İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Noyabr-2020
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (172)
Dunen ziyarətçilər: (158)
Bu gün səhifə baxışı: (534)
Dünən səhifə baxışı: (452)
Şikayət və təkliflər kitabı / Gündəlik yazılı şikayətlər /

Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynova Biləsuvar rayonu Əmənd kənd qeydiyyatlı (hazırki yaşayış ünvanı Bayıl qəsəbəsi, Y. Mürsəlov 47-A) Bədəlova Ceyran tərəfindən 070 892-51-27

Ərizə

08.09.2020-ci il tarixində İnşaatçılar metro stansiyasının yaxınlığında   Şərifzadə küçəsi 11138 ünvanda yerləşən Bakı Elektronics  mağazasından 65 Azn nəğd ödəyərək iki il zəmanətlə “Delonghi”markalı kofeüyüdən aldım. Bu zaman mənə rəsmi kassa çeki verilmədi. Əvəzində zəmanət talonu üzərində ÖDƏNİLİB möhürü vuruldu. Malı alarkən satıcı malı tərifləyərək dedi ki, bu İtaliya istehsalıdır, keyfiyyətlidir. İki il zəmanətinin olduğunu dedi və problem olarsa, kömək edəcəyini söylədi. Satıcının sözlərinə inanıb malı aldım. Satıcı bildirdi ki, bu mal kofe bərkliyində olan hər bir ədviyyat və dənli bitkiləri üyüdə bilər. Malı aldığım gün evdə cihaza bulqur və buna bənzər digər məmulatlar atıb üyütmək istədikdə, üyüdülən məhsulun qırıntılarının qapaqdan çıxıb ətrafa səpələndiyini gördüm. Hansı məhsulu üyütmək istədimsə, eyni hal baş verdi. Bundan əlavə üyütmə zamanı bu cür cihazlara məxsus olmayan qeyri-adi səslər gəldi. Cihazdan şübhələndim. Pasportuna və maşına baxdım. Cihazın satıcının dediyi kimi İtaliya istehsalı deyil, Çin istehsalı olduğunu gördüm. Bu, malın üzərində yazılmışdı. Anladım ki, dükan satıcısı məni aldatmışdır. 09.09.2020-ci il tarixində maşını və sənədlərini götürüb mağazaya getdim. Satıcıya iradımı və məni aldatdığını bildirib maşının qaytarılıb ödədiyim pulu geri verilməsini xahiş etdim. Dükana inamım itdiyi üçün malı dəyişmək fikrim olmadı. Satıcı bildirdi ki, siz bu malı işlətdiyiniz üçün qaytara bilmərik. Texniki servisimiz rəy verdikdən sonra şikayətinizə baxa bilərik.Satıcı servisin yerin  və ünvanın mənə bildirdi. Mən bildirdim ki, maşını işlətməsəydim, onun keyfiyyətsiz olduğunu haradan bilərdim?

Məcbur olub səhəri gün (10.09.2020-ci il) malı Əhməd Rəcəbli-1, bina 50-C ünvanında yerləşən servis mərkəzinə apardım. Servisdəki usta və yanındakı xanım mənə bildirdilər ki, bu malın bizə aidiyyatı yoxdur və biz baxa bilmərik. Biz yalnız əlinizdəki malı götürüb məxsus olduğu şirkətə göndərəcəyik və onların bir həftə ərzində deyəcəkləri cavabı sizə sms və ya zəng vasitəsilə bildirəcəyik. Bununla bağlı mənə qəbz verdilər. Əvəzində malı və malın zəmanət talonunu özlərində saxladılar.

Mən uzun müddət gözlədim, amma servisdən məlumat gəlmədi. Dəfələrlə zəng etdim. Dedilər ki, hələ xəbər yoxdur, bizə məlumat verilməyib. Nəhayət 29.09.2020-ci ildə yenidən özüm servisə zəng edib məlumat aldım ki, maşında guya heç bir problem yoxdur və malı götürə bilərsiniz. Telefona cavab verən şəxs dəfələrlə bildirdi ki, onlar mala baxmayıblar, lakin istehsalçı şirkət maşına baxmışdır və “Problem yoxdur” demişdir. Mən xahiş etdim ki, heç olmasa siz də maşının necə işlədiyinə baxasınız. Lakin onlar mənim bu istəyimi inkar etdilər.

Mən inanmıram ki, servis və ya mağaza xərc çəkərək bu maşının Çinə-istehsalçıya göndərmiş və oradan yazılı məlumat almışlar. Maşın və sənədləri hal-hazırda servisdədir.

Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız, qüsurlu maşın qaytarılıb ödədiyim 65 Azn mənə verilsin. Bu mağaza barədə dövlət orqanlarına və mətbuata məlumat verilsin ki, əhali aldadılmasın.

Tarix: 30.09.2020

İmza:                     Bədəlova. C

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
"Azad İstehlakçılar"İctimayi Birliyi (AİİB)17.08.2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyələşdirdiyi "İstehlakçılara parça bazar çantalarının paylanması ilə ekologiyanın qorunmasına dəstək tədbirləri" çərçivəsində hazırlanmış ekoloji təmiz materialdan hazırlanmış bazar çantalarını təmənnasız olaraq istehlakçılara paylamağa başlamışdır.Məqsədimiz bazar s...
Davamına bax
Şəkilin açıqlaması yoxdur.
 
 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır