İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Dekabr-2018
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (131)
Dunen ziyarətçilər: (176)
Bu gün səhifə baxışı: (339)
Dünən səhifə baxışı: (433)
Şikayət və təkliflər kitabı / Gündəlik yazılı şikayətlər

 

Şikayətçi- Sirinova Sevinc  Emil qızı

Ünvan - Bakı

Şikayətin məzmunu - AİİB-ə ərizə ilə müraciət edərək AARC Klinikasında pişiyini müalicə etdirdiyini ,bunun üçün 166 AZN ödədiyini ,lakin daha sonra səhv müalicə nəticəsində pişiyin öldüyünü,klinikadan narazı olduğunu ona dəyən ziyan qarşılanmasını və s. bildirmişdir.

Görülən tədbirlər - Uyğun şikayət Kənd Təsərrüfatı Nazirliyinə,Vergilər Nazirliyinə, İqitsadiyyat Nazirliyinə göndərilmişdir.  

Şikayətçi - Qafarov Ruslan

Ünvan - Bakı

Şiakyətin məzmunu: Ərizə ilə  yazaraq  Kontak - home -dan 1399 Azn televizor aldığını, 1 il zəmanət talonu verildiyini, lakin sonradan televizorda bir nece dəfə problemlər yarandığı üçün məhsulun jeyfiyyətsiz olduğunu, onu dəyişdirmək istəsədə dəyişdirə bilmədiyini ,  televizorun deyişdirilməsini və ya pulunun geri ödənilməsinin və s. bildirmişdir

Görülən tədbirlər - mağaza rəhbərləri ilə əlaqə yaratmaq mümkün olmadığı üçün, Uyğun məktub İqtisadiyyat Nazirliyinə göndərilmişdir.

 

 

Şikayətçi: Qurbanova Rəqibə

Ünvan:Bakı

Şikayətin məzmunu:Şikayətçi Neftçilər prospekti 47 B ünvanda yerləşən Burberry Children mağazasından hədiyyə olaraq əldə etdiyi 50AZN -lik çeki uşaq geyimi ilə əvəz etməsini və ya qiymətli kağız olaraq deyil,nağd olaraq pulun verilməsini satış menecerindən xahiş etmiş,lakin onlar bunun mümkün olmadığını demişlər.Onlar ümumiyyətlə burada 50 AZNlik geyim olmadığını,nə zamansa endirim olarsa o zaman sizin xahişinizi yerinə yetirərik deyə bildirmişlər.

Görülən tədbir:Məsələ danışıq yolu ilə həll olunmuşdur.

 

Şikayətçi: Səmədzadə Fəridə

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:Şikayətçi ərizə ilə müraciət edərək TİENS firması tərəfindən aldadıldığını ,onlardan aldığı mənşəyi bilinməyən çayları ,tablet dərmanları qəbul edəndən sonra ayaqlarında qırmızı suluqların əmələ gəldiyini və bunların daha da gün gündən artdığını ,ona böyük məbləğdə maddi və mənəvi zərər dəydiyini və s. bildirmişdir.

Görülən tədbir:Azərbaycan Respublikası Baş Porkurorluğa,Səhiyyə Nazirliyinə,Vergilər Nazirliyinə,İqtisadiyyat Nazirliyinə məktub göndərilmişdir.  

 

Şikayətçi: Elza Səmədova

Ünvan: Bakı

Ərizənin qısa məzmunu: Şikayətçi “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək  Audi Bakı Mərkəzindən  46000 AZN  dəyərində Audi marka Q5 model  WAUZZZ8R4EA  o65033 VIN nömrəli avtomobil aldığını ,ona 2 il zəmanət verildiyini ,25.05.2016 tarixdən başlayaraq  avtomobildə ardıcıl  nasazlıqlar olsa da, servis tərəfindən nasazlığın birdəfəlik aradan qaldırılmadığını ,izafi xərcə düşdüyünü və s. bildirərək istehlakçı hüququnun qorunmasını ,cəmiyyətin bu barədə məlumatlandırılmasını bildirmişdir.

Görülən tədbir:Audi Bakı Mərkəzinin Marketinq menecerinə məktub göndərilmişdir.

 

Şikayətçi:Rəhimova Zemfira

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:Şikayətçi "Azad İstehlakçılar" İctimai Birliyinə ərizə ilə müraciət edərək M.Qaşqay 8 ünvanda yerləşən LUX Topdan qiymətinə pərakənda satış mağazasından Bonduel konserv bankalı qarox aldığını,lakin evə gətirib açdığında içinin qara su ilə dolu olduğunu,qaroxların xarab olduğunu ,eyni zaman banka üzərində müddət göstərilmədiyini və s. bildirmişdir.

 

Şikayətçi:Hüseynova Şəhla

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

Bakı şəhəri ,Yeni Yasamal -2 Kənar Dairəvi yol,ev 9a,mənzil 14-də yaşayan Hüseynova Şəhla Nazim qızı “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək, 13.04.2017-ci il tarixdə F.X.Xoyski pr. 830 -835 ünvanında yerləşən Gənclik Mall Go Sport mağazasından 1 ədəd uşaq üçün üzərində 6 AZN yazılmış şortiki  kassaya yaxınlaşdıqda 10 AZN -ə satıldığını,kassirin qiymətləri dəyişməyə vaxtları olmadığını bəhanə gətirdiyini,haqlı olduğu halda mağaza işçiləri tərəfindən hüququnun pozulduğunu,ödədiyi 10AZN-dən pulun qalanını tələb etdiyini,rədd cavabı aldığını və s. bildirmişdir. 

Görülən tədbir:Azərbaycan Respublikası Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə məktub göndərilmişdir.

 Şikayətçi:Paşayeva Nəzakət

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:Paşayeva Nəzakət Paşa qızı “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək,22.04.2017 tarixdə Gənclik Mall ticarət mərkəzində yerləşən “Chillia”  adlı mağazadan 170 AZN dəyərində çanta aldığını,evə gətirdikdən sonra çantanın onun tələbatını ödəmədiyini,24.04 tarixdə dükana gedərək çantanı dəyişmək,uyğun mal olmadığı üçün qaytarmaq istədiyini bildirsə də,rədd cavabı aldığını və  s. bildirmişdir. 

Görülən tədbir:AR İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafisəi xidmətinə məktub göndərilmişdir.

Şikayətçi:Şirinova Zülfiyyə

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:Xəzər rayonu Binə qəsəbəsi savxozunda yaşayan Şirinova Zülfiyyə Səfərəli qızı “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək,22.04.2017 tarixdə Metropark ticarət mərkəzində yerləşən “United Colors of Benetton”  adlı mağazadan 98 AZN dəyərində uşaq üçün idman dəsti aldığını,bu dəsti pay verəcəyi qohumunun dəstin  şəklini görəndən sonra ona şalvarda diz izlərininin olduğunu dediyini ,malı qaytarmaq istədiyində mağazadan rədd cavabı aldığını və  s. bildirmişdir. 

Görülən tədbir:Azərbaycan Respublikası Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə məktub göndərilmişdir.

 

Şikayətçi:Məmmədov İlham

Ünvan:Bakı

Şikayətin qısa məzmunu:

Bakı şəhəri ,Səbail rayonu,Cənub Dərə 17 ünvanda yaşayan Məmmədov İlham Yusif oğlu  “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək,05 Mart 2017-ci il tarixdə  “TUF AVTO” MMC ilə Opel-astra markalı avtomobilinə 1 il pulsuz texniki yardım göstərilməsi şərtilə müqavilə bağladığını,lakin  xidmətdən yararlanmadığını,sonda MMC-nin bağlandığını,müqaviləyə əsasən kassa çeki almadan nəğd ödədiyi 60 manatı geri istədiyini,hələ də qaytarılmadığını və s. bildirmişdir. 

Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 

Şikayətçi:Məmmədova Leyla 

Ünvan:Bakı

Şikayətin qısa məzmunu:

Bakı şəhəri Şeyx Şamil 15,mənzil 5 ünvanda yaşayan Məmmədova Leyla Səbzəli qızı  “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək,  qeyd olunan ünvanda yerləşən mənzilində yaşamasa da, əsassız olaraq ona şişirdilmiş elektrik enerjisindən istifadə  borclarının  təqdim olunduğunu, dəfələrlə müvafiq instansiyalara müraciət edib qəbullarda olsa da, istehlakçı hüququnun pozulduğunun davam etdiyini və s. bildirmişdir.

Görülən tədbir:Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Nəzarət İdarəsinə məktub göndərilmişdir. 

 

Şikayətçi:Rüstəmova Roza

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:Bakı şəhəri Sabunçu rayonu ,Bakıxanov qəsəbəsi Sülh 33,mənzil 75-də məskunlaşmış məcburi köçkün Rüstəmova Roza Tofiq qızı  “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək,14.11.2016-cı il tarixdə qalxanabənzər vəzin əməliyyatından sonra qanda anti-tiroqlobulinin miqdarının normadan artıq olması səbəbəbilə Milli Onkologiya mərkəzinin həkimi Anar Əliyevin yazdığı Selenamax dərmanını Zeytun deposundan 37.50 AZN ödəyərək alıb içdiyini,bu dərmanı 4 ay qəbul etməli olduğundan növbəti kapsulları alarkən  görünüşü və qiyməti fərqli olan eyni adlı dərmanın satıldığını , içliyində və üzərində Azərbaycan dilində bu dərmanın  qida əlavəsinin olması barədə məlumat yazılmadığını, səhhətinə ciddi zərər dəydiyini , bu barədə müxtəlif dövlət orqanlarına müraciət etdiyini ,lakin qəbul etdiyi dərmanlar və onların müxtəlifliyi barədə ətraflı məlumat ala bilmədiyini və ona dəymiş maddi-mənəvi zərərinin ödənilməsini və s. bildirmişdir.

Görülən tədbir:Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə,Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Dövlət Gömrük xidmətinə məktub göndərilmişdir.

 

Şikayətçi: İsgəndərovaNuridə

Ünvan: Bakı

Ərizənin qısa məzmunu:

Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ev 117,mənzil 28 ünvanında yaşayan  İsgəndərova Nuridə Arif qızı “Azad İstehlakçılar” İctimai Birliyinə ərizə ilə müraciət edərək 21.04.2017 tarixində  Xətai rayon Nobel Prospekti 15 ünvanında 90 NU 202 dövlət qeydiyyat nişanlı Hundai ix35 markalı avtomobillə  yol qəzası törətdiyini,”Atəşgah” sığorta ilə  Dövlət yol polis əməkdaşının hadisə yerinə gəldiyini,sığorta əməkdaşı Anar bəyin məsələnin həlli üçün  100 AZN özünə,300 AZN DYP əməkdaşı üçün istəməsini,tələb olunan pulu ödəməsinə baxmayaraq, rəsmi maliyyə sənədinin verilməməsini,sığorta şirkətinin ona kart verib məbləğin karta köçürüləcəyini vəd etsə də,kiçik bir məbləğin Bank of Bakuda yerləşən şəxsi hesabına köçürüldüyünü ,bu məbləğin isə kredit borcu olaraq silindiyini,avtomobilin təmiri üçün lazım olan 3500 AZN məbləğin sığorta tərəfindən ödənilmədiyini,ona dəymiş maddi və mənəvi zərərin qarşılanmasını istədiyini və s. bildirmişdir.

Görülən tədbir: İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə,DİN-ə,Maliyyə bazarlarına nəzarət palatasına,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 

Şikayətçi:Kənan Qasımov

Ünvan:Bakı

Ərizənin qısa məzmumu:     Bakı şəhəri ,Xətai rayonu,A.Novruzov küçəsi ev 4,mənzil 2-də yaşayan Qasımov Kənan Mətləb oğlu  “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək,07.05.2017 tarixdə Azadlıq prospekti 69 A ünvanında yerləşən “İrşad Telekom” mağazasından kreditlə  309 AZN –lik telefon aldığını ,ilkin olaraq ödədiyi 155 AZN  qarşılığında ona heç bir maliyyə sənədinin  verilmədiyini ,7 gündən sonra  telefonda yaranan texniki nasazlıqlara  görə İrşad və Samsung servisə yollandığını,lakin problemin həll olunmadığını,telefonun yenisi ilə əvəz olunmasını və ya 155 AZN-nin geri qaytarılmasını və s. bildirmişdir

Görülən tədbir :İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

Şikayətçi:Şiriyev Səfərağa

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

Bakı şəhəri,Nizami rayonu,C.Naxçıvanski küçəsi  ev 48,mənzil 34 ünvanında yaşayan Şiriyev Səfərağa Ağabala oğlu  “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək, Abşeron rayonu Qala qəsəbəsində yerləşən evinin 4 pəncərəsi  üçün Binə qəsəbəsi H.Cavid küçəsində yerləşən  dəmir sexinə( tel: 051 697 31 68/055 922 31 78) barmaqlıqlar sifariş etdiyini,ödədiyi 220 manat müqabilində ona çek verilmədiyini,sifarişin keyfiyyətsiz hazırlandığını,20 gündən sonra barmaqlıqların paslandığını,Çingiz adlı ustanın onun zənglərinə məhəl qoymadığını ,rənglənmə işinin yenidən keyfiyyətli görülməsini tələb etdiyini və s. bildirmişdir.

Görülən tədbir:İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 

Şikayətçi:Məmmədova Sofiya

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

     Bakı şəhəri ,Ə.Qardaşları ev 18,mənzil 11-də yaşayan Məmmədova Sofiya  “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək, 08.05.2017-ci il tarixdə naməlum nömrədən ev telefonuna zəng vurularaq məhz onun ev  telefonunun uduşa düşdüyünü ,5 ədəd məişət avadanlığının və bir ədəd ətirin 299 AZN-ə ona veriləcəyini ,11.05.2017 tarixdə  5 avandalığı  alarkən 200 AZN ödəsə də, ona heç bir maliyyə sənədi təqdim olunmadığını ,ətiri sonradan yolladıqlarını,bu malların keyfiyyətsiz olduğunu  ,hətta kuryer Elnurun( Tel: 055 885 11 70) ona yalnış ünvan verdiyini, malları qaytara bilmədiyini, ödədiyi məbləği  geri istədiyini və s. bildirmişdir.

Görülən tədbir:Məsələ mediasiya yolu ilə həll olundu.Eyni zamanda İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 

Şikayətçi :Nuriyeva Günel

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

Bakı şəhəri Xətai rayonu ,NZS qəsəbəsi ,Aşıq Qurban 25/66 ünvanında yaşayan  Nuriyeva Günel Əziz qızı “Azad İstehlakçılar “ İctimai  Birliyinə ərizə ilə müraciət edərək 21.05.2017 tarixdə Baku Electronics-in Xətai rayonu M.Hadi 9 A ünvanında  yerləşən Əhmədli filialından 1279 AZN-lik Samsung markalı soyuducunu kreditlə əldə etdiyini ,satış menecerinin təklifi ilə 75 AZN-ə VİP zəmanət əldə etdiyini,30 AZN-ə komisyon haqqı ödədiyini,bunların qarşılığında heç bir maliyyə sənədi almadığını, çatdırılma zamanı  soyuducunun tam təhvil verilmədiyini ,içindəki qabın sınıq olduğunu,tələbinə məhəl qoyulmadığını,75  və 30 AZN-ni geri istədiyini ,qabın dəyişdirilməsini və  s. bildirmişdir.

Görülən tədbir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 

Şikayətçi:Quliyev Tural

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

      Bakı şəhəri,Nərimanov rayonu,Ş.İ.Xətai pr. Ev 5 ,mənzil 27 ünvanında yaşayan Quliyev Tural Tofiq oğlu  (tel: 012 496 15 01/055 207 86 54 ) “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək, 11.05.2017 tarixdə “Sehirli xalça” xalçayuma şirkətinə(012 343 00 88,055(070) 33366 44) 3x4 ölçülü xalça təhvil verdiyini,təhvil alarkən xalçanı istifadəyə yararsız halda görüb ona təqdim olunan VÖEN-siz satış fakturasını imzalamadığını,xalçanı götürmədiyini,telefon danışıqlarının nəticəsiz qaldığını ,12 m2 xalçanı geri istədiyini və ya dəyərinə uyğun 600-800 AZN verilməsini və s. bildirmişdir.

 AİİB sədrinin Əzizə adlı xanımla mediasiya –telefon danışığı cəhdi nəticəsiz qalmışdır.

Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 

Şikayətçi:Allazov Kənan

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

Bakı şəhəri E.Süleymanov 137,mənzil 13 ünvanda yaşayan  Allazov Kənan Faiq oğlu   (Tel: 012  449 93 82/ 050 209 10 72) “Azad İstehlakçılar “ İctimai  Birliyinə ərizə ilə müraciət edərək  03.05.2017  tarixdə  Nəsimi rayonu Bül –Bül  pr 58b ünvanında yerləşən AGNA kimyəvi təmizləmə şirkətinə  Ukraynadan aldığı 600 $ dəyərində gəlinlik verdiyini,25 AZN ödəniş müqabilində ona rəsmi  maliyyə sənədi deyil , şifrəli qəbz təqdim olunduğunu,gəlinliyin təhvili zamanı malın  cırıldığını ,rənginin bozardığını gördüyünü ,lakin tələbinə məhəl qoyulmadığını,bu səbəbdən 600$ -ın geri qaytarılmasını və ya kimyəvi təmizləmə tərəfindən yenisinin alınmasını və  s. bildirmişdir.

     Dürdanə adlı xanımla (012 493 76 56) mediasiya cəhdi nəticəsiz qalmışdır.

Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 Şikayətçi:Qazıyev Süleyman

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

      Bakı şəhəri 9-cu mkr,Mir Cəlal küçəsi ,ev 143B,mənzil 296 ünvanında yaşayan Qazıyev Süleyman Hacı oğlu (Tel: 051 871 99 98/051 726 64 37) “Azad İstehlakçılar İctimai” Birliyinə ərizə ilə müraciət edərək 23 Aprel 2017 tarixdə 9-cu mkr Mir Cəlal küçəsi,ev 63-də yerləşən “Bayramoğlu” mebel mağazasına paltar şkafı sifariş verdiyini ,şkafı təhvil alarkən onun üzərində çoxlu cızıqlar olduğunu ,keyfiyyətsiz hazırlandığını,usta Anara (012 569 29 79/055 213 44 77) öncədən və daha sonra verdiyi toplam 400 AZN məbləğin qarşılığında ona heç bir maliyyə sənədinin təqdim olunmadığını ,şkafın geri qaytarılmasını,400 AZN-nin verilməsini və s. bildirmişdir.

     AİİB-in sədrinin Anar adlı şəxslə mediasiya cəhdi də nəticə verməmişdir.

Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 

Şikayətçi:Zeynalova Könül

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

 16 iyun 2017 tarixdə Cəfər xəndan küçəsi ilə  Şövkət Məmmədova küçəsinin kəsişməsində yerləşən ,”Oazis” restoranı ilə üzbəüz  olan ət dükanından Elməddin adlı satıcıdan mal ətinin bud hissəsini aldığını.Satıcıya inandığına  görə ,ətin üzərini açmağı gərək görmədiyini.8kq ətə 114AZN pul ödədiyini, kassa çeki təqdim olunmadığını.Evə gəlib  əti açanda ,ətin tamamilə damardan ibarət olduğunu,həm də ətin qapqara olduğunu,ətdən qəribə qoxu gəldiyini ,pulu geri istədiyini və ya təmiz ətə dəyişməyi bildirmişdir.

Görülən tədbir:Məsələ danışıq yolu ilə həll olunmuşdur.

  

Şikayətçi:Xəlilov Taleh

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

Bakı şəhəri ,Nizami rayonu ,Babək prospekti ev 95,mənzil 100 ünvanında yaşayan  ııı qrup əlil Xəlilov Taleh Sənani oğlu  (Tel 050 664 85 98) “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək, 12.04.2017 tarixdə Azadlıq prospekti 41 x ünvanında yerləşən sahibkar Əliyev Mehman Ələkbər oğluna məxsus Nar mobil telefon mağazasından 375 AZN nağd ödəyərək Samsung Galaxy J7 markalı mobil telefon aldığını,ona kassa çeki təqdim olunmadığını,14.06.2017 tarixdə telefon xəttinin bağlandığını,157 çağrı mərkəzinin   kredit borcuna görə telefonun bağlandığını bildirdiyini,”Kontakt Home”a yönləndirildiyini,yararlı telefona dəyişdirilməsini və ya 375 AZN-nin geri qaytarılmasını  və s. bildirmişdir.

Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 

Şikayətçi:Bəhruz Səfərov

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

       Nəsimi rayonu ,C.Hacıbəyli küçəsi 23,mənzil 9 ünvanında yaşayan Səfərov Bəhruz Malik oğlu (Tel: 055 857 49 39)  21.06.2017 tarixdə Bakıxanov qəsəbəsi N.İsmayılov 2 ünvanında yerləşən “Koala” adlı uşaq geyim mağazasından 32 AZN dəyərində ayaqqabı aldığını ,uşağın ayağını incitdiyinə görə səhəri gün 22 iyun tarixində mağazaya qayıdıb dəyişmək istəsə də,münasib seçim olmadığından qaytarmalı olduğunu,lakin satıcı tərəfindən narazılıqla qarşılandığını ,malı qaytarıb ödənişi geri almaq istədiyini və s. bildirmişdir.

Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə  məktub göndərilmişdir.

 

Şikayətçi:Yusubova Qəmzə

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

Bakı şəhəri ,Naxçıvani küçəsi ,ev 39 a,mənzil 12-də yaşayan Yusubova Qəmzə Xanlar qızı ərizə ilə müraciət edərək, 14 noyabr 2016-cı il tarixdə Binəqədi rayonu Atatürk pr,ev 65 B ünvanında yerləşən  “ABC-Telecom” MMC Kontakt Home mağazasından nağd 1300AZN pul ödəyərək İphone 6s markalı mobil telefon aldığını ,kassa çeki və zəmanət talonunun  təqdim olunduğunu,aldıqdan 17-18 gün sonra telefonun səs və ekran sistemində davamlı problemlər yarandığını,mağazadan dəyişdirilməsi və ya qaytarılmasını tələb etməsinə baxmayaraq,satış meneceri və “Kontakt Home” texniki servisi tərəfindən məsələnin həll olunmadığını,telefonu keyfiyyətlisi ilə əvəz olunmasını və ya ödədiyi məbləğin geri qaytarılmasını və s. bildirmişdir.

 Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə  məktub göndərilmişdir.

 

Şikayətçi:Şükürov Əfqan

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

Bakı şəhəri,Yasamal rayonu Z.Xəlilov 59, m 97 ünvanında yaşayan Şükürov Əfqan Mehman oğlu   (tel: 055 333 47 57 ) ərizə ilə müraciət edərək, 08.07.2017 tarixdə A.Şərifzadə  148 ünvanda yerləşən “ELAY Telecom” mağazasından 119 AZN-lik X-BO markalı telefon aldığını,tələb etməsinə baxmayaraq kassa çekinin verilmədiyini,evə gəlib telefonu işlətdiyində telefonun funksiyalarının zəif  olduğunu görüb 10.07.2017 tarixdə mağazaya geri qaytarmaq istəsə də satıcı tərəfdən kobud qarşılandığını,pulu geri istədiyini və s. bildirmişdir.

Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 

Şikayətçi:Fərzanə Tamerlan

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

      Bakı şəhəri,F.Bayramov  6,m 23 ünvanında yaşayan Fərzanə Tamerlan Eldar oğlu    (tel: 050 225 22 50 ) ərizə ilə müraciət edərək, “Narıncı” MMC ilə 02.06.2017 tarixdə müqavilə bağlayaraq mebel sifariş verərək,1500 AZN məbləğində avans ödədiyini,kassa çekinin təqdim olunduğunu ,lakin növbəti avadanlıq üçün ödədiyi 200 AZN müqabilində kassa çekinin verilmədiyini ,şərtlərə əsasən bir aya mebel təhvil verilməli olsa da,işin uzadıldığını,telefon zənglərinə MMC tərəfindən cavab verilmədiyini ,sahibkar Ülkər xanımın (077 277 02 00) yenidən vəd verməsinə baxmayaraq hələ də iş görülmədiyini,mebellərin 25iyul tarixinədək təhvil verilməsini ,yaxud 1700 AZN-nin  geri qaytarılmasını  və s. bildirmişdir.AİİB sədrinin Ülkər adlı xanımla mediasiya ( danışıq) cəhdi nəticəsiz qalmışdır.

Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

    

Şikayətçi:Səmədov Namik

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

      Bakı şəhəri,Nərimanov rayonu Q.Qarayev  küçəsi bina 126,mən 27-də yaşayan Səmədov Namik Xeyrulla oğlu  (tel: 055 664 80 25/051 675 95 36 )  ərizə ilə müraciət edərək, 07.07.2017 tarixdə Z.Bünyadov 2097,Dərnəgül şossesində yerləşən Fab satış mərkəzindən (Tel: 012 490 66 81) 19.10 Azn ödəməklə 1 ədəd smistitel,2 ədəd 60sm-lik su şlanqı aldığını,kassa çeki verilmədiyini,evə gəlib smistiteli quraşdırarkən onun yararsız olduğunu,1 gün sonra mağazaya gəlib dəyişmək və ya qaytarmaq istəsə də,mağaza işçisi tərəfindən narazılıqla qarşılandığını ,maddi zərərin ödənilməsini və s. bildirmişdir.AİİB sədrinin Naiq adlı şəxslə telefonla mediasiya cəhdi nəticəsiz qalmışdır.

     Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 

Şikayətçi:Mirsalayeva Fərəh

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

      Bakı şəhəri,Yasamal rayonu ,A.Şaiq küçəsi ev 245 A mənzil 28 ünvanında yaşayan   Mirsalayeva Fərəh Rəhim qızı   (tel:051 729 16 16) ərizə ilə müraciət edərək16.07.2016 tarixdə Bül-bül pr.58G ünvanında yerləşən “ZEPTER” MMC( Tel:012 493 32 56) ilə ilkin 20%ödəməklə 1219 AZN-lik mətbəx qazanının satışına dair müqavilə imzaladığını,illik ödəniş bitdikdən sonra 10.07.2017 tarixdə qazanı təhvil alarkən onların qazanın mütləq şirkətə məxsus satışda olan  vasitələrlə yuyulmalı olduğunu dediklərini ,əks halda qazanın təhvil verilməyəcəyini ,lakin baha olmasına görə  yuyucu vasitələrdən imtina etdiyini,1219 AZN-nin geri qaytarılmasını  və s. bildirmişdir.AİİB sədrinin hüquqşünas Kamandar(050 221 47 74)  adlı şəxslə telefonla mediasiya cəhdi nəticəsiz qalmışdır.

 Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə  məktub göndərilmişdir.

    

Şikayətçi:Məmmədov Salavat

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:Bakı şəhəri ,7-ci Sallaxana küçəsi ,ev 7a.mənzil 34a ünvanda yaşayan Məmmədov Salavat Ömərxan oğlu (Tel: 055 366 33 99)  ərizə ilə müraciət edərək, 13.05.2017 tarixdə Yasamal rayonu N.Hikmət küçəsi ev 55 D ünvanında yerləşən AGNA DRY Cleaning şirkətinin ofisinə pencəyini təmizlik üçün  təhvil verdiyini,ödəniş əsasında ona üzərində VÖEN olmayan kassa çeki verildiyini,pencəyini təhvil alarkən onun üzərində bir neçə yerdə ləkələr olduğunu,quru təmizləmə işçisi olan Günay xanımın verdiyi vədə baxmayaraq bu problemin həll olunmadığını,pencəyin dəyərində pulun  və ya yeni pencəyin verilməsini və s. bildirmişdir

  Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 

Şikayətçi:Aysel Muradova

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:     Bakı şəhəri ,Arif İsmayılov küçəsi ,ev 21B ünvanda yaşayan Muradova Aysel  ərizə ilə müraciət edərək 20 iyul 2017-ci tarixdə Salatın Əsgərova küçəsində 18 nömrəli məktəbin yanında yerləşən üzərində heç bir adı olmayan ofisdən Vüqar adlı şəxsdən ( 055 422 86 15) 200 manat ödəməklə internet səhifəsində reklamı gedən gizli nömrələri açan telefon aldığını,ödəniş müqabilində ona kassa çeki və zəmanət talonunun verilmədiyini,telefonun adı gedən funksiyanı yerinə yetirmədiyini,zəng zamanı isə texniki problemlər yarandığını,ödənişi geri istədiyini  və s. bildirmişdir

Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 

Şikayətçi:Abdullayev Çingiz

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

Bakı şəhəri ,Azər Əliyev  küçəsi 9 ,mən. 83 ünvanda yaşayan Abdullayev Çingiz  Çərkəz oğlu  (Tel: 070 332 49 87)  ərizə ilə müraciət edərək 28 iyul 2017 tarixdə 3-cü mkr Əli Mustafayev  29/30 ünvanında yerləşən avtomobil ehtiyyat hissələri satılan mağazadan ( 012 430 33 23/055 487 24 21 )11 manat məbləğində yağınsöndürən aldığını ,çek təqdim olunmadığını,tələb etdikdən sonra satıcının çek verdiyini,maşını idarə edərkən yanğınsöndürənin köpük buraxdığını gördüyünü,mağazaya qayıdaraq keyfiyyətlə mala dəyişdirilməsini  və ya pulu geri istədiyini,mağaza işçiləri tərəfdən narazılıqla qarşılandığını   və s. bildirmişdir. AİİB sədrinin Nicat və Ağa adlı şəxslərlə mediasiya (danışıq)cəhdi nəticəsiz qalmışdır.

Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə ,Vergilər Nazirliyinə məktub göndərilmişdir.

 

Şikayətçi:Mehriban Əzimli

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:Yusif  Çəmənzəmənli 16.  mən 90 -da yaşayan Əzimli Mehriban Fazil qızı “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək Murtuza Muxtarov  145 ünvanında yerləşən “Le Salon” gözəllik salonunda(Nailə xanım 050 254 06 42) 05.08.2017 tarixdə  usta Əliyə saçına keratin düzləşdirmə etdirdiyini,ödədiyi 120 AZN məbləğində ona kassa çeki təqdim olunmadığını ,prosedurdan sonra başında və üzündə şişkinliklər yarandığını,saçından xoşagəlməz qoxunun göz yaşartdığını,səhhətində kəskin dəyişikliklərə görə həkimlərə,klinikalara müraciət etdiyini,ona dəymiş maddi (120 AZN salon və 200 AZN  müalicə)və mənəvi zərərin salon tərəfindən ödənilməsini və s.bildirmişdir.      AİİB sədrinin salonun sahibi Nailə xanım və onun həyat yoldaşı ilə mediasiya (danışıq) cəhdi nəticəsiz qalmışdır

 Görülən tədbir:Səhiyyə Nazirliyinə,İqtisadiyyat Nazirliyinə,Vergilər Nazirliyinə rəsmi məktublar göndərilmişdir.

 Şikayətçi:Qasımov Nüsrət

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

Xəzər rayonu Mərdəkan qəsəbəsi  sahə 2/11 ünvanda yaşayan təqaüdçü Qasımov Nüsrət İdris oğlu (Tel: 050 384 20 21/055 710 02 21)  rəsmi ərizə ilə müraciət edərək 08.08.2017 tarixdə təqaüdünü əldə edərkən 40 AZN məbləğin əskik olduğunu,bu barədə qeydiyyatda olduğu Binəqədi rayon pensiya fonduna ,daha sonra Ayna Sultanovada yerləşən Beynəlxalq Banka müraciət etdiyini,pensiya kartından internet ödəmələrinə heç bir zaman istifadə etmədiyi təqdirdə bankın çıxarış vərəqəsində 40 AZN pulun naməlum Azercell və Bakcell nömrələrinə köçürüldüyünü ,kartının təhlükəsizliyinin təmin edilərək həmin məbləğin balansına köçürülməsini tələb etdiyini  və s. bildirmişdir.

Görülən tədbir:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi xidmətinə,Daxili İşlər Nazirliyinə,Beynəlxalq Banka,Maliyyə Bazarlarına Nəzarət Palatasına rəsmi məktublar göndərilmişdir.

 

Şikayətçi:Ələsgərova Nigar 

Ünvan:Bakı

Ərizənin qısa məzmunu:

Bakı şəhəri S.Cavadxan 48b ünvanında yaşayan Ələsgərova Nigar Qabil  qızı “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək 01.08.2017  tarixdə Hüseynbala Əliyev küçəsi mənzil 3018 –də yerləşən “Konon” aptekdən 32.85 AZN ödəyərək  həkimin şifahi tapşırığına əsasən 1 qutu Depomin effervescent  aldığını ,qəbul etdikdən sonra mədəsində kəskin ağrıların olduğunu,qutudakı markalanmanın standartlara cavab vermədiyini,qida əlavəsi olmasına baxmayaraq içlik vərəqəsində bu barədə məlumat olmadığını,32.85 AZN –ni geri istədəyini,dərmanın ekspertizaya verilməsini  və s.bildirmişdir.


AİİB sədrinin aptek əməkdaşı Günay xanımla mediasiya(danışıq)cəhdi nəticəsiz qalmışdır.

Görülən tədbir:Səhiyyə Nazirliyinə,İqtisadiyyat Nazirliyinə rəsmi məktublar göndərilmişdir. Şikayətçi :Haşımov İmran Ünvan:Bakı Şikayətin qısa məzmunu :Vita Aptekindən Ratun dərmanı aldığını,lakin əvvəl aldığı dərmandan dadına keyfiyyətinə,tərkibinə görə fərqləndiyini ,aptekə qaytarmaq istəsə də bunun mümkün olmadığını və s. bildirmişdir. Şikayət ictimailəşdirilmişdir.  

 

     Şikayətçi:Cavadlı Fəridə

    Ünvan:Bakı

    Ərizənin qısa məzmunu:

     Bakı şəhəri ,Nərimanov rayonu  İ.P.Dadaşov  küçəsi 122,mənzil 56 ünvanda yaşayan  Cavadlı Fəridə İlham qızı (Tel: 050 329 66 06) “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edərək 16.01.2018 tarixində Gənclik Mallda yerləşən Iticket şirkətinə (493 33 77) məxsus kassada 09.03.2018 tarixi üçün H.Əliyev sarayında keçiriləcək “Gəlin” konsertinə 240 AZN ödəməklə 3 nəfərlik bilet aldığını ,ona kassa çeki təqdim olunmadığını,konsertdə iştirakı müəyyən səbəblərdən təxiri salmağı qərar alarkən ,kassa operatorunun ona yalnız 30%cərimə ödənildiyi halda bileti qaytarmağın mümkün olduğunu dediyini,240 AZN geri tələb etdiyini  və s. bildirmişdir. 

Görülən tədbir:İqtisadiyyat Nazirliyinə,Vergilər Nazirliyinə rəsmi məktub  göndərilmişdir.

Diabet xəstələri üçün arzuolunmaz dərman preparatı
“Azad İstehlakçılar” İctimai Birliyi dəfələrlə istehlakçıların şikayəti əsasında ölkədə satılan arzuolunmaz ,bəzən qeydiyyatdan keçməmiş dərman preparatları barədə məlumatlar vermişdir.
AİİB-ə “Azərbaycan Diabet Liqası” İctimai Birliyi (ADL) rəsmi məktubla müraciət edərək ölkənin dərman pereparatları bazarınadaxil olan,2017-ci ilin İyun ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza mərkəzi tərəfindən dövlət qeydiyyatına alınmış Ukraynada yerləşən “ İndar” firmasının istehsalı olan “Humodar 100R” , “Humodar B100R” və “Humodar C25 100R” dərman preparatlarının şəkərli diabet xəstələri üçün arzuolunmaz olduğunu bildirmişdir. “Azərbaycan Diabet Liqası” İctimai Birliyinin ( ADL) məktubunu təhlil edərək aşağıdakı nəticələrə gəldik:
- Müxtəlif xarakteristikalarına baxmayaraq yaşıl qutuya qablaşdırılmış “Humodar B100R” preparatı ilə qırmızı qutuya qablaşdırılmış “Humodar R100R” preparatlarının hər ikisinin seriya nömrəsi eynidir. 10817B
- Hər 3 növ preparatın etiketlərində istehsal tarixləri göstərilməmişdir.Sözü gedən pereparatlar” Beynəlxalq etibarlılıq standartlarına cavab verən Avropa dərmanlar agentliyi (EMA) və ya ABŞ-ın Dərmanlar və Qida məhsullarına nəzarət üzrə Administrasiyası (FDA) kimi ciddi beynəlxalq qurumlar tərəfindən yoxlanılmayıb və bu qurumların müsbət rəyinə malik deyil. İstehsalçıdan başqa heç bir əlavə qurum tərəfindən analizlərin aparılmaması dərmanın keyfiyyətinə dair şübhə yaradır və pasiyentlərin həyatı üçün təhlükəli ola bilər.
- Brazilyanın sanitar təftiş və təftiş üzrə Baş direktorunun 11.10.2017 tarixli RE-2.711 saylı qərarında onlara rəy üçün təqdim olunmuş ,qeyd olunan preparatlara verilən rəydə deyilir.”..... Qabaqcıl İstehsal Praktikasına” riayet edilmir.( http: //www.in.g o. b r / a u t e n t i c e d e d. h t m l linkində 0001201710160 0 2 11 kodu ilə yoxlamaq olar )Ukrayna Beynəlxalq Diabet Asosiasiyasının qeyd olunan pereparatlarla bağlı Ukrayna Ali Radasının Korrupsiyanın qarşısının alınması və Qabaqlayıcı tədbirlər komitəsinin sədri Veqor Viktoroviç Soblevə ünvanlanmış məktubunda bu pereparatların Ukraynada istehsalının və yayılmasının qarşısının alınması təklifi bildirilmişdir.
Bundan əlavə, Ukraynanın özündə Dərman Vasitələri və Preparatlara Dövlət Nəzarət Xidmətinin 20.11.2017-ci il tarixli əmrinə əsasən “INDAR” Xüsusi Səhmdar Cəmiyyətinin istehsal etdiyi bir sıra seriyalı insulin məhsullarının dövriyyədən çıxarılmışdır.
TƏƏCCÜBLÜDÜR NECƏ OLUR Kİ, BU DƏRMANI AZƏRBAYCAN SƏHİYYƏ NAZİRLİYİ QEYDƏ ALIR VƏ İDXALINA İCAZƏ VERİR?!

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...

Kontakt-Home"-dan şikayətlər ara vermir. Şikayəti araşdırmaq üçün Rəhbərliklə heç cür əlaqə mümkün deyil!
Nəzərinizə çatdırım bu şikayəti də məcbur olub İqtisadiyyat Naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu Nazirliyin də bir iş görəcəyinə ümüd yoxdur,onlar hamını məhkəməyə yönəldir.
Məhkəmələrdə ki, bildiyiniz kimi....

 
daha ətraflı...

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Şirvan şəhəri kitabxanasında həyata keçirmişdir

daha ətraflı...

Azad İstehlakçılar İctimai Birliyi 2105.2018-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  “Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Sumqayıt şəhərində “Xəzər”ASC-nin akt zalında həyata keçirmişdir.

"Qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində istehlakçıların bilik və bacarıqlarının artırılması"na dair təlimdə 29 nəfər iştirak edirdi.

Təlimin məqsədi Sumqayıt şəhərində yaşayan istehlakçıların, sahibkarların və digər qrup şəxslərin qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində  bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə ilk  çıxış edən  Sumqayıt şəhər İH-nin nümayəndəsi cənab Fərman Kazımov iştirakçıları salamlayaraq, mövzunun aktuallığını qeyd etdi və sözü AİİB-nin sədri cənab Eyyub Hüseynova verdi. Eyyub Hüseynov Azərbaycan Respublikası Prezidentinin istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün zəruri olan bütün addımları atdığını qeyd etdi. Cənab İlham Əliyevin “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılması barədə 10 fevral 2017-ci il tarixli Fərmanının böyük əhəmiyyəti oldugunu ətraflı izah etdi. Daha sonra təlimçilər  Nizami Musayev və Fərrux  Əsgərov “Qida Təhlükəsizliyinin İdarə edilməsi” və “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri” mözuları ətrafında təlimi davam etdirdilər.

İştirakçılardan Abdulov Camal çörək məhsullarının keyfiyyətinə təsir edən əsas amillərin nədən ibarət olduğuna dair sualına təlimçi  Nizami Musayev  əhatəli şəkildə cavab verdi.

İştirakçılar təlimdə aktiv iştirak etməklə, belə tədbirləri davamlı olmasını arzulayaraq, ÖlkəBaşçısına, QHT Şurasına və AİİB-nə təşəkkürlərini bildirdilər.

 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır