İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Dekabr-2018
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (123)
Dunen ziyarətçilər: (176)
Bu gün səhifə baxışı: (277)
Dünən səhifə baxışı: (433)
esasname


ABŞ Beynəlxalq İnkişaf Agentliyi üçün Hazırlanmışdır, USAID Müqavilə Nömrəsi AID-EEM-I-00-07-00003-00, Tapşırıq Əmri # AID-112-TO-10-00002

 

Sibley International Baş Əlaqə Məlumatı:   David Snelbecker

                                                                              CEO

                                                                              Sibley International LLC

                                                                              1250 Connecticut Ave., NW, Suite 200

Washington, DC 20036

                                                                              Tel:  1.202.833.9588

                                                                               Email : dsnelbecker@sibleyinternational.com

 

Azərbaycanda:                                   Melani Schultz

                                                                              Layihə Rəhbəri

                                                                              ART Layihəsi

                                                                              133 Bashir Safaroghlu St.

SAT Plaza, 15th floor,

Baku, Azerbaijan, AZ1009

Tel:  +994 12 596 2435

melani.schultz@actproject.net

 

 

 

Azərbaycan Rəqabətlik və Ticarət (ART) Layihəsi

 

 

Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN) Proqramı üzrə Dərslik

 

 

 

 

 

 

 

 

 

Hazırladı:

Anna Vasilenko

 

 

 

 

 

 

 

Öhdəlikdən imtina

Bu nəşriyyatda qeyd edilmiş müəllifin fikirləri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və ya ABŞ hökumətinin  fikirlərini əks etdirmir.

 

Mündəricat

1. AİQT Şöbəsinin Nizamnaməsi......................................................................................................................................... 7

2. AİQTN Nəzarət Şurasının Qaydaları........................................................................................................................... 11

3. AİQTN Bəyannaməsi...................................................................................................................................................... 13

4.  Nişan vermə prosedurları............................................................................................................................................... 13

5. Müraciət proseduru.......................................................................................................................................................... 14

6. Ekspertlərin Vəzifəsi, Təcrübəsi və İxtisaslaşması..................................................................................................... 15

6.1 AİQTN ekspertlərinin vəzifə və öhdəlikləri.......................................................................................................... 15

6.2 AİQTN ekspertlərdən tələb olunan təcrübə.......................................................................................................... 16

6.3 İxtisaslaşma............................................................................................................................................................... 18

6.4 Ekspertin şəxsi sənədləri.......................................................................................................................................... 18

7. AİQTN təlim proqramı.................................................................................................................................................... 19

8. Ekspert qrupunun təyin edilməsi proseduru................................................................................................................ 20

9. Qiymətləndirmə Proseduru............................................................................................................................................. 21

9.1. Giriş............................................................................................................................................................................. 21

9.2 Gümüş Səviyyəsi üçün qiymətləndirmə Proseduru............................................................................................ 22

9.3. Qızıl Səviyyəsi üçün qiymətləndirmə Proseduru ............................................................................................... 23

9.4. Platin Səviyyəsi üçün qiymətləndirmə Proseduru.............................................................................................. 24

9.5 Əməl etmə.................................................................................................................................................................. 26

10. Nişan vermə qərarı prosesi........................................................................................................................................... 26

11. AİQTN nişanının etiket, paket və digər daşıyıcılarda daşınması qaydası......................................................... 27

12.  Nişan istifadəsi üzərində müşahidə............................................................................................................................ 28

12.1 AİQTN Protokolu tələblərinə fasiləsiz əməl edilməsinin təsdiqi..................................................................... 29

12.2 Nişanın səhv istifadəsini üzərində Müşahidə.................................................................................................... 29

13. Məxfilik siyasəti............................................................................................................................................................. 30

14. Nişanın geri götürülməsi/dayandırilması prosedurları............................................................................................ 30

15. Nişan üçün appelyasiya müraciəti proseduru........................................................................................................... 31

16. Nişan istifadəçisinin şikayət prosedurları.................................................................................................................. 32

16. Münaqişə həlli ilə bağlı prosedurlar............................................................................................................................ 33

17. AİQTN Vahidi daxili nəzarət prosedurları................................................................................................................. 34

18. Etik rəftar prosedurları.................................................................................................................................................. 36

18.1 Məqsədlər................................................................................................................................................................. 36

18.2 AİQTN ekspertləri üçün əsas prinsiplər............................................................................................................... 36

18.3 AİQTN ekspertləri üçün Müəyyən etika qaydaları.......................................................................................... 37

Təbii Ədalət................................................................................................................................................................. 37

Geyim Standartları.................................................................................................................................................... 38

Faydaların Alınması................................................................................................................................................. 38

Nəticələrin Saxtalaşdırılması................................................................................................................................... 38

18.4 Məxfilik və yaymamaq........................................................................................................................................ 38

18.5 Xidməti vəzifəsindən sui-istifadə......................................................................................................................... 39

19. Rüsumlar......................................................................................................................................................................... 39

Əlavə 1. AİQTN müqaviləsinin nümunəsi (AİQTN Şöbəsi və sifarişçi şirkət arasında).......................................... 40

Əlavə 2. AİQTN Qiymətləndirməsi üzrə Ərizə................................................................................................................. 40

Əlavə 3. Qiymətləndirmə Yoxlama Siyahısı................................................................................................................... 41


1. AİQT Şöbəsinin  Qaydalari

 

AİQT Şöbəsi qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən Azad İstehlakçılar Birliyinin(AİB) struktur bölməsidir.

AİQT şöbəsi Haqqında və vəzifəsi

AİQT Şöbəsi(proqrami) Azərbaycan bazarlarında və mağazalar şəbəkəsində olan qidaların keyfiyyət və təhlükəsizliyi üzrə istehlakçılardan toplanmış sorğu əsasında müəyyən edilmiş istehlakçı narazılığı və tələblərinə cavab olaraq Azad İstehlakçılar Birliyinin tərkibində təsis edilmişdir. İstehlakçılar qida məhsulları ilə bağlı təhlükələrdən şikayətlənib, eləcə də əsas qida təhlükəsizlik faktları haqqında məlumat azlığının olduğunu göstəriblər. İstehlakçılar bildiriblər ki, onlar mağazalar şəbəkəsində və bazarlarda olan ərzağın təhlükəsizliyinin və keyfiyyətinin istehlakçı qrupunu təmsil edən və onların maraqlarını müdafiə edən müstəqil və qərəzsiz qurum tərəfindən qiymətləndirilməsini istəyirlər. AİQTN Proqramını başlamaqla Azad İstehlakçılar Birliyi, istehlakçılara qidanın təhlükəsizliyini təmin etməyə çalışan qida istehsalçılarının səyləri haqqında məlumatlı olmasına köməklik etməyə çalışır.

Predmeti

AİQTN Proqramı heyvan və bitki mənşəli qida məhsullarının ilkin istehsalı, saxlanması, paylanması və emalına cəlb edilmiş bütün qida biznesini əhatə edir.

Məqsədi

AİQTN proqramı Qida Məcəlləsinin (Codex Alimentarius) beynəlxalq standartları çərçivəsində ümumi qida gigiyenasına əsaslanır və obyektiv qiymətləndirmə və müstəqil laboratoriya sınaqları vasitəsi ilə bu standartlara tam cavab verir.

AİQTN proqramı istehlakçıların sağlam və faydalı qida almaq hüququnu və maraqlarını təmin edir. Bu vahid qida zənciri prinsiplərini, qida təhlükəsizliyi üzrə profilaktik yanaşmanı və istehsal edilən məhsulların təhlükəsizliyi üzrə qida istehsalçılarının yüksək səviyyəli məsuliyyətlərini dəstəkləyir.

AİB,AİQTN-na layiq görulmuş istehsal məüəsisələrinin rəqabətə davamli mal istehsal etdiyini nəzərı alaraq ,malları Azərbaycan və dunya istehlakçıları arasında təbliğ edir.

AİQTN proqramı ekoloji cəhətdən sağlam kənd təsərrüfatına, yaxşı gigiyena təcrübəsinə və əsas qida təhlükəsizliyi aspektləri üzrə təkmilləşmiş və mərkəzləşmiş istehsalı təşviq edir.

AİB və AİQT Şöbəsi bu proqramı ölçüsündən, iş növündən, maliyyə və ya siyasi dünyagörüşündən asılı olmayaraq bütün ərizəçilər arasında heç bir ayrıseçkilik qoymadan şəffaf və ədalətli qaydada həyata keçirəcəkdir.

 

İstehsalçıların proqramı əldə edə bilməsi, eləcə də, tədricən təkmilləşmələrinə kömək etmək və müştəri məmnuniyyətini artırmaq üçün, AİQTN üç mərhələdən ibarət bir proqram olaraq hazırlanmışdır: Gümüş Nişan, Qızıl Nişan və Platin Nişan.

 

Sahibkarlıq

AİQTN Layihəsinin və nişanının  sahibi AİQT Şöbəsində proqramı icra edən Azad İstehlakçılar Birliyidir. AİQT Şöbəsinin əsas vəzifəsi Azərbaycanda İstehlakçıların Qida Təhlükəsizliyi Nişanı Proqramını təmin etmək və inkişaf etdirməkdir.

Təşkilatın Strukturu və öhdəlikləri

AİQT Şöbəsinin aşağıdakı təşkilati strukturu var:

-          Ümumi idarəçilik sektoru

-          Avadanlıqlara Nəzarət sektoru

-          Qiymətləndirmə Sektoru

-          Proqrama Nəzarət Sektoru

-          Təlim və İnkişaf Sektoru

-          AİQTN  şöbəsi zəruri olduqda AİB-in Kollektiv Şurasının(KŞ)  təyin etdiyi  Direktor tərəfindən idarə olunur.

AİQT Şöbəsinin öhdəliklərinə daxildir:

-          Istehlakçılar, qida istehsalçıları və pərakəndə mağazalar arasında AİQTN proqramını inkişaf və təşviq  etdirmək

-          Potensial müştərilərin müraciətlərinə nəzər salmaq

-          AİQTN proqramının şərtlərini heyətə və müştərilərə təlimlər vasitəsi ilə bildirmək.

-          Qiymətləndirməni uyğun şəkildə aparmaq

-          AİQTN-nı təsdiqə verilməsi üzrə qərar qəbul etmək

-          AİQTN markasının istifadəsinə nəzarət etmək

 

Əməliyyat və Fəaliyyətlər

 

AİB adından AİQT Şöbəsi Azərbaycanda “İstehlakçıların Qida Təhlükəsizliyi Nişanı” proqramını idarə edir.

 

AİQTN proqramının qaydalarına əsasən qida istehsalçıları yerində qiymətləndirmənin uğurlu nəticələnməsi və AİQT Şöbəsinin müsbət razılıq qərarı ilə təsdiq edilmiş AİQTN tələblərini icra etdikdə İstehsalçı Qida Təhlükəsizliyi Nişanı ilə təltif edilir.

 

İstehlakçıların Qida Təhlükəsizliyi Nişanını almaq və saxlamaq üçün bütün ərizəçilər və müştərilər AİQTN protokolunun növbəti qaydalarına əməl etməlidir. Qiymətləndirməni tamamlamaq üçün Ərizəçilər AİQT Şöbəsi tərəfindən zəruri bilinən bütün məlumatları ilkin sorgu blankında təmin etməlidir.

 

AİQT Şöbəsi hazır proses və AİQTN təsdiqi üçün bütün işlər üzrə ilkin sənədlərin yoxlamasından, sahə qiymətləndirməsindən dövrü nəzarət qiymətləndirməsinə kimi məsuliyyət daşıyacaqdır.

 

AİQT Şöbəsi maraqlı şirkətlərə AİQTN qaydaları və tələbləri haqqında təlimlərin keçirilməsini təmin edir, lakin AİQTN icra edilməsi üzrə məsləhətlər vermir.

 

AİQT Şöbəsi sahibkarlıq formasından, iş fəaliyyətindən və predmetindən asılı olmyaraq bütün qida şirkətlərindən ərizə qəbul edir. Ərizəni aldıqdan sonra, AİQT Şöbəsi qiymətləndirmənin keçirilməsi haqqında qərar qəbul edir və ərizəçinin məkanına gedərək orada strukturlu və sənədləşmə prosesi vasitəsi ilə cari AİQTN tələbləri ilə uyğunluq və ya uyğunsuzluq üzrə obyektiv dəlillər toplayan ekspertlər qrupunu təyin edir.

 

AİQT Şöbəsi qiymətləndirmənin nəticələri haqqında sifarişçiyə məlumat verməli və əgər təsdiqin alınması üçün lazım olan tələblərin qarşısılanması qənaətbəxş deyilsə, uyğunsuzluq haqqında sifarişçiyə məlumat verməlidir.

 

Sifarişçi təyin edilmiş vaxt məhdudiyyətində bu tələblərə cavab vermək üçün səmərəli islahedici tədbirlər gördükdə AİQT Şöbəsi islahedici tədbirləri gözdən keçirəcək və təsdiqin verilməsi ehtimalını müəyyən edəcəkdir.

 

Təsdiq sifarişçiyə AİQTN çərçivəsində məhsullarının etiketləri üzrəində AİQTN nişanini istifadə etmək hüququ verir. AİQT Şöbəsi təsdiq almış şirkətlərə hansı məhsulların təsdiqdən keçdiyini aydınlaşdırmalı və nişanin istifadəsi ilə bağlı şirkətlə müqavilə imzalamalıdır. 

 

AİQT Şöbəsi daha sonra təsdiq edilmiş şirkətlərin AİQTN tələblərinə cavab verməsindən əmin olmaq üçün illik nəzarət qiymətləndirməsi keçirir. AİQT Şöbəsi, eləcə də, nişanin istifadə qaydasına və razılaşdırılmış qaydalarına əməl edilməsini yoxlayacaqdır. Əgər şirkət AİQTN tələblərinə əməl etməzsə və ya nişandan istifadə üzrə müqaviləni pozarsa, AİQT Şöbəsinin təsdiqi geri götürmək hüququ vardır.

 

Şifarişçi ya adi səviyyədən başlayaraq (Gümüş nişan) bir AİQTN səviyyəsindən digər səviyyəyə keçə bilər ya da adi səviyyəni götürmədən bir başa orta və ya təkmilləşmiş səviyyəni (Qızıl və Platin Səviyyələri) seçə bilər.  Bu zaman qiymətləndirmə adi səviyyənin və sifarişçi şirkətin müraciət etdiyi səviyyələrin tələblərini əhatə edəcəkdir. Hər bir AİQTN səviyyəsi öz tələblərindən əlavə əvvəlki səviyyənin tələblərini də əhatə edir:  

 

AİQTN Səviyyəsi

Tələblər

Platin

 

 

Pərakəndə mağazalarda açıq istehlakçı dequstasiyası, təchizatçılar və ya distributorlar ən azından gümüş səviyyəyə malik olmalıdır

Qızıl

 

Prosedurların təkrarlanması;

Təkmilləşmiş mikrobioloji və kimyavi testlər, etiketləmə tələbləri

 

Prosedurların təkrarlanması;

Təkmilləşmiş mikrobioloji və kimyavi testlər, etiketləmə tələbləri

 

Gümüş

Gigiyena Məcəlləsi və HACCP; yazılı qeydlər, istehlakçı şikayətləri

 

Gigiyena Məcəlləsi və HACCP; yazılı qeydlər, istehlakçı şikayətləri

 

Gigiyena Məcəlləsi və HACCP; yazılı qeydlər, istehlakçı şikayətləri

 

 

Bütün təsdiq edilmiş sifarişçilər qaydaların və nizamnamələrin təkmilləşməsi üçün potensial sahələrlə əlaqədar cavablar və təkliflər irəli sürməlidir. AİB ilkin bildiriş olmadan bu Qaydalarda  kiçik dəyişikliklər və düzəlişlər etmək hüququna malikdir. Sifarişçilərə onların öhdəliklərinə və ya məsuliyyətlərinə təsir edəcək dəyişikliklər haqqında qabaqcadan bildiriş alacaqlar.

 

Sifarişçi təsdiq edilmiş nişan proqramı üzrə AİB qarşısında öhdəliklərinin aydın olduğundan əmin olmalıdır. Bu məqsədlə, sifarişçi yuxarıda qeyd edilmiş şərtlərə əməl edildiyindən əmin olmaq üçün AİB ilə əlaqə yaradacaq şəxsləri təyin etməlidir.

 

Sifarişçi AİQT Şöbəsinin ekspertlərinə ilkin qiymətləndirmə və /yaxud nəzarət fəaliyyətinin icra edilməsi məqsədilə məkanına girişi təmin etməlidir.

 

 

Müsbət açıqlıq

 

AİB və AİQT Şöbəsi nişan alan bütün sifarişçilərin siyahısını (müsbət siyahı) dərc edəcəkdir. AİB və AİQT şöbəsi təsdiq üçün müraciət etmiş lakin hər hansı bir səbəbdən təsdiqi ala bilməmiş şirkətlərin adını açıqlamayacaqdır. AİB və AİQT şöbşəsinin AİQTN –na dair haqsız istifadə istisna olmaqla  mənfi açıqlamalara yol verməyəcəkdir.

 

AİQTN rüsumu

AİQTN ödənişli proqramdır. Rüsum cəmiyyətə bəlli olan qiymət prinsipinə əsasən hazırlanmışdır.

 

Dəyişiklik haqqıda bildiriş

 

Bütün sifarişçilər təsdiq üçün istifadə edilən AİQTN Protokolunun tələblərini həyata keçirtmək üçün nişan proqramına təsir edəcək bütün hallar haqqında yubatmadan AİQTN Şöbəsinə məlumat verməlidir. Bu məsələlərə aşağıdakılar üzrə dəyişikliklər  daxildir:

-          Əlaqə ünvanı və sahə

-          Təsdiq edilmiş nişan proqramı altında işin ölçüsü və predmeti

-          Proqramın icra edilməsi üzrə mühüm dəyişikliklər

 

İllik Hesabat

 

AİQT Şöbəsi fəaliyyəti haqıqnda illkin hesabatlar hazırlayaraq dərc edir. İllik işlərin təsviri ilə yanaşı, illik hesabata istehlakçıların AİQTN ehtimalları və münasibətləri haqqında sorğu da daxildir.

 

Müşahidə Şurası

AİQT Şöbəsinin işləri dövrü olaraq AİB-in kollektiv şurasınin qərarı ilə yaratdığı Müşahidə Şurası tərəfindən yoxlanılır və buraya istehlakçı, qida sənayesi, elmi müəssisələr və qida təhlükəsizliyi ilə əlaqədar fəaliyyət göstərən hökumət orqanların nümayəndəsi daxildir. Müşahidə Şurası illik yoxlamaları toplayır ,nəzarətçi və məsləhətçi vəzifəsini daşıyır.  .

2. AİQTN Müşahidə Şurasının Qərarı

 

Müşahidə Şurası (MŞ) AİQT Şöbəsinin işlərini və onun proqramın prinsiplərinə əməl etməsini nəzərdən keçirmək məqsədilə nəzarətçi və məsləhətçi orqan olaraq təsis edilmişdir. MŞ proqramın prosedurları ilə işləyir. O lazım gəldikdə müraciət prosedurlarında iştirak edir. MŞ, eləcə də, AİQT Şöbəsinin ədalətli iş görməsini, AİQTN daxili audit hesabatları və idarəçiliyini yoxlayır. Şöbənin fəaliyyət göstərməsi, işləri, AİQTN protokolunun məğzinin təkmilləşdirilməsi üzrə məsləhətlər verir. MŞ-nın AİB və AİQT Şöbəsinin maliyyə işlərini yoxlamaq hüququ yoxdur.

 

 

MŞ-ı ən azı ildə iki dəfə görüşərək AİQTN Proqramının həyata keçirilməsi ilə əlaqədar məsələləri müzakirə edir.

 

Üzvlik

 

MŞ istehlakçılar, qida sənayesi, elmi müəssisələr, qida təhlükəsizliyi ilə əlaqədar fəaliyyət göstərən hökumət orqanları və kütləvi mətbuatın nümayəndələrindən ibarətdir.

 

MŞ-nın 13 üzvü var:

Istehlakçılardan(AİB) 3 nümayəndə

qida sektorundan 2 nümayəndə

Elmi müəssisələrdən  1 nümayəndə

müvafiq hökumət orqanlarından 5 nümayəndə, xüsusilə, hər birindən bir nəfər olmaqla Dövlət Fitosanitar Xidmətləri, Dövlət Baytarlıq Xidməti, Dövlət Sanitariya və Epidemiologiya Xidməti, Standartlaşdırma, Metrologiya və  Patent üzrə Dövlət Komitəsi, və Dövlət Antiinhisar və İstehsakçı Hüquqları Xidməti.

Kütləvi Mətbuatdan 2 üzv

 

MŞ-nın Sədri AİB-in sədridir.

 

MŞ-na namizədlərin peşəkarlığına, qida təhlükəsizliyi üzrə və istehlakçı hüquqlarının müdafiəsi tarixi haqqında biliyinə əsaslanaraq icbari nominasiyalar irəli sürmək və ya öz namizədliyini təklif etmək üçün müvafiq təşkilatları dəvət edir Namizədlərin irəli sürülməsi müəsisənin rəsmi müraciəti və ya şəxsi ərizə ilə həyata keçrilir.

 

AİB-in sədri MŞ üzvlərini KŞ –nın qərarı ilə rəsmləşdirir  və tərkibinin balanslaşdırılmış və  sayının idarə edilə bilən olduğunu təmin edir. KŞ yalnız namizədi maraqlar toqquşması,qeyri peşəkarlıq, MŞ-nın maraqlarına və ya AİQTN Proqramının fəaliyyətinə zidd olduqda səbəbi açıqlanmaqla  qəbul etməyə bilər.  Əgər namizəddən imtina edilibsə, dəvət edilmiş təşkilat yeni namizəd irəli sürmək şansı əldə edir..

 

Üzvlüyə xitam üzvün müraçiəti,təqdim edən müəsisənin müraçiəti və ya KŞ nin qərarı ilə  baş verir. MŞ üzvlər, məsləhətçilər, müvəqqəti məsləhətçilər kimi müstəqil ekspertləri təyin edə bilər. Bu zaman, MŞ məsləhətçinin nə dərəcə səs vermək hüququnun olduğunu müəyyən etməlidir.  

 

Fəaliyyət

Öhdəlikləri icra etmək üçün MŞ ən azı ildə iki dəfə və ya sədrin tələb etdiyi zamanlarda toplanır. MŞ-nı katiblik işi təyin edilmiş AİB işçisi tərəfindən icra edilir. Katib və ya onun müavini iclaslarda iştirak etməlidir. Onlar MŞ üzvü olmur. Katib İdarə heyətinin öhdəliklərinin yerinə yetirilməsi üçün zəruri olan bütün məlumatları təmin edir və müzakirə edilən mövzuların, alınmış qərarların hesabatını tutur və MŞ üzvlərinə iclasın protokolunu paylayır.

 

Əgər MŞ öhdəliklərini icra etmək üçün zəruri olan məxfi məlumatı əldə edərsə, sədr MŞ-ı haqqında məxfilik tətbiq edə bilər.

 

Qərar Qəbulu

 

MŞ bütün iştirakçılar əsasında qərar qəbul etmək məqsədi daşıyır.  Səsvermə hüququ olan bu üzvlərin üçdə ikisi qərar qəbul etmə prosesində  iştirak etməlidirlər.

 

İclasda qərar qəbul edilərkən, təkliflər sadə səs çoxluğu ilə, açıq səsvermə ilə qəbul edilir.  Səslər bərabər olduqda, qərar Sədr tərəfindən verilir. Qərarlar iclasda və ya yazılı məsləhətləşmə əsasında qəbul edilə bilər. Yazılı məsləhətləşmələr məktub, faks, elektron ünvan vasitəsi ilə həyata keçirilə bilər. Əgər qərar yazılı məsləhətləşmə yolu ilə həyata keçirilərsə, katib tərəfindən qəbul edilmiş səslər MŞ iclasından ən azı bir gün əvvəldən hesablanmalıdır.

 

MŞ təmin edilmiş bütün məlumatların məxfiliyini qorumalıdır. MŞ üzvlərinin vəzifələrini düzgün icra edildiyindən əmin olmaq məqsədilə katib MŞ-na təqdim edilmiş sənədlərdə və məlumatlarda maliyyə cəhətdən həssas məlumatın olmaması üzrə məsuliyyət daşıyır.

 

3. AİQTN bəyannaməsi

 

AİB ilə birlikdə hazırlanacaqdır.

 

4.  Nişanin verilməsi proseduru

 

AİQTN -nın verilməsi proseduru bir sıra mərhələlərdən ibarətdir.

 

1.       Sifarişçi www.consumer-aib.com internet səhifəsində olan AİQTN təlbələrini ətraflı təhlil etməli və istədiyi AİQTN səviyyəsini seçməlidir (gümüş, qızıl, platin)

2.       Müvafiq AİQTN səviyyəsini seçdikdən sonra, AİQTN internet səhifəsindən www.consumer-aib.com Özünü Qiymətləndirmə Listini yükləmək, özünü qiymətləndirməni icra etmək və Listin tələbləri üzrə uyğunluqları və  uyğunsuzluqları qeyd etmək lazımdır. Qeyd: bəzi yoxlama listləri 8-ci mərhələdə AİQTN ekspertləri tərəfindən istifadə ediləcəkdir.

3.       Sifarişçi şirkət özünü-qiymətləndirmə vasitəsi ilə müəyyən edilmiş bütün uyğunsuzluqları həll etməlidir.

4.       Özünü-qiymətləndirmə nəticəsində müəyyən edilmiş bütün uyğunsuzluqlar həll edildikdən sonra sifarişçi şirkət müraciət blankını (www.consumer-aib.com internet səhifəsindən əldə etmək olar) doldurmalı, imzalamalı və eyub@consumer.baku.az, S.Rəhimov 201, mənzil 10 ünvana özünü-qiymətləndirmə listi ilə birlikdə e-mail, və ya   faks, və ya kuryer vasitəsi yollamalıdır.

5.       AİB-in AİQTN şöbəsi ərizənin qəbul edilməsi ilə əlaqədar sifarişçi şirkətə qəbul-təsdiq məktubu göndərəcəkdir.

6.       AİQTN şöbəsi ərizə formasını və özünü-qiymətləndirmə listini yoxlayacaq və qiymətləndirmə tarixini müəyyən edəcək və tarixi sifarişçi şirkətlə dəqiqləşdirəcəkdir.

7.       AİB-in AİQTN şöbəsi sifarişçi şirkətin məkanında qiymətləndirməni həyata keçirtmək üçün təlim keçmiş  ekspert təyin edəcəkdir.

8.       Razılaşdırılmış tarixdə ekspert sifarişçi şirkətə gələcək və sifarişçinin seçdiyi AİQTN uyğunluq səviyəsinə əsasən Özünü-qiymətləndirmə Listindən istifadə edərək məkanda qiymətləndirmə aparacaqdır. Ekspert qiymətləndirmə zamanı aşkar edilmiş bütün uyğunluq və uyğunsuzluqları sənədləşdirəcəkdir.

9.       3 həftəlik qiymətləndirmə ərzində, AİQT Şöbəsi sifarişçi şirkətə AİQTN verilib və ya verilməməsi haqqında bildirişlə birlikdə qiymətləndirmə hesabatını göndərəcəkdir.

10.    Əgər AİQTN təsdiqi verilməzsə, AİQT Şöbəsi bu təsdiqi almaq üçün təkmilləşmənin lazım olduğu sahələri təfərrüatı ilə göstərəcək və bu boşluqları aradan qaldırmaq üçün vaxt təyin edəcəkdir. Bu zaman tamamlandıqda, ora yenidən ekspert göndəriləcəkdir.

11.    Əgər təsdiq verilərsə, AİQT Şöbəsi Sifarişçi şirkətə AİQTN təsdiq etdiyi çərçivədə öz məhsullarının etiketləri üzərində, məhsulların reklamında Nişamın yerləşdirilməsinə icazə verəcəkdir.

12.    AİQTN internet səhifəsində sifarişçi şirkəti təsdiq almış şirkətlər siyahısına daxil edəcəkdir.

13.    AİQT Şöbəsi sifarişçi şirkətin AİQTN loqosunu təyin edilmiş prosedurlara uyğun şəkildə istifadə etməsini yoxlayacaqdır.

14.    AİQTN təsdiqin verilməsinndən sonra birinci və ikinci ilin sonunda nəzarət qiymətləndirməsini həyata keçirəcəkdir. Nəzarət qiymətləndirməsi eyni Özünü-qiymətləndirmə listindən istifadə edərək şirkətin məkanında keçiriləcəkdir.

15.    Nişanın bütün səviyyələr üzrə verilməsi proseduru eynidir.

5. Müraciət Proseduru

AİQTN Təsdiqini almaq üçün aşağıdakı mərhələləli işlər görülməlidir:

1.       Sifarişçi www.consumer-aib.com internet səhifəsində olan AİQTN tələblərini ətraflı təhlil etməli və istədiyi AİQTN səviyyəsini seçməlidir (gümüş, qızıl, platin)

2.       Müvafiq AİQTN səviyyəsini seçdikdən sonra, AİQTN internet səhifəsindən (www.consumer-aib.com) Özünü Qiymətləndirmə Listini yükləmək, özünü qiymətləndirməni icra etmək və Listin tələbləri üzrə uyğunluqları və uyğunsuzluqları qeyd etmək lazımdır. Qeyd: bəzi yoxlama listləri 8-ci mərhələdə AİQTN ekspertləri tərəfindən istifadə ediləcəkdir.

3.       Sifarişçi şirkət özünü-qiymətləndirmə vasitəsi ilə müəyyən edilmiş bütün uyğunsuzluqları həll etməlidir. Müraciət ərizəsini göndərmədən və ekspert qrupunu öz məkanınızda qarşılamazdan əvvəl ətraflı özünü-qiymətləndirmə aparmaq və bütün boşluqları aradan qaldırmaq sizin öz marağınızda olmalıdır.

4.       Özünü-qiymətləndirmə nəticəsində müəyyən edilmiş bütün uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra, sifarişçi şirkət müraciət blankını (Əlavə 1 və (www.consumer-aib.com)  internet səhifəsindən əldə edə bilərsiniz) doldurmalıdır.

5.       Sifarişçi Şirkət  hazır özünü-qiymətləndirmə listi ilə birlikdə imzalanmış ərizə formasını email, faks və ya kuryer vasitəsi ilə (www.consumer-aib.com)AİB-in ünvanına göndərməlidir. Bu formada olan məlumat məxfidir və heç bir halda size AİQTN Təsdiq Proqramına tabe etmir.

6.       Sizin ərizə forması AİQT Şöbəsinin Ərizələrə Baxış Bölməsi tərəfindən yoxlanacaqdır.

7.       Ərizə qəbul edildiyi halda, Ərizələrə Baxış Bölməsi ərizəçiyə təsdiq məktubu göndərəcəkdir.

8.       Bölmə müraciətin tamamlandığını qiymətləndirəcək və özünü-yoxlama listinə nəzər salacaqdır.

9.       Əgər özünü-qiymətləndirmə listinizi doldurmusunuzsa və əgər AİQTN tələblərinə tam uyğundursa, AİQTN Şöbəsi 10-cu mərhələyə keçəcəkdir. Əgər özünü-qiymətləndirmə listiniz tam deyilsə, AİQTN Şöbəsi boşluqları göstərməklə müraciətin mənfi nəticəsi haqda sizə bildiriş göndərəcəkdir.

10.    Ehtiyaclarınızı müzakirə etmək üçün AİQT Şöbəsinin nümayəndəsi sizinlə əlaqə saxlayacaqdır. Bu müzakirədən sonar, AİQTN Qiymətləndirmə Razılığı (Müqaviləsi) şirkətiniz üçün təsdiq prosesinin xərclərini və vaxtını qeyd etməklə hazırlanacaqdır.

11.    Ərizənin qəbulu, hazırlanması və qiymətləndirmə müqaviləsinin imzalanması AİQTN təsdiqinin avtomatik verilməsi kimi anlaşılmamalıdır.

12.    Müraciət etmək pulsuzdur. AİQTN proqramı və ərizəçi arasında ödəniş əlaqələri qiymətləndirmə müqaviləsinin imzalanması ilə başlayır.

13.    Bütün müraciət prosesi ərzində AİQT Şöbəsi və AİB müraciət faktını və müraciət sənədlərinin məğzini məxfi saxlayacaqdır.

6. Ekspertlərin vəzifəsi, bacarıq və təcrübəsi

 

6.1 AİQTN Ekspertlərinin vəzifəsi və öhdəlikləri

 

AİQTN proqramına cavab verən qiymətləndirmə

·    Qiymətləndirmənin planlaşdırılması (qiymətləndirmənin predmeti müəyyən edilməli).

·    Daxili AİQTN proqramlarının yoxlanması və qiymətləndirilməsi (ilkin şərait proqramı daxil).

·    Daxili AİQTN proqramlarının həyata keçirilməsinin yoxlanması və qiymətləndirilməsi (Daxili AİQTN proqramının və ilkin şərait proqramının nəzarət altında olduğunu təsdiq etmək üçün dəlillərin toplanması)

o   Daxili AİQTN proqramını təsdiq etmək – ekspertlər biznesin AİQTN proqramının qiymətləndirmə altında olan biznes fəaliyyəti üçün uyğun olduğunu təsdiq etməlidirlər.   

o   Daxili AİQTN proqram qeydlərini yoxlamaq – Ekspertlər daxili AİQTN proqramı qeydlərinin tamamlandığını və proqramın məqsədlərinə uyğun olduğunu yoxlamalıdır.

o   Məlumat toplamaq və təsdiq etmək

o Qiymətləndirmə nəticəsini hazırlamaq

·    Qiymətləndirmə prosesinə rəhbərlik etmək (qiymətləndirmə prosesini qiymətləndirmə planı ilə müqayisə etmək).

o   Qiymətləndirmə dəlillərinin qiymətləndirmə məqsədi ilə müqayisə etmək

o   Qiymətləndirmənin nəticələrinin obyektiv sübutlarla təmin edildiyindən əmin olmaq.

o   Daxili AİQTN proqramının qiymətləndirmə meyarları ilə uyğunluğunu qeyd etmək.

o Daxili AİQTN proqramının səmərəliyini yoxlayan biznesin daxili idarəçilik nəzarətininin effektivliyini müəyyən etmək.

·    Qiymətləndirmə nəticələrini toplamaq (mühüm uyğunsuzluq ərazilərini müəyyən etmək üçün qiymətləndirmə dəlillərini toplamaq və qiymətləndirməə hesabatını hazırlamaq).

·    İslahedici tədbirləri təsvir etmək və həll etmək (daxili AİQTN proqramına qarşı islahedici tədbirlərin icrasını yoxlamaq).

Qida təhlükəsizliyinin qiymətləndirməsini həyata keçirtmək üçün əlaqə yaratmaq və danışıqlar aparmaq

·    Qiymətləndirmə proseslərinə yardım etmək üçün əlaqə planını hazırlamaq.

·    Qida sənayesinin məxfilik tələblərini və gözləntilərinə cavab vermək

·    Müxtəlif qruplar və auditoriyaya uyğun üsullar üzrə danışıqlar aparmaq

·    Aşağıdakılar daxil olmaqla, qiymətləndirmə zamanı əlaqəni təmin etmək:

o   Müsahibə keçirtmək, müsahibənin keçirilmə səbəbini və müsahibə zamanı qeydlərin alınması səbəbini ərizəçilərə izah etmək.

o   Müsahibə zamanı ərizəçinin təsdiqi tələb edilən hallar istisna olmaqla təhrikedici suallardan qaçınmaq.

o   Müsahibənin nəticələrini ərizəçilərlə birlikdə yekunlaşdırmaq.

o   İştirak etdiyi üçün ərizəçilərə təşəkkür etmək.

·    Mübahisələrin qarşısını almaq və həll etmək.  

Qida təhlükəsizliyi qymətləndirməsini həyata keçirtmək

·    Qiymətləndirməni planlamaq (biznesin AİQTN proqramını və onun biznesdə həyata keçirilməsini yoxlamaq və qiymətləndirmək daxil olmaqla) və qiymətləndirmə planını həyata keçirtmək

·    Qiymətləndirməni həyata keçirtmək (Daxili AİQTN proqramının və ilkin şərait proqramının nəzarət altında olduğunu təsdiq etmək üçün dəlillərin toplanması).

o   Məlumatı toplamaq və təsdiq etmək

o   Qida təhlükəsizliyini və yerində AİQTN proqramının icrasını qiymətləndirmək

o   Müsahibə keçirtmək

o   Qiymətləndirmə dəlillərini hazırlamaq

o   Qiymətləndirmə nəticələrini hazırlamaq

o   Yekun iclası keçirtmək

·         Qiymətləndirmə prosesinə rəhbərlik etmək (qiymətləndirmə prosesini qiymətləndirmə planı ilə müqayisə etmək).

·         Qiymətləndirmə nəticələrini toplamaq (mühüm uyğunsuzluq amillərini müəyyən etmək üçün qiymətləndirmə dəlillərini toplamaq və qiymətləndirmə hesabatını hazırlamaq).

·         İslahedici tədbirləri təsdiq etmək və həll etmək (yerində AİQTN proqramına qarşı islahedici tədbirlərin icrasını yoxlamaq).

Qida təhlükəsizliyi üzrə təhlükələrin müəyyən edilməsi, qiymətləndirilməsi və yoxlanması

·    Müvafiq qanunvericilik, standartlar və texniki standartları şərh etmək və tətbiq etmək.

·    Qida təhlükəsizliyi üzrə bioloji, kimyəvi və fiziki təhlükələri müəyyən etmək.

·    Müəyyən edilmiş təhlükələr üçün mühüm yoxlama məntəqələrinin (MYM) və mühüm məhdudiyyətlərin müəyyən  edildiyini təsdiq etmək.

·    MYM -nın yoxlama altında olduğunu göstərmək məqsədilə MYM –nı yoxlamaq üçün tələb olunan prosedurları, sistem və qeydləri təsdiq etmək.

·     Mühüm məhdudiyyətlərə nail olunmadıqda görüləcək islahedici tədbirləri təsdiq etmək.

 

6.2 AİQTN eskpertlərindən tələb olunan bacırıqlar

 

Daxili AİQTN proqramı ilə uyğunluğun qiymətləndirilməsi

·   Ekspertlərin vəzifə və öhdəliklərinin dərk edilməsi

 

Qida təhlükəsizliyinin qiymətləndirməsini icra etmək üçün əlaqə qurmaq və danışıqlar aparmaq

·   Razılaşdırılmış qiymətləndirmə nəticələrinə nail olmaq üçün danışıqlar aparmaq (məsələlərin həll edilməsi strategiyası daxil).

·   Şirkətlə dövrü əlaqələri təmin etmək

·   Yubatmadan qida təhlükəsizliyi üzrə mühüm risklər haqqında şirkətə hesabat vermək

·   Qiymətləndirmə çərçivəsində müəyyən şəxslərlə müsahibə aparmaq.

·   Lazımsız mübahisələrdən yayınmaq üçün müvafiq müsahibə üsulunu tətbiq etmək

·   Qiymətləndirmə zamanı mübahisələrin yaranmasının qarşısını almaq üçün müvafiq bacarıqdan istifadə etmək.

·   Qiymətləndirmə zamanı yaranmış mübahisələri idarə etmək üçün müvafiq mübahisə həll etmə bacarığından istifadə etmək.

Qida təhlükəsizliyinin qiymətləndirməsini icra etmək

·   Qiymətləndirmə predmeti və məqsədləri üzrə müvafiq məlumatları toplamaq.

·   Qiymətləndirmə sübutu olaraq yalnız təsdiq edilmiş məlumatı istifadə etmək.

·   Tələb olunduqda, əvvəlki uyğunsuzluqlara görə islahedici tədbirlərin münasibliyini təsdiq etmək.

·   Qiymətləndirmə üzrə dəlilləri müvafiq şəkildə qeyd etmək. 

·   Proqramın uyğun və səmərəli şəkildə icra edildiyini təsdiq etmək üçün məlumatları təhlil etmək.

·   Aşağıdakılar daxil olmaqla mənbələrdən təcrübəni toplamaq:

o   İşçilər və digər şəxslərlə müsahibə aparmaq

o   Fəaliyyətləri müşahidə etmək.

o   Sənədlər, qeydlər və məlumat xülasəsi

o   Şirkətin seçim proseduru

o   Müştəriyə cavab vermək

·   Qiymətləndirmə predmetinə uyğun olacaq insanlardan müvafiq şəkildə müsahibə almaq.

·   Qiymətləndirmə sübutları ilə qiymətləndirmə meyarlarını müqayisə edərək qiymətləndirmə dəlillərini hazırlamaq.

·   Qiymətləndirmə meyarlarına əsasən qiymətləndirmə dəlillərinin uyğunluğunu və uyğunsuzluğunu müəyyən etmək.

·   Qiymətləndirmə dəlillərinə yardım etmək məqsədilə obyektiv sübutlardan istifadə etmək.

·   İddia edilən uyğunsuzluqla əlaqədar sübutların düzgün olduğundan və şirkət tərəfindən tam anlaşıldığından əmin olmaq üçün şirkətlə mühüm uyğunsuzluqlar haqqında müzakirələr aparmaq.

·   Qiymətləndirmə sübutları və /yaxud qiymətləndirmə dəlilləri ilə əlaqədar həll edilməmiş fikir ayrılıqlarını qeyd etmək.

·   Yekun iclasın müvafiq qeydlərini təmin etmək və sərdlik etmək.

·   Şirkətin anlayacağı şəkildə şirkətə qiymətləndirmə dəlilləri və nəticələrini təqdim etmək.

·   Qiymətləndirmənin nəticələrinə kömək etmək üçün toplanmış dəlillər və nəticələrin etibarlığı tam həlledici olmadığı hallarda qiymətləndirmə zamanı yaranmış vəziyyətlər haqqında şirkətlə səmərəli müzakirələr aparmaq.

 

Qida təhlükəsizliyi üzrə riskin müəyyən edilməsi, qiymətləndirilməsi və yoxlanması

·   Qiymətləndirmə altında olan biznesdə prosesə uyğun olaraq qida təhlükəsizliyi üzrə riskləri müəyyən etmək.

o   qida istehsalı və xidməti ilə əlaqədar potensial riskləri müəyyən etmək və sənədləşdirmək

o   riskin yaranma ehtimalı və kəskinliyini qiymətləndirmək.

·   Qiymətləndirmə altında olan biznesdə prosesə uyğun olaraq qida təhlükəsizliyi üzrə riskləri yoxlamaq üsuluna bələd olmaq.

·   Qida təhlükəsizliyi planı və/yaxud proqramının, səciyyəvi olaraq MYM-nin səmərəliliyini qiymətləndirmək.

o   Riskin yaranma ehtimalını aradan qaldırmaq, idarə etmək, nəzarət etmək və minimuma  salmaq üçün mühüm yoxlama məntəqələrini müəyyən etmək.

o   Hər bir mühüm yoxlama məntəqələri üçün prosesləri və islahedici tədbirləri yoxlayan mühüm məhdudiyyətləri təyin etmək.

o   Təhlükənin müəyyən edilməsinin effektivliyini və mühüm yoxlama məntəqələrinin həyata keçirilməsini təsdiq etmək üçün prosedurları icra etmək.

o   Təlim ehtiyaclarını qiymətləndirmək və heyətin bacarığını müvafiq səviyyəyə gətirmək.

o   mühüm proses vasitələrinin ölçüldüyündən əmin olmaq

o   qida təhlükəsizliyi proqramı ilə əlaqədar qeydlərin saxlanması üçün prosedurları təyin etmək və təsdiq etmək.

6.3 İxtisaslaşma   

 

AİQTN epskertləri ən azından aşğıdakılara malik olduğunu göstərməlidir:

1.       uğurlu tamamlanmış AİQTN Protokolu üzrə təlim kursu

2.       AİQTN proqramın tələblərini bilmək.

3.       Ərzaq şirkətlərində qida gigiyena və qida təhlükəsizliyini qiymətləndirilməsi üzrə yetərli təcrübə və biliyə malik olmaq.  

4.       İstehlakçı hüququnun mühafizəsi sahəsində işləmək bacarığına malik olmaq.

 

AİQT Şöbəsi/AİB, eksperti sertifikatla təmin etmir.

 

AİQTN Protokolu və tələbləri üzrə biliklər AİQT Şöbəsindən və AİB-dən əldə edilə bilər. Gigiyena və qida təhlükəsizliyinin qiymətləndirilməsi üzrə təcrübə isə AİQTN /AİB və ya digər yerlərdən əldə edilə bilər.

 

Kənd təsərrüfatı, qida texnologiyası və mühəndislik, mikrobiologiya, kimya və digər sahələrdə elmi dərəcəyə və ya təhsilə malik olmaq ekspertlər üçün mühüm üstünlükdür.

 

Ekspertlər peşəkar etika daxil olmaqla bir sıra əlavə tələblərə cavab verməlidirlər.

 

AİQT Şöbəsi AİB ilə birlikdə ekspertlərin qiymətləndirmə aparacaqları sektorlarla əlaqədar ən son standartlar, nizamnamələr və qətnamələrlə tanış olmaları üçün davamlı olaraq təlimin keçirilməsi üzrə plan hazırlayacaqlar.

 

Bu sahədə ixtisaslaşmaq üçün AİQTN ekspertləri hər il ən azı 5 qiymətləndirmə keçirtməlidirlər.

 

Ekspertlərin keçdiyi bütün təlimlərin yazılı hesabatları təmin edilməlidir.

 

6.4 Ekspertlərin şəxsi sənədləri

 

AİQTN Qiymətləndirmə Bölməsi eskpertlərin təlim, bilik, peşəkar təcrübəsi və səciyyəvi bacarıqlarını əhatə edən şəxsi sənədlərini daima yeniləməlidir.

 

 

 

 

 

 

 

 

7. AİQTN Təlim Proqramı

 

AİQT Şöbəsi AİB ilə birlikdə Protokolun tələblərini izah etmək və onun şəffaflığından əmin olmaq üçün bütün maraqlı tərəflərə açıq AİQTN Protokolu üzrə Təlim proqramı təklif edir.  

 

AİQTN Protokolu üzrə təlim proqramının 5 modulu vardır:

1.       Ərzaq gigiyenası, qida təhlüəsizliyi, HACCP prinsipləri, təhlükənin qiymətləndirilməsi və təhlili, ilkin şərait proqramı üzrə təlimlər

2.       Proqramın hər bir səviyyəsinin tələbləri daxil olmaqla AİQTN Proqramının tərkibi üzrə təlim.

3.       Müvafiq qanunlar, qaydalar və məcəllələr üzrə təlim;

4.       Qiymətləndirmə üsulları üzrə təlim;

5.       Ərzaq gigiyenası, qida idarəçilik sistemi, ilkin şərait proqramı və HACCP qiymətləndirməsini əhatə etmək üçün iş yerində keçirilən təcrübə təlimi.

 

Ərzaq gigiyenası, HACCP prinsipləri, təhlükənin qiymətləndirilməsi və təhlili, ilkin şərait proqramı üzrə təlimlər ən azı 3 gün/24 saatlıq təlimlər olmalıdır. Bu Qida Məcəlləsi çərçivəsində yuxarıda qeyd edilmiş mövzuları əhatə etməlidir. Buraya həmçinin ekspertlərin xam materiallar, emal, məhsul, risk, qanunvericilik, gigiyena məcəlləsi kimi qiymətləndirmə apardıqları sektorların səciyyəvi elementləri də daxil edilməlidir.

 

AİQTN Proqramının tərkibi üzrə təlimlər proqramın ətraflı tələblərinə, habelə, onun prosedurlarına, ekspertlərin hüquq və öhdəliklərinə, etik qaydalara əsaslanmalıdır. Bu təlimin müddəti minimum 2 gün (16 saat) olmalıdır. 

 

Qiymətləndirmə üsulu üzrə təlimlər ən azı 4 gün/32 saat davam etməli və buraya sahə təlimləri daxil edilməlidir. AİQTN ekspertləri AİQTN və ya başqa yerdən əldə edə bilər.

 

AİQTN Protokolu üzrə iş yerində keçirilən təcrübə təlimi müxtəlif şirkətlərdə 3 və ya 6 qiymətləndirmə günü keçirtməklə AİQTN prqoramının qiymətləndirməsini uğurla tamamlamaq daxildir. Təcrübə təlimi tələblərinə cavab vermək üçün FSMS auditində praktikadan keçmək və ya bənzər təlimlərdə iştirak etmək qəbul ediləndir və təcrübə təliminin vaxtını 1 qiymətləndirməyə (2 qiymətləndirmə günü) salır.

 

 

 

8. Ekspert Qrupunun təyin edilməsi proseduru

 

Ərizəniz qəbul edildikdən, Ərizələrin Yoxlaması Bölməsində müsbət yoxlandıqdan, AİQT Şöbəsi ilə qiymətləndirmə müqaviləsini imzaladıqdan sonra, AİQTN ekspertlər qrupunu təyin edəcəkdir. Ekspertlər qrupu Qiymətləndirmə Bölməsi tərəfindən seçilir.

Ərizəçi şirkətin böyüklüyündən asılı olaraq ekspertlər qrupu 1,  iki və ya daha çox ekspertlərdən ibarət ola bilər. Buraya ekspertlərin işlərini müşahidə edən praktikant da daxil ola bilər. Qrup iki və ya daha çox ekspertlərdən ibarət olduqda, onlardan biri işdə nəzarətçi təcrübəsi təlimindən keçən praktikant ola bilər.

Ekspertlər qrupu birdən daha çox olduqda, onlardan biri qrup daxilində işlərin təşkil edilməsində məsuliyyət daşımalıdır.

Eksperti təyin edərkən, AİQTN Qiymətləndirmə Bölməsi aşağıdakı sxemə uyğun olaraq sifarişçisinin fəaliyyət sahəsində daha çox bilik və ya təcrübəyə malik olan ekspertləri seçməyə çalışmalıdır.

1. İlkin İstehsal

2. Emal

2.1 Bitki mənşəli ərzaqlar

2.2 Heyvan mənşəli ərzaqlar

AİQTN Qiymətləndirmə Bölməsi ekspertlər qrupunu təyin etmək haqqında qərarını sifarişçinin sənədlərində qeyd etməlidir. Bununla o sifarişçiyə öz qərarı haqqında məlumat vermiş olur. Ekspert qrupu seçildikdən sonra, qiymətləndirmə üçün sifarişçi şirkətlə görüşü təyin edilmiş ekspertlər danışır.

 


9. Qiymətlədirmə Proseduru

9.1. Giriş  

 

AİQTN protokoluna əsasən şirkətlər uğurlu qiymətləndirmənin tamamlanmasından və AİQT Şöbəsinin müsbət təsdiq qərarını aldıqdan sonar Nişandan istifadə edə bilər.

 

İlkin qiymətləndirmə üçün sifarişçi şirkət AİQT Şöbəsi ilə qarşılıqlı olaraq AİQTN Protoolunun tələblərinə cavab verəcək işləri həcmini nəzərə alaraq qabaqcadan qiymətləndirmə üçün müvafiq tarix və ya tarixlər üzrə razılığa gəlir.

 

Sifarişçi şirkət qiymətləndirmə üçün dəqiqliklə işlərini planlamalı, qiymətləndirmə zamanı ekspertlərə qiymətləndirmə üçün müvafiq sənədləri təqdim etməli və müvafiq işçi heyətinə malik olmalıdır. Sifarişçi şirkət əmin olmalıdır ki, ekspertlərin sifarişçi şirkətin müəssisəsinə tam girişi var.

 

Sifarişçi şirkət qida təhlükəsizliyi sistemi ilə əlaqədar ekspertlərin suallarına cavab verəcək məsul işçini təyin etməli və ya suallara cavab verə biləcək, bütün müvafiq sənədləri və hesabatları vaxtında təqdim edəcək və eskpertləri sahədə müşaiyət edəcək işçiləri müəyyən etməlidir.

 

AİQTN Protpkoluna üç uyğunluq səviyyəsi daxildir.

 

AİQTN Səviyyəsi

Tələblər

Platin

 

 

Pərakəndə mağazalarda açıq istehlakçı dequstasiyası, təchizatçılar və ya distributorlar ən azından gümüş səviyyəyə malik olmalıdır

Qızıl

 

Prosedurların təkrarlanması;

Təkmilləşmiş mikrobioloji və kimyavi testlər, etiketləmə tələbləri

 

Prosedurların təkrarlanması;

Təkmilləşmiş mikrobioloji və kimyavi testlər, etiketləmə tələbləri

 

Gümüş

Gigiyena Məcəlləsi və HACCP; yazılı qeydlər, istehlakçı şikayətləri

 

Gigiyena Məcəlləsi və HACCP; yazılı qeydlər, istehlakçı şikayətləri

 

Gigiyena Məcəlləsi və HACCP; yazılı qeydlər, istehlakçı şikayətləri

 

 

Hər bir AİQTN Səviyyəsi ilə uyğunluğun qiymətləndirilməsi bu səviyyələrin və aşağı səviyyələrin tələbləri ilə müqayisə edilərək həyata keçirilir:

 

·         Gümüş səviyyəsi ilə uyğunluqGümüş səviyyəsinin tələbləri ilə müqayisədə

·         Qızıl səviyyəsi ilə uyğunluq Gümüş və Qızıl səviyyəsinin tələbləri ilə müqayisədə

·         Platin səviyyəsi ilə uyğunluq Gümüş, Qızıl və Platin səviyyəsinin tələbləri ilə müqayisədə

 

Hər bir səviyyə ilə uyğunluğun qiymətləndirilməsi açıq yoxlama əsasında həyata keçirillir.

 

Qiymətləndirmə görüşündən əvvəl, ekspertlər qrupu ilkin qiymətləndirmə planını hazırlayır və buraya görmək, yoxlamaq və qiymətləndirmək istədiklərini qeyd edirlər. Bu planı sifarişçi şirkətə göndərir. İlkin qiymətləndirmə planı aparıcı sənəddir və sahədə yoxlama zamanı ekspertlərin fəaliyyətlərini məhdudlaşdırmır. Yalnız bu fəaliyyətlər AİQTN tələbləri çərçivəsində olmalıdır: əgər AİQTN uyğunluğunu daha ətraflı qiymətləndirmək tələb olunarsa ekspertlər ilkin plandan kənara çıxa bilər.

 

Bütün qiymətləndirmə bir gündəlikdə qeyd edilir:

·         Sifarişçi Şirkətin rəhbərliyi ilə açılış iclası

·         Müvafiq AİQTN Səviyyəsinin tələbləri ilə uyğunluq qiymətləndirməsi

o    Ekspertləri avadanlıqlarla, ərazi ilə tanış etmək üçün qısa bir gəzinti

o    AİQTN Səviyyəsinə əsasən qida təhlükəsizliyi sistemi ilə əlaqədar sənədlərin yoxlanması

o    Qida təhlükəsizlik sisteminin səmərəliyini və AİQTN tələblərinə uyğunluğu təsdiq etmək üçün müəsisənin təfərrüatlı qiymətləndirilməsi, habelə, müşahidələr, işçilərlə sahədə müsahibə, müvafiq qeydlərin və jurnalların yoxlanması, ekspertlər qrupu tərəfindən tələb edilən ölçülər, və s.

o    AİQTN Platin Səviyyəsi üzrə qiymətləndirmə apardıqda, sahədən kənar fəaliyyətlər (supermarket/dükanda açıq istehlakçı dequstasiyası)

·         Şirkət rəhbərliyi ilə qapanış iclası

·         Tamamlanmış təsdiq siyahısının tədqim edilməsi

 

Təqdimat iclasında ekspertlər qrupu özlərini təqdim etməli, görüşün məqsədini və qiymətləndirmənin necə keçiriləcəyini izah etməlidir.

 

Müvafiq AİQTN Səviyyəsinin tələbləri ilə uyğunluğun qiymətləndirilməsi aşağıdakı yarımbəndlərdə qeyd edildiyi kimi həyata keçirilməlidir.

 

Şirkət rəhbərliyi ilə qapanış iclasında ekspertlər qrupu qiymətləndirmə zamanı müşahidə etdikləri haqqında şərhlərini bildirməli, gördükləri uyğunsuzluqları sıralamalı, növbəti mərhələləri izah etməli, eləcə də, hazır təsdiq siyahısının hazırlanması və təqdim edilməsi, təsdiqin verilməsi üzrə qərarların qəbul edilməsi prosesini qeyd etməlidir.

 

Ekspertlər müşahidə etdikləri bütün boşluqları və uyğunsuzluqları sənədləşdirməlidirlər.

 

9.2 Qızıl Səviyyəsi üçün qiymətləndirmə Proseduru

 

İlkin qiymətləndirmə sifarişçi şirkətin müəssisəsində həyata keçirilir və iki mərhələdən ibarətdir. Birinci mərhələdə qida təhlükəsizliyi sistemi üzrə sənədlər, eləc də, ilkin şərait proqramı, məhsulun təsviri, emal axın sxemi, qida təhlükəsizliyi üzrə riskin təhlili, HACCP planı və əlavə qeydlər qiymətləndirilir. İkinci mərhələdə AİQTN Protokolunun tələblərinin icra edilməsi və səmərəliyi qiymətləndirilməlidir.

 

Qiymətləndirmə zamanı, ekspertlər sifarişçi şirkətin qida təhlükəsizliyi sistemini siyahıya əsasən yoxlayır (Gümüş Səviyyəsi Bölməsi). Bununla, eksperlər sifarişçi şirkətin qida təhlükəsizliyi sisteminə yardım edən və ya onunla əlaqəli olan sənədləri və qeydləri təhlil edir, sifarişçi şirkətin heyətindən müsahibə alır, sifarişçi şirkətin müəssisəsində emal, əməliyyat və heyət davranış qaydasını müşahidə edir.

 

Ekspertlər səmərəliyi yoxlamaq üçün Sifarişçi Şirkərin AİQTN Proqramı daxilində olan məhsulların və işlərin gigiyena və qida təhlükəsizliyi üzrə parametrlərinin ölçüsünü ala bilər;  Bunun üçün ekspertlər AİQT Şöbəsi tərəfindən alınmış ölçü cihazlarını istifadə edir. Bütün ölçülər ərzağın korlanmasına yol açmadan icra edilməlidir. Ekspertlər yalnız kalibrli ölçü alətlərindən istifadə edə bilər. Mümkün olduğu qədər ölçü alətləri sifarişçi şirkətin nümayəndəsinin iştirakı ilə yoxlanmalıdır.

 

AİQTN Gümüş Səviyyəsinin təsdiqi üçün aşağıdakılar nəzərə alınır:

 

Fermalar və ilkin məhsul istehsalçıları üçün:

  1. İlkin istehsalat gigiyenası və yaxşı kənd təsərrüfatı təcrübələri
  2. Hesabatların qeydi  və müvafiq yazılı qeydlər

Şirkətləri, distribüterləri və anbarları nəzərdən keçirmək üçün:

3.     Yaxşı gigiyena və ilkin şərt zəruri proqramları

a.     Təsisatın dizaynı və vasitələri

b.     Əməliyyata nəzarət

c.     Təsisatın saxlanması və təmizləməsi

d.     Şəxsi gigiyena

e.     Daşınma

f.     Məhsul haqda informasiya və istehlakçı məlumatlanması

4.     HACCP-a ilkin addım

5.     HACCP Prinsipləri

6.     İlkin şərt zəruri proqramlara, ilkin addımlara dair qeyd saxlama və yazılı hesabatlar

7.     Müştəri şikayətlərinin qeydiyyatını saxlamaq və onları həll etmək

 

9.3. Qızıl Səviyyəsi üçün qiymətləndirmə Proseduru

AİQTN Qızıl Səviyyəsi üçün qiymətləndirmə Gümüş üçün qiymətləndirmə və Qızıl Səviyyəsi üçün qiymətləndirməni daxil edir. Qiymətləndirmə texnikası maddə 9.2-də olduğu kimidir.

AİQTN Platini Səviyyəsinin təsdiqi üçün, aşağıdakılar qiymətləndirilir:

Fermalar və ilkin məhsul istehsalçıları üçün:

  1. İlkin istehsalat gigiyenası və yaxşı kənd təsərrüfatı təcrübələri
  2. Hesabatların qeydi  və müvafiq yazılı qeydlər

Şirkətləri, distribüterləri və anbarları nəzərdən keçirmək üçün:

3.     Yaxşı gigiyena və ilkin şərt zəruri proqramları

a.     Təsisatın dizaynı və vasitələri

b.     Əməliyyata nəzarət

c.     Təsisatın saxlanması və təmizləməsi

d.     Şəxsi gigiyena

e.     Daşınma

f.     Məhsul haqda informasiya və istehlakçı məlumatlanması

4.     HACCP-a ilkin addım

5.     HACCP Prinsipləri

6.     İlkin şərt zəruri proqramlara, ilkin addımlara dair qeyd saxlama və yazılı hesabatlar

7.     Müştəri şikayətlərinin qeydiyyatını saxlamaq və onları həll etmək

8.     Yalançı geri çağırma ilə geri çağırma proseduralarının yoxlaması

9.     Münasib olan yerlərdə artan mikrobiolojini və kimyəvi testlər üçün:

a.     daxil olan xammal (məsələn, süd saxtalaşdırılması, cismani hüceyrə hesablanması, süddə antibiotik qalıqları, meyvələrdə və tərəvəzlərdə pestisid qalıqları  və s).

b.     son məhsul (məsələn, süd məhsullarında, quş məhsullarında salmonella və digər heyvan mənşələri məhsullar və s.)

c.     mühüm proseslərin (məsələn, süd pasterizə edilməsinin kafiliyi üçün fosfataza testi) və,

d.     proses gigiyenaları (məsələn, qida əlaqəsi səthləri dəyişikliyi, ATP testləri, təmizlənən və sanitar vəziyyətini yaxşılaşdırmadan maddə qalıqları və s.

  10  Könüllü standart və AİB-ə müvafiq olaraq nişanlama tələbləri.

 

9.4. Platin Səviyyəsi üçün qiymətləndirmə Proseduru

 

AİQTN Platini Səviyyəsi üçün qiymətləndirmə Gümüş üçün qiymətləndirmə üstəgəl Qızıl Səviyyə üstəgəl Platin Səviyyəsi qiymətləndirməni daxil edir. Qiymətləndirmə texnikası aşağıda təsvir edilən texnikalar daxil maddə 9.2-də olduğu kimidir.

AİQTN Platini Səviyyəsinin təsdiqi üçün, aşağıdakılar qiymətləndirilir:

Fermalar və ilkin məhsul istehsalçıları üçün:

1.     İlkin istehsalat gigiyenası və yaxşı kənd təsərrüfatı təcrübələri

2.     Hesabatların qeydi  və müvafiq yazılı qeydlər

Şirkətləri, distribüterləri və anbarları nəzərdən keçirmək üçün:

3.     Yaxşı gigiyena və ilkin şərt zəruri proqramları

a.     Təsisatın dizaynı və vasitələri

b.     Əməliyyata nəzarət

c.     Təsisatın saxlanması və təmizləməsi

d.     Şəxsi gigiyena

e.     Daşınma

f.     Məhsul haqda informasiya və istehlakçı məlumatlanması

4.     HACCP-a ilkin addım

5.     HACCP Prinsipləri

6.     İlkin şərt zəruri proqramlara, ilkin addımlara dair qeyd saxlama və yazılı hesabatlar

7.     Müştəri şikayətlərinin qeydiyyatını saxlamaq və onları həll etmək

8.     Yalançı geri çağırma ilə geri çağırma proseduralarının yoxlaması

9.     Münasib olan yerlərdə artan mikrobiolojini və kimyəvi testlər üçün:

a.     daxil olan xammal (məsələn, süd saxtalaşdırılması, cismani hüceyrə hesablanması, süddə antibiotik qalıqları, meyvələrdə və tərəvəzlərdə pestisid qalıqları  və s).

b.     son məhsul (məsələn, süd məhsullarında, quş məhsullarında salmonella və digər heyvan mənşələri məhsullar və s.)

c.     mühüm proseslərin (məsələn, süd pasterizə edilməsinin kafiliyi üçün fosfataza testi) və,

d.     proses gigiyenaları (məsələn, qida əlaqəsi səthləri dəyişikliyi, ATP testləri, təmizlənən və sanitar vəziyyətini yaxşılaşdırmadan maddə qalıqları və s.

  10 Könüllü standart və   AİB-ə müvafiq olaraq nişanlama tələbləri.

  11. Şirkətin təchizatçıları və ya distribyutorları ən azı AİQTN Gümüşü Səviyyəyə təsdiq üzrədir.

  I2. Pərakəndə səviyyədə müvafiq səviyyədə açıq  müştəri dequstasiyası.

 

Maddə 10 ilə uyğunluq: Tədarükçülər və ya distribüterlər ən azı AİQTN Gümüşü Səviyyəsində təsdiq ediləndir və bu, müştəri şirkətin əsas xammalının AİQTN müsbət siyahılarında qiymətləndirməsi üzrə mövcudluğun təsdiqi vasitəsilə həyata keçirilir.  

Pərakəndə mağazalarda dequstasiya şirkət tərəfindən onun istehsal etdiyi məhsulların orqanoleptik xarakteristikalarına istehlakçı münasibətlərini nəzərdən keçirmək üçün qiymətləndirmə üzrə təşkil edilir.  AİQTN ekspert komandası ilə əvvəlcədən  razılaşdırılan yer və vaxtda şirkət ən azı bir supermarketdə və ya ərzaq mağazasında dequstasiya üçün müvəqqəti kabinə yarada bilər  və istehlakçılara pulsuz öz məhsullarını  dequstasiya üçün təklif edə bilər. İstehlakçılardan xahiş ediləcək ki, məhsulu xoşlayıb-xoşlamadıqları barədə fikirlərini bölüşsünlər. İstehlakçı fikirləri qeydə alınır  və ekspert komandasının müşahidəsi altında şirkət nümayəndəsi tərəfindən hesablanır. İstehlakçıların əksəriyyəti məhsulun xeyrinə səs verəndə şirkət bu tələbə uyğun hesab edilir.

Açıq istehlakçını dequstasiyasını təşkil etdikdə qiymətləndirilən şirkət ictimaiyyətə elanlar verə bilər və hətta istəyirsə reklam verə bilər; o, həmçinin istədiyi qədər reklam materialından və brenddən istifadə edə bilər (plakatlar, kartlar, reklamlar, reklam vərəqələri və s.) və supermarket/ ərzaq mağazası ilə razılaşdığı kimi  edə bilər. 

Dequstasiya gigiyenik yolla təşkil ediləcək və istehlakçı üçün risk yaratmayacaqdır.

Şirkət istehlakçı üstünlüklərinin tədqiqatı və müəyyən edilməsi üçün AİQTN dequstasiyasından istifadə edə bilər və məhsulun orqanoleptikasını dəyişdirmək istədikdə və istehlakçılardan daha ətraflı və müəyyən sualları (məsələn, niyə siz məhsulun dadmaq istəyirsiniz/niyə siz məhsulu dadmaq istəmirsiniz?; sizin üçün məhsul həddindən artıq duzlu deyilmi/sizin üçün məhsul  kifayət qədər duzlu deyil?; məhsulun möhkəmliyi  çox duru/bərk deyilmi və. s. suallar ) verə bilər. Bu halda istehlakçı fikirlərini qeyd etmək şirkətin məsuliyyətidir.

 

9.5.  Əməl etmə

Yerli qiymətləndirməni tamamladıqda, iki həftə ərzində qiymətləndirmə komandası yoxlama-nəzarət siyahısını doldurmağı tamamlayır və müştəri şirkətinə və AİQTN Qiymətləndirməsi Sektoruna onu  nəticələri ilə birlikdə təqdim edir. Onun nəticələrində qiymətləndirmə komandası müştəri şirkətinin AİQTN Protokolu tələblərinə tam uyğun olmasını, qismən uyğunluğunu və ya uyğun olmadığını hesab edib-etmədiyini göstərir.

Tam uyğunluq onu göstərir ki, müştəri şirkəti AİQTN Protokolunun bütün tələblərini yerinə yetirir.

Qismən uyğunluq onu göstərir ki, müştəri şirkəti Protokolun bütün mühüm tələblərini yerinə yetirir və bəzi əsas tələblərini yerinə yetirmir. Əgər şirkət demək olar ki, bütün  mühüm tələbləri yerinə yetirirsə, onda o, tələbləri qismən  yerinə yetirmiş sayılır. Bu halda ekspertlər müddət təyin edirlər ki, bu müddət ərzində müştəri şirkəti uyğunsuzluqları həll etməli  və uyğun dəlilləri  ekspertlərə təmin etməlidir.  Buraxılan səhvlərin ciddiliyindən asılı olaraq ikinci yerli ziyarətə ehtiyac duyula və duyulmaya bilər. Əgər şirkət bir mühüm tələbi yerinə yetirmirsə, ikinci yerli ziyarət həmişə yerinə yetirilir. Bütün boşluqlar həll edildikdən sonra, ekspertlərin komandası şirkəti uyğun hesab edir.

Tam uyğunluq haqqında qərar yalnız bütün boşluqlar doldurulduqdan sonra edilə bilər: qərar heç bir halda qabaqcadan qəbul edilə bilməz.

Yerinə yetirməmə onu göstərir ki, müştəri şirkəti AİQTN Protokolunun birdən çox mühüm  tələbini və çoxsaylı əsas tələblərin çoxunu yerinə yetirmir.

Ekspertlərin komandası həmçinin Qiymətləndirmə Sektoruna AİQTN proqramının təsdiq edilib/edilməməsi üzrə və  AİQTN Nişanın müştəri şirkətə verilməsinə dair tövsiyəsini təqdim edir və Qiymətləndirmə Sektoru müvafiq qərar (Bölmə 10-u görün) qəbul edir.

Əgər şirkət AİQTN tələblərinə uyğun hesab edilirsə və Qiymətləndirmə Sektoru tərəfindən nişanın verilməsinə dair müsbət qərar verilərsə, ən azı ildə bir dəfə AİQT Şöbəsi müştəri şirkətinə yerli yoxlama səfərlərini həyata keçirəcək. Yerli yoxlama səfərlərinin təsdiqi həmçinin fövqəladə hallarda (məsələn, sübut edilən istehlakçı şikayəti) və ya AİQTN tələblərində  əhəmiyyətli dəyişikliklər edildikdə edilə bilər.

10.  Nişan vermə qərarı prosesi

 

Qiymətləndirmə tamamlananda və yeyinti məhsullarının təhlükəsizliyi sistemi ekspertləri tərəfindən AİQTN Protokolu tələblərinə (ekspertlər tam uyğunluğa  dair qərar qəbul edirlər) qənaətbəxş hesab ediləndə, AİQTN Qiymətləndirmə Sektoru qiymətləndirmə komandası tərəfindən tamamlanan yoxlama-nəzarət siyahısı, aralıqların doldurulması və tövsiyələri nəzərdən keçirdikdən sonra müvafiq səviyyədə (gümüş, qızıl və ya platin) AİQTN Nişanından istifadə etmək hüququ verməyə dair qərar qəbul edir.

Ekspertlərin komandası AİQTN Qiymətləndirməsi Bölməsinə təsdiq üzrə öz tövsiyəsini təqdim edəndən sonra və AİQTN Qiymətləndirmə Bölməsi tamamlanan yoxlama-nəzarət siyahısını, boşluqların doldurulması dəlilərini və ekspertlərin tövsiyələrini nəzərdən keçirdikdən sonra  adətən 30 təqvim günü ərzində nişan vermə üzrə qərar AİQTN Şöbəsi tərəfindən veriləcəkdir.

Qiymətləndirmə Sektoru müştəri şirkətinə rəsmən nişanın verilmə qərarı haqqında məlumat verəcək və əgər qərar müsbətdirsə, onda ona AİQTN Nişanından İstifadə müqaviləsinin layihəsini göndərəcəklər.  Əgər qərar mənfidirsə, müştəri şirkətinə yazılan bildirişində  Qiymətləndirmə Sektoru qərarın verilmə imtinasının səbəbini izah edir.

AİQTN Nişanından İstifadə müqaviləsinin Layihəsi məhsul nişanlarında və müştəri şirkətinin başqa daşıyıcılarında  AİQTN Nişanından istifadə etmək şərtlərini təsis edir. Nişan AİQTN Şöbəsin və AİB-in mülkiyyətləri olaraq qalır. Nişandan yalnız AİQTN tələblərinə uyğun olan şirkətin  AİQTN proqramı əhatə edilən həmin məhsulların (uyğun digər daşıyıcılar, o cümlədən  reklamlar, reklam vərəqələri, xarici elanlar) nişanlarında istifadə edilə bilər. Müqaviləni imzalamaqla, müştəri şirkəti müqavilədə verildiyi kimi müqavilə imzalanan gündən başlayaraq nişandan istifadə etmək hüquqlarını özündə saxlayır. AİQTN Şöbəsi müştəri şirkətinə çap üçün yararlı formatlarda nişanın elektron təsvirini verir və kompaniyanın adını onun internet səhifəsində nəşr edilən təsdiq edilən AİQTN şirkətlərinin müsbət siyahısına əlavə edir. Hər iki tərəf kütləvi informasiya vasitələrinin istənilən vasitəsində bir-birini məlum etməklə nişanın verilməsini ictimaiyyətə yaya bilər.

AİQT Şöbəsi və AİB  Qiymətləndirmə Bölməsi tərəfindən mənfi qərarlar faktlarını hamıya yaymaqdan özlərini məhdudlaşdıracaqdır.

AİQT Şöbəsi və AİB AİQTN Nişanından İstifadə müqaviləsini təxirə salmaq və ya ləğv etmək hüququnu özündə saxlayır.

 

11. AİQT nişanının etiketlərdə, paketlərdə və digər daşıyıcılarda istifadə qaydası

 

AİQTN qiymətləndirməsini uğurla keçmiş və AİQT nişanından İstifadə haqqında Müqavilə imzalamış şirkət AİQT nişanını AİQT nişanından İstifadə haqqında Müqavilənin şərtlərindən asılı olaraq məhsulların etiketində, paketlərdə, digər daşıyıcılarda, habelə reklam materiallarında (nəşriyyat, reklamlar, broşürlər, pulsuz paylanan nümunələr, yekə plakatlar, telereklamlar və s), ədəbiyyat və internet səhifələrində istifadə edə bilər.

AİQT nişanından İstifadə haqqında Müqavilə daha xarakterik və təfərrüatlı olmasına baxmayaraq, ümumiyyətlə, AİQT nişanından İstifadə üçün aşağıdakı şərtləri irəli sürür.

AİOT nişanı göstərir ki, nişanlı məhsul AİOTN qida gigiyenası və təhlükəsizliyi üzrə Protokolunun tələbləri altında istehsal edilmişdir və istehsalçı istehlakçı maraqlarını qorumaq üçün xüsusi səy göstərmişdir. Bu o demək deyil ki, bu məhsulun xüsusi qida dəyəri var, müəyyən həssas istehlakçı qrupu üçün nəzərdə tutulub.

AİQT nişanı həm məhsulun etiketlərində həm də digər daşıyıcılarda istifadə edilə bilər. Bu möhürlər sadəcə AİQT Protokolunun tələblərinə əsasən istehsal edilmiş məhsulların etiket/paketlərində istifadə edilə bilər. Bu zaman bu tələblər AİQTN ekspertləri tərəfindən müsbət qiymətləndirilməli və təsdiq edilməlidir. Bununla yanaşı, nişan AİQTN Protokolunun tələblərinə əsasən istehsal edilmiş məhsulların daşıyıcılarında istifadə edilə bilər. Bu zaman bu tələblər AİQTN ekspertləri tərəfindən müsbət qiymətləndirilməli və təsdiq edilməlidir.

AİQT nişanı etiket/paketlərin üzərində çap edilə və ya fərdi yarlıqların üzərinə yapışdırıla bilər:

 

AİQT nişanı hazırlanmalıdır:

·         Ağ-qara və ya  Şirkətə elektron formatda verilmiş işarələrin dəqiq rəngi ilə.

·         Daxili mətni, şrifti və ya şəkili korlamadan

·         Aydın təzadlı fonda

·         Bütün hərflərin, işarələrin aydın görülə biləcəyi ölçüdə və formada.

 

Sifarişçi şirkət AİQT nişanını öz məhsullarının etiket/paketlərində istifadə etmək istədikdə, sifarişçi şirkətin nişanın çapını sifariş vermədən əvvəl AİQTN şöbəsi ilə yeni etiketin/paketin dizaynı üzrə qabacaqdan razılıq alması məsləhət görülür. Əgər dizayn qabaqcadan təsdiq edilməzsə, AİQTN Şöbəsi AİQT nişanından istifadə şərtlərinə cavab verməyən AİQT nişanının çap edilməsi ilə bağlı sifarişçi şirkətin üzləşdiyi xərclərə görə heç bir məsuliyyət daşınır.

 

AİQT nişanından və əlavə mətndən istifadə edərkən, AİQTN Proqramının mənası mümkün olduğu qədər aydın göstərilməlidir.

 

AİQT nişanı AİQTN-nın məhsulu səhiyyə iddiaları, məhsulun ekoloji cəhətdən təmizliyi, standartlara və ya xüsusi qida, bioloji, üzvü xüsusiyyətlərə cavab verməsini təsdiqlədiyi və ya digər yanlış mənalarda istifadə edilməlidir.

 

Sifarişçi Şirkət alıçını məhsulun, emalı, sahəsi, təşkilatın AİQTN təsdiqi almasına inandıracaq iddialar irəli sürməməlidir.  

 

 

 

 

 

 

 

 

12.  Nişan istifadəsi üzərində müşahidə

Müştəri şirkətləri tərəfindən AİQTN Nişanının istifadəsi üzərində müşahidə iki fəaliyyətlə həyata keçirilir:

·         şirkətin yeyinti məhsullarının təhlükəsizliyi sisteminin AİQTN Protokolu tələbləri ilə fasiləsiz əməl edilməsinin təsdiqlənməsi

·         Müştəri şirkəti tərəfindən AİQTN Nişanının İstifadəsi müqaviləsinin şərtlərinə əməl etməyə və onun  səhv istifadəsi üzərində müşahidə.

Bu iki fəaliyyət AİQTN Qiymətləndirməsi Sektoru və AİQTN Müşahidəsi Sektoru tərəfindən uyğun olaraq yerinə yetirilir.

 

12.1 AİQTN Protokolu tələblərinə fasiləsiz əməl edilməsinin təsdiqi

AİQTN icazəsi onun verilməsi tarixindən üç il sonra qüvvədən düşür. Aralıq dövrdə yerli təsdiq qiymətləndirmələri ildə ən azı bir dəfə olmaqla aparılacaqdır. Bu təsdiq qiymətləndirmələri qiymətləndirmə komandasının zəruri hesab etdiyi müvafiq Səviyyənin həmin AİQTN Protokol tələblərinə o cümlədən bütün münasib bölmələrin tələbləri, müştəri şirkəti tərəfindən özünü qiymətləndirmə daxil olmaqla, əvvəlki qiymətləndirmədə müəyyən edilmiş uyğunsuzluqa dair görülmüş tədbirlərin nəzərdən keçirilməsi, şikayətlərin işlənməsi, əməliyyat nəzarəti, dəyişiklərin nəzərdən keçirilməsi və s. aid ediləcəkdir.

Yerində təsdiq qiymətləndirməsi də fövqəladə vəziyyət halında yerinə yetirilə bilər. Əsaslandırılmış istehlakçı şikayəti, ərzaq məhsullarına nəzarət orqanları tərəfindən müştəri şirkətinə qarşı görülən tənzimləyici tədbirlər buna misal ola bilər.

Əgər təsdiqləmə qiymətləndirməsi komandası tərəfindən uyğunsuzluq aşkar edilərsə, uyğunsuzluqları aradan qaldırmaq üçün müştəri şirkəti tərəfindən görülən səylərdən asılı olaraq təsdiqin davam etdirilməsi, dayandırması və ya geri götürüməsinə dair AİQT Şöbəsi qərar qəbul edəcəkdir.

İcazənin etibarlığı bitməzdən əvvəl yerli səfər ediləcək, yenidən qiymətləndiriləcəkdir. Bu yenidən qiymətləndirmənin məqsədi yeyinti məhsullarının təhlükəsizliyi sisteminin uzunmüddətli uyğunluğunu və effektivliyini bütövlükdə və onun AİQTN Protokolu tələblərinə uyğun olmasını təsdiq etməkdir. Bütün tələblərin yerinə yetirməsi qiymətləndirilir. Yenidən qiymətləndirməyə həmçinin icazənin bütün dövrü üçün sistemin nəzərdən keçirilməsi, o cümlədən əvvəlki təsdiq  qiymətləndirməsi daxildir. Müəyyənləşdirilən uyğunluzluqlar yerli təsdiq  qiymətləndirmələrində təsvir edildiyi kimi işlənir. AİQT Şöbəsi yenidən qiymətləndirmənin, bütün dövr boyu sistemin nəzərdən keçirilməsi və müştərilərdən alınan hıər hansı bir şikayət  əsasında təsdiqin yenilənməsinə dair qərar qəbul edir.

Müştəri şirkəti məhsulun təhlükəsizliklərinə və ya qanuniliyə görə və ya məhsulun geri çağırilması halında qanuni prosessual hərəkətlərdən agah olduqda müştəri şirkəti dərhal AİQT Şöbəsini vəziyyət barədə xəbərdar edəcəkdir. AİQT Şöbəsi öz növbəsində təsdiq üçün vəziyyəti və istənilən təsirləri qiymətləndirmək üçün müvafiq addımları atacaq və istənilən müvafiq hərəkəti həyata keçirəcəkdir.

 

12.2 Nişanın səhv istifadəsini üzərində Müşahidə

AİQT Şöbəsi və AİB təsdiq edilən müştəri şirkətləri tərəfindən möhürün istifadəsinə nəzarət  etmək üçün tədbirlər görəcəklər. Bu nəzarət pərakəndə səviyyədə mallarda Nişanin istifadəsinin düzgünlüyü üçün mövcud olan nişan/qablaşdırma məhsullarına nəzarət etmək yolu ilə AİQTN Müşahidəsi Bölməsi tərəfindən yerinə yetiriləcəkdir. 

Əgər Müştəri şirkətlərinə Gümüş Nişan verilibsə, AİQTN Müşahidə Bölməsi məhsulun nişan/ qablaşdırılmasını və üzərlərindən olan istənilən digər informasiya daşıyıcısını Nişanın təkrarən vurulmasınının düzgünlüyünü yoxlamaq məqsədindən başqa məqsədlər üçün müşahidə etməyəcəkdir.  

Əgər Müştəri şirkətlərinə Qızıl və ya Platin Nişanı verilibsə, AİQTN Müşahidə Bölməsi nişan/ qablaşdırılmanı və başqa daşıyıcıları da Nişanın təkrarən vurulmasının düzgünlüyü üçün və AİQTN tələblərinə uyğunluq mçün müşahidə edəcəklər.

AİQTN Müşahidə Bölməsi həmçinin AİQTN Protokoluna səhv istinadlar və müştəri şirkəti nümayəndələri tərəfindən edilən AİQTN Protokolu ilə əlaqəli iddialardan istifadənin səhv səmtə yönəlməsinə dair kütləvi informasiya vasitələrinə və reklamlara nəzarət edəcəkdir.

Yanlış istinad və ya möhürün səhv istifadələri aşkar ediləndə, bu pozuntunun hamıya yayılması və buna qarşı qanuni hərəkəti daxil olmaqla müvafiq tədbirlərlə həll ediləcəkdir.

13. Məxfilik siyasəti

AİQT Şöbəsi və AİB zəmanət verərək çalışacaq ki, onların işçiləri və podratçıları onların müştəri şirkətləri ilə təması nəticəsində əldə etdikləri bütün məxfi informasiya ilə əlaqəli olan sirri saxlasınlar.

Müştəri şirkəti AİQTN qiymətləndirməsi və icra prosesi ilə bağlı bütün kommersiya terminlərinin və şərtlərin məxfiliklərini qoruyacaqlar.

Spesifik müştəri və ya fərd haqqında informasiya müştərinin və ya aidiyyəti olan fərdin yazılı razılığı olmadan heç bir üçüncü şəxsə açıqlanmayacaqdır.

AİQTN Şöbəsindən və AİB-dən üçüncü şəxsə gizli informasiyanı açıqlamaq tələb edildikdə, müştəri və ya aidiyyəti fərd, qanunla tələb edilməzsə, təmin edilən informasiya ilə  qabaqcadan xəbərdar edilməlidirlər.

Müştəri şirkəti təsdiqi ilə əlaqəli olan qeyri gizli informasiya AİQT Şöbəsi/ AİB tərəfindən ictimai domendə yerləşdiriləcək, xüsusilə, açıq icazə siyahısına AİQTN Protokol Tələbləri üzrə istehsal edilən məhsulların adları və şirkətin adını daxil etməklə nüsbət təsdiqə dair informasiya təmin ediləcəkdir.     AİQT Şöbəsi/AİB yoxlama siyahılarının (o cümədən təsdiq edilən müştəri şirkətlərində) heç bir təfsilatlarını heç kəsə bildirməyəcək və mənfi icazələr haqqında heç bir informasiyanı heç kəsə yaymayacaqdır.  

14. Nişanin geri götürülməsi/dayandırilması prosedurları

Əgər AİQT Şöbəsi və AİB müqavilə üzrə Nişandan istifadə şərtlərinin müştəri şirkəti tərəfindən pozulmasını aşkar edərlərsə, və ya periodik təsdiqləmə qiymətləndirmələrindən (ən azı ildə bir dəfə və ya fövqəladə hadisələrdə) ekspertlər qrupu   müştəri şirkətinin AİQTN Protokolu tələblərinə əməl etmədiyini müəyyən edərlərsə, onda AİQT Şöbəsi və AİB, AİQT Nişanı İstifadəsi müqaviləsinə xitam vermək hüququna malikdirlər.   

Bu halda AİQTN dayandırmanın və ya geri götürmənin səbəbləri barədə müştəri şirkətinə yazılı formada rəsmən bildiriş verəcək və müştəri şirkətinə problemləri həll etmək üçün vaxt verəcəkdir.

Əgər problemlər müəyyən edilmiş vaxt ərzində və qaneedici tərzdə müştəri şirkəti tərəfindən həll edilmirsə, AİQT Şöbəsi/AİB bundan xəbərdar deyilsə,onda müqavilə nöqsan müəyyən edilmiş tarixin ertəsi günündən etibarən ləğv edilir və ya təxirə salınır. Bu gündən başlayaraq, müştəri şirkəti məhsul nişanlarında/qablaşdırmada və başqa daşıyıcılarda AİQTN Nişanından istifadə etmək hüququnu itirəcək və AİQTN Şöbəsi/AİB ilə razılaşdırılmış vaxt ərzində, AİQTN nişanını daşıyan başqa daşıyıcılarda, qablaşdırmalarda nişanlardan istifadə etməyi dayandıracaqdır.

Müqavilə təxirə salınanda, AİQT Şöbəsi göstərəcək ki, hansı şərtlərlə təxirə salınma aradan qaldırılacaqdır. Təxirə salınma dövrünün sonunda, müqaviləni bərpa etmək üçün göstərilən şərtlərin yerinə yetirilməsini yoxlamaq üçün tədqiqat aparılacaqdır. Bu şərtlərin yerinə yetirməsində, təxirə salınma aradan qaldırılacaq və müqavilənin bərpa edilməsi barədə müştəriyə  xəbər veriləcəkdir. Əgər şərtlər yerinə yetirilmirsə, müqavilə ləğv ediləcəkdir.

AİQT Şöbəsi müqaviləni ləğv edəndə, o AİQT Şöbəsinin verdiyi təsdiq edilən şirkətlərin siyahısından və onun məhsullarından kompaniyanın adını və istinadlarını çıxarmaq tapşırılır.

Əgər AİQT Şöbəsi/AİB AİQT Nişanından İstifadə müqaviləsini ləğv edirsə, bu halda, onu yeniləmək istəyən müştəri şirkəti,  əgər AİQT Şöbəsi/AİB tərəfindən başqa cür qərara alınmazsa, bütün prosedurları yenidən başlayacaq (AİQT Şöbəsi/AİB yenidən ərizə göndərəcək).

Müştəri şirkəti ləğvetmə/təxirə salınma tarixindən 30 gün əvvəl yazılı formada AİQT Şöbəsi/AİB -ya bildiriş verməklə könüllü surətdə müqaviləyə xitam verilməsini və ya təxirə salınmasını xahiş edə bilər. AİQT Şöbəsi müştəriyə müqavilənin dayandırılması/ ləğvi barədə rəsmən  təsdiq edəcəkdir. AİQT Şöbəsi və müştəri şirkəti arasında razılaşdırılan vaxt ərzində şirkət nişanlardan, qablaşmadan və AİQTN nişanını daşıyan digər daşıyıcılardan istifadə etməyi dayandıracaqdır.

AİB nişanin dayandirılması barədə istehlakçıları məlumatlandracaqdır.

15.  Nişan üçün appelyasiya müraciəti proseduru

Müştəri şirkəti AİQT Şöbəsi tərəfindən Nişan İstifadəsi müqaviləsinin verilməməsi, təxirə salınması və ya ləğvi ilə bağlı qəbul edilmiş istənilən qərara qarşı appelyasiya şikayəti etmək hüququna malikdir.

Müştəri şirkəti tərəfindən apelyasiya müraciəti yazılı formada edilməlidir və Nişan İstifadəsi müqaviləsinin verilməməsi, təxirə salınması və ya ləğvi ilə bağlı qəbul edilmiş qərarın Müştəri şirkəti tərəfindən alınma tarixindən on dörd gün ərzində AİQT Şöbəsinin Başçısı tərəfindən alınmalıdır. 

Appelyasiya müraciəti alınanda bu, AİQT Şöbəsinin Baş Ofisində saxlanılan Müraciətlərin Qeydi Reyestrində qeydə alınır. Appelyasiya müraciətinin qeydiyyat qeydi ən azı müraciətin nömrəsini, ərizəçinin adını, qəbul tarixini və  müraciətin məzmununu əks etdirməlidir.  

Bunu alan kimi, müraciət AİQT Şöbəsinin Başçısı tərəfindən gözdən keçirilir. Bu ilk baxış müraciətin vacibliyini nəzərdən keçirəcək və əslində AİQT Şöbəsinin səhv qərar edib-etməməsi yoxlanılacaqdır. AİQT Şöbəsinin Baş Ofisi bu icmalın yazılı nəticələri ilə ərizəçini təmin edəcək və qərarın əsaslandrılmasını normal olaraq 14 gün ərzində bildirəcəkdir. Əgər AİQT Şöbəsinin Başçısının yazılı nəticələri və qərarı alındıqdan 14 gün sonra, müştəri şirkəti buna yazılı şərhini təqdim etmirsə, onda bu məsələ qənaətbəxş həll edilmiş hesab edilir. Əgər bu icmal müştəri şirkətinin AİQT Şöbəsinin Baş Ofisinə yazılı formada xəbər verdiyi problemi həll etməyə müvəffəq olmursa, onda müştəri şirkətindən təsdiq etmək üçün o müraciəti davam etdirmək və onun Appelyasiya Qrupu tərəfindən dinlənməsini istəyin istəməməsi soruşulacaqdır. 

Bu halda AİQT Şöbəsinin Başçısı işi AİB-ya təqdim edir və AİB-in Sədri Appelyasiya Qrupunu təyin edir.

Appelyasiya Qrupu ən azı 3 nəfərdən ibarət olacaq, onlardan 2-si AİQTN Nəzarət Şurasının üzvləri olmalıdır və onlardan biri sədr təyin ediləcəkdir.  Appelyasiya müraciətinin təbiətindən asılı olaraq Appelyasiya Qrupunun üzvlərdən biri müzakirə obyekti sahəsində texniki mütəxəssis olmalıdır.

Əgər Appelyasiya Qrupunu üzvlərinin qərəzsizliyi şübhə altına alınarsa, onda müştəri konkret üzvzlərin  işin baxılmasına cəlb edilməsinə etiraz edə bilərlər. Şikayətçilər həm də öz işlərini şəxsən və öz hesablarına təqdim etmək hüququna malikdirlər.

Appelyasiya Qrupunun Sədri təmin etməlidir ki, müraciətin dinləməsi müştəri şirkətin qərarın nəticələrini qəbul etmədiyi təqdirdə ona məlumat verildən sonra 20 gün ərzində baş versin. Şikayətçiyə ən azı yeddi gün qabaqcadan dinləmənin tarix və yeri barədə məlumat veriləcəkdir. Şikayətçiyə hazırlıqlar barədə formal olaraq xəbər verilməlidir.

Şikayətçi istənilən vaxtda Appelyasiya Qrupu qərar çıxartmaq üçün tənəffüsə çıxana kimi  müraciəti dinləmə vaxtı və ondan əvvəl geri götürə bilər. Şikayətçi müraciəti geri götürdüyü  təqdirdə, eyni əsaslara  əsaslanırsa, müraciət yenidən  bərpa edilə bilməz.

Appelyasiya Qrupunun Sədri dinləməni açacaq, iştirakçıları təqdim edəcək və Şikayətçidən şikayətin səbəblərini və onun istənilən müşayiətedici sənədlərini təqdim etmək xahiş edəcəkdir. Şikayətçinin bəyanatının sonunda AİQTN Başçısı AİQTN Qrupu üçün səbəbi açıqlayacaqdır.

Appelyasiya Qrupunun Sədri Şikayətçini əlavə şərhlər etməyə dəvət edəcək və sonda PAI nümayəndəsini oxşar şəkildə bunu etməyə dəvət edəcəkdir.

Bütün şərhlər Sədr vasitəsilə yönəldilir.

Əgər Appelyasiya dinləməsi ərzində, Appelyasiya Qrupun əvvəllər gözdən keçirmək üçün imkana malik olmadıqları sənədlər təqdim edilirsə, onda  Sədr iclasdan sənədləri nəzərdən keçirməyi xahiş edə bilər.

Mövcud sənədlər tədqiq edilir, bütün bəyanatlar qiymətləndirilir və Qrup apelyasiya  müraciətinə dair qərar çıxarmaq üçün  tənəffüsə çıxır. Apelyasiya Qrupun qərarı əksəriyyətin səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Sədrin səsi əsas olur.

Appelyasiya Qrupun qərarı onun Sədri tərəfindən bəyan edilmiş kimi son və Müştəri Şirkəti və   AİQT Şöbəsi üçün məcburi olacaqdır. Appelyasiya Qrupu müraciətlə bağlı qərar qəbul etdikdən sonra bu qərara qarşı, onda düzəliş etmək üçün heç bir tərəfin mübahisəsi qəbul edilməyəcəkdir.

Qrupun qərarı bu məsələ üzrə iclasın protokolunda qeydə alınır və Appelyasiya Qeydi tamamlanır və AİB rəhbərinə və AİQT Şöbəsinin Başçısına ötürülür. AİB-nun Sədri Apelyasiya Qrupunun qərarını Şikayətçiyə  yazılı formada bildirir.

Apelyasiya üzrə sorğu və qərarların təqdim edilməsi ərizə verən müştəri şirkətinə qarşı heç bir diskriminasiya hərəkətlər ilə nəticələnməyəcəkdir.

 

16. Nişan istifadəçısının şikayət prosedurları

AİQT Şöbəsi və AİB hər ikisi AİQTN Protokolu tələblərinə uyğun istehlakçılardan və müştəri şirkətlərinin müştərilərindən təsdiq edilən müştəri şirkətinin fəaliyyətləri ilə əlaqəli şikayətləri qəbul edir. Şikayətlər telefonla və ya yazılı formada təqdim edilə bilər.

Əgər şikayət AİQT Şöbəsinin hər hansı bir sektoru və ya nümayəndəsi tərəfindən alınırsa və   Şikayət Registrində qeydə alınırsa, onda bu tədqiqat üçün Qiymətləndirmə Sektoruna göndərilir. Əgər şikayət AİB tərəfindən alınırsa, bu, qeydiyyat üçün AİQT Şöbəsinin Başçısının Ofisinə və sonra Qiymətləndirmə Sektoruna göndərilir.

Istifadəçı/müştəri tam indentifikasiyanı və özü haqqında müqavilə informasiyasını sonrakı mümkün izləmə üçün təmin edəndə, istehlakçılar/müştərilərdən şikayatləri qəbul edir və onun şikayəti haqqında spesifik təfsilatları, o cümlədən münasib olan yerdə şikayət üzrə sübutları təmin edir.

 

Təsdiq edilən müştəri şirkətinin fəaliyyətlərinə dair istehlakçılar/müştərilər tərəfindən alınmış şikayətlər  AİQT Şöbəsi/AİB-in münasib halda istehlakçılar/müştəri informasiyasını münasib müddətdə  həmin Şirkətə müştəri şirkəti kimi istinad ediləcəkdir.

Qiymətləndirmə Sektorunun Başçısı şikayəti araşdırmaq üçün müvafiq ekspert ilə əlaqə saxlayır.

Qiymətləndirmə Sektorunun Başçısı zəmanət verir ki, məsələ cəld və ədalətlə idarə edilir. Qiymətləndirmə Sektorunun Başçısı/ekspertlər iddiaçının tərəqqi barədə  xəbər verir və məsələ imkan daxilində tez həll edilir.

Şikayət onun qanuniliyini qiymətləndirmək və araşdırmaq üçün dəyərləndirilir. Bu proses məxfiliyin tələblərinə tabe olacaqdır. Əgər həqiqi və mühüm kimi aşkar edilirsə, ünvanına şikayət verilən müştəri şirkəti, şikayəti şərtləndirən şərtlərə qarşı çıxmağa və görülən tədbirlərə dair münasib tədbirlər  həyata keçirəcəkdir. Qiymətləndirmə Sektorunun Rəhbəri/ekspertlər şikayətçiyə cavab verirlər, bir qayda  olaraq 14 gün ərzində  baxılacaq şikayətə ədalətli cavab veriləcəkdir.

Beləliklə Qiymətləndirmə Sektoru ekspertinin rəhbəri/ ekspert şikayət formasını tamamlayır və imzalayır. Nişanla bağlı şikayətlər Arxiv Şikayətləri faylında sıra sayıyla qovluğa tikilir.

Şikayət özlüyündə, əgər əsaslı və etibarlı olursa, Əgər  müştəri şirkəti istehlakçının şikayətini lazımınca həll edirsə və şikayətə səbəb olan vəziyyəti müvafiq olaraq araşdırırsa və belə vəziyyətin təkrarən olmasının qarşısını alırsa, AİQT Şöbəsi tərəfindən təsdiq/nişandan istifadə ilə bağlı müqavilənin ləğvi və ya dayandırlması üçün avtomatik tədbirləri nəzərdə tutmur

 

 16. Münaqişə həlli ilə bağlı prosedurlar

Münaqişənin həlli formal müraciətə bir alternativdir. Münaqişənin həlli prosesi müştəri şirkətin qərarın tətbiq edilən prinsiplərə və/və ya prosedurlara müvafiq olmayaraq qəbul edilməsini hiss etdikdə AİQT Şöbəsinin istənilən müştəri şirkətinə AİQT Şöbəsinin nəzərdən keçirilməsinə dair qərar vermək imkanını yaratmaq üçündüır.

Əgər müştəri şirkəti AİQT Şöbəsi ştatının rəftarına dair şikayətlənməyə məcbur edilirsə, onda bu şikayət yazılı formada edilməlidir və münaqişə həlləri üzrə AİQT Şöbəsinin rəhbərinə ünvanlanacaqdır.

Münaqişə həlli prosesi hər ikisi bərabər hüquqlu və şübhəsiz müdafiə olunan prosesin sonunda qərara nail olmağa yönələn halın  təfsilatlı müzakirəsini və cəhdlərini həvəsləndirir. AİQTN Şöbə Başçısı dərhal münaqişə tərəflərini danışıqlara dəvət etməklə münaqişələri həll etməyə çalışacaqdır. AİQT Şöbəsi Başçısı münaqişəni həll etmək üçün öz tövsiyələrini təklif edir. Əgər Müştəri şirkəti AİQT Şöbəsinin Başçısına qarşı mübahisəyə başlayarsa, onda mübahisə AİB-nun Sədri tərəfindən həll edilir.

Müştəri şirkətdik mübahisənin həllinə dair görüşün nəticəsi ilə kifayətlənmdikdə AİQTN müraciət etmə proseduralarına əl ata bilər. 

17. AİQTN Şöbəsi daxili nəzarət prosedurları

Ən azı ildə bir dəfə AİQT Şöbəsi onun fəaliyyətlərinin və işinin icrasının daxili təftişlərini (auditini) həyata keçirəcəkdir. AİQT Şöbəsinin Başçısı proses ilə təsirə məruz qalan bütün personala audutin olacağı haqda xəbər verəcəkdir.

AİQT Şöbəsinin Başçısı və AİB-nun Başçısı daxili audit komandasını və qrup rəhbərini təyin edəcək ki, daxili audit prosesini yerinə yetirsinlər. Buna baxmayaraq, audit təftiş ediləsi  fəaliyyəti yerinə yetirənlərdən başqa fərqli personal tərəfindən aparılmalıdır.

Daxili audit komandası audit  planını hazırlamalıdır. Audit planına auditin vaxtl və yeri, hər auditor üçün spesifik sahə, təftişin (əvvəlki təftişlərdən münasib informasiya daxil olmaqla) məqsədi daxil ediləcəkdir. Audit planı o kəslərə təmin ediləcək ki, təftiş ilə təsirə məruz qalıb daxili auditin və loqistikasının imkanlarını müntəzəm başa düşə bilsinlər.

Daxili auiditə daxili audit komandası tərəfindən AİQT Şöbəsi ofisinə ziyarət daxildir. Ofis ziyarəti AİQT Şöbəsi ştatı ilə görüşlə başlanacaqdır. Açılış iclası zamanı, auditorlar audit  prosesini izah edəcək və meydana çıxan bilən istənilən suallara cavab verəcəkdir. Auditor cəlb edilən personala izah edəcək ki, onların təftişin nəticəsindən məlumatlandırılacaqlar. Auditorlar prosesdə bütün öz hərəkətlərinin, sistemin təkmilləşdirməsi üçün tövsiyələr ilə tam hesabatını hazırlayacaqlar.

Daxili audit zamanı AİQTN Protokolu proqramının keyfiyyətinə, effektivliyinə, şəffaflığına və bütovlüyünə ciddi diqqət verilməlidir. Daxili auditorlar aşağıdakıları fasiləsiz olaraq proqram üçün tədqiq etməlidir:

·         Proqram mümkünlüyü

·         Obyektivlik

·         Qərəzsizlik

·         Məxfilik

·         Keyfiyyətin yoxlanması: ən azı bunlar daxil olmaqla: 

§  AİQTN siyasəti ilə hesabatların, sənədlərin və onların uyğunluğunun olması

§  Prosedurlara əməl etmə

§  Siyahılara və vaxt qrafikilərinə əməl etmək

§  Qərara alınan hərəkətlərin icra edilməsini təmin etmək üçün Müşahidə Şurası,  AİQTN Şöbəsinin və Sektor başçılarının qərarları

§  Şikayətlər və apelyasiya müraciətləri prosesi

 

Daxili audit komandası onların audit nəticələrinin hesabatını hazırlayacaqdır. Audit nəticələri audit meyarına qarşı toplanan audit dəlillərinin qiymətləndirməsinin nəticələridir. Audit nəticələri audit meyari ilə uyğunluğu və ya uyğunsuzluğu göstərə bilər. Audit məqsədlər ilə müəyyən ediləndə, audit nəticələri təkmilləşdirmə üçün imkanı müəyyənləşdirə bilər. Audit nəticələri auditin yazıli nəticələridir (audit zamanı), zəruri qısa təəssüratlardır.

Uyğunsuzluqlar və onların dəstəkləyici audit dəlilləri qeydə alınmalıdır. Onlar audit dəlilinin  dəqiq olmasını təsdiqləmək üçün və həmin uyğunsuzluqların başa düşüldüyünü bildirmək üçün  AİQT Şöbəsi idarəetməsi ilə nəzərdən keçirilməlidirlər. Audit dəlilinə aid əlaqəli olan istənilən uzaqlaşma üçün cəhdlər edilməlidir və həll edilməmiş məqamlar qeydə alınmalıdır.

5. Auditin nəticələri iclasın sonunda AİQT Şöbəsi ştatına bildiriləcəkdir. Bağlanan iclasda daxili auditorlar onların başa düşdükləri kimi və AİQTN Şöbəsi ştatı və rəhbərliyi tərəfindən tanındığı kimi audit nəticələrini təqdim edəcəkdir. Əgər müvafiqdirsə, tərəflər dəqiq və profilaktik hərəkət planını təqdim etmək üçün AİQTN rəhbəri üçün müddəti razılaşdıracaqlar.

Auditorlar  audit hesabatının hazlrlanmasına görə məsuliiyyət daşıyırlar. Audit hesabatı tam, dəqiq, aşkar audit qeydlərini təmin etməli və buraya aşağıdakılar daxil olmalıdır:  

·         audit məqsədləri;

·         audit əhatəsi;

·         əhatə edilən dövr;

·         audit qrup rəhbərinin və üzvlərin tanınması;

·         yerində audit fəaliyyətlərin aparılacağı tarixlər və yerlər;

·         audit meyari;

·         audit nəticələri;

·         nəzarət nəticələr.

Audit məlumatı AİQTN Şöbəsinin mülkiyyətidir. Daxili nəzarət komanda üzvlərinə və bütün məlumat qəbul edənlərə hörmət edəcək və məlumatın məxfiliyini saxlayacaqdır.

Auditorlar nəzarət məlumatı yaymağa görə məsuliyyət daşıyır. Daxili audit komandasının bütün üzvləri və hesabatı alan hər kəs audit hesabatına hörmətlə yanaşmalı və onun məxfiliyini saxlamalıdırlar. Audit planında göstərilən bütün fəaliyyətlər icra edildikdən sonra audit bitmiş hesab edilir və təsdiqlənmiş audit hesabatı paylanır.

 

AİQTN Şöbəsi Başçısı zəmanət verəcək ki, təftişə məruz qalan personal təftişin nəticəsindən məlumatlandırılacaqdır. Bu informasiya ola bilsin ki, xülasə olsun və ya özlüyündə audit hesabatı ola bilər.

AİQT Şöbəsi Başçısı zəmanət verəcək ki, Daxili Audit Hesabatı sonrakı iclasda Müşahidə Şurasına nəzərdən keçirilmək üçün təqdim edilir.  O həmçinin zəmanət verəcək ki, təklif edilən təkmilləşdirmələr AİQT Şöbəsi strukturunun bütün münasib səviyyələrində həyata keçiriləcəkdir.

AİQT Şöbəsi Başçısı həm də AİQT Şöbəsi fəaliyyətlərinin idarəetmə icmalını yerinə yetirmək üçün məsuliyyət daşıyır. İdarəetmə icmalının məqsədi hər yeri AİQTN Proqramı əməliyyatını  qiymətləndirib onun məqsədlərini yerinə yetirmək üçün onun davam edən yararlığına və effektivliyinə zəmanət verməkdir.

İdarəetmə icmalı ən azı növbəti elementlərdən ibarət olacaq:

·         AİQT Şöbəsinin personal idarəetməsinin qiymətləndirməsi;

·         AİQTN Proqramının əməliyyatlarının qiymətləndirməsi;

·         Daxili auditin nəticələri;

·         AİQTN Proqramının maliyyələrinin analizi;

·         Şikayətlərin və Müraciətlərin analizləri;

·         Uyğunsuzluqlarda Trendlər;

·         Profilaktik və korrektiv hərəkətlərin vəziyyəti;

·         Əvvəlki idarəetmə icmallarından tədbirlrin davamı;

·         Məqsədlərin yerinə yetirilməsi;

·         AİQTN Proqramına təsir göstərən xarici fəaliyyətlərdə dəyişikliklər

·         AİQTN Proqramında hər-hansı bir dəyişikliklərə ehtiyac

İdarəetmə icmalı məlumatı, münasib dövr ərzində daxili audit məlumat ilə birlikdə sonrakı iclas  ərzində Müşahidə Şurasına nəzərdən keçirilmək üçün təqdim ediləcəkdir. 

 

18. Etik rəftar prosedurları

18.1 Məqsədlər

Bu etik rəftar proseduru AİQT Şöbəsinin və AİB-in idarəetmədə, texniki və ya inzibati fəaliiyyətdə tam və ya qismən məşğul olan bütün ekseptlərinə və digər işçilərinə şamil edilir. Belə şəxslərdən özlərini düzgünlük, peşəkarlıqla aparmaları və onların qiymətləndirmələrin nəticələrinə görə və yerinə yetirdikləri başqa fəaliyyətlərə görə məsul olmaları gözlənilir.

Etik rəftar prosedurasını yerinə yetirməyən istənilən ekspert və ya digər əməkdaş AİQT Şöbəsi tərəfindən dərhal kənarlaşdırıla bilər.

 

18.2. AİQTN ekspertləri üçün əsas prinsiplər

  • AİQTN qiymətləndirmələrini aparan ekspertlər bunu çalışqanlıq, peşəkarlıq və, düzgünlüklə edəcəklər.
  • Ekspertlər AİQT Şöbəsinə bütün tamamlanan qiymətləndirmə yoxlama siyahılarının surətini təmin etməlidir və qiymətləndirmələr ərzində aşkar edilən bütün qeyd olunmalı uyğunsuzluqlar barədə AİQT Şöbəsinə dərhal xəbər verməlidir
  • Ekspertlər həmişə ədalətlə və düzgün hərəkət edəcəklər
  • Ekspertlər bütün münasib qanunvericiliyə və siyasətlərə əməl edəcəklər.
  • Ekspertlər bütün real və ya aşkar vəzifədən sui-istifadə hallarından boyun qaçırmalıdır.
  • Qiymətləndirmə ərzində meydana çıxan xidməti vəzifəsindən sui-istifadə halında, ekspert imkan daxilində tez bir zamanda bu barədə AİQT Şöbəsinə (Qiymətləndirmə Sektoru) xəbər verməlidir. Bundan sonra AİQT Şöbəsi müvafiq tədbiri müəyyən edəcəkdir.
  • Ekspertlər həmişə başqa adamlara hörmətlə yanaşmalıdırlar.
  • Qiymətləndirmələr yalnız təsdiq edilən Ekspertlər tərəfindən yerinə yetirilməlidir.
  • Ekspertlər onların təsdiq edilən sahələrindən kənarda ərzaq şirkətlərini qiymətləndirməyəcəkdir.
  • Ekspertlər AİQT Şöbəsini təhlükə altına atan tərzdə davranmayacaqdır.
  • Ekspertlər işləri həyata keçirməkdə müvəffəqiyyətsizliyə görə heç bir müştəridən kompensasiya qəbul etməyəcəkdir.
  • Qiymətləndirmə ərzində aşkar edilən uyğunsuzluğuna aidiyyətdə müvafiq hərəkət görmək.
  • Qiymətləndirmə apararkən ekspertlər onların ideya və əməliyyatın üsullarından asılı olmayaraq bütün şəxslərə hörmətlə yanaşacaq.

Ekspertlər ədalətli tərzdə və müştəri şirkəti ilə əlaqəsi olan istənilən şəxsə qarşı yersiz favoritizm, hamilik və ya qərəzlilik olmadan davranacaqdır.

Ekspertlər imkan verməyəcək ki, onların şəxsi inamları onların yerinə yetirdikləri qiymətləndirmələrin nəticələrinə təsir göstərsin. Ekspertlər müştəri şirkəti ilə əlaqələndirilən heç bir şəxsə qarşı təhqiramiz dildən və ya davranışdan  və ya hərəkətdən istifadə etməyəcək. Qiymətləndirmə prosesi ərzində istənilən şəxsə qarşı fiziki və/və ya şifahi zorakılıq AİQTN qaydalarının  pozuntusu hesab edilir.

 

18.3 AİQTN ekspertləri üçün Müəyyən etika qaydaları

 

Təbii ədalət

Ekspertlər qərarlar qəbul edərkən ədalət (təbii ədalət) prinsiplərinə əməl edəcəklər. Prosedur ədalətin prinsipləri aşağıdakı qiymətləndirməni tələb edir və ya:

  • qərarlar qəbul edilməzdən əvvəl eşidiləcəknəzərdən keçiriləcək problemə dair hər iki tərəfə imkan vermək.
  • qiymətləndirmənin nəticəsinə təsir göstərəcək müştəri şirkəti ilə əlaqələndirilən  qiymətləndirmə və şəxslə bağlı heç bir fərdi  maraqlara imkan verməmək.
  • qiymətləndirmə  apararkən vicdanla hərəkət etmək.
  • qiymətləndirmə  apararkən qərarları dəstəkləmək üçün sağlam əsaslandırmaları təmin etmək.

Ekspertlər peşə sağlamlığı təhlükəsizlik qaydalarının və normalarının (onların qiymətləndirdiyi şirkətlərinin sağlamlıq və təhlükəsizlik siyasətləri daxil olmaqla)  bütün aspektləri uyğun gəlməlidirlər. Ekspertlər həm də müştəri şirkətində qiymətləndirmə apararkən bütün şəxslərin və/və müştəri şirkətinə aid olan heyvanların təhlükəsizliklərinə və rifahlarına hörmətlə yanaşacaq və həm də qiymətləndirmə apararkən onların  sağlamlıqlarının, təhlükəsizliklərinin və rifahlarının qeyri-qanuni olaraq risk altına qoymayacaqlarına təminat verirlər.

 

Geyim standartları

Ekspertlər iş üçün geyim standartına uyğun gəlməlidirlər. Ekspertlər təmiz, ləyaqətlə, hörmətlə (dinə müvafiq olaraq) geyinməlidir, (onların geyim standartlarından) yeyinti məhsullarının təhlükəsizliyi ekspertlərinin peşəkarlığını təhlükə altında qoymamalıdırlar. Ekspertlər qida şirkətləri ərazisində qiymətləndirmələr apararkən sənayenin müəyyən və ya müştərinin müəyyən geyim tələblərini yerinə yetirməlidir.

 

Faydaların alınması

Ekspertlər müştəri şirkətlərindən hədiyyələri və ya heç bir xeyirləri qəbul etməyəcəkdir. Buraya çay və qəhvə kimi yüngül yeməklər və ya müştəri şirkətində qiymətləndirmə apararkən ekspertə verilən əsas yemək kimi sendviçlər daxil deyil.

 

Nəticələrin saxtalaşdırması

İstənilən qiymətləndirmə və ya qiymətləndirmə nəticələri haqqında yalan informasiyanı qəsdən təmin edən informasiya AİQT Şöbəsi tətəfindən dərhal rədd ediləcəkdir.

 

18.4 Məxfilik və yaymamaq

Girişinə icazə istənilmiş müştəri şirkətlərində istehsal edilən qida məhsuları ilə bağlı emal və təcrübənin ( və bu təcrübələrdən yaranan şikayətlər) təbiəti ilə bağlı bütün ekspertlədən və ya digər   AİQT-yi işçilərindən  ciddi məxfilik tələb olunur. 

Ekspertə və ya ya başqa AİQT Şöbəsi işçisinə verilən kommersiya cəhətdən həssas informasiya və rəsmi informasiya bunlardan özü, digər şəxs və ya təşkilat üçün fayda götürmək məqsədilə ekspert tərəfindən istifadə edilməyəcəkdir.  Ekspert və ya başqa AİQT Şöbəsi işçisi qiymətləndirmələr, müştərilər və ya AİQT Şöbəsi ilə bağlı  AİQT Şöbəsinin  xüsusi icazəsi olmadan ictimaiyyətə bəyanatlar verməyəcək və ya  ondan media tərəfindən  müsahibə götürülməsinə imkan verməyəcəkdir.

Tamamlanan qiymətləndirmə yoxlama siyahılarının məzmunu AİQT Şöbəsi və ekspertlər tərəfindən məxfi kimi davranılacaqdır. Müştəri şirkətinin mülahizəsi ilə qiymətləndirmə yoxlama  siyahısı səlahiyyətli tərəflərə verilə bilər, lakin buna baxmayaraq tamamlanan qiymətləndirmə yoxlama siyahılarının sahibliyi və təfsilatların müəyyən edilməsi mümkün edilir və müştəri şirkətində icazə almaq hüqüqu qalır.

 

18.5 Xidməti vəzifəsindən sui-istifadə

Xidməti vəzifəsindən sui-istifadə ilə müəyyən edilən bütün  şəxslər potensial konflikt ilə əlaqəli qiymətləndirmənin və icazə proseslərinin bütün mərhələlərində işdən, müzakirədən və qərarlardan kənarlaşdıracaqlar.

AİQT Şöbəsi  qiymətləndirmə və icazə proseslərinə cəlb edilən bütün ştatdan tələb edəcək ki, onlara aşağıdakı öhdəliklərə əməl etməyi tələb edən müqavilə və ya razılaşma imzalasınlar.

1.     Kommersiya və ya şəxsi maraqlardan azad  məxfiliyə və müstəqilliyə spesifik istinad  etməklə təşkilatın qaydalarını yerinə yetirmək.

2.     Vəzifədən şəxsən sui istifadəyə aid hər hansı bir məsələləri bəyan etməmək..

Ekspertlər müştəri şirkətlərinə o cümlədən özünün qida məhsullarının təhlükəsizliyi ilə əlaqəli qida məhsullarının təhlükəsizliyi  risklərini necə idarə etmək üçün müəyyən istiqamətin təminatı daxil olmaqla, müştərinin qida məhsullarının təhlükəsizliyi üzrə sənədləri və ya idarəetmə sisteminə dair layihəni hazırlamaqla, heç bir birbaşa məsləhət xidmətlərini təmin etməyəcəkdir.

AİQT Şöbəsi menecerləri və ştat bunu edə bilər:

  • AİQTN Protokolu tələblərinə dair təlim kursları keçirmək
  • AİQTN formaları ilə əlaqəli olan sorğulara və ya xahişlərə aid şəxsən və ya telefon, e-meyl vasitəsilə sözləri aydınlaşdırmaq, sualları cavablandırmaq və ya təlimat vermək.
  • Belə sənədlərin tamamlanmasına dair bir təlimat kimi patentləşdirilməmiş informasiyaya malik olan nümunə texniki sənədləri təchiz etmək.

AİQT Şöbəsinin menecerləri və ştatı hər hansı bir ərizəçi və ya müştəri şirkətinə şəxsən ərizə formasının və ya öz-özünə qiymət vermə siyahısının  tamamlanmasına kömək edə bilməz. 

19. Rüsumlar

AİQT Şöbəsi xidmətlər, inzibati işlər və  xidmətlərin uzunmüddətli inkişafına münasibətdə özünün istismar xərcləri ilə bağlı vaxtaşırı müəyyən ediləcək səviyyədə rüsum tutmaq  hüququna malik olacaqdır. Kommersiya razılıqları AİQT Şöbəsi və müştərilər arasında olan xidmət müqavilələrində və ya başqa razılaşmalarda təfsilatı ilə verilir.

Rüsumları hesablamaq üçün bütün əsas informasiya məlumdur və ictimaiyyət üçün açıqdır və AİQTN internet  səhifəsində nəşr ediləcəkdir.

 

 

 

 

Əlavə 1. AİQTN müqaviləsinə nümunə (AİQTN Şöbəsi və sifarişçi şirkət arasında)

 

AİB tərəfindən hazırlanacaq və əlavə ediləcəkdir.

 

 

 

 

Əlavə 2. AİQTN Qiymətləndirməsi üzrə müraciət forması

 

* Ərizəçi tərəfindən təmin edilmiş və daxil edilmiş məlumatlar, bu forma məxfidir*

 

1. Şirkətin adı: ________________________________________________________________

Müəssisənin ünvanı:_________________________________________________________________

_______________________________________________________ ______________________________________________________________________________

Telefon: ______________________ Faks: ______________________________________________

Poçt Ünvanı: ________________________________________________________________

(fərqlidirsə) _____________________________________________________________________

2. Prime Contact Person: ___________________________________________________________

Vəfizəsi: _________________________________________________________________________

Poçt Ünvanı: ________________________________________________________________

(fərqlidirsə) _____________________________________________________________________

________________________________________________________________________________

Telefon: ____________________ Faks: _________________________________________________

Email ünvanı: _____________________________________________________________________

3. Hesab-faktura üzrə kim məsuliyyət daşıyacaq (yuxarıdakından fərqlidirsə, adı, vəzifəsi, poçt ünvanı, telefon, faksı əlavə edin)?

_________________________________________________________________________________

_________________________________________________________________________________

4. Hesabatın nüsxəsini kim alacaq (yuxarıdakından fərqlidirsə, adı, vəzifəsi, poçt ünvanı, telefon, faksı əlavə edin)?

_________________________________________________________________________________

_________________________________________________________________________________

5. Müəssisənin fiziki təsviri (yeri, digər müəssisənin bir hissəsi və ya ayrı,  ölçüsü, təchizatçısı  və s.) _____________________________________________________________________________

Emal xətti (sayı): _____________________________________________________________

İstehsal edilənn məhsul (növü): _______________________________________________________

6. Əsas şirkəti qeyd edin:

__________________________________________________________________________________________________________________________________________________________________

7. Hansı AİQTN səviyyəsi üçün müraciət etmisiniz?

AİQTN Gümüş___

AİDTN Qızıl___

AİQTN Platin ___

 

8. Siz özünü-qiymətləndirməni həyata keçirtmisiz, müvafiq AİQTN səviyyəsi üzrə AİQTN özünü-qiymətləndirmə listini doldurmusunuz və bütün boşluqları aradan qaldırmısınız?

BƏLİ___

XEYR ___

(Sizin ərizəniz AİQTN Protokolunun tələblərini icra etmək üçün heç bir boşluğunuzun olmadığını göstərən tam hazır özünü-qiymətləndirmə siyahısını təmin etdikdə qəbul ediləcəkdir.

 

 _________________________________________                     _________________

İmza Tarixi                                                                                                    Tarix

 

Əlavə 3. Qiymətləndirmə siyahısı

 

 

 

 

 

"Azad İstehlakçılar " İctimai Birliyi (AİİB) ölkəmizdə Qida Təhükəsizliyi Agentliyinin (AQTA) yaradılmasını son dərəcə zəruri olan bir məsələ kimi qiymətləndirir və AQTA-nın əsasnaməsindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün nümkün olan ictimai dəstəyi verir. Təsadüfi deyildir ki, Prezdent Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi son layhə də məhz AQTA-nı işinin təşviqinə həsr olunmuşdur. AİİB olaraq AQTA-nın işinə ictimai dəstək vermək üçün dəfələrlə rəsmi müraciətlər etsək də heç bir əməkdaşlığa nail olunmamışdır. Bütün hallarda AİİB-in könüllüləri, mütəxəsissləri AQTA-nın fəaliyyətini diqqətlə izləyir və köməklik göstərirlər.Lakin,İctimai Nəzarət funksiyasını yerinə yetirən bir ictimai qurum kimi ,AİİB-in mütəxəssisləri AQTA-nın cəmiyyətdə çaşqınlıq yaradan və qaynar telefon xəttimizə gələn çoxsaylı istehlakçı müraciətlərinə də biganə qalmır.

Beləki, Son dövrlər qida məhsulları, onların istehsalı və istehlakı və onlara nəzarətlə əlaqədar bir sıra ziddiyyətli məsələlər ortaya çıxmışdır. Bu isə öz növbəsində istehlakşılarda çaşqınlıq yaratmışdır. İstehlakçılardan qaynar telefon xəttimizə daxil olan zənglərə rəğmən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) olaraq gündəlik bu məsələləri izləyirik və onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1) Yeni yaradılmış Qida Təhükəsizliyi Agentliyinin 30 iyul tarixində mətbuata verdikləri açıqlamalarda tərkibində Karmin (E 120) və Natrium Nitrit (E 250) maddəsi olan kolbasalardan istifadə etməməyə çağırıb. Bu isə öz növbəsində istehsalçılar və istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Beləki bu maddələr istər Azərbycan istərsə də MDB məkanında Səhiyyə Nazirlikləri tərəfindən icazə verilən qatqılar siyahısındadırlar.
Bundan başqa əgər Agentlik bunları təhlükəli hesab edirsə bunu əsaslandırmalıdır xaricdən idxal olunan bu kimi mallar satışdan çıxarılmalı və ya həmin müəssələrdə istehsal olunan məhsulu qadağan etməlidir və ya bu qatqıların əvəzinə istifadə ediləcək alternativ mexanizmlər göstrəməlidir. Bu kimi məlumatlar ciddi çaşqınlıq yaratmışdır.


Çaşqınlıq yaradan material.

https://news.milli.az/society/672118.html
https://daytube.az/az/videos/70568/
2) İkinci məsələ istehsal olunan məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Məsələn Agentliyin rıhbərinin Real TV-ə verdiyi müsahibəsində bildirir ki, müəssə standartlara cavab verirsə onda onun istər bir adda istər 5 adda məhsuluna avtomatik sertifikat veriləcək. Beynalxalq təcrübədə belə bir təcrübənin mövcud olması sual altındadır. Çünki sertifikatlaşdırma sahəsi dəqiq göstərilməlidir. Müəssisənin infrastrukturunu yaxşı olması hələ onun təhlükəsiz qida istehsal etməsi demək deyil! Axı AQTA-nın əsasnaməsində tarladan-süfrəyədək izləmə nəzərdə tutulub !

Çaşqınlıq yaradan material

https://www.youtube.com/watch?v=aeWSjjCiKmE

3) Agentlik hazırda 20 -ə yaxın laboratoriyanı cəmləyib amma təəssüfki bu laboratoriyalın heç biri beynalxalq akkreditasiyadan keçməyib. Bu isə öz növbəsində verilən rəylərin hüquqi cəhətdən qüvvədə olmasını sual altına alır.

daha ətraflı...

Kontakt-Home"-dan şikayətlər ara vermir. Şikayəti araşdırmaq üçün Rəhbərliklə heç cür əlaqə mümkün deyil!
Nəzərinizə çatdırım bu şikayəti də məcbur olub İqtisadiyyat Naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu Nazirliyin də bir iş görəcəyinə ümüd yoxdur,onlar hamını məhkəməyə yönəldir.
Məhkəmələrdə ki, bildiyiniz kimi....

 
daha ətraflı...

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Şirvan şəhəri kitabxanasında həyata keçirmişdir

daha ətraflı...

Azad İstehlakçılar İctimai Birliyi 2105.2018-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  “Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin  təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” layihəsinin növbəti tədbirini Sumqayıt şəhərində “Xəzər”ASC-nin akt zalında həyata keçirmişdir.

"Qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində istehlakçıların bilik və bacarıqlarının artırılması"na dair təlimdə 29 nəfər iştirak edirdi.

Təlimin məqsədi Sumqayıt şəhərində yaşayan istehlakçıların, sahibkarların və digər qrup şəxslərin qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri  sahəsində  bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə ilk  çıxış edən  Sumqayıt şəhər İH-nin nümayəndəsi cənab Fərman Kazımov iştirakçıları salamlayaraq, mövzunun aktuallığını qeyd etdi və sözü AİİB-nin sədri cənab Eyyub Hüseynova verdi. Eyyub Hüseynov Azərbaycan Respublikası Prezidentinin istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün zəruri olan bütün addımları atdığını qeyd etdi. Cənab İlham Əliyevin “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılması barədə 10 fevral 2017-ci il tarixli Fərmanının böyük əhəmiyyəti oldugunu ətraflı izah etdi. Daha sonra təlimçilər  Nizami Musayev və Fərrux  Əsgərov “Qida Təhlükəsizliyinin İdarə edilməsi” və “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri” mözuları ətrafında təlimi davam etdirdilər.

İştirakçılardan Abdulov Camal çörək məhsullarının keyfiyyətinə təsir edən əsas amillərin nədən ibarət olduğuna dair sualına təlimçi  Nizami Musayev  əhatəli şəkildə cavab verdi.

İştirakçılar təlimdə aktiv iştirak etməklə, belə tədbirləri davamlı olmasını arzulayaraq, ÖlkəBaşçısına, QHT Şurasına və AİİB-nə təşəkkürlərini bildirdilər.

 
daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır