|
Ş i k a y ə t l ə r
İstehlakçılar tərəfindən daxil olan şikayət ərizələrinin qısa məzmunu:
1. Azərbaycan Jurnalistlər Birliyinin üzvü ərizə ilə AİB-ə müraciət edərək bildirir ki, “Bakıelektrik şəbəkə” tərəfindən heç bir akt tərtib olunmadan götürülmüş sayğacının içərisindən, bir neçə gündən sonra “plyonka” tapılmış və ondan 1250 AZN miqdarda cərimə ödəməsi tələbi qoyulmuşdur. Şikayətçi ekspertizada iştirak etmədiyi üçün bu tələbi böhtan hesab edir və hüququnun qorunmasını istəyir. AİB hazırda bu məsələni araşdırır.
2. İstehlakçı C.Səlimova AİB-ə ərizə ilə müraciət edərək, 8 km-də yerləşən “Ramal” ticarət mərkəzindən 3 top pərdəlik parça aldığını, evdə baxdıqda parçanın onun tələbinə uyğun olmadığını, 2 gündən sonra geri qaytarmaq istədikdə isə satıcının onunla kobud rəftar etdiyini bildirir. AİB ekspertlərinin mediatorluğu ilə istehlakçının hüququ təmənnasız qorunmuşdur.
3. İstehlakçı B.Abbasova ərizə ilə AİB-ə müraciət edərək Binəqədi rayonu 8-ci mikrorayon 3067-ci məhəllədə yerləşən təmir xidmətində hüququnun pozulduğunu bildirmişdir. Ayaqqabı rəfini düzəltməyə söz verən və istehlakçıdan 100$ pul alan, heç bir pul sənədi verməyən usta istehlakçının sifarişini vaxtında yerinə yetirməmiş, gecikdirilərək hazırlanan rəf keyfiyyətsiz olmuşdur. AİB-in mediasiya xidməti vasitəsilə istehlakçının hüququ təmənnasız qorunmuşdur.
4. Bakı şəhər sakini A.Abdullayeva hüquq məsləhətxanalarında xidmət haqlarının müxtəlif olduğunu, bu sahədə qeyri-müəyyənlik olduğunu bildirir.
AİB bu məsələni araşdırmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məktub ünvanlamışdır.
5. Bakı şəhər sakini R.Ağayev Binə Ticarət Mərkəzindən 110 manat dəyərində vintbağlayan aldığını, ilk istifadə zamanı alətin işləmədiyini, geri qaytarmaq təşəbbüsünün boşa çıxdığını, pul ödəyən zaman kassa çekinin verilmədiyini bildirir.
AİB-nin eksperti F.Əsgərov mediasiya üsulu ilə istehlakçının hüququnu qorumuşdur.
6. Bakı şəhər sakini V.Həsənova təndir lavaşlarının ortasının boş olduğunu, qatlanılaraq boşluğun gizlədildiyini, qiymətin çox yüksək olduğunu bildirir.
AİB hazırda tədqiqat aparır.
7. Ingiltərə vətəndaşı Carl Lauer-in Azərbaycana səfəri zamanı baş vermiş hadisə:
Tərkibində dəmir bolt olan diyetik çörək.
|