Azad İstehlakçılar Birliyinin Sədri
Eyyub Hüseynova
Bakı şəh. Atatürk 33, mənzil 94-də
faktiki yaşayan Ağabəyova
Mehriban tərəfindən
Tel:0509710100
ƏRİZƏ
20.09.2020 tarixində səhər saatlarında Bijou Store Official (mob: +99450 629 21 39, AZ 1111) instagram səhifəsində Tiffany markasına aid satışda olan üzük bəyəndim. Alacağım məhsuldan əmin olmaq üçün üzüyün şəklini mənə bir daha göndərməklərini xahiş etdim və seçimimin düzgün olduğunu gördüm.
Onların uyğun səhifədə olan şərtləri:
1. Satılan məhsula zəmanət verilir;
2. Ödənişin tamamı öncədən təqdim olunan bank hesabına köçürülməlidir;
3. Ünvana çatdırılma kuryer vasitəsilədir və ödənişlidir. (mob: +99455 991 50 01 - Gülnar)
Daha sonra mənim instagram hesabıma aşağıda qeyd olunan bank hesabı haqqında məlumatı göndərdilər:
Unibank Albalı Plus - 5117 7622 2230 7369 YAHYAYEV AGASALIM
Mob: +99455 285 66 75
Mən, 20/09/2020, 16:06:55-də yaxınlıqda olan Araz marketdən 60 AZN məbləğində nəğd ödənişi yuxarıda qeyd etdiyim bank hesabına yüklədim və çeki onların instagram hesabına göndərdim.
21/09/2020 saat 18:00-da kuryer məhsulu ev ünvanıma gətirdi. Mənə gətirilən üzük şəkildə görüb bəyəndiyim üzük deyildi. Onun aşağı keyfiyyətdə olan oxşarı idi, markanın qutusu və zəmanət vərəqi yox idi. Dərhal kuryerin yanında onlara yazdım lakin cavab gəlmədi.Kuryer Gülnar xanıma dedim ki,üzük mənə lazım olan deyil,qaytar ya mənə lazöm olanı gətir,ya da pulumu qaytarın .Kuryer malı geri götürmədi,malı tullayıb sürətlə çıxıb geti.Kuryer yalnız Yahyayev Ağasəlimin telefon nömrəsini verdi və dediki məhsulu ondan götürmüşəm. Növbəti 1 saat arzində Ağasəlimin mobil nömrəsinə zəng çatmadı və bu müddət ərzində səhifədə bəyənib sifariş verdiyim üzüyün şəkili silindi. Bu zaman mən Unibankın qaynar xəttinə zəng vurdum,pul ödədiyım Ağasəlimin nömrəsini tapmaq istədim. Lakin mənə müştəri haqqında şəxsi məlumatı verə bilməyəcəklərini bildirdilər və polisə müraciət etməyimi məsləhət gördülər.
Axşam saatlarında nəhayət ki, telefon zənglərimə Ağasəlimə yaxın bir qadın tərəfindən cavab verildi. Əvvəl üzümə durdular ki, bəyəndiyim üzük ele budur. Daha sonra dedilər ki, bu şəkil səhvən paylaşılıb və Siz bu şəkildəki üzüyü görüb sifariş verdikdən sonra şəkili dəyişmişik. Daha sonra isə dedilər ki, Sizin bəyəndiyiniz üzüyü nə vaxt Bakıya gətizdirəcəyiksə, (nə vaxt olacağını da bilmirik) o zaman baxarıq, əgər mümkün olsa dəyişərik. (Whatsapp yazışmaları telefonumdadır.)
Qeyd edirəm ki,nə mənə verilən üzük nə də sifariş etdiyim üzük qiymətli metaldan deyil.
Mən onlara istehlakçının hüququnun müdafiəsi barədə və polis vasitəsilə şikayət edəcəyimi deyəndə, cavabları belə oldu:
- O bizə aid deyil. Biz heç kimdən qorxmuruq. Bizdə satılan mallr geri qaytarılmır.Bizim öz qanunlarımız var! Yalnız ölçü düz gəlmədikdə dəyişdirə bilərik.
Mən, vətəndaş olaraq özümü aldadılmış hesab edirəm. Sizin təşkilata və dövlət qurumlarna güvənib sifarişimi geri qaytarmağa,ödədiyim 60 Azn-in mənə verilməsinə bu barədə dövlət orqanlarına və mediyaya məlunat verilməsini xahiş edirəm.
Hörmətlə: Ağabəyova Mehriban
Tarix: 24/09/2020
|