İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Dekabr-2018
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (124)
Dunen ziyarətçilər: (176)
Bu gün səhifə baxışı: (294)
Dünən səhifə baxışı: (433)
Sual-cavab
Sual yaz
11.12.2018
qurban sabanov
Sual: biz tozsoran almisiq 2ilde qarantisi var gelib apzrmirlar xarab cixib masin getirib satirdi ozleri bakida volf firmasinda isleyirler deyirler gelmirik ne isteyirsiz edin hec kimden qorxmuruq
Cavab: 
08.12.2018
Kenan Memmedov
Sual: Salam men ailemdan bosanmaq isdeyirme bir denende ovladimiz var usaq kimd qala biler
Cavab: 

Sual bizə aid deyil.Vəkilə Z et.Seyran0503253701

08.12.2018
Bextiyar Kazımov
Sual: Salam menim bir nefere 18 min rus pulu 16 nan olan vaxtı borcum var idi .Sonradan hemin şexs eve dalımcan adamlarla gelib pulu 23faizden hesblayıb ve mene dedilerki menim bu oglana borcum var gel 414 manatlıg adına kredit alag menim tanışım var mende şexsiyeti verib qol çekdim .200 man ilkin ödeniş hemin şexs odedi.sonra xeber tutfumki adıma texminen 1800 manata qeder mal alınıb .Men 444 manat yeni borcumnan 30 manda artıg ödemişem.Hemen satıcınıda işden çıgartıblar ve qeyd etdiyi tel nömreleri pozublar menim nömrem saxlanılıb.İkk vaxt mennen erize formasında aldılarki veşleri aparılan ünvannan geri almasına razıyam.Ve sonra mene mehkeme qerar verdiki pul mennen alınıb hemen dükana ödenilsin.İndi hemin şexslerde pul ödemir.Sizce bu deleduxlug deyil ? Men ne etmeliyem
Cavab: 

Sual bizə aid deyil.Vəkilə Z et.Seyran:0503253701

05.12.2018
feride babayeva
Sual: salam men mehkemenin qerariynan werti almiwamsa icranin yanina hergun getmek vacibdi?
Cavab: 

Vəkilə müraciət et.Seyran,tel:0503253701

04.12.2018
Elcin Veliyev
Sual: Menim huquqlarim pozulub aldixim yeyinti mehsulun xarab olduqun isbat eladim cekde elimde pulum geri ala bilmirik bu neqeder duzgundu
Cavab: 

Bizə yazılı ərizə ilə müraciət edin,həll edək vəya 195(2) zənq edin

03.12.2018
Həsən Əliyev
Sual: mənzilin qeydiyyatında olan şəxsin həmin mənzildən payı hansı maddələrlə tənzimlənir ?
Cavab: 

Biz istehlakçı hüququnu qoruyuruq.Vəkilə müraciət et.Seyran tel:0503253701

25.11.2018
Romal Huseynov
Sual: Salam.menim 2008 ci ilde adi visa kartim olub texnika bankda ve hemin kart onlarin sisteminin sehvinden borca gedib bugunde bilmisem hemin ilden onun ustune faiz gelir.bu barede men ne ede bilerem?
Cavab: 

Köməyi İqtisdiyyat Nazirliyindən al.Tel:4981502 və ya 195(2)

25.11.2018
Romal Huseynov
Sual: Salam.menim atam 1995 ci ilde xidmeti vezifesini yerine yetirerken avtomobil qezasinda vefat edib ondan elavade agdam doyuslerinin istirakcisi olub.buna sehidlik statusu dusurmu ve hara muraciet olunmalidi
Cavab: 

Biz alıcı hüququnu qoruyuruq.Hüquqşünas Seyranla əlaqə saxla Tel:0503253701

23.11.2018
Nurane Eliyeva
Sual: Salam vekil sizden sorusmaq isterdim bizde order xidmeti verilib daimi etmek üçün hara müraciət edek xaiş edirem məlumat yazasiniz
Cavab: 

Biz alıcı hüququ qoruyuruq.Vəkil Seyran bəyə Z edin 0503253701 və ya 0124088298

18.11.2018
Samir Abdullayev
Sual: Salam men palto almisam , qebzin ustunde 14 gun erzinde deyishdirile biler yazilib . Bilmek isteyiremki men bu mali qaytara bilmeremki ? yalniz deyishdirmek ?
Cavab: 

Dəyişməyə mal olmasa qaytarmaq hüququnuz var.kassa çeki,malın etiketlərinin olması zəruridir.

 

03.11.2018
Nicat Duleymanli
Sual: Salam hormətli huquqşunaşlar..Menim bir qohum xanim 10 ilden cox bir idarede ştatdan kenar iśleyirdi.10 il ərzinde hardasa alti yeddi ay ştatda işledi,sonra ərizə yazdirib başqa bir quruma ştatdan kenar işə qəbul olundu.Təşkilatin ūmūmi mudiri birdi sadəcə o təşkilatin bir necə quruma var,hamisida qurumlar bir yerdədi.Evvel 8 saatliq iş rejimi idi amma 12 saat işleyirdiler,sonra 12 saata qol cekdirdiler ve maaş 210m amma.300m alirdilar..Işde smenle idi gece ve gunduz...Kecen ilin may ayinda bu xanima yene işden cixmaq barede erize yazdirib başqa bir şobeye kecmesi barede...Hetda soz vermişdiler ki,maaş artacaq..Bu gune qeder hec bir maaş artmadi,dahada 300m az maaş almaqa başladi, sonra şobe mudiri caqirib ki,bes erizeni yaz işden cix,guya sokroweniyadi,amma hemen vezifeye elave 4 işci goturulur.Xanim bilmek isteyir bu halda ne ede biler ne teleb ede bilər.Əvvelceden minnetdarliqimi bildirirem..Onuda diyim xanim birinci gun erize yazmalidi..Neynesin???
Cavab: 

Sosial Mudafia Fonduna muraciet edin

02.11.2018
Roza Agazade
Sual: Salam sovestski erazisinde yawayirig. sokulur biz teref. qazla probleem var. komisiyadan gonderilen qazcilar deyirlerki plomb qirilib qaynar xette zeng eliyin gelib duzeltsinler. zeng elemiwig bir iki hefteye gelib baxmalidilar. bu hadise qonwunun bawinada gelib straf yaziblar. bawaduwmurem men niye straf odemeliyem saygac qapinin agzinda o saygacdan qazcilar mesuliyet daniwiyir cunku coldedi.eger evimin icinde olsaydi o saygac ona men cavabdeh olardim. men gerek her saat saygacin yaninda durumki ona hecne olmasin. bu ne geder duzgundur? bu barede hara wikayet ede bilerem? mene komek edin zehmet olmasa. komisiyadan gelen qazcilar dedilerki butun yasamalda bu hadise yaranib. demeli ele bawaduwuremki ozleri spicialna ediblerki camaatan pul qopartsinlar(((((
Cavab: 

Hər halda ekspert Nüsrət Qasımovla əlaqə saxlayın - 050-384-20-21

ve ya Energetika Nazirliyine muraciet edin.

 

30.10.2018
Ferid Qasimov
Sual: Salam qardas. Yasadigim unvanin qaz saygacini bizim istirakimiz olmadan yoxlayib saygacin icinde deliy oldugunu akta yazib 75 yasli neneme imza cekdirib gedibler 1 ay sonra saygac kartina 2000 manat cerime yazilib hal hazirda karta yuklenen meblegin 80 faizini borca cixirlar. Qeyd edimki saygac kucede, blombu ustunde ne saygaci yoxladiglari vaxt istirakimiz olub nede labaratoriyada. Bize komey ede bilersinizmi? Evvelceden tesekkur
Cavab: 

Hər halda ekspert Nüsrət Qasımovla əlaqə saxlayın - 050-384-20-21

ve ya Energetika Nazirliyine muraciet edin.

27.10.2018
Seyhun Usublu
Sual: Salam. Men yaşadığım binanı inşa eden kitablı mtk ve yaratdığı komendatura sisteminden narazıçılığımı bildirmek isteyirem. Heç bir hüquqi esası ve qeydiyyatı olmadan özünü komendant kimi teqdim eden şexs her menzilde müxtelif mebleğlerde pul yığır. Eyni kvadrat olan bezi menziller 30 manat bezileri 45 manat hetta 50 manat yığılır. Men bir neçe defe qanunsuz fealiyyet gösterdiyini bildirsemde mehel qoymadılar. İndi ise liftlere kart sistemi quraşdıraraq pul vermeyenlere kart verilmeyeceyini deyirler. Bütün bina sakinleride bu veziyyetden narazıdır. Bu qeyd etdiklerim qanun pozuntularının kiçik bir hissesidir. Bu veziyyetde kime müraciet etmeli olduğumuzu ve ne etmeli olduğumuz barede melumat vermeyinizi xahiş edirik. Hetta hüquqi yardım göstere bilecek bir şexs deseniz ona da müraciet ederik ki, bizim adımızdan çıxış ederek hüqüqlarımızı müdafie etsin. Önceden teşekkürler.
Cavab: 

1) Belediyyeye ve ya Icra hakimiyyetine muraciet edin.

22.10.2018
Sahil Məmmədov
Sual: Salam. Ecemide "Tango" qadın geyimleri mağazasından paltar almışıq. Biz soruşanda 14 gün erzinde qaytarıla ve deyişdirile biler dediler. Qaytarmaq qerarına geldik. Lakin, qaytarmağın mümkün olmadığını, yalnız deyişe bileceyimizi dediler. "Deyişe bilersiz demişdiz" dediyimizde ise "bu mala şamil olunmur" dediler ve terbiyesizce davranış sergilediler. İstehlakçı hüququmuzun tapdalanması barede hara ve nece şikayet ede bilerik? Teşekkürler!
Cavab: 

1) Iqtisadiyyat Nazirliyine 195(2)

2) Azad Istehlakcilar Birliyine Erize ile

19.10.2018
Aygun Aliyeva
Sual: Salam. Men resmi olaraq 2018-ci ilin mart ayinda mehkeme qerariyla bosanmisam. Ancaq mulk bolgusu hele davam edir. 2-ci mehkeme menim lehime qerar cixarib.buna gore de qarsi teref Ali mehkemeye verib. Tezlikle Ali mehkeme olacaq. Mehkemenin qerariyla 2 evden biri mene,digerinin yarisi mene catir.Cunki her iki mulk birge nigah dovrunde alinib. 2 ovladimiz var.Isimiz Alide olduguna gore evlerden butov mene catan resmi olaraq adima kecmiyib.Yoldasimin adindadi ve o evi satmaq ucun maklere muraciet edib. Bilmek isteyirem ki,mehkeme qerari menim lehime oldugu halda qarsi teref evi sata bilermi?
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

18.10.2018
Samirə Tarverdiyeva
Sual: Mən 26 avqust 2018 il tarıxdə Doğtaş mebel salonundan mebel sifariş etmişəm. Məbləğin 70 faizi ödədikdən sonra həmin mebelin 45 gün ərzində mənə təhvil verilməsi haqda sənəd təqdim olundu. Oktyabrın əvvəli mebelin 15 təhvil veriləcəyi bildirildi. 15 isə deyilirki mal hələ Türkiyədən cıxmayıb bəlkə ayın sonu gəldi. Zəhmət olmasa hüquqlarım haqda mənə məlumat verərdiniz. Mən kimə şikayət edim. Təşəkkür.
Cavab: 

Iqtisadiyyat Nazirliyinə zəng edin . 195(2) və ya 498-15-04

16.10.2018
Nizami Ələkbərov
Sual: Salam. Mən İstikbaldan mebel almışam. Alın gündən mebelde bir sıra nasazlıqlar çıxıb. İstikbalın müştəri xidmətlərinə müraciət etsəmdə heç bir tədbir görmür. Mən nə edə bilərəm?
Cavab: 

1) İqtisadiyyat Nazirliyinə müraciət edin 195(2)

2) Ətraflı ərizə yazın , bizə müraciət edin.

15.10.2018
Tural Memmedov
Sual: Salam men bankda dostuma zamin durmusam.onun isi gedib mehkemeye.mende gen davernusla masin sururem.masini bank menden ala biler
Cavab: 

Bu sual bizə aid deyil biz alici hüquqlarını qoruyurq.

14.10.2018
nezrin eliyeva
Sual: Salam.sikayetci olmuwamsa zererceken kimi.sikayetim subut olunmarsa mene bu iade ceza ve ya hansisa ziyan deye bilermi?
Cavab: 

Sual bizə aid deyil biz alıcı hüquqlarını qoruyuruq.

12.10.2018
Ilhame Aloyeva
Sual: Sualim beledi.bank borcu 3 il odenillmeyibse iw mehkemeye verilmeyibse borc siline biler?
Cavab: 

Xeyr borc silinmir.

11.10.2018
Valeh Dunyamaliyev
Sual: Salam..mən özəl şirketde işleyirem 9 ildi..iş prosesinde (biraz ağir işdi) belimde problem yaranib(yırtığ)...butun muayine kağizlarini qarşi terefe getirib teqdim etmişem...işə götürən nə etmelidi? Səhhətimə deymiş ziyani odeyib mualicə aldiğim vaxti əmək haqqim yazilmalidi yoxsa necə?
Cavab: 

Biz İstehlakçı hüquqlarını qoeuyurq sual bizə aid deyil. Sosial Müdafia Fonduna  zəng vurun

10.10.2018
Fuad Quliyev
Sual: 09.10.18 tarıxında 28 molda yerlaşan zara magazinan ayaqqabı almışam 10.09 18 qaytarmaq istadim ödaniş cek , magazin ceki alimda olsada daişmadilar, sabab ayaqqabının üstünda olan giymat kağızı olmadıqda göra .
Cavab: 

Etraflı ərizə yazaraq bizə müraciət edə bilərsiniz.

2) İqtisadiyyat Nazirliyinə müraciət edin -195(2)

07.10.2018
vusale seferova
Sual: salam .size bir sualla muraciet etmek isteyirem .men olkeni terk etmek isteyirem bir qizim var onuda ozumle aparacam .bunun ucun mene atasindan etibarname gerekdir ama usaq menim soy ismimi dasiyir bu halda yenemi mene etibarneme gerekdir?
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

06.10.2018
Ulya Ulya
Sual: Birde bizim vekilimiz yoxdu.. bizden mehkemede tegribi ne qeder rusum teleb oluna biler..
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

05.10.2018
Ulya Ulya
Sual: Salam bowanmaq ucun bir teref razi olmayanda mehkemeyle bowanmaq ucun hansi mehkemeye ve ne senedlerle qetmek lazimdi ve onda dovlet rusumu ne qeder ve kime odenmelidir?
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

05.10.2018
Ferid Qocayev
Sual: Salam. Aliment odeyirem. Usaqin yasi Ayin 13 u 18 yas tamam olur. Ona aliment bu ay ucun tam odenilmelidi? Ya yarim ay?
Cavab: 

Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88

 

02.10.2018
Elçin Əlizadə
Sual: Salam. Paltar kirayəsi mapğazalarindan paltar kirayə götürerken kiraye veren mağaza iile kiraye götüren şexs her hansi yazili müqavile (blankda)doldurrmalidirmi.doldurulmalidirsa paltar kiraye götüren terefden zedelenerse mesuliyyet hansi qanunla müeyyen edilir.Çox sağ olun.
Cavab: 

Müqavilə Şifahi və yazılı ola bilər. Sualınız müqavilə şərtində qoyulur. Qisaca sizin danışıqınızdan aslıdır.

02.10.2018
Elekber Huseynov
Sual: Salam Azer qaz mene sayqaca gore 1944 manat cerime ve elave olaraqda 230 manat sayqacin pulunu tekeb edir ne qeder duzgundu
Cavab: 

Haqlısınza düzgün deyil.  Eks halda düzgündür. Hər halda ekspert Nüsrət Qasımovla əlaqə saxlayın - 050-384-20-21

28.09.2018
Şəbnəm Səlimova
Sual: Salam. Mən keçən il noyabrda maxi.az magazasından smartfon almışam. Telefon ios əməliyyat sistemli oldugu üçün bir neçə gün əvvəl yenilənmə oldu və yeni əməliyyat sistemi yukləndi. Yenilənmədən sonra yaranmış qadcetlərdən birində parol tələb olunur və bu tələb olunan parol mənim tərəfimdən bu telefonda quraşdırılmayıb. İlk istifadəçisi mən oldugum cihaza məndən başqa kim müdaxilə edə bilər? Magazayla əlaqə yaratmaga çalıçıram, xətlər daim məşgul və ya yuklənmiş olur, sosial media vasitələrinə ünvanladıgım suallar hələ ki cavabsız qalıb. Mən bu problemi dünən aşkarladım və bildirdim. Əksər müraciət etdiyim insanlar mənə həmin kod parolun telefonun əvvəlki istifadəçisi tərəfindən və ya proqramçılar tərəfindən qoyuldugunu deyir, yəni hər hansı bir istifadə olunmuş telefonun “beynini” xüsusi proqram vasitəsiylə silib tam yeni kimi göstərmək mümkündür. Və bu cür “beyni sıfırlanmış” ikinci əl telefonlar yeni kimi insanlara sırışdırılırmış. Mən bu problemlə baglı necə hərəkət etməliyəm? Əgər bütün bu iddialar dogrudursa mənim istehlakçı kimi hüquqlarım pozulmuş sayılırmı? Hüquqi məsləhətinizə, ekspert ki fikirlərə ehtiyacım var.
Cavab: 

İstehlakçı hüququnuz pozulmuşdur. Məsləhət

1) Dükana müraciət edin.

2) 498-15-04 , 195(2) telefonu ilə iqtisadiyyat Nazirliyinə müraciət edin.

3) Bizə ətraflı ərizə ilə müraciət edin. İmza qoyun. hüququnuzu qoruyaq.

Sual yaz
 1   2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30  

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...

Kontakt-Home"-dan şikayətlər ara vermir. Şikayəti araşdırmaq üçün Rəhbərliklə heç cür əlaqə mümkün deyil!
Nəzərinizə çatdırım bu şikayəti də məcbur olub İqtisadiyyat Naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu Nazirliyin də bir iş görəcəyinə ümüd yoxdur,onlar hamını məhkəməyə yönəldir.
Məhkəmələrdə ki, bildiyiniz kimi....

 
daha ətraflı...

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Şirvan şəhəri kitabxanasında həyata keçirmişdir

daha ətraflı...

Azad İstehlakçılar İctimai Birliyi 2105.2018-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  “Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Sumqayıt şəhərində “Xəzər”ASC-nin akt zalında həyata keçirmişdir.

"Qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində istehlakçıların bilik və bacarıqlarının artırılması"na dair təlimdə 29 nəfər iştirak edirdi.

Təlimin məqsədi Sumqayıt şəhərində yaşayan istehlakçıların, sahibkarların və digər qrup şəxslərin qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində  bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə ilk  çıxış edən  Sumqayıt şəhər İH-nin nümayəndəsi cənab Fərman Kazımov iştirakçıları salamlayaraq, mövzunun aktuallığını qeyd etdi və sözü AİİB-nin sədri cənab Eyyub Hüseynova verdi. Eyyub Hüseynov Azərbaycan Respublikası Prezidentinin istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün zəruri olan bütün addımları atdığını qeyd etdi. Cənab İlham Əliyevin “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılması barədə 10 fevral 2017-ci il tarixli Fərmanının böyük əhəmiyyəti oldugunu ətraflı izah etdi. Daha sonra təlimçilər  Nizami Musayev və Fərrux  Əsgərov “Qida Təhlükəsizliyinin İdarə edilməsi” və “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri” mözuları ətrafında təlimi davam etdirdilər.

İştirakçılardan Abdulov Camal çörək məhsullarının keyfiyyətinə təsir edən əsas amillərin nədən ibarət olduğuna dair sualına təlimçi  Nizami Musayev  əhatəli şəkildə cavab verdi.

İştirakçılar təlimdə aktiv iştirak etməklə, belə tədbirləri davamlı olmasını arzulayaraq, ÖlkəBaşçısına, QHT Şurasına və AİİB-nə təşəkkürlərini bildirdilər.

 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır