AZAD İSTEHLAKÇILAR BİRLİYİNİN EKSPERTİZA VƏ QİYMƏTLƏNDİRMƏ XİDMƏTİ (bu xidmətlər pulludur və sifarişlər əsasında yerinə yetirilir)
1. Azad istehlakçılar birliyinin nəzdində ekspertiza və qiymətləndirmə xidməti fəaliyyət göstərir. Müstəqil, obyektiv və səriştəli ekspertiza - bazar iqtisadiyyatı şəraitində təkcə hamıya lazım olan bir xidmət növü olmayıb, hər şeydən əvvəl sahibkarlıq fəaliyyətinin subyektləri, istehsalçılar, satıcılar və istehlakçılar arasında sivil iqtisadi münasibətlərin formalaşması üçün zəruri elementdir. Peşəkar ekspertiza xidməti, fiziki və hüquqi şəxslərə ən müxtəlif fəaliyyət sahələrində tam həcmdə ekspert və qiymətləndirmə xidmətləri təklif edir. “Ekspertiza” bölməmiz tərəfindən sizə aşağıdakı xidmətlər təklif olunur: - Müxtəlif növ əmtəələrin qiymətləri barədə ekspert rəyinin verilməsi; - İstehsal, alqı-satqı, xidmət və b. müqavilələrin ekspertizası; - Ayrı-ayrı əmtəələrin bazar monitorinqinin aparılması; - Müxtəlif məhsulların bazarda irəliləməsi məqsədilə marketinq tədqiqatları; - Hər cür daşınar və daşınmaz əmlakın (əsas fondların, maşın və avadanlıqların, avtomobillərin və s.) qiymətləndirilməsi; - Binaların, yarımçıq tikililərin, torpaq sahələrinin qiymətləndirilməsi; - Müxtəlif səbəblərdən dəymiş zərərin müəyyən edilməsi; - Kommunal xidmətlərlə bağlı yaranmış mülki mübahisələrə məhkəmə baxışında nümayəndəlik; - Ticarət və xidmət müəssisələri ilə mülki mübahisələrə məhkəmə baxışında nümayəndəlik; - Mülki məsələlərlə bağlı hüquqi yardım xidməti. Bizim ekspertlər iqtisadiyyat, hüquq, əmtəəşünaslıq, kommunal xidmətləri və digər sahələrdə zəngin nəzəri və əməli təcrübəyə malikdirlər. Onlar həyata keçirilən ekspertiza və qiymətləndirmə fəaliyyətində ən yeni və müasir beynəlxalq metodlardan, laboratoriya tədqiqatlarından və ekspert qiymətləndirməsi üsullarından istifadə edərək sizin sifarişləri yüksək səviyyədə yerinə yetirəcəklər. Peşəkar yanaşma, müstəqillik, dünya standartlarına əməl edilməsi – bizim ekspert qiymətləndirmələrinin yüksək keyfiyyəti və səriştəliliyinə zəmanət verən amillərdir. Müstəqil ekspertizanın üstünlüyü ondadır ki, sifarişçiyə verilən ekspert rəyi hər hansı faktı sübut edən rəsmi sənəd statusu daşıyır və ən müxtəlif instansiyalarda, o cümlədən məhkəmədə istifadə edilə bilər.
2. AİB-in əməkdaşları ərzaq istehsalı müəssisəsinin HACCP prinsipləri və Codex Aliemnatriusun tələblərinə uyğunlaşdırılmasını həyata keçirir.
Daha ətraflı bax: http://www.consumer-aib.com/az/pages/51 |