İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Oktyabr-2020
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (191)
Dunen ziyarətçilər: (182)
Bu gün səhifə baxışı: (486)
Dünən səhifə baxışı: (633)
Şikayət və təkliflər kitabı / Gündəlik yazılı şikayətlər /

 

3m  · 
Hamı ilə paylaşıldı
Hamı
 
 
"Zəfəran" klinikasına valideynin gətirdi,9190AZN ödədi cənazəsini apardı! Bu şıkayəti mən təfsilatı ilə yerləşdirmirəm,çünki 4 səhifəlik ərizədə klinika sahiblərinin adı çəkilir, varlı insanların nə üçün kasıbları hər yolla soymasına kasıb kəndlinin təəccübü ifadə olunur və.s.Beləki Sabirabad rayonu Qarağac kənd sakini Mirzəzadə Nüsrət (Tel:0556860228)" Azad İstehlakçılar" İctimayi Birliyinə(AİİB) 04.09.2020-ci il tarixdə ərizə ilə müraciət edərək,1956-ci il təvəllüdlü atasını qeyd olunan klinikaya yerləşdirərək,cərrah Ramin Əliyevin -"əməlittatın uğurlu olacağının 80 %-dən yuxarı" olması vədinə inanaraq qohum-əqrabadan,banklardan kreditlə götürdüyü məbləğı klinikaya ödəyir və bir neçə gündən sonra atasının nəşin aparmalı olur! Keyfiyyətsiz tibbi xidmət,istehlakçının hüququnun pozulması göz qabağındadır!Bəs keyfiyyətsiz xidmət göstərən tərəf ödənilən məbləğı qaytarmamalıdir?!Bu şikayətlə bağlı AİİB tərəfindən mediyasiya işi aparıldı,məbləğin bir hissəsi qaytarıldı! Bu kimi hallar ölkəmizin bütün klinikalarında baş verir,"Zəfəran" klinikasından fərqli olaraq vətəndaşa ümumiyyətlə 1 qəpik də qaytarılmır!Şikayətçinin də ərizəsində qeyd etdiyi kimi, həkimlərin insan ölümündə,səhv diaqnozlarda,pul qoparmaq məqsədilə aparılan yalançı analizlərlə bağlı,nə vicdan,nə maddi nə də inzibati-cinayət məsuliyyəti yoxdur!Nəzəri cəhətdən belədə edə biləllər-Xəstəni içəri sal,qapiya yoğunboyun oxran qoy,pulu al, qohumların xəstəni görməsinə imkan vermə(əsas məsələlərdən biri budur),nə istəyirsən xəstəylə et,tutarlı bir ölüm epiqrizi yaz,diğər həlimlər də lazım olsa gəlib məmuniyyətlə onu imzalayacaq( 3-müşketyor qanunu) vəssalam!Dəfnə başı qarışan qohumlar birdə görürlər ki,heç dəfn üçün evdə vəsait yoxdur və.s. Bu hal ölkəmizdə neçə illərdir ki,davam edir,heç bir məsuliyyətin olmadığını bilən xarici həkimlər Azərbaycana axişır,klinika sahibləri və varlı məmurlar ən kiçik tibbi problem olanda xaricə qaçır!Ən azı ölkəmizdə "Pasiyentlərin hüquqlarının müdafiyəsi haqqında 10 ildən şoxdurki MM-də toz basıb qalmış qanun"müzakirəyə çıxarılıb qəbul edilməlidir!
1Парвин Шарифов

 

 
daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
"Azad İstehlakçılar"İctimayi Birliyi (AİİB)17.08.2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyələşdirdiyi "İstehlakçılara parça bazar çantalarının paylanması ilə ekologiyanın qorunmasına dəstək tədbirləri" çərçivəsində hazırlanmış ekoloji təmiz materialdan hazırlanmış bazar çantalarını təmənnasız olaraq istehlakçılara paylamağa başlamışdır.Məqsədimiz bazar s...
Davamına bax
Şəkilin açıqlaması yoxdur.
 
 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır