Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş
İdarəsinin Rəisi Cənab Polkovnik Əbülfət Rzayevə
Bakı şəhəri Xətai rayonu M.Hadi küç. ev72,
mən. 12 ünvanında yaşayan Abbaszadə Elvin Şahismayıl
oğlu tərəfindən
Tel ev : 012-579-30-35
Mob : 055-655-43-45
Ə R İ Z Ə
Hörmətli Əbülfət Rzayev !
01.08.2020-ci il tarixində Masazırda yerləşən mənzilimin tam təmir işləri üçün Azadlıq prosp. Məmməd Araz küçəsində yerləşən “AP Plaza”da özünü “Aydınoğlu İnşaat” MMC-nin (VÖEN 2004940421) şirkət rəhbəri kimi təqdim edən Salahov Kamal Aydın oğlu adlı şəxslə tanış oldum. (Tel: +99470 394 70 14, +99499 394 74 14 )
O, mənə bildirdi ki, təmir işlərini qısa bir zamanda yüksək keyfiyyət və zəmanətlə görüb təhvil verə bilər. Bunun üçün müqavilə bağlamağımızı və ödənişin müqavilə məbləğinə uyğun olaraq hisə-hissə, ilkin olaraq 30%, sonra isə 30%,30% və tam təmir işləri bitdikdə isə 10% olaraq ödənəcəyini və təmirə 5 il zəmanət verəcəyini bildirdi.
02.08.2020-ci il tarixində mənimlə formal müqavilə bağlandı ( Müqavilə dəyəri 19450 AZN) və işlərin başlaması üçün ilkin olaraq 30 % ödəniş etməyimi istədi. Mən də həmin gün 30 % məbləği – 5835 AZN ödədim və bunun qarşılığında mənə möhür və imzası ilə təsdiqlədiyi ödəniş qəbzi (kassa mədaxil orderi Seriya ƏXZ №530579 Aydınoğlu İnşaat MMC, VÖEN 2004940421) təqdim etdi və bundan sonra cuzi təmir işləri başladı.
24.08.2020-ci il tarixində Kamal mənə zəng edərək təmir işlərinin gedişatını gecikdirməmək üçün ikinci ödəniş məbləğini ödəməyimi istədi. Biz Kamal ilə H.Aslanov metrosu üzərində görüşdük və mən ikinci ödəniş məbləğini 30 % məbləği – 5835 AZN ödədim və bunun qarşılığında mənə möhür və imzası ilə təsdiqlədiyi ödəniş qəbzi (kassa mədaxil orderi Seriya ƏXZ №530582 Aydınoğlu İnşaat MMC, VÖEN 2004940421) təqdim etdi.
Bundan sonra Kamal ilə əlaqə saxlayanda artıq zənglərimə gec cavab verməyə başladı. Ona dəfələrlə zəng etməyimə baxmayaraq keçən müddət ərzində cəmi üç-dörd dəfə zənglərimə cavab vermişdir. İlkin olaraq avtoqəza törətdiyini, daha sonra səhəttində problemlər olduğunu və s. bəhanələr gətirirək hər dəfəsində növbəti həftədən işlərin başlayacağına söz verərək məni aldatmış, təmir işlərinin cuzi bir hissəsini görüb, pulların böyük bir hissəsini (11670 AZN) mənimsəyərək aradan çıxmış və zənglərimə cavab verməmişdir. Zənglərimə cavab verməməsi, müqavilə bağladığımız “AP Plaza”dakı ofisindən çıxıb getməsi, instagram sosial şəbəkədə “AzVip İnşaat” adlı səhifələrinin adını dəyişməsi və səhifəni gizləməsi və s. onun mənə qarşı dələduzluq etməsinə məndə daha da əminlik yaratmışdır.
Aradan keçən müddət ərzində mənə məlum oldu ki, Kamal tək mənə qarşı yox, bir neçə nəfərə qarşı ( Rəfiyeva Sveta Tel: +994552990247, Gəncəliyev Rövşən Tel: +99477 5218398 ) da dələduzluq etmişdir.
Kamal sonuncu dəfə onu axtardığımı bilərək zəngimə cavab vermiş və onu Qanunvericilik çərçivəsində bütün əlaqədar Orqanlara şikayət edəcəyimi bildirsəm də mənə : “Ürəyin haraya istəyir şikayət elə, mənim sənə borcum yoxdur ” deyərək mənə qarşı kobud rəftar etmiş və Azərbaycan Respublikasının Qanunlarını heçə sayaraq telefonu söndürmüşdür.
Nəzərinizə çatdırmaq istərdim ki, mənim böyük qardaşım – Abbaszadə Elnur Şahismayıl oğlu AR Müdafiə Nazirliyinin zabitidir və hal-hazırda torpaqlarımızın müdafiəsi,toxunulmazlığı və işğal olmuş torpaqlarımızın geri qaytarılması uğrunda ön cəbhədə xidmət edir. Kamal bu əməlləri ilə tək mənə qarşı yox eyni zamanda bir hərbiçi ailəsini inçitmiş, bizə həm maddi həm də mənəvi ziyan vuraraq bizə qarşı dələduzluq etmişdir.
Odur ki, onun barəsində tədbir görülməsini, dələduzluq yolu ilə ələ keçirdiyi 11670 AZN məbləğində vəsaitimin geri qaytarılmasını sizdən xahiş edirəm.
İmza : Abbazsadə Elvin Şahismayıl oğlu
Tarix : 01.10.2020
|