İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Oktyabr-2020
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (189)
Dunen ziyarətçilər: (182)
Bu gün səhifə baxışı: (468)
Dünən səhifə baxışı: (633)
Şikayət və təkliflər kitabı / Gündəlik yazılı şikayətlər /
Yarat
 
Toplantı
 
 
 
 
 
1dəq  · 
 
Əfsuslar olsun ki,nəzərinizə çatdırdığım bu istehlakçı şıkayətini mediyasiya yolu ilə həll edə bilmədik!Ərizəni rəsmi məktub yazaraq VN-ə İqtisad Nazirliyinə göndərdik.Azad istehlakçəlar birliyinin sədri Əyyub Hüseynova
Bakı şəhəri Vidadi 53 ( tel :+994558370073 ) ünvanında yaşayan Abdullayeva Aynur tərəfindən
ƏRİZƏ
26 Avqust 2020-ci il tarixində mən və yoldaşım Nizami küçəsi 91 A ünvanında yerləşən “Kemal Tanca” (Tel : + 994 70 469 00 00 ; +994 12 493 37 77) mağazasından bir ədəd kişi köynəyi ( Moncler XXL göy), kişi alt paltarı dəsti (“Off-White”) və idman ayaqqabısı ( Adidas) aldıq. Pulu ödəyərkən bizə kassa qəbzi və ya hansısa rəsmi maliyyə sənədi vrilmədi. Mallarin qiyməti ayrılıqda dəqiq yadımızda qalmayib.lakin köynəyi 45 AZN-ə endirimlə satdılar. Təqribən 200 AZN nəğd pul ödədik.Ümumiyyətlə bu dükandı mallarinüzərində qiymət yoxdur!
Köynəyi mağazada bəyəndik, amma ilk baxışdan arxada yuxarıda və ətəyində olan ləkələri görə bilmədik. Aldığımız əşyaları evə gətirdikdən sonra onların etiketlərini çıxarıb atdım. Səhəri gün köynəyi ütüləmək istəyəndə əlimlə büküşləri düzədərkən işıqda onun üzərindəki ləkələri aşkar etdim. Köynək mağazadan alınandan sonra geyinilməyib, yuyulmayib nə də ütülənməyib.
31 avqust tarixndə mağazaya köynəyi dəyişmək məqsədi ilə iki dəfə müraciət etdik. Bir dəfə ünvana gedib, bir dəfə də zəng vurub. Onlar satdiqları malın qüsurlu olduğunu boyunlarna almadılar. Dedilər ki, bu yağ ləkələrinə oxşayır və onları biz özümüz evdə salmışıq, baxmayaraq ki, köynək əslində bir dəfə də geyinilməyib, mağazanın verdiyi paketdə, təmiz paltarlar olan şkafda saxlanılıb. Bu birmənalı olaraq bizə böhtan idi.Bizə geyilmiş köynək satmışlar.Hansı şüuru yerində olan insan aldığı təzə paltarı yağ olan yerdə saxlayıb sonra da gəlib deyər ki, paltarın ləkəsi var?Biz bunu məntiqimizə hörmətsizlik kimi qəbul edirik! 31/08 tarixində mağazaya gedib müdirləri ilə görüşüb tələbimizi bildirmək istədikdə köynəyi bizə satan satıcı dedi ki, onların müdiri yoxdur , o özü öz malını satır. Mağazadakı satıcıları mağazadan şikayət edəcəyimizdən xəbərdar etdik. Onlar satdıqları qüsurlu malı dəyişməkdən imtina etdilər və “Kimə müraciət edirsiz edin ! ” dedilər. Onlara alıcıların hüquqlarından məlumat verdmək istədikdə isə satıcı dedi ki, “Biz qanunları yaxşı bilirik! ” .
Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız, qüsurlu, ləkəli köynək qaytarılsın, bu köynəyə ödədiyim təqribən 45AZN mənə verilsin, bu dükan barədə dövlət orqanlarına və KİV -ə məlumat verilsin ki, əhali aldadılmasın.
İmza : Abdullayeva Aynur
02/09/2020
 
daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
"Azad İstehlakçılar"İctimayi Birliyi (AİİB)17.08.2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyələşdirdiyi "İstehlakçılara parça bazar çantalarının paylanması ilə ekologiyanın qorunmasına dəstək tədbirləri" çərçivəsində hazırlanmış ekoloji təmiz materialdan hazırlanmış bazar çantalarını təmənnasız olaraq istehlakçılara paylamağa başlamışdır.Məqsədimiz bazar s...
Davamına bax
Şəkilin açıqlaması yoxdur.
 
 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır