İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL     Ana səhifə     Axtar     Xəritə     Əlaqə      
X ə b ə r l ə r   b l o k u

« Mart 2010 »
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
 

                                    İstehlakçı hüquqlarının məhkəmədə müdafiəsi


            İstehlakçıların hüquqlarının məhkəmədə müdafiəsi «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi və digər qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmədə müdafiəsi

          İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
            İstehlakçının tələbini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumunu verməkdən azad edilirlər.
Şərh: Azad İstehlakçılar Birliyinin (AİB) təcrübəsi göstərir ki, Azərbaycan məhkəmələri heç də istehlakçı hüquqlarını qorumağa tam hazır deyil. İstehlakçılar (və ya istehlakçı hüququnu qoruyan qeyri-hökumət təşkilatı) məhkəmələrə istehlakçı hüququnu qorumaqla bağlı ərizə ilə müraciət edən zaman bir qayda olaraq rüsum tələb edilir.
Bunun qanunsuz olduğuna məhkəmələri inandırmaq çox çətin olur və vaxt aparır. Hələ bir dəfə də olsun mənəvi ziyanın ödənilməsinə nail olunmayıb. Enerji gərginliyinin artması səbəbindən eyni dəhlizdə yaşayan bir neçə sakinin məişət cihazları sıradan çıxsa da məhkəmə istehlakçını haqsız hesab etdiyi hallara rast gəlinib. Ona görə də istehlakçı hüququnun müdafiəsi ilə bağlı məhkəmə personalının peşəkarlıq səviyyəsinin yüksəldilməsinə böyük ehtiyac duyulur. İstehlakçı hüquqlarını qoruyan qeyri-hökumət təşkilatının ali andından biri də hər bir istehlakçının özünün fərdi olaraq öz istehlakçı hüquqlarını qorumaq üçün müstəqil olaraq məhkəmələrdə iddia qaldırması, bu yöndə bilik və bacarıqlara malik olmasıdır. Bir sözlə, məşhur bir atalar sözündə deyildiyi kimi: «Boğulanın xilas olması onun öz əlindədir».

 



 
AİB-in layihəsi

 01.01.2008-ci il tarixdən Azad İstehlakçılar Birliyi (AİB) Avropa Komissiyası tərəfindən malıiyyələşən layihənin icrasına başlamışdır.



Həyata keçirilən layihələr çərçivəsində səfər

08-14.12.2008-ci il tarixdə Eyyub Hüseynov iki layihə çərçivəsində Indoneziyada keçirilən tədbirdə iştirak etmişdir. 



AIB-in yeni layihəsi

05.01.2009-cu il tarixdən Azad İstehlakçılar Birliyi (AİB) Avropa Komissiyası tərəfindən maıiyyələşən layihənin icrasına başlamışdır.



      © 2007, Independent Consumer Union of Azerbaijan. All rights reserved. Created by VISION PC