İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Avqust-2020
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (68)
Dunen ziyarətçilər: (153)
Bu gün səhifə baxışı: (176)
Dünən səhifə baxışı: (474)
Sual-cavab
Sual yaz
29.04.2018
İmran Dәmirçiyev
Sual: Salam, bişmiş tortun mağaza da satış vitrinindә saxlama müddәti nә qәdәrdir?Mәhsulu (tortu) alarkәn hәmin mәhsulun satışa qәbul kitabında nә vaxt qәbul olunduğunu istehlakçıya satıcı tәqdim etmәyә borcludurmu?Bu gün Nәrimanov ms yanında yerlәşәn "Azcake" şe satıcı tәqdim etmәkdәn imtina etdi vә israrla mәhsulun 120 saat vitrindә saxlama müddәti olduğunu bildirdi.
Cavab: 

Tortun saxlanma müddəti 36 saatdan artıq deyildir. satıcı istənilən sənədlər sizə təqdim etməyə borcludur.

28.04.2018
Lamiye Aliyeva
Sual: Salam.men ozel bagca acmaq isteyirem.lisenziyadan basqa hansi senedler lazimdi.bes acildiqda sonra ?tesekkur edirem
Cavab: 

Bağışlayın bu barədə bililyim azdır. Məncə lisenziyada lazımdır deyildir.

23.04.2018
Nezaket nurahmedova
Sual: Salam. Men 15 ildi bir teskilatda calisiram.Hal-hazirda analiq mezuniyyetindeyem.Artiq usagin 3 yasi olduguna gore ise cixmaliyam.Men calisdigim filiali da baglanib.Teskilat iscileri ele cixarir ki,onlara muavinet vermesin.nece edim ki meni isden cixaranda hec olmasa muavinet ala bilim?Önceden tesekkur edirem.
Cavab: 

Sual  bizə aid deyildir. Huquq şunas Habil müəllimə zəng edin-  050 -314-81-88

22.04.2018
Yunis Eliyev
Sual: Salam. Bu gun 2ci gunduki sheherdeki meishet ve mobil texnikasi satan dukanlardan birinden mobil telefon almiwam(kreditle). Dunenden bugune telefondan naraZiyam. men dukana deyishditmek istediyimi desem( geri qaytarmaq yox) qanunla qayda ile mumkundur ya bu dukana daxili qydalarina gore yox cavablana biler. onceden teshekkurler...
Cavab: 

Dövlətin qanununa görə 14 gün müddətində dəyişmək hüququnuz vardır.

20.04.2018
Shahin Qasimov
Sual: Alimentle baqli hebs qoyulmush 50 illik etibarname ile alinmish avtomabili hebsden nece cixartmaq olar
Cavab: 

Sual  bizə aid deyildir. Huquq şunas Habil müəllimə zəng edin-  050 -314-81-88

16.04.2018
Cabir Orucov
Sual: Salam bu gun Araz supermarketler sebeseninin 8 mk rayon azadliq metrosu yaxinliginda yerlesen araz markeden alis veris etdikde vitrin qiymetini ucuz qoyub musterini aldadib kassa qiymetinde ferqli qiymet qoyub musterini aladmaqla mesguldula bununla bagli hansisa qurum var qaynar xett var sikayet edek olcu gotursunler
Cavab: 

Hörmətli Cabir mellim, sizin telfonunuzu Veyseloqlu sirketinin bu işlərə baxan şəxsinə göndərdim. Onunda telfonunu sizə gondərirəm.

050-513-64-62 - İLHAM. Problem hell olmassa bizə ərizə ilə müraciət edəsiz , lazimi işləri görərik.

13.04.2018
Sevinc Həsənova
Sual: Salam, 8 gün evvel 28maydaki qadın geyim mağazaların birinden paltar almışam. Odeniz edib qebz teleb etdikde, qebz verilmir , yalnız etiketi zedelenmeden deyisileceyi deyildi. Men indi o paltarı qaytara ve ya deyise bilerem? Qebzin verilmemesi qanuna uyğundurmu? Qanuna otel əslinde paltarlar nece gün ərzinde qaytarıla və ya deyisile bilər???
Cavab: 

Sizin dəyişdirməyə və ya qaytarmaq hüququnuz var. Qanunla 14 gun ərzində qaytar bilərsiniz. çek verilməlidir.

06.04.2018
Ulvuyye Hesenova
Sual: Salam menim usagim epilepsi di deyen yoldaşım bosuyur menim size sualim men merkemede neyi teleb ede bilerek neye hakkım çatır yoldaşım gündelik isi var amma hokumet isinde İsdemir merkeme verdiği qerardan boyun qacira bilermi yaxud qacirtsa ne ola biler sualima cabab verdiyinize gore cox sagolun
Cavab: 

sual Bizə adi deyil. Hüquqşunasla əlaqə saxlayın. Habil-  tel-0503148188

04.04.2018
Sevda Muradova
Sual: 29.03.2017 tarixində ərizəylə müraciət etmişəm mən mobil telefonu Kontakt Homa qaytardim amma son dəfə ödədiyim pulu qaytarmadilar.Bu doğrumu əvvəl ödədiklərimi yox son dəfə qaytarilmadan öncə ödədiyimi istəyirəm.Kimə müraciət edəcəyimi bilmirəm onsuzda heç kim baxmayacaq imza deyirsiz düzü burda necə atim imza bilmirəmşəxsyyət vəsiqəmin seriyasini yaziram doğru olsun AZE № 13144690
Cavab: 

Məsəahət edirəm iqtisadiyyat Nazirliyinə muraciət edəsiz. 195(2),,, 4981504

04.04.2018
sedaqet mirzeyeva
Sual: salam menim yoldasim 6 il qarabaq muharibesinde olub veteranligi yox idi bu yaxinlarda muraciet etmisik berpa olunacaq bilmek isteyirem ki bu iller erzinde almadigimiz pensiyani ala bilerik sag olun
Cavab: 
04.04.2018
sedaqet mirzeyeva
Sual: salam menim yoldasim 6 il qarabag muharibesinde olub bu vaxta qeder veteranligi olmuyub bu yaxinlarda berpa olunacaq bilmek isteyirem ki bu iller erzinde almadigimiz ala bilerik sag olun
Cavab: 

sual bizə aid deyildir. huquq şunas Habil müəllimə zəng vurun- 050 3148188

02.04.2018
Semaye Rustemova
Sual: Men 2015 ci ilde indesit firmasindan paltaryuyan masin kredite goturmek istedim 1 nece gunnen sonra paltaryuyan masin getirdiler oda kohne indesit firmasi oldu olarda dedilerki elmize ne kecdi onuda getirdik men ne qeder eledim ki deyissinler dedilerki artiq acmisiq karopkasini geri qaytara bilmerik defelerle getdim magazaya mehel qoyan olmadi 3 ildi men sizi axtaram yasdi oldugum ucun hec cure sizinkle hec cur elaqe yarada bilmedim xais ediremki mene bir cavab veresiz
Cavab: 

Məsləhət bilirəm ki, iqtisadiyyat nazirliyinə müraciət edin . telfon-195(2) və ya 4981504/01

02.04.2018
Ulvuyye Hesenova
Sual: Amma yoldasim hec bir hokumet iscisi deyil Rusiya seherinde taksavatdiq edir mene aliment ne qeder duser
Cavab: 
02.04.2018
Ulvuyye Hesenova
Sual: Salam meni yoldasim meni bosamaq istiyir ayrildiq usagim eplepsidi deyen istemedi meni menim usagima ne qeder aliment duser neleri teleb ede bilerem men xais edirem cavab yazin mene
Cavab: 

sual Bizə adi deyil. Hüquqşunasla əlaqə saxlayın. Habil-  tel-0503148188

01.04.2018
Namiq Muradov
Sual: Salam mən şirniyyat istehsal etmek isteyirəm.Bunun üçün hansi sertifikatlar və ya hansi sənədlər lazimdi.Öncədən Təşəkkürlər.
Cavab: 

Zəng edin  danışaq 012 4412833

29.03.2018
Sevda Muradova
Sual: Mobil telefon alib bir müddətdən sonra ödəmə apara bilməyib qaytarmaq istədim.Dedilər cərimə yiğilib ödə diaqnostikaya göndərək sonra. Qaytaranda dedim əvvəl ödənənlər qalmalidi servisə gedəndə ödədiyim 214 azn qaytarin.Nəticədə 443 azn və telefon qaldi Kontakt Homedə. bu nə qədər düzgündür? Ümumiyyətlə orda nə istəyirlər necə istəyirlə edirlər.bütün telefonlar demək olar defekt çiöir nə vaöt gedirsən müştəri söyür ağliyir
Cavab: 

istəyinizi ərizədə dəqiq ifadə edin , ətraflı ərizə yazın ,imza qoyun çalışaq kömək edək.

29.03.2018
Vüsal Məsimli
Sual: Əyyub müəllim fakt göz qabağındadır.Hansı oba marketə daxil olsanız özünüz görəcəksiniz ki,heç bir məhsulun sroku yoxdur.Bu fakt deyilmi.Mən orada işləmişəm.Ona görə gələ bilmirəm,çünki məni tanıyırlar.Mən onlarla mübarizə aparmışam.Ona görə də işdən çıxdım.Mənim vicdanım belə işlərə yol verə bilməzdi.Bir mənalı şəkildə xalqı zəhərləyirlər.Həmin məhsullardan analizə verilsə nəticələrdə nələr olduğunu görəcəksiniz.
Cavab: 

Sizin anonimliyinizi tam məxfi saxlayaram, malların yararlıq müdətini hansı unvanda pozurlar bu işləri kimlər görur mənə ətraflı bu barədə məlumat verin. lazımı işləri görək.

29.03.2018
Orxan Lalayev
Sual: Salam.Mən satışda olan telefonu mağazada əlimdən salmışam. Telefona cüzi bir ziyan dəyib.Elimdən salmağımın əsil səbəbi vitrində siqnalizasiya şnuruna bağlanmış olan həmən telefonun o şnurunun qısa olmasıdı. Telefonu qulağma qaldırıb qoymaq istəyəndə prujinli şnur telefonu əlimdən dartıb yerə saldı. Mağaza mənə cərimə kəsirdi. Dedim məhkəməyə müraciət edin çünki. Gah mənə 250 gah 200 gah da 100 azn cərimə deyir. Mən nə etməliyəm?
Cavab: 

Aydindir ki, siz dəymiş zərəri ödəməlisiniz. Bunun üçün özünüz bir məbləğ təklif edin, razı olmasalar mənə ərizə ilə müraciət edin çalışım razılaşdırım.

28.03.2018
Vusal Məsimli
Sual: Əyyub müəllim.Çox xahiş edirəm QBA marketlərdə satılan malların yararlıq müddətini necə təyin etmək olar.Çünki həmin malların demək olar ki 80 faizinin vaxtı keşmişdir.Mən özüm orada işləmişəm.Xahiş edirəm əhalini maarifləndirin.Sağ olun.
Cavab: 

Rica edirəm bizim təşkilata gələsiniz görüşək bu ciddi məsələdir. Faktları mənə verin qarşısın alaq.

25.03.2018
Vuqar İbrahimov
Sual: Salam.Məndə novruz şənliyi üçün biletim varidı.Şənlik Respublika Olimpia mərkəzində SVUZER -10 MMC(VÖEN 2904753621 qeydiyyat ünvanı AZ 5005 Sumqayıt şəhəri 4 mkr ev 26 mən 8 Vüqar Nağıyev Cümşüd oğlu) tərəfindən kecirilirdi.Biletdə tədbir 21 mart 2018 ci ildə saat 18-00 da idi.Sizdə başa düşərsiz martın 21 bayramdı hamı evində və yaxud qonaqlıqda insanların elədə vaxtı olmur.ancaq rəsimi bayram günləri var ölkədə.24 tarixi getdim biletmi alım qapı bağlı hec kimdə yox idi.beş dəqiqə orda oldum 10-larnan insan əlində uşaq gəldi narazı halda qayıtdı.Biletin üstünə yazılıbkı həməm günə və saata etibarlıdır. Ayın 21 axşam saat 18-00 da gəlməsəm deməli biletlərim həmin şirkət tərəfindən mənimsənildi. hər il almaq olurdu və biletlərin üstündə bir neçə gün vaxtda qoyulurdu.Xahiş edirəm insaları haqqını qanun çərçivəsində qoruyasınız
Cavab: 

Məsləhət 

1) Sizin hüququnuzu qoruyan dövlət orqanına zəng edib sikayetinizi bildirin tel-0124981504/01

2)ve ya təşkilatımızın sumqayıt nümayəndiliynə zəng vurun və etraflı erizə yazın ( İbrahim -050 549 19 77) 

16.03.2018
Vusal Qaracayev
Sual: Salam. Men 10 il evel rusiyada(saxalinde) icbari isim olub (hemin vaxt menim 16 yasim olub). Men geldim Azerbaycana(icbari is bitmeden). Indi bizim xarici pasport veren orqanlarimiz mene sened vermirki men olkeden hansisa olkeye gedim (deyirlerki menim axtarisim var ve bu sebebe gore tusmur). Men olara deyiremki onda ye siz menim cezami verin ve yaxud etapla(yataxla) ora gonderin gedim cezmi cekimde azad insan olum lami olkelere islemeye sonra sada gede bilim. Onlar mene deyeirlerki biz vetendasimizi qoruyuruq ve seni hec yere etap vermirik. Menim sualim oduki men nevaxtakimi olkemizden cixa bilmeyecem, men ne edimki baska olkelere cixa bilim, harya muraciyet eliyim
Cavab: 

Bu mesele ile baqli ASAN xidmətə müraciyyət etməlisiniz.

14.03.2018
Jahan Hasanzada
Sual: Salam. Men dunen kosmetika magazasindan makiyaj aletleri almisham. Pulu odeyib chixandan sonra eve gedib gordum ki menim aldigim eshyalar yoxdur. Menim indi deqiq yadimda deyil men pulun odeyib onlari goturub chixdim magazadan, yoxsa yalniz pulu odeyib chixmisham. Orda her terefde kameralar qoshuludur, menim bir alici kimi huququm var ki bugun o magazaya gedib video goruntunu isteyim?
Cavab: 

Sizin tələb etmək hüququnuz var,lakin onlar açmaya bilərlər.Bu halda polisə müraciət edin.

11.03.2018
Annie Joe OK
Sual: I feel so blessedfulfilled. Ive been reluctant in applying fa loan i heard about online because everything seems too good to be true, but i was convinced & shocked when my friend at my place of work got a loan from Progresive Loan INC. & we both confirmed iti also went ahead to apply, today am a proud owner of my companymaking money fmy familya happy mom. Well im Annie Joe by name from Pauls Valley, Oklahoma. As a single mom with three kids it was hard to get a job that could take care of memy kidsI had so much bills to payto make it worst I had bad credit so i couldnt obtain a loan from any bank. I had an ideal to start a business as an hair stylist but had no capital to start, Tried all type of banks but didnt work out until I was referred by my co-worker to a godsent lender advertising to give a loan at 2% interest rate. I sent them a mail using their official email address (progresiveloan@yahoo.com)I got a reply immediatelymy loan was approved,I was directed to the Bank site where I withdrawed my loan directly to my ac. To cut the story short am proud of my hair stylist companypromise to testify to the world how my life was transformed.. If you are in need of any kind of loan, i advise you contact Progresive Loan INCbe financially lifted Email: progresiveloan@yahoo.com CallText +1(603) 786-7565
Cavab: 

I do not need a loan!

10.03.2018
Ayse Suleyman
Sual: Salam menim 23yaşim var men vesiqe almamişam atam rehmete gedib anamda itkin duşub men vesiqemi duzelde bilmirem anam olmadigiycun men neyniye bilerem bir balamda var ona da sened ala bilmirem vesiqem yoxtur diye mene komek edin xaiş edirem
Cavab: 

ASAN xidmete mwraciət edin

09.03.2018
Kamil Sadayev
Sual: Evlilik dövründə mənim adıma əmlak alınıb,evlilik dövründə atamın adına keçibsə,boşanma zamanı qafrşı tərəf həmin əmlak barədə iddia qaldıra bilərmi.
Cavab: 

Sual bizə aid deyil.Hüquqşünasa Z et.Habil 0503148188

07.03.2018
tarana veliyeva
Sual: Biz olmemek ucun hansi markali kolbasadan yeye bilerik ?
Cavab: 

Kolbasa yeməyənlərdə ölür!

07.03.2018
Calal Cavadov
Sual: Salam Hormetli Vekil Sualim Bundan ibaret dirki Qesden Adam oldurenin Emlakida musadire olunur ya yox? Imkan olsa Watsappima yazin cavabi
Cavab: 

Cavab üçün vəkil Habillə əlaqə saxlayın 0503148188

05.03.2018
Gulnar Hemidova
Sual: Salam,qanunsuz tikilmiş evi senedlesdirmek ucun ne etmeli?
Cavab: 

Yalnız məhkəmə yolu ilə.

05.03.2018
Ramin Agacanov
Sual: Salam men teqayide cixmis zabitem 23 xidmet etmisem oz arzumla texris oldum mene icra hakimyeti evle temin ede bilmirse kirae pulu vermelidi ya yox amma onuda deyim ki,ipotekayla evim var bakida ordada oglum yasayir iki otaqdir ayledede biz bes neferir ,hal hazirda agstafada kiraede qaliram sagolun
Cavab: 

Bağşlayın ,sual bizə aid deyil.Biz istehlakçı hüququ qoruyuruq

05.03.2018
Elçin Rzayev
Sual: Salam.mən internet vasitəsi ilə satışa maşın qoymuşam.Maşını baxıb mənimlə əlaqə saxladılar və gəlib maşına ətraflı olaraq baxıb və sürdülər məndə onlara maşının qapısında problemin yalnız oldugunu bildirdim və maşını almaq istiyən şəxsə maşını satışa qoydugum məbləqdən 1000 manat aşagı satmaq ilə razılaşdıq və almaq istiyən şəxs maşını heç bir servislərdə yoxlatmadan bex verib və səhərisi gün maşını gedib öz adına qeydiyyata saldı pulun qalan hissəsin aldıq ayrıldıq.Lakin alan şəxs 2 gün sora mənə zəng vuraraq maşında rulevoy hissəsində və yag buraxdıgın bildirdi və maşını geri qaytarmagın tələb edir.bir məqamıda qeyd edim ki maşın almamışdan qabaq ona maşın 13 ilin maşının oldugunu bildirmişəm və servisdə yoxlamaq məsləhəti vermişəm yalnı servis xidmətindən imtina edib.xahiş edirəm mənə bu barədə etraflı məlumat verəsiz.cox sag olun
Cavab: 

14 qündə malı deyişmək və qaytarmaq hüququ var.

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11   12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38  

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

31 iyul  2020-ci il.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi  “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

 İnsan sağlamlığı və ekologiya üçün ciddi təhlükə mənbəyinə çevrilən plastik-polietilen qablaşdırmadan istehlakda rasional istifadə olunması vərdişlərinin aşılanmasına yönəlmiş bu layihə icrası çərçivəsində parça materialdan bazar torbaları tikilməsi üzrə potensial xidmət təchizatçısı ilə zəruri sənədlər imzalanmış və fəaliyyət davam etdirilir. Layihədə nəzərdə tutulan 300 bazar torbaları əvəzinə,müxtəlif icraçılar araşdırılaraq,büdcədə dəyişiklik aparılmadan 444 bazar çantalarının hazırlanmasına nail olunmuşdur.

 

Aİİb-nin sədri:

Eyyub 

daha ətraflı...

 “Azad Istehlakçılar” İctimai Birliyi (AİİB)      Bakı AZ. 1010, Azərbaycan, D. Əliyeva  küç.,

İndependent Consumers Union (İCU)              239, m. 51”A”

                                                                           239 Dilara Aliyeva str., № 51, AZ 1010 Baku,

                                                                                           Azerbaijan

AİİB                                                                                            T: +994124498995                                       

                                                                                         T/F: +994124412833

                                                                                                                     

22 may 2019-cu il.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azad İstehlakçılar" İctimai Birliyi tərəfindən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında  Azərbaycan Respublikası Qanununun tələblərinin fermer təsərrüfatlarında istehsal olunan malların  dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirləri”

layihəsi çərçivəsində  Hacıqabul rayonunun Abdulabad  kəndində 22.05.2019-cu il tarixdə fermerlərə təlim keçirildi. Təlimdə Hacıqabul RİH-nin Abdulabad kəndi üzrə nümayəndəsi  də daxil olmaqla 19 nəfər  iştirak edirdi.

“HACCP (Hazard Analysis and Critical Control Points) prinsipləri ilə ekoloji kənd təsərrüfatı məhsulları istehsalı və “CS 1- Azərbaycan” təcrübəsinin tətbiqi ilə bazara çıxışı”mövzusunda təlimin məqsədi ekoloji təmiz k/t məhsulları istehsalı  üzrə zəruri aqrotexniki tədbirlər barədə kiçik fermer təsərrüfatları sahibkarlarının bilik və bacarıqlarının artırılması ilə onların bazar rəqabətli məhsul istehsal etməklərinə dəstək vermək olmuşdur.

Təlimçi Nizami Musayev qarşılıqlı müzakirə şəraitində fərdi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalı üzrə problemlərini müzakirə etmiş və  onlara ekoloji təmiz kənd təsərrüfatı  məhsulları istehsalı və “Dəyər zənciri” iştirakçıları ilə işgüzar əlaqələr qurmaqla bazar rəqabətliliyinin təmin olunması yollarını izah etmişdir.

Fərdi fermer Əlislam Dostəliyevin  Abdulabad  kənd əhalisinin suvarma suyuna çıxışının olmasına (Kür çayından çəkilmiş kanal) baxmayaraq suyun azlığından sahələrin aqrotexniki qaydalara müvafiq olaraq vaxtında suvarılmasını apara bilmədiklərini söylədi və bildirdi ki, nəticə etibarilə məhsulun həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri çox aşağı olur. Bu da fərdi fermer təsərrüfatlarının inkişafına əngəl yaradır. Təlimçi  Nizami Musayev suvarma suyu təchizatı ilə bağlı əlaqədar təşkilatlara Bələdiyyə və İcra Nümayəndəsi səviyyəsində müraciət etməyi məsləhət bildiyini söylədi, Eyni zamanda yaxın gələcəkdə xidmət təchizatçıları ilə kooperasiya əsasında müqavilə bağlamaqla aqrotexniki tədbirlərə dair problemləri kompleks şəkildə həll etməyin mümkün olacağını vurğuladı.

Çay fasiləsindən sonra layihə eksperti Fərrux Əsgərov təlim iştirakçılarını “CS 1- Azərbaycan” təcrübəsi üzrə məlumatlandırmış, Abdulabad kənd İcra Nümayəndəsi cənab Rövşən Həsənov və digər təlim iştirakçıları Abdulabad və qonşu Kolanı kəndində birlikdə 1200 fərdi fermer təsərrüfatlarında 5000 başadək İri buynuzlu mal-qara mövcud olduğunu və istehsal edilən südün realizasiya olunması çətinliyini bildirdilər. Həmçinin natiqlər tərəvəz istehsalı üzrə ixtisaslaşmış bu kəndlərdə il ərzində istehsal olunan tərəvəz məhsullarını (xüsusilə badımcanı) satmaq üzrə çətinlikləri olduğunu bildirdilər. Ekspert Fərrux Əsgərov fermerlərə Bakı şəhərində tərəvəz topdansatışı bazarları ilə əlaqə saxlamağı tövsiyyə etdi və qeyd edilən  problemləri barədə layihə fəaliyyəti üzrə yekun hesabatda məlumat və çıxış yolları üzrə tövsiyyələr veriləcəyini bildirdi.

Nizami Musayev fermerlərə istehsal edəcəkləri məhsulun ən azından 50%-nin potensial alıcısını müəyyən edərək müqavilə bağladıqdan sonra işə başlamağı və eyni zamanda davamlı bazar araşdırmaları aparmaqla tələbə üyğun olaraq təsərrüfat fəaliyyətlərini tənzimləməyi məsləhət bildi. Layihə heyəti fermerlərə cari təsərrüfat ilini uğurla başa vurmağı arzuladı.

İştirakçılar tərəfindən təlim qiymətləndirildi. Fermerlər yerlərdə analoji təlimlərin mütəmadi keçirilməsinə ehtiyacın olduğunu bildirdilər.

 

daha ətraflı...

"Azad İstehlakçılar"İctimayi Birliyi(AİİB)01.05.2019 tarixdən,Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Ekaloji Təmiz Kənd Təsərrüfatı Haqqqında"AR qanununun tələblərinin fermer təsərrüfatında istehsal olunan  malların dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirlərinin keçirilməsi"layihəsinin icrasına başlayır,Qrantın məbləği 7000 AZN-dir.Layihə çərçıvəsində Hacıqabul,Sabirabad və Saatlı fermerləri ilə yığıncaqlqr keçiriləcək,layihədə nəzərdə tutulan yekun nəticələrin əldə olunması üçün nəzərdə tutulan işlər plan üzrə icra olunacaqdır.Layihənin gedişi və uğurları AİİB-in digər rayon nümayəndəlikləri vasitəsilə interpolyasiya olunacaqdir.İstənilən şəxs layihənin istənilən elementi ilə(O Cümlədən,maliyyənin xərclənməsi ilə)tam şəffaf şəkildə tanış ola bilər.

 
daha ətraflı...

Insanları kor edə bilərlər!Eyni məzmunlu məktubla Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyevə və İqtisad Naziri Şahin Mustafayevə

müraciət etmişik. 

 

                    

                                    Azərbaycan Respublikasının

Səhiyyə Naziri Cənab Oktay Şirəliyevə

 

 

 

 Hörmətli Oktay müəllim,

 

          “Azad İstehlakçılar”İctimayi Birliyinə(AİİB) “Brenner”göz linzalarının şübhəli markalanması ilə bağlı istehlakçı məlumatları daxil olmuş və AİİB tərəfindən malın markalanmasına və mənşəyinə dair araşdırma aparılmışdır. Aşağıdakılar məlum olmuşdur:

 

1.Malın üzərində 2 ştrix-kod vardır:

 1.1 “EAN-13 benəlxalq perefiksinə müvafiq GS1 ştrix-kodu,digəri

 1.2“GS1-128 tələblərinə uyğun.

Hər iki ştrix-kod saxtadır!

Beləki1.1.1-“EAN-13” ştrix-kodu səlahiyyətli təşkilatın xüsusi avadanlıği ilə oxunmuş aşağıdakı nəticələr əldə olunmuşdur(nəticələr bu nəktuba əlavə olunur).

-Ştrix-kodun insan oxuyan hissəsində 400701014056847 yazılsa da skaner oxuyan rəqəm 4607014056847 (Rusiya)-dir.

-GS1 standartına uyğun olan məhsulun üzərində yazılmış ştrix-kodun sonuncu rəqəmi “7” yox “5” olmalıdır!

2. GS1-128 ştrix-kodu skanerlə oxunmamışdır. (01)rəqəmindən sonra məhsulunGTİN adlanan nömrəsi göstərilməlidi,yəni 4007014056845 ədədi olmalıdir. lakin belə deyil!

3. Skaner oxuyan zaman aşkarlanan ştrix-kod(4607014056847) və məhsul üzərində qeyd olunan ştrix-kod(4007014056847) haqqında məlumatlar beynəlxalq GEPİR axtariş sistemində aşkar olunmamişdir.

4. Markalanmada istehsal müəssiəsinin adı və ölkəsi qeyd olunmayıb, içlik vərəqə AZ dilində deyil və malın Almaniyada istehsal olunduğu göstərilir.

5. AR-nın Səhiyyə Nazirliyinin (SN) müvafiq qurumundan  şifahi olaraq çətinliklə aldığımız məlumata görə (hörmətli Mahmud müəllim) “Brenner” linzalarının idxalına SN icazə verilməyib.

 

          Sadalanan faktlar göstərir ki,  İşbazlar saxta linzaları “Brenner” markası altında, Almaniya istehysalı olan linza kimi təqdim edərək,  satışını təşkil etmişlər. 

Bu saxtakarlıq nəticəsində gözün katarakta və digər əməliyyatlarında Almaniya istehalı  və “Brenner” markası altında saxta, mənşəyi bilinməyən  linzalardan istifadə olunmuşdur. Pasinetlər avropa keyfiyyətli linzalar qoyulduğunu düşünsələrdə, nəticədə həkimlər və pasientlər aldanılmış vəziyytdə qalmışlar. Yüzlərlə pasientlərin hüquqları pozulmuş və sağlamlıqları risk altına düşmüşdür.

         Məsələnin insan sağlamlığına təhlükə olduğunu və istehlakçıların hüquqları kobud şəkildə pozulduğunu nəzərə alarar, araşdırma aparılması zərurudir. İctimai təşkilat olaraq biz istehlakçıların hüquqlarının qorunması naminə, saxta  “Brenner” linzalarından istifadə edən klinika və həkimlərin adlarının müəyyən olunmasına və bu sahədə şəffaflıq yaradılmasına çalışacayıq.

        Xahiş edirik qeyd olunan şübhəli mənşəli,  “Brenner” markalı linzaların (göz protezi) istifadəsinin qarşısının alınması üçün lazımi tədbirlər görülməsi haqqında göstəriş verəsiniz.

 

Qoşma: 2 (iki) səhifə.

 

    Hörmətlə,

 

     “Azad İstehlakçılar”

ictimai birliyinin sədri :                       E. M. Hüseynov

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır