İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL     Ana səhifə     Axtar     Xəritə     Əlaqə      
X ə b ə r l ə r   b l o k u

« Mart 2010 »
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
 


Azad İstehlakçılar Birliyi (AİB) - 31.01.1997-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, gəlirsiz işləyən qeyri-hökumət təşkilatıdır (QHT).
Əsas missiyası: İstehlakçının hüququnu, ölkənin əmtəə bazarının insan həyatı və ətraf mühit üçün təhlükəli mallardan qorumaq, bazar iqtisadiyyatının inkişafına kömək etmək, bazar subyektlərini maarifləndirmək.
Üzvlərinin sayı: 21 150 nəfər
Rayon ofislərinin sayı: 30.

AİB-in idarə olunması:
(sxem)

İdarə heyətinin üzvləri:


1. Eyyub Hüseynov
1947-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji (riyaziyyat) İnstitutunu bitirib, Avropa İstehlakçı Mərkəzində təhsil alıb. Hazırda Azad İstehlakçılar Birliyinin (AİB) sədridir.




2. Adil Cəmil
1954-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, şairdir, filologiya elmləri namizədidir. Hazırda «Ədəbiyyat» qəzetinin şöbə müdiri, AMEA Folklor İnstitutunun böyük elmi işçisidir, Azərbaycan Yazıçılar  Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 20-dən artıq müxtəlif janrlı kitabların müəllifi, "Qızıl Qələm" mükafatçısı . 




3. Aydın Kərimov
1974-cü ildə anadan olub, Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hazırda Caspian İnvest LTD şirkətinin direktoru vəzifəsində işləyir.





 
4. Əlisəfa Mehtiyev
1962-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Qarabağ müharibəsi veteranıdır. Hazırda «Ulus» fəxri ödüllər fondunun prezidentidir. 




5. Habil İsgəndərov
1973-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin fəlsəfə şöbəsini, Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini  hüquqşünas ixtisası ilə bitirib.   Hazırda Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin arbitridir. 




Nəzarət-Təftiş Komissiyasının üzvləri



1. Tamilla Zeynalova
1936-cı ildə anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu və Moskva patent-lisenziyalaşdırma tədqiqatları institutunu bitirib. İctimai fəaliyyətlə məşğuldur.





2. İlqar Əliyev
1962-ci ildə anadan olub. Ali təhsillidir. Hal-hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim işləyir. 






3. Səcidə Abdulvahabova
1947-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin məzunu, fizika-riyaziyyat elmləri doktorudur. Pedaqoji fəaliyyətlə məşğuldur, Qadın Problemləri üzrə Tədqiqat Mərkəzi qeyri-hökumət təşkilatının rəhbəridir.






Maliyyə mənbələri:

Üzvlük haqqı maliyyə mənbəyi deyildir. Öz missiyasına görə heç bir kommersiya və biznes qurumlarından maliyyə almır.
Əhaliyə pulsuz hüquqi xidmət göstərir.

Donorları:

ABŞ səfirliyi, Avrasiya Fondu, İSAR/Azərbaycan humanitar təşkilatı, BMT, Regional Ekoloji Mərkəz (REÇ), Almaniya Texniki Əməkdaşlıq Təşkilatı (GTZ), USAİD,TASIS, EC, Britanniya Səfirliyi, UNICEF, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dünya Bankı, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası.  


AİB-in orqanı:
Ayda bir dəfə çıxan "İstehlakçının səsi" qəzeti, qəzet 1999-cu ildən çıxır.


Həyata keçirilən layihələr:

1.ABŞ Səfirliyi - “Təşkilatın inkişafı”;
2 Avrasiya Fondu - “İstehlakçı hüquqlarına dair biliklərin artırılması ”;
3.Avrasiya Fondu - “Qafqaz konsium”;
4.İSAR-Azərbaycan - “Malların və xidmətlərin ekoloji təhlükəsizliyi”;
5.İSAR-Azərbaycan - “Ətraf mühitin plastik taralarla çirkləndirilməsinin dinamikası”;
6.Avrasiya Fondu - “İstehlakçının səsi TV verilişi”;
7.BMT - “Qaçqın istehlakçılar üçün mühasibat kursları”;
8.İSAR-Azərbaycan - “İstehlakçı hərəkatının genişləndirilməsi”;
9.Avrasiya Fondu - “Bazar subyektləri üçün informasiya bankı”;
10.Avrasiya Fondu - “Cənubi Qafqazda istehlakçı hərəkatı” (monitorinq, informasiya mübadiləsi);
11.Avrasiya Fondu - “Qida məhsullarının analizi üçün laboratoriyanın yaradılması”;
12.UNİCEF “Universal duz yodlaşdırılması (UDY) və yod defisiti problemi ”;
13.İsveçrə Transsərhəd Proqramı (REC)- “Cənubi Qafqaz ölkələrində ərzağın təhlükəsizliyinə və ekoloji təmizliyinə müstəqil nəzarət”;
14.GTZ - “Sərhədyanı ərazilərdə ərzağın təhlükəsizliyinə dair maarifçilik işi”;
15.UNİCEF - “Yodlaşdırılmış duzdan istifadənin vəziyyətinə dair ailələrdə, bazarda monitorinq və təbliğat”;
16.CRS - “Azərbaycanda təbii inhisarlarla mübarizədə vətəndaş cəmiyyətinin rolu”;
17.UNİCEF - “Unun dəmirlə zənginləşdirilməsinə dair bazarın və istehsal müəssisələrinin monitorinqi, ekspertiza və təbliğat”;
18.UNİCEF - “Yodlaşdırılmış duzdan istifadəyə dair bazarın və ailələrdə vəziyyətin monitorinqi və təbliğat”;
19.UNİCEF - “Bazarın (həmçinin reklam bazarının) uşaq qidası seqmentinin monitorinqi və təbliğat, vəziyyətin qanunun və beynəlxalq kodeksin tələblərinə uylğunlaşdırılması”.
20.UNİCEF - “Yod çatışmamazlığına” dair qanunun yerinə yetirilməsi ilə əlaqədar bazarda və reklam bazarında (TV, radio, çap materialları) monitorinq.
21.UNİCEF - “Körpələrin qidalanması haqqında” qanunun həyata keçirilməsinə dair bazarın, reklam bazarının (TV, radio, çap materialları və s.) Monitorinqi, qanun haqda əhalinin məlumatlandırılması və biliklərin artırılması.
22.Britaniya Səfirliyi - “Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunun artırılması”.
23.ÜST - “Azərbayjanda qaçaqmal tütün məmulatının dövriyyəsinin araşdırılması”.
24.Avropa Komissiyası - “İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbirləri və istehlakçılar üçün məsləhət mərkəzləri, vasitəçilik xidmətləri göstərməklə Ədalət məhkəməsinə yetərliyin yaxşılaşdırılması”
25. Avrasiya Fondu «Cənubi Qafqazda ərzaq mallarının təhlükəsizli yüksəltmək üçün ictimai istehlakçı təşəbbüsü».
26. Dünya Bankı və AR Rabitə Nazirliyi - «İstehlakçı hüquqlarına dair web səhifə».
27. Avrasiya Fondu - «Ərzaq mallarının standartları və təhlükəsizliyi siyasətinin regional tədqiqatı və Avropa Qonşuluq Siyasəti».
28.Avropa Komissiyası - "Biotəhlükəsizlik üçün istehlakçı hüququnu qoruyan təşkilatlar və Kartaqen protokoluI İnkişaf edən dünyanın sağlam ətraf mühitində istehlakçı hüquqlarının müdafiəsi".                                                                                                                                         29. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası - "Biomüxtəlifliyin qorunmasında istehlakçı təşəbbüsü".                                                                                                                                                                                                                             30. Avropa Komissiyası - "Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək"

 Beynəlxalq tədbirlər

Tədbirin mövzusu
Ölkə, şəhər
Tarix
1
İstehlakçı hüquqlarına dair Avropada “Yay məktəbi”
Fransa
Lowvain-la-Neuve
07.07-17.07.1998
2
“Codex Alimentarius”a dair yığıncaq
Polşa
Varşava
25.11-27.11.1999
3
Beynəlxalq İstehlakçı Təşkilatının 16-cı Dünya Konqresi
Cənubi Afrika
Durban
13-17.11.2000
4
İstehlakçı bilikərinə dair tədbir 
Qazaxıstan
Alma-Ata
19-23-09.2001
5
İstehlakçı hüquqlarına dair beynəlxalq konfrans
Rusiya
Kostroma
24-26-04.2002
6
Beynəlxalq İstehlakçı Təşkilatının regional toplantısı
İtaliya
Roma
24-27.2002
7
İstehlakçı hüquqlarının müdafiəsinə dair toplantı
Ukrayna
Kiyev 
16-18.09.2003
8
Beynəlxalq İstehlakçı Təşkilatının 17-ci Dünya Konqresi
Portuqaliya
Lissabon 
13-17.10.2003
9
BMT-nin Avropa üzrə iqtisadi kommissiyasının “Standartların texniki uyğunlaşdırılması”na dair yığıncağı
İsveçrə
Cenevrə
 
11-12.11.2003
10
FAO-nun Avropa üzrə QHT-lərlə məsləhətləşməsi
Fransa
Montpeller 
3-4.05.2004
11
Mikronutriyentlərə dair Şərqi Avropa və Qafqaz üzrə toplantı   
Türkiyə
Ankara
13-17.09.2004
12
Hamının yaşayışı üçün bərabər imkanlar, tədqiqat, siyasət və təcrübə
Kanada
Toronto Universiteti
24-27.06.2004
13
İnstusional  əməkdaşlığa dair açılış konfransı
Ukrayna
Kiyev 
19-20.06.2006
14
“Tütünə dair tədqiqat fəaliyyəti” toplantısı
Kanada
Ottava
7-11.05.2007
15
Beynəlxalq İstehlakçı Təşkilatının 18-ci Dünya Konqresi
Avstraliya
Sidney
29.10-01.11.2007
16
Qlobal imkanların səfərbərliyinə dair işçi görüşü
İngiltərə
London
07-09.04.2008
17
“Işgüzar ixtisasartırma üzrə xüsusi Amerika proqramı”
Vaşinqton
ABŞ
13.09-04.10.2008
     18  GMO əleyhinə tədbirlərin hazırlanması və içtimai kampaniyaların keçirilməsi  

                 İndoneziya-Jakarta

                   10-12.12.2008
     19 Türkiyyə bələdiyyələrinin fəaliyyətinin öyrənilməsi                    Türkiyyə - İstanbul                    28.02-06.03.2009

             

Gələcək planlar:
 

  • inhisarçı (monopolist) qurumlarla istehlakçılar arasında bağlanan müqavilə şərtlərinin balanslaşdırılmış şərtlərlə tətbiqinə nail olmaq;
  • bütün xidmət sahələrində istehlakçılarla müqavilə bağlanmasına nail olmaq;
  • Cənubi Qafqaz ölkələrində təhlükəli malların hərəkətinin qarşısını almaq;
  • bütün təhsil sahələrində «İstehlakçı hüquqlarının əsasları» fənninin tədrisinə nail olmaq;
  • Azərbaycanda siqaret çəkməni minimuma endirmək;
  • «İstehlakçının səsi» TV proqramını yaratmaq;
  • «İstehlakçı» jurnalının nəşrini yaratmaq;
  • istehlakçı hüququnun qorunması ilə məşğul olan vahid dövlət institutunun yaranmasına nail olmaq;
  • istehlakçı hüququnun qorunması üçün dövlət strategiyasının yaradılmasına nail olmaq;
  • istehlakçı hərəkatının geniş şəbəkəsini yaratmaq;

 



 
AİB-in layihəsi

 01.01.2008-ci il tarixdən Azad İstehlakçılar Birliyi (AİB) Avropa Komissiyası tərəfindən malıiyyələşən layihənin icrasına başlamışdır.



Həyata keçirilən layihələr çərçivəsində səfər

08-14.12.2008-ci il tarixdə Eyyub Hüseynov iki layihə çərçivəsində Indoneziyada keçirilən tədbirdə iştirak etmişdir. 



AIB-in yeni layihəsi

05.01.2009-cu il tarixdən Azad İstehlakçılar Birliyi (AİB) Avropa Komissiyası tərəfindən maıiyyələşən layihənin icrasına başlamışdır.



      © 2007, Independent Consumer Union of Azerbaijan. All rights reserved. Created by VISION PC