Tövsiyyə edirik ki, şadlıq evlərinin xidmətindən istifadə edən zaman yazılı müqavilə bağlayasınız.
- Şadlıq evlərinin AZS 746-2012 standartlara uyğun fəaliyyət göstərməsi - yanğından mühafizə və təhlükəsizlik tədbirləri; - mərasimin vaxtı (günü, saatı); - qonaqların sayı (±15%); - zalın şəraiti (sahəsi, stol-stulların sayı və s.); - yeməklərin təhlükəsizliyi, çeşidi, miqdarı, qiyməti (ayrı-ayrılıqda); - spritli və sərinləşdirici içkilərin təhlükəsizliyi, çeşidi, miqdarı, qiyməti (ayrı-ayrılıqda); - xidmət personalının sayı və vəzifələri; - müğənni və musiqiçilərin kimliyi, sayı, zəhmət haqqı; - nəqliyyat, video, fotoçəkiliş və s. xərcləri (ayrı-ayrılıqda); - əlavə əyləncə tədbirləri; - istehlakçının öz hesabına təklif etdiyi mal və xidmətlər; - istehlak edilməmiş malların və xidmətlərin aqibəti; - müqavilənin dəyəri və hesablaşma qaydası; Bu halda müqavilə eyni zamanda vergidən yayınma hallarının da qarşısını ala bilər. |