Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynova
Bakı şəhəri Xətai rayonu M.Hadi küç. ev72,
mən. 12 ünvanında yaşayan Abbaszadə Elvin Şahismayıl
oğlu tərəfindən
Tel ev : 012-579-30-35
Mob : 055-655-43-45
Ə R İ Z Ə
Hörmətli Eyub müəllim !
01.08.2020-ci il tarixində Masazırda - Yeni Bakı Yaşayış Kompleksində yerləşən mənzilimin tam təmir işləri üçün Azadlıq prosp. Məmməd Araz küçəsində yerləşən “AP Plaza”da İnstagram sosial şəbəkəsində “AzVip İnşaat” səhifəsindən tapdığım, sonradan özünü “Aydınoğlu İnşaat” MMC-nin (VÖEN 2004940421) şirkət rəhbəri kimi təqdim edən Salahov Kamal Aydın oğlu adlı şəxslə tanış oldum. (Tel: +99470 394 70 14, +99499 394 74 14 )
O, mənə bildirdi ki, təmir işlərini qısa bir zamanda yüksək keyfiyyət və zəmanətlə görüb təhvil verə bilər. Bunun üçün müqavilə bağlamağımızı və ödənişin müqavilə məbləğinə uyğun olaraq hisə-hissə, ilkin olaraq 30%, sonra isə 30%,30% və tam təmir işləri bitdikdə isə 10% olaraq ödənəcəyini və təmirə 5 il zəmanət verəcəyini bildirdi.
02.08.2020-ci il tarixində mənimlə müqavilə bağlandı ( Müqavilə dəyəri 19450 AZN) və işlərin başlaması üçün ilkin olaraq 30 % ödəniş etməyimi istədi. Mən də həmin gün 30 % məbləği – 5835 AZN nağd olaraq Kamala ödədim və bunun qarşılığında mənə möhür və imzası ilə təsdiqlədiyi ödəniş qəbzi (kassa mədaxil orderi Seriya ƏXZ №530579 Aydınoğlu İnşaat MMC, VÖEN 2004940421) təqdim etdi və bundan sonra cuzi təmir işləri başladı. Sonradan kassa mədaxil orderinə baxdıqda onun tarixinin əl ilə düzəldildiyini gördüm.
24.08.2020-ci il tarixində Kamal mənə zəng edərək təmir işlərinin gedişatını gecikdirməmək üçün ikinci ödəniş məbləğini ödəməyimi istədi. Biz Kamal ilə H.Aslanov metrosu üzərində görüşdük və mən ikinci ödəniş məbləğini 30 % məbləği – 5835 AZN nağd olaraq Kamala ödədim və bunun qarşılığında mənə yenə də tarixinə əl ilə düzəliş edilmiş möhür və imzası ilə təsdiqlədiyi ödəniş qəbzi (kassa mədaxil orderi Seriya ƏXZ №530582 Aydınoğlu İnşaat MMC, VÖEN 2004940421) təqdim etdi.Bundan sonra mənizlə baxmaq üçün getdiyimdə mənzildə təmir işlərinin çox ləng getdiyini gördüm, işlər demək olarki dayanmışdı və ustalar yox idi. Bu onu göstərir ki, Kamal fəhlələrlə əmək müqaviləsi bağlamamışdır.Buna görə müqaviləyə xitam verib işi dayandırmaq və qalan vəsaitimi geri qaytarmaq məqsədilə Kamal ilə əlaqə saxlamağa çalışsam da zənglərimə cavab verməməyə başladı. Təsadüfən bir dəfə zəngimə cavab verib tələbimi eşitdikdə avtoqəza törətdiyini, daha sonra səhəttində problemlər olduğunu və s. bəhanələr gətirirək növbəti həftədən işlərin başlayacağına söz verərək məni aldatmış, təmir işlərinin cuzi bir hissəsini görüb, pulların böyük bir hissəsini (11670 AZN) mənimsəyərək aradan çıxmış və zənglərimə cavab verməmişdir. Zənglərimə cavab verməməsi, müqavilə bağladığımız “AP Plaza”dakı ofisindən çıxıb getməsi, instagram sosial şəbəkədə “AzVip İnşaat” adlı səhifələrinin adını dəyişməsi və səhifəni gizləməsi və s. onun mənə qarşı dələduzluq etməsinə məndə daha da əminlik yaratmışdır.
Hal-hazırda mənzil cuzi bir təmir işləri görüldüyü kimi də qalmış, ustalardan heç bir xəbər yoxdur, mənzil bağlıdır və mənzilin açarı məndədir.
Aradan keçən müddət ərzində mənə məlum oldu ki, Kamal tək mənə qarşı yox, bir neçə nəfərə qarşı ( Rəfiyeva Sveta Tel: +994552990247, Gəncəliyev Rövşən Tel: +99477 5218398 ) da dələduzluq etmişdir.
Kamal sonuncu dəfə başqa adam vasitəsilə onu axtardığımı bilmiş və 25.09.2020-ci il tarixində zəngimə cavab vermişdir. Mən Kamala onu Qanunvericilik çərçivəsində bütün əlaqədar Orqanlara şikayət edəcəyimi bildirsəm də mənə : “Ürəyin haraya istəyir şikayət elə, mənim öz qanunlarım var , heçkəsdən qormuram, sənə borcum yoxdur ” deyərək mənə qarşı kobud rəftar etmiş və Azərbaycan Respublikasının Qanunlarını heçə sayaraq telefonu söndürmüşdür, istehlakçı hüququmu pozmuşdur.
Nəzərinizə çatdırmaq istərdim ki, mənim böyük qardaşım – Abbaszadə Elnur Şahismayıl oğlu AR Müdafiə Nazirliyinin zabitidir və hal-hazırda torpaqlarımızın müdafiəsi,toxunulmazlığı və işğal olmuş torpaqlarımızın geri qaytarılması uğrunda ön cəbhədə xidmət edir. Kamal bu əməlləri ilə tək mənə qarşı yox eyni zamanda bir hərbiçi ailəsini inçitmiş, bizə həm maddi həm də mənəvi ziyan vuraraq bizə qarşı dələduzluq etmişdir.
Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız. Kamala verdiyim 11670 AZN vəsaitimin mənə qaytarılması üçün Dövlət Orqanları qarşısında məsələ qaldırılsın. Bu məlumat, KİV-ə verilsin ki, əhali aldadılmasın.
İmza : Abbazsadə Elvin Şahismayıl oğlu
Tarix : 05.10.2020 |