama telefon kreditle alindigi ucun her ay odenis olub
Cavab: 

Məsləhət:1.195 (2)telefonu ile İqtisadiyyat Nazirliyine məlumat verin. və ya

               2.Bizə rəsmi ərizə ilə müraciət edin,həllinə çalışaq.

05.03.2017
Ilham Abbasov
Sual: Salam menim telefonumun zemanetine hele var ama zemanet talonun itirmiwem indi telefonda problem var ama (dost tech) deyirler ki zemanetsiz sayilir
Cavab: 

Salam,kassa çeki saxlanılırsa, Sizin haqlı olduğunuz sübut etmək olar.

05.03.2017
ziba muxtarova
Sual: salam men bank of bakudan kredit goturmusem bir muddet odedim sonra ayaqim sindi 2 il iwdemedim 2 defe emeliyyat olundum.bank meni mehkemeye verib men yaxinlawdim icraciya icraci mene borcun maawma yoneltmeyeceyini dedi borcum 2800dir neyse biraz daniwandan sonra mene dedi 7 % getir bir hefte icinde ode 360 manat eliyir men ne dedim imkanim yoxdu oduye bilmire amma yenede bir hefte vaxt verdi dedi onu ode ondan sonra men daniwaram aylqa boldurerik men indi bilmek istiyirem men kreditidi ayliqa blub odemek istiyirem amma hal hazirda o 7 faiqizi yeni 360 man bir hefteye odemeye imkanim yoxdu.men o pulu axirda oduye bilerem?onu odemesem indi mene icraci ne ede biler?birde men nece ayliqa boldurum borcumu ?icraci deyir pulu odemesen hecne eden deilem xais ddirem mene bir meslehet veresiz mene hede qorxu gelirki 500 1000 manata qeder cerime ededcem hebs edecem amma men yayinmiramki odemek istiyirem sadece yari yari birdeki menim resmi maawim var deir brc coxdu yoneltmirem 160manat maaw aliram menim ixtiyarim varki men teleb edimki maawma yoneltsinler?cox xaiw edirem mene bir meslehet verin
Cavab: 

Salam,bank Sizə kömək etmək isteyir,qarşılıqlı razılaşma ilə istəyiniz əldə edə bilərsiniz.

Borc maaşa yönəlsə, maaşınızı 50faizindən çox saxlaya bilməz ,çalışın bankla razılaşın.

03.03.2017
Ənvər Bəhmənov
Sual: Qanunsuz keçirilən stimullaşdırıcı lotereya barədə sizə müraciət edə bilərəmmi
Cavab: 

Əlbəttə,ətraflı ərizə yazın.Bir yerdə problemi həll edək.

02.03.2017
Razi Ibrahimov
Sual: Salam. Fevralin 28 bowanmiwam. Oktyabrin 24-den bu gune qeder oliment borcu yigilib. Mehkeme ise maawimin 31 oliment kimi tutulmasina qerar verib. Maawim 1300 azndir. Mennen ayda 2 uwaq ucun ne qeder oliment tutulacag? Yigilan borcu nece tutacaglar mennen? Icraciyla daniwib az-az tutdura bileremmi? Bank kreditim var birdefeye odeye bilmirem.
Cavab: 

Salam,sual bizə aid deyil .biz istehlakçı hüququ qoruyuruq.

26.02.2017
Elvin Abbasov
Sual: Salam bagiwliyin narahat edirem Men 5 gun bunan qabaq gumuw komplekt aldim uzuyun qawlari duwub onu geri qaytarib pulu ala bilerem?
Cavab: 

Salam,Nazirlər kabinetinin qərarına görə qiymətli metallar qaytarılmır.Ətraflı ərizə yazın .Çalışarıq danışıqlar yolu ilə həll edək.

22.02.2017
Hesen Omarov
Sual: salam .menim evvel islediyim firmaya borcum var.ve mekmede iskesib .oul olduqca odeyirem.olkeden cixmaga qadaga qoyula bilerlermi?
Cavab: 

Salam bu sual bize aid deyildir.Mehkeme qadaga qoya biler.

19.02.2017
Bextiyar Recebov
Sual: Salam. Zehmet olmasa sualımı cavablandırardız. mulkiyyet sahibi olduğum ferdi yaşayış evinde qardaüım ve onun az yaşlı 3 uşağı qeydiyyatdadır( uşaqların qeydiyyata alınması menden xebersiz olub asan xidmetde atanın şexsiyyet vesiqesi esasında) qardaşımın heyat yoldaşı hal hazırda meni mehkemeye verib ve menden onu qeydiyyata salmağı teleb edir. Bu ne derecede mumkundur?birde menim evimde qeydiyyatda olan şexsleri (qardaşımın uşaqları) hansı yolla qeydiyyatdan çıxara bilerem? qabaqcadan teşekkürler
Cavab: 

Salam,bu saul bize bize aid deyil,istenilen halda mehkeme vasitesi ile hell ede bilersiniz.

18.02.2017
sebine ahmedova
Sual: salam men sualma xayiw edirem cavab yazin sualim beledi yoldawmin iki otagli evi var bibisinin adna alinib indi evi kecirdmek istemir deyir ya satacam,yadaki oglimin adna kecirdecem bu meselede biz ne ede bilerik mekemeye versey kimin xeyrine olar.cox sagolun evelceden
Cavab: 

Salam ,biz istehlakci huququ qoruyuruq sual bize aid deyil.

18.02.2017
Yusif Qasimov
Sual: Salam men universitetde oxuyuram eyani pulluda atamnan anam bowaniblar anam 1ci qrup elil dializ xestesidir.Menim indi tehsil haqqima guzewt ola bilermi.Xaiw edirem cavablandirardiz suali.Onceden tewekkurler
Cavab: 

Salam ,biz istehlakci huququ qoruyuruq. bu barede melumatimiz yoxdur.

17.02.2017
Gültekin Musayeva
Sual: Salam.Eger alınan malın saxta olduğunu tesdiqlesem(etir),çek omadan onu mağazaya qaytara bileremmi?(çeki atmışam)
Cavab: 

Salam,ele bir huququnuz yoxdur.

16.02.2017
Orxan Əliyev
Sual: Salam.İstehlakçı hüquqlarının qorunması ödənişlidirmi?
Cavab: 

Salam,tam temennasizdir.

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12   13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33  

 “Azad Istehlakçılar” İctimai Birliyi (AİİB)      Bakı AZ. 1010, Azərbaycan, D. Əliyeva  küç.,

İndependent Consumers Union (İCU)              239, m. 51”A”

                                                                           239 Dilara Aliyeva str., № 51, AZ 1010 Baku,

                                                                                           Azerbaijan

AİİB                                                                                            T: +994124498995                                       

                                                                                         T/F: +994124412833

                                                                                                                       M: +994503416225

22 may 2019-cu il.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azad İstehlakçılar" İctimai Birliyi tərəfindən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında  Azərbaycan Respublikası Qanununun tələblərinin fermer təsərrüfatlarında istehsal olunan malların  dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirləri”

layihəsi çərçivəsində  Hacıqabul rayonunun Abdulabad  kəndində 22.05.2019-cu il tarixdə fermerlərə təlim keçirildi. Təlimdə Hacıqabul RİH-nin Abdulabad kəndi üzrə nümayəndəsi  də daxil olmaqla 19 nəfər  iştirak edirdi.

“HACCP (Hazard Analysis and Critical Control Points) prinsipləri ilə ekoloji kənd təsərrüfatı məhsulları istehsalı və “CS 1- Azərbaycan” təcrübəsinin tətbiqi ilə bazara çıxışı”mövzusunda təlimin məqsədi ekoloji təmiz k/t məhsulları istehsalı  üzrə zəruri aqrotexniki tədbirlər barədə kiçik fermer təsərrüfatları sahibkarlarının bilik və bacarıqlarının artırılması ilə onların bazar rəqabətli məhsul istehsal etməklərinə dəstək vermək olmuşdur.

Təlimçi Nizami Musayev qarşılıqlı müzakirə şəraitində fərdi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalı üzrə problemlərini müzakirə etmiş və  onlara ekoloji təmiz kənd təsərrüfatı  məhsulları istehsalı və “Dəyər zənciri” iştirakçıları ilə işgüzar əlaqələr qurmaqla bazar rəqabətliliyinin təmin olunması yollarını izah etmişdir.

Fərdi fermer Əlislam Dostəliyevin  Abdulabad  kənd əhalisinin suvarma suyuna çıxışının olmasına (Kür çayından çəkilmiş kanal) baxmayaraq suyun azlığından sahələrin aqrotexniki qaydalara müvafiq olaraq vaxtında suvarılmasını apara bilmədiklərini söylədi və bildirdi ki, nəticə etibarilə məhsulun həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri çox aşağı olur. Bu da fərdi fermer təsərrüfatlarının inkişafına əngəl yaradır. Təlimçi  Nizami Musayev suvarma suyu təchizatı ilə bağlı əlaqədar təşkilatlara Bələdiyyə və İcra Nümayəndəsi səviyyəsində müraciət etməyi məsləhət bildiyini söylədi, Eyni zamanda yaxın gələcəkdə xidmət təchizatçıları ilə kooperasiya əsasında müqavilə bağlamaqla aqrotexniki tədbirlərə dair problemləri kompleks şəkildə həll etməyin mümkün olacağını vurğuladı.

Çay fasiləsindən sonra layihə eksperti Fərrux Əsgərov təlim iştirakçılarını “CS 1- Azərbaycan” təcrübəsi üzrə məlumatlandırmış, Abdulabad kənd İcra Nümayəndəsi cənab Rövşən Həsənov və digər təlim iştirakçıları Abdulabad və qonşu Kolanı kəndində birlikdə 1200 fərdi fermer təsərrüfatlarında 5000 başadək İri buynuzlu mal-qara mövcud olduğunu və istehsal edilən südün realizasiya olunması çətinliyini bildirdilər. Həmçinin natiqlər tərəvəz istehsalı üzrə ixtisaslaşmış bu kəndlərdə il ərzində istehsal olunan tərəvəz məhsullarını (xüsusilə badımcanı) satmaq üzrə çətinlikləri olduğunu bildirdilər. Ekspert Fərrux Əsgərov fermerlərə Bakı şəhərində tərəvəz topdansatışı bazarları ilə əlaqə saxlamağı tövsiyyə etdi və qeyd edilən  problemləri barədə layihə fəaliyyəti üzrə yekun hesabatda məlumat və çıxış yolları üzrə tövsiyyələr veriləcəyini bildirdi.

Nizami Musayev fermerlərə istehsal edəcəkləri məhsulun ən azından 50%-nin potensial alıcısını müəyyən edərək müqavilə bağladıqdan sonra işə başlamağı və eyni zamanda davamlı bazar araşdırmaları aparmaqla tələbə üyğun olaraq təsərrüfat fəaliyyətlərini tənzimləməyi məsləhət bildi. Layihə heyəti fermerlərə cari təsərrüfat ilini uğurla başa vurmağı arzuladı.

İştirakçılar tərəfindən təlim qiymətləndirildi. Fermerlər yerlərdə analoji təlimlərin mütəmadi keçirilməsinə ehtiyacın olduğunu bildirdilər.

 

daha ətraflı...

"Azad İstehlakçılar"İctimayi Birliyi(AİİB)01.05.2019 tarixdən,Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Ekaloji Təmiz Kənd Təsərrüfatı Haqqqında"AR qanununun tələblərinin fermer təsərrüfatında istehsal olunan  malların dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirlərinin keçirilməsi"layihəsinin icrasına başlayır,Qrantın məbləği 7000 AZN-dir.Layihə çərçıvəsində Hacıqabul,Sabirabad və Saatlı fermerləri ilə yığıncaqlqr keçiriləcək,layihədə nəzərdə tutulan yekun nəticələrin əldə olunması üçün nəzərdə tutulan işlər plan üzrə icra olunacaqdır.Layihənin gedişi və uğurları AİİB-in digər rayon nümayəndəlikləri vasitəsilə interpolyasiya olunacaqdir.İstənilən şəxs layihənin istənilən elementi ilə(O Cümlədən,maliyyənin xərclənməsi ilə)tam şəffaf şəkildə tanış ola bilər.

 
daha ətraflı...

Insanları kor edə bilərlər!Eyni məzmunlu məktubla Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyevə və İqtisad Naziri Şahin Mustafayevə

müraciət etmişik. 

 

                    

                                    Azərbaycan Respublikasının

Səhiyyə Naziri Cənab Oktay Şirəliyevə

 

 

 

 Hörmətli Oktay müəllim,

 

          “Azad İstehlakçılar”İctimayi Birliyinə(AİİB) “Brenner”göz linzalarının şübhəli markalanması ilə bağlı istehlakçı məlumatları daxil olmuş və AİİB tərəfindən malın markalanmasına və mənşəyinə dair araşdırma aparılmışdır. Aşağıdakılar məlum olmuşdur:

 

1.Malın üzərində 2 ştrix-kod vardır:

 1.1 “EAN-13 benəlxalq perefiksinə müvafiq GS1 ştrix-kodu,digəri

 1.2“GS1-128 tələblərinə uyğun.

Hər iki ştrix-kod saxtadır!

Beləki1.1.1-“EAN-13” ştrix-kodu səlahiyyətli təşkilatın xüsusi avadanlıği ilə oxunmuş aşağıdakı nəticələr əldə olunmuşdur(nəticələr bu nəktuba əlavə olunur).

-Ştrix-kodun insan oxuyan hissəsində 400701014056847 yazılsa da skaner oxuyan rəqəm 4607014056847 (Rusiya)-dir.

-GS1 standartına uyğun olan məhsulun üzərində yazılmış ştrix-kodun sonuncu rəqəmi “7” yox “5” olmalıdır!

2. GS1-128 ştrix-kodu skanerlə oxunmamışdır. (01)rəqəmindən sonra məhsulunGTİN adlanan nömrəsi göstərilməlidi,yəni 4007014056845 ədədi olmalıdir. lakin belə deyil!

3. Skaner oxuyan zaman aşkarlanan ştrix-kod(4607014056847) və məhsul üzərində qeyd olunan ştrix-kod(4007014056847) haqqında məlumatlar beynəlxalq GEPİR axtariş sistemində aşkar olunmamişdir.

4. Markalanmada istehsal müəssiəsinin adı və ölkəsi qeyd olunmayıb, içlik vərəqə AZ dilində deyil və malın Almaniyada istehsal olunduğu göstərilir.

5. AR-nın Səhiyyə Nazirliyinin (SN) müvafiq qurumundan  şifahi olaraq çətinliklə aldığımız məlumata görə (hörmətli Mahmud müəllim) “Brenner” linzalarının idxalına SN icazə verilməyib.

 

          Sadalanan faktlar göstərir ki,  İşbazlar saxta linzaları “Brenner” markası altında, Almaniya istehysalı olan linza kimi təqdim edərək,  satışını təşkil etmişlər. 

Bu saxtakarlıq nəticəsində gözün katarakta və digər əməliyyatlarında Almaniya istehalı  və “Brenner” markası altında saxta, mənşəyi bilinməyən  linzalardan istifadə olunmuşdur. Pasinetlər avropa keyfiyyətli linzalar qoyulduğunu düşünsələrdə, nəticədə həkimlər və pasientlər aldanılmış vəziyytdə qalmışlar. Yüzlərlə pasientlərin hüquqları pozulmuş və sağlamlıqları risk altına düşmüşdür.

         Məsələnin insan sağlamlığına təhlükə olduğunu və istehlakçıların hüquqları kobud şəkildə pozulduğunu nəzərə alarar, araşdırma aparılması zərurudir. İctimai təşkilat olaraq biz istehlakçıların hüquqlarının qorunması naminə, saxta  “Brenner” linzalarından istifadə edən klinika və həkimlərin adlarının müəyyən olunmasına və bu sahədə şəffaflıq yaradılmasına çalışacayıq.

        Xahiş edirik qeyd olunan şübhəli mənşəli,  “Brenner” markalı linzaların (göz protezi) istifadəsinin qarşısının alınması üçün lazımi tədbirlər görülməsi haqqında göstəriş verəsiniz.

 

Qoşma: 2 (iki) səhifə.

 

    Hörmətlə,

 

     “Azad İstehlakçılar”

ictimai birliyinin sədri :                       E. M. Hüseynov

daha ətraflı...

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır