İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Noyabr-2020
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (174)
Dunen ziyarətçilər: (158)
Bu gün səhifə baxışı: (590)
Dünən səhifə baxışı: (452)
Şikayət və təkliflər kitabı / Gündəlik yazılı şikayətlər /

Azad Istehlakçılar Birliyinin

sədri cənab Eyyub Hüseynova

 

Bakı ş.Bəhruz Nuriyev 14,m.33

 ünvanında yaşayan

Fərəməzova Cəmilə Mikayıl qızı

tərəfindən

Əlaqə nömrəsi: 0507063100

 

 

                                                                           Ə R İ Z Ə

 

           YazıbSizə bildirmək istəyirəm ki, 12 sentyabr 2020-ci il tarixində onlayn Maxi.az (İnteqral QSC VÖEN 1500041651)internet səhifəsindən 149.90 AZN məbləğində (albalı kart vasitəsi ilə ödəniş) qulaqçılıq aldım,15 sentyabr 2020-ci tarixə qədər qutunu açmadım və qulaqçıqdan istifadə etmədim 16.09.2020 ci il tarixdə ilk dəfə metroda qulaqçıları istifadə edən zaman məlum olduki qulaqçıq həddən artıq zəyif işləyir mənim təlabatımı ödəmir ,hansıkı analoıi qulaqçıqlar bu şərayitdə yaxşı eşidilməklə işləyir,belə ki eyni zamanda həmən yerində aldığım ikici qulaqçıq yaxşı işləyir. o səbəbdən həmin qulaqçılar (Xiomi Air Mi True 2 white) mən geri qaytarmaq istədim,çünki dəyuişmək üçün dükana inamım itmişdi,14 gün müddəti keçmədi üçün zənq etdim dükana, sonradan istehlakçılar birliyinə,və mənə söylədilər ki,hüququm ona icazə verir ki aldığım malı servisə göndərmədən geri qaytarmaq mümkündür.Birliyə zənq etdikdən sonra əlaqə saxladım servislə və bidirdim öz hüququmu və mənə operator xanım hansıki əvvəl zənqimdə servisə müraciyət etmədikdə mal qaytarılmır söylədi sonradan isə mən İstehlakçılar Birliyinin adını çəkən kimi mənə artıq söylədi dükana müraciyət etmək.

       Həmin gün 22 sentyabr 2020-ci il tarixində yaxınlaşdım Nəsimi rayonu 28 May küçəsində yerləşən Maxi.az dükanına,xahiş etdim ki qulaqçıq qaytarılsın və ödədiyim pul mənə qaytarılsın,demək olar 1 saat vaxt itirdim,əvvəl yox dedilər,sonra razı oldular,sonra yenə danışıqlar apardılar administrator müdriyyəti arasında və nəticədə imtina etdilər.

Administrator tərəfindən  qulaqçılıq qaytarmamaq üşün mənə bildirilən səbəblər:

1)Servisdən akt olmadan geri götürmürlər(20 dəqiqə əvvəl razı idilər)baxmayaraq ki mən onlara bildirdim ki mənə Azad İstehlakçılar Birliyində söylədilər ki mənim hüququm var servisə mən müraciyət etmədən (əgər mal aldığım vəziyyətindədi,aksesuar yerində,qutu ideal vəziyyətdə )malı qaytarmaq.

2) Gigiyena pozulub (halbuki mənim yanımda dükanın müdriyyəti kamerada görə bilər administrator və satıcı mənə məxsus olan qulaqçıları öz qulağlarına taxıb məniom gözümün qabağında  işlədiyini yoxlayırdılar.Mən buna irad bildirdikdə dedilər ki, bu 2 dəqiqəlikdi,belə çıxır ki, dükanda işləyən adamların qulağları çox-çox təmizdi(yəgin ona görə yaxşı eşidirlər qulaqçıqın qüsüru olduğunu hiss etmirlər),alıcıların qulağları isə hamısı kirlənibdi.

3) Qutunun plombası (nakleykası) açılıb.Amma hər hansı bir müştəri mal aldıqda onun üçün qutu açılır və malı həm taxır qulağına yoxlayır həm plombası açılır və müştəri razı qalmasa həmin malı almaya da bilər(müştəri malı yoxlamasa onun qüsürlu olduğunu necə bilər?).

                Mənim tərəfindən 12.09.20-ci il tarixində 77544 nömrəli hesab fakturaya əsasən alınan mal dükana qutu ilə,aksesuarla birlikdə əla vəziyyətində olduğunu göstərilib və satıcı tərəfindən də qəbul olunub yani vaziyyətilə bağlı bir irad yox idi sadəcə bir məsələ akt olmadığı idi,administrator dedi ki qulaqçıqları qaytararmıyacayıq bizim heç kəsdən qorxumuz yoxdur,öz qanunlarımız var. Əgər mənim hüququm ona yol verir ki necə gün aldığım mal servisdən keçmədən geri qaytarıla bilər,xahiş edirəm mənə köməklik edəsiniz,çünki Sizsiz istehlakçıları eşitmək istəmirlər və bizim dediyimiz sözlər önəmli deyil onlar üçün.

            Xahiş edirəm mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz,qüsurlu qulaqçıq qaytarılsın və ödədiyim 149.90 AZN mənə qaytarılsın və bu barədə müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz.

 

Hörmətlə,

Fərəməzova Cəmilə Mikayıl qızı (Ş/v AZE18402833)  ____________________

Tarix: 24.09.2020___________

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
"Azad İstehlakçılar"İctimayi Birliyi (AİİB)17.08.2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyələşdirdiyi "İstehlakçılara parça bazar çantalarının paylanması ilə ekologiyanın qorunmasına dəstək tədbirləri" çərçivəsində hazırlanmış ekoloji təmiz materialdan hazırlanmış bazar çantalarını təmənnasız olaraq istehlakçılara paylamağa başlamışdır.Məqsədimiz bazar s...
Davamına bax
Şəkilin açıqlaması yoxdur.
 
 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır