İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Noyabr-2020
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (173)
Dunen ziyarətçilər: (158)
Bu gün səhifə baxışı: (545)
Dünən səhifə baxışı: (452)
Şikayət və təkliflər kitabı / Gündəlik yazılı şikayətlər /

 

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova

Binəqədi qəsəbəsi,Teymur Yaqubov küçəsi 12 ev  72 ünvanda yaşayan  

 Məhərrəmov Orxan Pəhlivan oğlu tərəfindən

Tel: 0504117345

ƏRİZƏ

Yazıb sizə bildirirəm ki, mən Məhərrəmov Orxan  04.11.2019 tarixdə Nəsimi r-nu, Şəmsi Bədəlbəyi küçəsi,106  ünvanda yerləşən  ASTelekom mağazasından(dükaninüstünə Baksell yazılıb)   470 AZN nəğd  pulu Salman(0552266660) adlı satıcıya ödəyib  1 il zəmanətlə Xiaomi Mia 3  təzə mobil telefon aldim. Ödediyim pul muqabilinde mene resmi kasa çeki veya her hansi maliye seneti verilmedi. Telefon 2020-ci ilin aprel ayinda tam işləmədi.Aldiğım dükana gedib problemi dedim Babəkə.Babək(0555617070) mənden 1 günlük telfonu götürdü sora mene zeng edib  tefonu ondan tehvil almağimi isdedi men getdim telfonu götürdüm ve mene dedidi ki  kriditde olan telfonu mene satib ve kridit borcuna gore telfonun imeili bağlanim ve dedi ki borcun yari hisesini odeyib 1 nomre acilib ve dedi ki heleki 1 nomreli işded bir mudetden sora kiriditin qalaninda odeyecek ve telfonun 2 nömreside isleyecek men tolfonu alib eve geldim ve 2 gün keçenen sora yene telfonun baglandi men maraglanmağ üçün tanisim olan telfon usdasi Elvine telfonu apardim o telfona baxib yoxluyanan sora mene bildir di ki Babek kiridit borcunu ödememiş sadece telfonun imeil kodunu deyiserek mene vermiş ve meni aladaraq borcun yarisini ödediyini demisdir.Men tolfonu gotrerek Babekin yanina dükana getdim ve telfonun yeniden bağlandiğini ve krediti ödemeyib meni aldatdiğini dedim.Babek menen yeniden telfonu alarağ yeniden imeil kodunu deyisib mene tehvil vermeyi teklif eledi men razilasmayarağ telfonu kiridite götürüb ona satan  şexsle elaqe saxlayib kirediti odetdirmeyi veya telfonu deyismeyin ve ya 470 azen mebleğinde pulu qaytarmaği teleb etdim o telfonu köhne telefonla deyse bileceyini dedi men razi olmadim ve Babekle beraber telfonu babeke satan şexsle görüşüdük ve telfonu babeke satan şexs mene bildir di ki telfon hemin şexs terefinen 1 ay işledilkden sora Babeke satilib ve  anladim ki, mene köhne telefon satmişlar. VE men telfonu babeke satan şexsden kredit borcunu ödemyini  xais etdim sabahi gün hemin sexs kriditi odedi. Men Babeke zeng edib kiriditin odenildiyini bildirib telfonu geri almağisdediyimi dedim bababek se mene telfonun imeil kodunun deyisdiyini ve telfonu öz emeiline qaytara bilmediyine göre telfonun 1 nömresinin isleyeyceyini ve öz telfonumun  yaninda mene prastoy telfon vereceyini dedi men bununla razilasmayib telfonun yeni mia 3 markali teze telfonla deyisdirmesini ve ya telfonu qaytarib odediyim 470 manati geri qaytartmasini teleb etdim. Babeke müvafiq yerlere şikayet edeceyimi bildirkdikde cavabi bele oldu ki get hara isdeyirsen şikayet! Babek telebimi yerine yetirtmediyi üçün Nesimi rayonu 22 inci polis bölmesine gedib şikayet erzesi yazdim,eraziye cavebdeh polis emektaşi Babekle elaqe yaratdi ve heçbir netice elde olunmadi.Bundan sonra 102 ye zeng edib prablemi dedikide Azad isdehlakçılar birliyinin telfon nömresini verdiler. 

Xaiş edeirem isdehlakçi hüququmu qoruyasiniz,aldadilaraq mene satilmis köhne telfon ya qaytarilib eyni markali teze telfonla deyişdirilsi, yada 470 azn ödediyim mebleğ mene qaytarilsin,vergi qanun vericiliyini pozan, insanlari aldadan bu dükan barede dövlet orqanlarina ve KİV_Ə melumat verilsin ki, insanlar aldadilmasinlar.

İmza..                                               Meherremov Orxan 02.10.2020

 

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
"Azad İstehlakçılar"İctimayi Birliyi (AİİB)17.08.2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyələşdirdiyi "İstehlakçılara parça bazar çantalarının paylanması ilə ekologiyanın qorunmasına dəstək tədbirləri" çərçivəsində hazırlanmış ekoloji təmiz materialdan hazırlanmış bazar çantalarını təmənnasız olaraq istehlakçılara paylamağa başlamışdır.Məqsədimiz bazar s...
Davamına bax
Şəkilin açıqlaması yoxdur.
 
 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır